Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə46/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   50

Ekoməhsullara  tələbatın  şişirdilməsi,  axıra  qədər 
işlənməmiş  təbiəti  qoruyan  texnologiyalara  və  s.  təsadüf  edilir. 
Məhz ona görə də idarəetmədə həmin məsələlər diqqət mərkəzində 
olmalıdır. 
Özünüyoxlama sualları 
1 .Müəssisələr üçün ətraf mühiti mühafizəyə dair öhdəliklər 
hansılardır. 
2.
 
İqtisadiyyatın təbiətə qarşı məsul münasibətlərinin həyata 
keçirilməsi hansı tələblərə əsaslanır. 
S.Ətraf mühitin qorunması kapital qoyuluşuna necə təsir göstərir. 
4.
 
Ekoloji menecmentin ekoloji mədəniyyətə və ekoloji iqtisadi 
təfəkkürə münasibəti, necədir. 
5.
 
Ekoloji menecmentin anlayışlarına nələr daxildir. 
ö.Menecmentin rəqabət prosesində baş vəzifəsinə («qızıl» qay- 
dalanna) nələr daxildir. 
7.
 
Müasir menecment fəaliyyətinə hansı vəzifələr daxildir. 
8.
 
Biznes-planın strukturuna hansı bölmələr daxildir. 
149 


X
 
FƏSİL 
TƏBİƏTDƏN İSTİFADƏNİN İDARƏ EDİLMƏSİ 
\-^ ' /"10.1. Təbiətdən istifadənin dövlət idarə sistemi, 
strukturu və vəzifələri 
Odarəetmə  idarəçilik  sisteminin  strukturları  arasında 
qarşılıqlı  əlaqələrin  təşkili  üzrə  məqsədyönlü  fəaliyyətdir,  qarşıda 
qoyulmuş nəticələrə, məqsədlərə  gətirən bir prosesidiQ  İdarəetmə 
qarşıya qoyulmuş mə^əd və vəzifələrə müvafiq olaraq kortəbii və 
şüurlu  ola  bilər,  ^biətdən  istifadənin  idarə  edilməsi  ətraf  mühitdə 
baş verən proseslərin axınını dəyişməyə məcbur edən və cəmiyyətin 
xeyrinə  istiqamətləndirən  əməli  hərəkətlər  sistemi  kimi  qəbul 
edilmişdir/^eyilənlər  bəşər  tarixində  əvvəllər  kortəbii  həyata 
keçirilmişdir.  Sonralar  elmi  texniki  nailiyyətlər  inkişaf  etdikcə 
həmin  proses  ölkələrdə  mütəşəkkilliyə  əsaslanmışdır.  Planlı 
sosialist  təsərrüfatında  isə  həmin  məsələ  təbiəti  bərpa  işləri  ilə 
müşaiyət  edilirdi.  Lakin  həmin  dövrdə  təbiətə  təsir  güclənir, 
antropogen təsirlər artırdı. Təbiətdən istifadə idarə edilirdi, ancaq bu 
iş birtərəfli həyata keçirildi. Həmin proses ictimai təkrar istehsalın 
genişlənməsinə  təbiətin  deqredasiya  olmasına  təsir  göstərirdi. 
Müasir  dövrdə  təbiətdən  istifadənin  idarə  edilməsi,  ilk  növbədə, 
təbiəti bərpa və mühafizə ilə həyata keçirilməlidir. 
Təbiətdən 
istifadənin 
idarə 
edilməsi 
təbiət 
istifadəçilərinin  fəaliyyəti  vasitəsilə  və  ətraf  mühit  obyektlərinin 
bilavasitə  idarə  edilməsilə  həyata  keçirilə  bilər.  Təbiətdən 
istifadənin  idarə  edilməsi  cəmiyyətin  təbii  ehtiyatlara  və  ətraf 
mühitin keyfiyyətinə tələbatı ödəmək üçün həyata keçirilir. Özü də 
bu ekoloji- iqtisadi qanunauyğunluqların, gələcəkdə sabit inkişafını 
təmin  etməklə  dərk  edilməsi  və  istifadəsi  əsasında  həyata 
keçirilməlidir. Təbiətdən istifadənin dövlət idarəetməsi səlahiyyətli 
dövlət orqanlarının təbiətdən səmərəli istifadə və təbiəti mühafizə 
üzrə təşkilati (təşkiledici) əməli fəaliyyəti deməkdir. Təbi 
150 


ətdən  istifadənin  idarə  edilməsinin  subyektləri  dövlət  orqanlarıdır 
və  ya müvafiq vəzifələrə malik  olan idarə və təşkilatlardır. Onlar 
büdcədən 
maliyyələşir 
və 
zəruri 
dərəcədə 
hakimiyyət 
səlahiyyətlərinə  malikdirlər.  Təbiətdən  istifadənin  idarəetmə 
obyekti-təbiətdən  istifadə  sferasındakı  insanların  fəaliyyətidir  və 
hüquqi  tənzimləmə  əsasında  idarə  edilir.  Dövlət  idarəetməsinin 
formaları idarəetmə aktlanndan (normativ, direktiv, fərdi), inzibati 
sazişlərdən (razılaşmalardan) və maddi-texniki hərəkətləri ibarətdir. 
İTəbiətdən  istifadə  sferasında  (sahəsində)  dövlət 
idarəetməsi  özündə  üç  növ  fəaliyyət  idarəetməsini  birləşdirir: 
sosial-iqtisadi,  inzibati-siyasi,  sosial-mədəni.  Bu  sahədə  təbiəti 
bərpa işləri çox zəif həyata keçirilir, yaxud heç həyata keçirilmir. 
Təbiətdən  istifadənin  idarə  edilməsi  əsasən  inzibati  (məcburi), 
iqtisadi, ideoloji və tərbiyəvi üsullarla bu və  ya digər məsələlərin 
həlli vasitəsilə həyata keçirilməlidir. 
idarəetmə  metodları  daimi,  bilavasitə  və  operativ  olaraq 
bütün  məsələləri  həll  etməyə  və  idarəetmənin  məqsədlərinə  nail 
olmağa  imkan  yaradır.  Təbiətdən  istifadənin  idarə  edilməsində 
aşağıdakı təcrübələr qazanılmışdır: qadağa, müvəqqəti dayandırma, 
məhrumetmə (istifadə hüququnun dayandırılması), razılaşdırma və 
icazə (lisenziya verilməsi, təbiətdən kompleks istifadə müqaviləsi 
və s.). 
Təbiətdən  istifadə  sferasında  dövlət  idarəetməsi 
qanunvericilikdə  təsbit  edilmiş  ümumi  prinsiplər  əsasında  həyata 
keçirilir.  Onlara  aiddir:  qanunilik,  ərazi  və  sahə  idarəetməsinin 
birləşməsi. Qanunvericiliklə təbiəti mühafizənin spesifik prinsipləri 
müəyyən  edilir:  komplekslik,  ümumilik,  plana-  uyğunluq, 
elmi-texniki  tərəqqinin  imkanlarından  istifadə  və  beynəbcalq 
əməkdaşlıq. 
Təbiətdən istifadənin idarə edilməsinin son məqsədi- ətraf 
mühitin  keyfiyyətinin  optimal  vəziyyətinə  nail  olmaq,  təbii 
ehtiyatların  səmərəli  istifadə  edilməsidir.  Lakin  buna  birdə-  fəyə 
nail olmaq olmaz, ona görə də aralıq məqsədlər müəyyən 
151 


edilir-hər  bir  mərhələdə  konkret  ətraf  mühiti  mühafizə  tədbirləri 
göstəfilir. 
I  Təbiətdən  istifadənin  idarə  edilməsi  dövlət  orqanlan 
sistemimıı 
qarşılıqlı 
əlaqələri 
şəraitində 
subordinasiya 
elementlərindən  ibarət  vahid  bir  orqanizmdir.  Dövlət  idarəetmə 
orqanlarının ekoloji sferada vəzifələri üç toplayıcıdan ibarətdir: 
1)
 
idarəetmə-təşkiletmə,  ümumi  rəhbərlik,  operativ  sə- 
rəncamçılıq,  normativ  aktların  nəşri  və  vaxtaşın  onların 
təkmilləşdirilməsi; 
2)
 
planlaşdırma, proqnozlaşdırma və əlaqələndirmə; 
3)
 
uçot, nəzarət və yoxlama. 
Rusiya  Federasiyasında  əksər  nazirliklər  və  idarələr 
(departamentlər)  bilavasitə  təbiətdən  istifadə  edənlərdir,  lakin 
dövlət  yoxlaması  və  nəzarəti  üzrə  xüsusi  funksiya  yerinə 
yetirmirlər.  Dövlət  idarəetmə  orqanlarının  funksiyaları  məzmun, 
vəzifə  və  səlahiyyətindən  asılı  olaraq  bu  və  ya  digər  idarəetmə 
orqanları üçün müəyyən edilir. Dövlət idarəetmə orqanlan obyektlər 
üzrə  onların  kompetensiyasına  müqabil  təsnif  edilə  bilərlər.  Bu 
məqsədlə  ümumi  və  xüsusi  kompetensiyaya  malik  orqanlar 
yaradılır. Təbiətdən istifadə edilməsində müvafiq idarələr aşağıdakı 
ümumi  səlahiyyətlərə  malikdir:  ölkə  prezidentinin  xüsusi 
nümayəndəliyi  və  bələdiyyə  orqanlan.  Xüsusi  səlahiyyətə  elə 
orqanlar  aiddir  ki,  əsasnamələrinə  müvafiq  olaraq,  onlara  təbiəti 
mühafizə,  ekoloji  funksiyalar  həvalə  edilmişdir.  Öz  xüsusi 
səlahiyyətlərinin  funksiyalarına  görə  belə  orqanlar  iki  növə 
ayrılırlar: əlaqələndirici, kompleks məsələlər həll edən orqanlar və 
sahə orqanlan. 
Əlaqələndirici  orqanlar  təbiəti  mühafizə  sahəsində  ya 
bütün  məsələləri,  ya  da  məsələlər  blokunu,  bütün  təbii  resurslara 
dair bir və ya bir neçə vəzifəni yerinə yetirirlər. Sahə orqanları öz 
diqqətlərini ayrı-ayrı təbiət obyektlərinə yönəldirlər. 
Koordinasiya  fəaliyyətini  təbiəti  mühafizə  sahəsində 
əvvəllər Dövlət Təbiəti Mühafizə Komitəsi yerinə yetirirdi və onlar 
aşağıdakılardan ibarət idi: əlaqələndirici, tənzimləyici, nəzarətedici, 
icazəverici, informasiya xidmətlərini, qoruqları. 
152 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə