Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə45/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   50

strategiya özü də rəqabətli üstünlüklərə nail olmağa yönəldilmişdir, 
bu isə müəssisənin uzunmüddətli fəaliyyətini təmin edir. 
Bazar  iqtisadiyyatı  şəraitində  menecment  rəqabət 
üzərində qurulur və rəqabətdə uduşa yönəldilmişdir. Odur ki, onun 
baş vəzifəsi menecmentin əsas «qml» qaydalarına yiyələnməkdir: 
1)
 
Həyata  keçiriləcək  vəzifələrin  imkanını,  növbəliyini, 
ardıcıllığım təyin etmək bacarığı; 
2)
 
Firmanın gələcəyini, onların həllindən asılı olan ən vacib 
«taleyüklü» məsələləri başqalarına tapşırmamaq ; 
3)
 
Tabeliyində  olanlara  və  özünə  qarşı  tələbkar  olmaq, 
məsuliyyətsizliyə yol verməmək
4)
 
Gecikdirmə-ölümə bərabər olan hallarda tez və qətiyyətlə 
hərəkət etmək; 
5)
 
Öz sahəsində yaxşı informasiyaya maUk olmaq
6)
 
İkinci dərəcəli şeylərlə məşğul olmamaq; 
7)
 
Mümkün olan və reallıq çərçivəsində hərəkət etmək
8)
 
Qaçılmaz hallarda uduzmağı bacarmaq
9)
 
Öz  idarəedici  hərəkətlərində  ədalətli,  ardıcıl  və  möhkəm 
olmaq; 
10)
 
İşdə  məmnunluq  tapmaq,  elə  idarəetmə  fəaliyyəti  ilə 
məşğul  olmaq  lazımir  ki,  yalnız  razılıq  (mənmunluq) 
gətirsin. 
Menecmentin ən əsas vəzifəsi-bu qaydaları bilmək, onları 
başa düşmək və tətbiq etməyi bacarmaqdır. 
istənilən qərarın qəbul edilməsinin əsasında informasiya 
durur: monitorinq, normativlər, texnologiyalar haqqında məlumat, 
marketinq informasiyası və s. Sadəcə olaraq informasiya yox, zəruri 
informasiya  lazımdır.  İnformasiyamn  bir  baza  kimi  xüsusiyyəti 
odur ki, o tez köhnəlir. Eyni zamanda təcrübənin (vərdişin) qiyməti 
artır.  Ekomenecment  ani  olaraq  formalaşmır.  Müəyyən  vaxt 
lazımdır ki, şərait yetişsin və inno- vasiyalar üçün zəmin yaransın. 
146 


Müasir  menecmentdə  4  vəzifə  ayrılır:  planlaşdırma, 
təşkiletmə,  motivasiya  və  nəzarət.  Ali  menecmentin  əsas  vəzifəsi 
ekoloji  məqsədləri  strateji  planlaşdırmaya  daxil  etməkdir. 
Planlaşdırmada zəruri investisiyalar əsaslandınlır, xüsusi marketinq 
strategiyası  nəzərdə  tutulur.  Planlaşdırmanın  əsas  elementi 
biznes-plandır.  Biznes-planın  strukturunda  təbiəti  mühafizə  və 
resursa qənaət fəaliyyətində aşağıdakı bölmələr (məsələlər) nəzərdə 
tutulur: 
1.
 
Ekoloji-iqtisadi sistemin imkanları; 
2.
 
Ehtiyatlarm növləri (ilkin və təkrar), ekoloji potensial, baza 
ekoloji məhdudiyyətlərin olması; 
S.Məhsul satışı bazan (tullantılardan alınmış, xidmətlər məhsulu və 
s.); 
4.
 
Məhsul və xidmət satışı bazarında təbiəti mühafizə və ehtiya 
ta qənaət fəaliyyətinin həyata keçirilməsi üzrə rəqabət
5.
 
Marketinq planı; 
ö.Təbiəti mühafizə və ehtiyata qənaətetmə fəaliyyət planı; 
7.
 
tstehsalat və infrastruktur obyektlərinin kooperasiyası üzrə 
təşkilati plan (ekoloji-iqtisadi effekti artırmaq üçün); 
8.
 
Təbiəti mühafizə və resursa qənaətetmə fəaliyyətinin hüquqi 
təminatı; 
9.Subyekt və obyektlərin mümkün olan ekoloji fəlakətlərdən sığorta 
edilməsi üçün riskin sosial-iqtisadi qiymətləndirilməsi
9.
 
Maliyyə planı; 
10.
 
Təbiəti  mühafizə  obyektlərinin,  onlann  rekonstruksiyasının 
əsaslı tikinti və maliyyələşdirmə strategiyası planı. 
Ekomenecmentin  əsas  elementlərindən  biri  ekoloji 
marketinqdir.  Marketinqin  mərkəzində  istehlakçı  durur,  onun 
tələblərinə  uyğunlaşmaq  lazımdır.  Ekomarketinqin  nüvəsi  ondan 
ibarətdir  ki,  onun  bütün  fazalarında  məhsulun  ekolojiliyi 
(istehsalatdan  tutmuş  son  utilləşdirməyə  qədər)  durur.  Deyilənlər 
satış zamanı ən əsas əhəmiyyət kəsb etməlidir. Ekoloji marketinq 
əsasən  səmərəliləşdirmə  konsepsiyasına  istinad  edir.  Həmin 
konsepsiyaya əsasən materialların və enerjinin az dövr 
147 


etməsi  istehlakçıya  çox  fayda  gətirir.  İstehsalçı  haqqında 
informasiyaya  malik  olub  və  marketinq  strategiyasım  müəyyən 
etməklə firmada və sahibkarlıqda uğur qazanmaq üçün marketinq 
vasitələri toplumundan səmərəli istifadə etməlidir. 
Ali  menecmentin  ekoloji  strateji  məqsədlərinin  realizə 
edilməsi təbiəti mühafizə prosesinə orta və operativ menecmentin 
cəlbini nəzərdə tutur. Öz xüsusi (şəxsi) bölməsinin yaradılmasının 
zərurəti  meydana  gəlir  ki,  bu  bölmə  ekoloji  məsələlərə  məsul 
olmalı,  müəyyən  resursa  sahib  olmah  və  səlahiyyətə  malik 
olmalıdır.  Orta  menecmentin  səlahiyyətlərinə  ekoloji  məqsədlərin 
paylanması  (aynca  əməliyyat  proqramlan  üzrə)  aiddir.  Məhz,  bu 
zaman  ekoloji  menecment  sisteminin  təzələnməsi,  artırılması  və 
modifikasiya edilməsi üzrə yeni ideyalann yaranması mümkündür. 
Menecmentin  inteqrasiya  sistemi  bütün  əməliyyat  menecmentini, 
müəssisənin  fəaliyyət  sistemini,  məsuliyyətlərin  səviyyəsini  və 
məhdudlaşdırılmasını əhatə edir. 
Ekoloji  menecment  ekoloji  imic  yaratmaq  hesabına, 
nəinki  rəqabət  üstünlüklərini  təmin  edir,  eyni  zamanda  firmanın 
mikroiqliminə  müsbət  təsir  göstərir:  işçilərin  əməyə  həvəsi  artır, 
onlar  işdən  məmnun  qalırlar.  Ekoloji  imic  əsasında  firma  hiss 
edilməyən kapital («qudvill») əldə edir ki, bu da dövlət hakimiyyəti 
rəhbərliyi ilə əməli kontaktların yaradılmasını asanlaşdınr, həm də 
ekotəşkilatlann  etimadım  qazanır,  müştərilər  və  sakinlərin 
müqabilində hörməti artır. Belə müəssisə, eyni zamanda cəlbedici iş 
yerinə çevrilir. 
Ekomenecmentin müsbət tərəflərini qeyd etməklə, nəzərə 
almaq lazımdır ki, onun nöqsanları da az deyildir. Ekoloji-iqtisadi 
effekt  yüksək  investisiya  və  istehsalat  xərcləri  ilə  əlaqədardır. 
Prosesdə bazar və innovasiya riskləri yarana bilir. 
148 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə