Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə48/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   50

fadəçilərinə vergi qoymada bu sahə hüquqi nizamlanmamn həyata 
keçirilməsində mühüm rol oynayır. 
Təbiəti 
mühafizə 
sahəsində 
fəaliyyətin 
lisenziyalaşdırılması,  məsələn,  Rusiyada  1996-cı  ildən  həyata 
keçirilir.  Azərbaycanda  isə  bu  səlahiyyət  Prezidentin  fərmanı  ilə 
vaxtı  ilə  ay-  n-ayn  nazirlik,  komitə  və  idarələrə  həvalə  edilmişdi. 
2001
-ci  ildən  bəri  isə  bu  funksiyanı  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi  yerinə  yetirir  və  bu  sahədə  xüsusi  departament 
yaradılmışdır.  Nəticə  etibarilə  müvafiq  direktiv  sənədlər  və  eləcə 
də,  lisenziya  vermə  qaydaları  müəyyən  edilmişdir.  Xüsusilə 
tullantıların 
utilləşdirihnəsi, 
anbarlaşdırılması, 
daşınması, 
yerləşdirilməsi,  basdırılması,  məhv  edilməsi  müəyyən  edilmişdir. 
Eyni  zamanda  ekoloji  pasportlaşdırmanın,  sertifikatlaşdırmanın, 
ekoloji  auditin  həyata  keçirilməsi  və  təbiəti  mühafizə  istiqamətli 
digər  əməliyyatların  funksiyaları  və  yerinə  yetirilməsi  qaydaları 
göstərilmişdir. 
10.3.
 
Ekoloji sferada sertifikatlaşdırma 
İstehlakçıların  hüquqlarının  müdafiəsi  üçün  bir  çox 
ölkələrdə 
malların 
(işlərin 
və 
xidmətlərin) 
məcburi 
sertifikatlaşdırılması  tətbiq  edilməkdədir.  Mallann  və  bununla 
əlaqədar  xidmətlərin  təhlükəsizliyini  təmin  etmək  məsələsində 
sertifikatlaşdırma aşağıdakı istiqamətlər üzrə həyata keçirilir: 
-
 
texnoloji proseslər
-
 
istehsalat və istehlak tullantıları; 
-
 
ekoloji təhlükəsizliyi təmin etməyə yönəldilmiş xidmətlər 
və ətraf mühitə dəyəcək zərərin qarşısının alınması; 
-
 
ətraf mühit obyektləri, təbii ehtiyatlar. 
Ekoloji  sertifikatlaşdırma  sistemi  istehsalatda  ekoloji 
təhlükəsizlik  tələbləri  təyin  edir,  bütün  məhsulların  növləri  üzrə 
təyinat  (bölgü),  mübadilə,  mənimsəmə  işləri  xidmətlərin 
təhlükəsizliyinə  nəzarət  edir.  Sertifikatlaşdırma  təbiətdən  istifadə 
edilmə qaydalarının ayrılmaz hissəsidir. 
156 


Ekoloji  sertifikatlaşdırma  sisteminin  əsas  vəzifələri 
aşağıdakılardır; 
-
 
insanın  həyatına  və  sağlamlığına,  ətraf  mühitin  vəziyyətinə 
arzuolunmaz  (neqativ)  təsirlərin  qarşısını  almaq,  habelə 
istehsalat  prosesi və məhsulun tətbiqi ilə, sənaye və məişət 
tullantılarının  istifadəsi  ilə,  təbii  ehtiyatların  işlənməsi 
(emah)  və  istifadəsi  ilə  əlaqədar  amillərin  mənfi  təsirləri 
barədə əvvəlcədən xəbərdarlıq etmək; 
-
 
təbii  ehtiyatlar  potensialının  səmərəli  istifadəsi,  mühafizəsi 
və artırılmasını təmin etmək; 
-
 
ahcıları həyat (sağlamlıq və əmlak) üçün təhlükəli malların 
almasından yayındırmaq, həmin mallann ətraf mühitə zərərli 
təsirinin qarşısını almaq; 
-
 
vətən  (ölkə)  məhsullarının  rəqabət  qabiliyyətini  artırmaq, 
ixracata kömək göstərmək
-
 
ölkə  iqtisadiyyatının  dünya  bazarına  inteqrasiya  etməsini 
təmin etmək. 
Ekoloji sertifikatlaşdırma sisteminə ekoloji marki- rovka 
(nişanlama)  və  deklarasiyam  da  daxil  etmək  olar.  Ekoloji 
markirovka  istifadəçiləri  malların  ekolojilik  dərəcəsi  barədə 
məlumatlandırmaq  üçün  tətbiq  edilir.  Bu  iş  ekoloji  məhsulun 
seçilməsinə  kömək  edir  və  istehsalçılar  üçün  həvəsləndirici  amil 
kimi təmiz məhsula tələbatı təmin edir. Məhsulun (malm) ekoloji 
deklarasiyası-  məmulatın  bütün  xassələrinin  təsviri  deməkdir.  Bu 
alman məhsulun istehsal edilməsində və gələcəkdə onlardan tullantı 
kimi istifadə edəndə istehsalçıya kömək göstərmiş olur. 
Ekoloji  sertifikasiyanın  dövlət  sistemini  yaratmaq, 
formalaşdırmaq  və  genişləndirmək  üçün  aşağıda  göstərilənlər 
zəruridir: 
-
 
ekoloji sertifıkasiyaya məruz qalacaq obyektlərin no- 
menklaturasını müəyyən etmək: 
-
 
normativlər və standartlar halında ekoloji tələblər
normativ-raetodik sənədlər zərfi hazırlamaq. 
157 


Ekoloji sertifikat sistemində Dövlət Standart Təşkilatı və 
Təbiəti  Mühafizə  orqanları,  ilk  növbədə  Ekologiya  və  Təbii 
Sərvətlər Nazirliyi iştirak etməlidir. 
Sertifikatlaşdırma aparan iştirakçılar arasında məsuliyyət 
aşağıdakı kimi bölünür: 
-
 
istehsalçı  (icraçı,  mal  göndərən),  məhsulun  (texnoloji 
prosesin) normativ sənədlərinin tələblərinə müvafiq olmasına 
görə məsuliyyət daşıyır, bu işə nəzarət edilir, nişan kağızının 
düzgün istifadəsi yoxlamlır. 
-
 
satıcı satılan məhsulun sertifikatı olmasına və markirov- ka 
nişanının müvafiq yapışdırılmasına məsuliyyət daşıyır; 
-
 
sınaq  laboratoriyası  (mərkəzi)  aparılmış  sertifikasiya 
sınaqlarının  normativ  sənədlərin  tələblərinə  uyğun 
gəlməsinə, sınaqların düzgün və obyektiv aparılmasına görə 
.məsuliyyət daşıyır; 
-
 
sertifikatlaşdırma üzrə orqan sertifikatın düzgün verilməsinə, 
nişanın  düzgün  yazılmasına  və  onların  tətbiqini  təsdiq 
etdiyinə görə məsuliyyət daşıyır. 
Ekoloji  təhlükəsizlik  meyarlarını  təyin  etmək  üçün 
texnoloji  proseslərin  tələblərinə  də  düzgün  riayət  etmək  lazımdır. 
Texnika  və  texnologiyanın  tələb  edilən  səviyyəyə  uyğun  olması 
mühüm əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, eyni cinsli məhsul 
istehsal edən müxtəlif texnologiyalar üçün axmtı- ların, atılmaların, 
xammal  və  suyun  istifadəsinin,  yanğın  və  partlayış  təhlükəsinin, 
enerji  sərfinin  və  s.  səviyyələri  (miqdan)  həddi  yol  verilən 
ölçülərdən  çox  olmamalı,  yaxud  da  ən  yeni  texnoloji  proseslərin 
göstəricilərinə  yaxın  olmalıdır.  Bu  göstəricilərə  dövri  olaraq 
yenidən  baxılmalıdır.  Yeni  materiallar  (süni,  sintetik)  aşağıdakı 
tələblərə  cavab  verməlidir:  ətraf  mühitə  istehsalat  və  istismar 
prosesində  icazə  verilən  həddi  normadan  artıq  zərərli  maddə 
ayırmamalı, işi qurtardıqdan sonra təbii çürümə prosesi olmamalı, 
ətraf mühit zibillələnməməlidir. 
Sənaye və məişət tullantıları nomenklaturunda 100 minə 
yaxın  adda  maddə  vardır  və  onların  yığılmasından  dəyən  ziyan 
yüksək dərəcədə hiss edilməkdədir. Tullantılarla dav 
158 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə