Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ



Yüklə 0,95 Mb.
səhifə3/14
tarix02.06.2018
ölçüsü0,95 Mb.
#46970
1   2   3   4   5   6   7   8   9   ...   14

XALİD BİN VƏLİD
Onlar Allahın qılıncı, Islamın cəngavəri, onun müzəffər, mübarək ordularının komandanı Xalid ibn Vəlidə də ləkə yaxmışlar. Qümmi və başqaları qeyd edirlər ki, Xalid Malik ibn Nüveyrənin üzərinə yalnız və yalnız Malikin arvadı ilə evlənməkdən ötrü hücum etmişdir.

Onlar onun haqqında bir uydurma da danışırlar. Qümmi həmin uydurmanı belə nəql edir: "Əbu Bəkrlə Əli arasında ixtilaf düşür, mübahisə edirlər. Əbu Bəkr öz mənzilinə qayıdır və adam göndərib Öməri yanına çağırır. Sonra ondan soruşur: — Bu gün Əlinin bizimlə rəftarını gördünmü? Vallahi, əgər belə davam etsə, o, bizim işlərimizi korlayacaq. Onun haqqında nə fikirdəsən? Ömər deyir: — Fikrim odur ki, onun öldürülməsini əmr etməliyik. Əbu Bəkr deyir: — Onu kim öldürər? Ömər cavab verir: — Xalid ibn Vəlid. Onlar Xalid üçün adam göndərirlər. Xalid onların yanına gəlir. Ona deyirlər ki, biz sənə böyük bir iş tapşırmaq istəyirik. O cavab verir ki, mənə istədiyiniz işi, lap Əli ibn Əbu Talibi öldürməyi də tapşıra bilərsiniz. Onlar deyirlər: — Elə istədiyimiz də budur. Xalid deyir: — Onu nə vaxt öldürüm? Əbu Bəkr deyir: — O, məsciddə olanda namaz vaxtı onun yanında dayan, elə ki mən salam duası oxudum, dur onun boynunu vur. Xalid deyir: — Oldu. Bütün bunları Əsma bint Əmis eşidir. O, Əbu Bəkrin arvadı idi. Əsma öz cariyəsinə deyir ki, Əlinin və Fatimənin mənzilinə get, məndən onlara salam söylə, Əliyə de ki, səni öldürmək üçün sui-qəsd hazırlayırlar, mənim ona nəsihətim budur ki, aradan çıxsın. Cariyə onların mənzilinə gəlir və Əli əleyhissəlama deyir: — Əsma bint Əmis sizin hər ikinizə salam göndərir və deyir ki, adamlar səni öldürmək üçün sui-qəsd hazırlayırlar. Nəsihətim budur ki, aradan çıxasan. Əli əleyhissəlam deyir: — Get ona de ki, Allah onları öz istədiklərinə çatdırmayacaq.

Sonra ayağa qalxıb namaza hazırlaşır, məscidə gəlir və Əbu Bəkrin arxasında dayanıb namaz qılmağa başlayır. Xalid ibn Vəlid də qılıncı öz üstündə onunla yanaşı namaz qılır. Əbu Bəkr təşəhhüd duasını oxumaq üçün oturanda dediyinə peşman olur, fitnədən, Əlinin qəzəbindən və zəhmindən qorxur. Salam duası oxumağa cəsarət etməyib fikirləşməyinə davam edir. Onun yubanmasını görən adamlar elə zənn edirlər ki, o, səhv edib. Sonra Xalidə tərəf dönüb deyir: — Xalid, mənim buyurduğumu etmə, əssəlamü əleyküm və rəhmətühü və bərəkatühü. Əmirəlmöminin əleyhissəlam deyir: — Xalid, o sənə nə buyurub? Xalid deyir: — O mənə sənin boynunu vurmağı buyurmuşdu. Əli: — Sən bunu edərdinmi? — deyə soruşur. Xalid deyir: — Bəli, Allaha and olsun. Əgər deməsəydi ki, buyurduğumu etmə, salam duasından sonra səni öldürəcəkdim. Belə olduqda Əli onu götürüb yerə çırpır. Adamlar onun başına yığışır. Ömər deyir: — Kəbənin ağasına (Allaha) and olsun ki, onu öldürəcək, qoymayın! Adamlar deyirlər: — Ya Əli, sən Allah, səni bu qəbrin sahibinə and veririk, onu burax. Əli də onu buraxır. Onun dediyinə görə, Əli Ömərə tərəf dönür, onun yaxasından yapışıb deyir: — Ey filan-filan olmuş, Rəsulullah səlləllahü əleyhi və alihinin əhdi olmasaydı və bir az əvvəl Allahdan yazı gəlməsəydi, sənə bildirərdim ki, bizdən hansımızın arxası daha zəif, tərəfdarlarının sayı daha azdır... O bunu deyib evinə yollandı”.77
ABDULLA BİN ÖMƏR VƏ MƏHƏMMƏD BİN MƏSLƏMƏ
Onlar Abdulla ibn Ömər və Məhəmməd ibn Məsləmə (Allah onların hər ikisindən razı olsun!) haqqında belə demişlər: "Məhəmməd ibn Məsləmə və Ibn Ömər əhdlərinə əməl etmədən öldülər".78
TƏLHƏ VƏ ZÜBEYR
Təlhə Rəsulullah səlləllahü əleyhi və səlləmin əshabəsi, onun Cənnət müjdəsi almış yaxın adamlarından biridir. Rəsulullah səlləllahü əleyhi və səlləm Ühüd döyüşü zamanı onun haqqında demişdir: "Təlhə özü üçün Cənnəti nağd elədi".79

Zübeyr də həmin yaxın adamlardan biridir. Peyğəmbər onun haqqında demişdir: "Hər bir peyğəmbərin bir şagirdi olur, mənim də şagirdim Zübeyrdir".80

Qümmi bu iki əzəmətli insan haqqında belə rəvayət etmişdir: "Əbu Cəfər (Baqir) demişdir ki, bu ayə Təlhə və Zübeyr haqqında nazil olmuşdur: "Bizim ayələrimizi yalan hesab edənlər və təkəbbür edib onlara əməl etməyənlər üçün səmanın qapıları açılmaz və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə daxil olmazlar".81

ƏNƏS BİN MALİK VƏ BƏRRA BİN AZİB
Onlar Ənəs ibn Malik və Bərra ibn Azib (Allah onların hər ikisindən razı olsun!) haqqında demişlər ki, guya Əli bu iki şəxs haqqında belə demişdir: “Sizə nə mane olur ki, durub şəhadət gətirəsiniz, axı hamının eşitdiyini siz də eşitmisiniz". Guya sonra əlavə etmişdir: "Ay Allah, onların şəhadət gətirmədikləri inadlarındandırsa, onlara bəla ver! Bu qarğışdan Bərra ibn Azibi kor oldu, Ənəs ibn Malikin iki ayağı cüzam".82
PEYĞƏMBƏR ƏLEYHİSSƏLAMIN ARVADLARI
Onların xəbisliyi bununla qurtarmır, dedi-qoduları bununla sona yetmir, axırda hətta Peyğəmbər səlləllahü əleyhi və səlləmin ailəsinə əl atır, öz xəbis, batil rəvayətləri ilə Siddiqə bint Siddiqi, möminlərin anası pak Aişəni (Allah ondan razı olsun!) böhtanlara məruz qoyurlar. Kəşşi deyir: "Əmirəlmöminin əleyhissəlam Əli ibn Əbu Talib salavatullah əleyhi Əshab əl-Cəməli məğlub edəndə Abdulla ibn Abbası Aişənin yanına göndərib yubanmadan yola düşməyi əmr edir. Ibn Abbas bunu belə nəql edir: — Mən onun yanına gəldim. O, Bəsrə yaxınlığında Bəni Xələf qəbiləsinin qəsrində idi. Yanına girməyə icazə istədim, icazə vermədi. Onun icazəsi olmadan içəri girdim. Gördüm ki, bu, çox yoxsul bir evdir, üstündə oturmağa bir şey yoxdur. O da ikiqat pərdənin arxasında əyləşib. Göz gəzdirdim, evin bir küncündə üstünə xalça (cecim — tərc.) salınmış yük gördüm. Xalçanı götürüb yerə saldım və üstündə oturdum. O pərdənin arxasından dedi: — Ey Ibn Abbas, qayda-qanunu pozdun; bizim icazəmiz olmadan evimizə daxil oldun və xalçamızın üstündə oturdun". Kəşşinin yazdığına görə, Ibn Abbas demişdir: — Biz qayda-qanunda səndən irəliyik, sənə də qayda-qanunu biz öyrətmişik. Əgər bu, Rəsulullah səlləllahü əleyhi və alihinin səni qoyub getdiyi ev olsaydı, onda sən deyən düz olardı. Lakin sən öz-özünə zülm edib, öz dininə qəzəblənib, öz Rəbbinin üzünə ağ olub, Rəsulullah səlləllahü əleyhi və alihiyə asilik edib o evdən çıxmısan. Əgər sən öz evinə qayıtsan, biz sənin icazən olmadan nə ora girər və nə də sənin xalçanın üstündə oturarıq. Sonra isə davam etmişdir: — Sən onun (Peyğəmbərin — tərc.) özündən sonra qoyub getdiyi doqquz arvaddan yalnız birisən. Sən nə üzünün rənginə görə onlardan ən ağısan, nə ən gözəli, nə kökünə görə ən təmizi, nə yarpaqlarına görə ən təravətlisi, nə əslinə görə ən nəcabətlisi. Sonra Ibn Abbas demişdir: — Mən ayağa qalxıb Əmirəlmöminin əleyhissəlamın yanına gəldim, Aişənin dediklərini və mənim verdiyim cavabları ona danışdım. O bunları dinləyib dedi: — Mən səni tanıdığım üçün onun yanına göndərdim".83

Bundan da böyük xəbislik olarmı? Lakin bu tayfa xəbislikdə heç kəsin çatmadığı bir mərtəbəyə ucalıb. Onların qəhrəmanlarından biri olan Təbərsi özünün Baqir haqqındakı kitabında belə rəvayət edir: "Cəməl döyüşündə Aişənin kəcavəsinə ox atılanda Əmirəlmöminin (Əli) əleyhissəlam demişdir: — Allaha and olsun ki, onun talağını verib azad etməkdən başqa çarəm qalmayıb. Allah, nə ola indi burada Rəsulullahın "Ey Əli, məndən sonra arvadlarımın ixtiyarı sənin əlindədir (Allah eləməmiş!)" dediyini eşitmiş bir adam olaydı! Bunu eşidən bir nəfər ayağa qalxan kimi şəhid oldu. Daha sonra on üç kişi ayağa qalxdı. Onların ikisi Bədr döyüşünün iştirakçıları idilər. Onlar şahidlik etdilər ki, Rəsulullah səlləllahü əleyhi və alihinin Əli ibn Əbu Talibə belə dediyini eşitmişlər: "Ey Əli, məndən sonra arvadlarımın ixtiyarı sənin əlindədir". Onun dediyinə görə, belə olduqda Aişə ağlamış və onlar onun ağladığını eşitmişlər".84


BÜTÜN ƏSHABƏLƏRİN KAFİR HESAB OLUNMASI
Bu, əvvəldən axıra bu tayfanın yəhudiliyin onlar üçün iman gətirilməsi vacib olan bir din kimi qərar verdikləri əqidəsi olub, danlaq və söyüş dinidir. Lakin onlar Rəsulullah səlləllahü əleyhi və səlləmin əshabələrini söyməklə kifayətlənmir, həmçinin Rəsulullah əleyhissəlamın əshabələrindən bir neçəsini çıxmaqla hamısını kafir hesab edirlər. Onların qəhrəmanlarından biri olan Kəşşi Əbu Cəfərin belə dediyini rəvayət edir: "Peyğəmbərdən sonra üç nəfərdən başqa adamların hamısı dönük çıxdı". Soruşdum ki, o üç nəfər kimdir, dedi: "Miqdad ibn Əsvəd, Əbuzər Qəffari və Salman Farsi"... Bu isə Qüdrət və Cəlal sahibi Allahın kəlamıdır: "Məhəmməd yalnız özündən əvvəl gəlib-getmiş peyğəmbərlərdən biridir. Məgər o ölsə, yaxud qətlə yetirilsə, siz dabanbasma geri dönəcəksiniz?".85

O, Əbu Cəfərdən həmçinin belə rəvayət edir: "Mühacirlər və ənsarlar (guya o bunu dedikdə əli ilə də işarə etmişdir), üç nəfərdən başqa, getdilər..."86

Kəşşi Musa ibn Cəfərin — onların yeddinci məsum imamının belə dediyini rəvayət edir: "Əgər Qiyamət günü olsa və carçı car çəkib çağırsa ki, Məhəmməd ibn Abdullanın — Rəsulullahın əhdi pozmamış tərəfdarı haradadır, yalnız Salman, Miqdad və Əbuzər ayağa qalxarlar".87

Çox təəccüblüdür ki, bəs Əli, Həsən, Hüseyn, Peyğəmbər ailəsinin digər üzvləri, Əmmar, Hüzeyfə, Amr ibn Hümq və başqaları harada qaldılar?

Diqqət edin görün yəhudilər bunun arxasında hansı niyyət güdürlər.

Əlinin (Allah ondan razı olsun!) özü hətta onunla müharibə etmiş Şam əhlini və başqalarını kafir hesab etmədiyi halda, onlar belə edirlər. O, şiə imamı Məhəmməd Rzanın “Nəhc əl-bəlağə”də haqqında rəvayət etdiyi Siffin əhli ilə onun (Əlinin — tərc.) arasında baş vermiş hadisə haqqında şəhərlərin əhalisinə göndərdiyi yazısında (fərmanında — tərc.) bunu açıq-aşkar demişdir: "Əvvəl biz Şam əhlindən, Rəbbimizin onların Rəbbi ilə bir olduğu görünən, Allaha imanda, Onun elçisinin təsdiqində nə bizim onlardan, nə də onların bizdən artıq olmadığımız, təkcə bir şeydə — bizim xəbərimiz olmayan Osmanın qanı məsələsində aramızda ixtilaf olan bir qövmlə qarşılaşdıq".88

Əli Müaviyəni (Allah ondan razı olsun!) və onun əsgərlərini söyənlərə etiraz etmişdir. Yenə də şiə imamı Məhəmməd Rzanın rəvayət etdiyinə görə o (Əli — tərc.) demişdir: "Söyüşçü olsanız, sizə nifrət edərəm. Lakin siz onların əməllərini təsvir etsəniz və hallarını göstərsəniz, bu daha doğru söz və daha kamil üzr olar. Onda onları söymək əvəzinə deyərdiniz ki, ey Allah, bizim və onların qanlarımızın tökülməsinə yol vermə, aramızda sülh yarat".89

Əli nə vaxtdan Rəsulullah səlləllahü əleyhi və səlləmin ən əzəmətli əshabələrini söyən, onlara lənətlər yağdıran, kafir adlandıran xəbis yəhudi törəmələrindən oldu? Allah onları öldürsün, onlar bu pis əməllərindən əl çəkməyəcəklərmi?


SÜNNİLƏRİN ƏSHABƏLƏRƏ MÜNASIBƏTİ
Yuxarıda göstərilənlər şiələrin Rəsulullah səlləllahü əleyhi və səlləmin risalətini bütün dünyaya təbliğ etmiş, onun ağırlığını öz çiyinlərində daşımış, onu adamlara eşitdikləri kimi çatdırmış böyük əshabələri haqqında fikirləridir. Onlar o adamlar idilər ki, Allah onların əli ilə Rum və Şam diyarlarını, bu məlunların və xəbislərin ölkələrini, Yəmən, Fars ölkələrini fəth etmişdir. Əgər onlar olmasaydı, Islamın bizə məlum olan dövləti və səltənəti olmazdı. Onlar Qüdrət və Cəlal sahibi Allahın bu sözünün təsdiqi olmuşlar: "Allah sizlərdən iman gətirənlərə və xeyir işlər görənlərə vəd etmişdir ki, onları onlardan əvvəlkiləri etdiyi kimi, yer üzündə Öz xələfləri etsin və onlar üçün Özünün qəbul etdiyi dinə imkan yaratsın, onların qorxularını əmin-amanlıqla əvəz etsin".90

Rəsulullah əleyhissəlam onlar haqqında demişdir: "Əshabələrimi söyməyin. Sizin biriniz Ühüd dağı boyda qızıl da xərcləsə, bu nə onların etdiyinə, nə də onların etdiyinin yarısına bərabər ola bilər".91

Əleyhissəlam daha sonra demişdir: "Ulduzlar səmanın təhlükəsizliyinə zəmanətdir, əgər ulduzlar olmasa, səmaya onun üçün təhlükəli olan şey gələr; mən əshabələrimin təhlükəsizliyinin təminatçısıyam, mən olmasam, onlara təhlükə üz verər; əshabələrim ümmətimin təhlükəsizliyinin təminatçısıdır, onlar olmasa, ümmətimə təhlükə üz verər".92

Əleyhissəlam onların fəzilət və şərəfini belə bəyan etmişdir: "Mənim əshabələrim arasında elə birisi yoxdur ki, Qiyamət günü dirilib öldüyü torpağa nur və başçı olmasın".93

Səlləllahü əleyhi və səlləm həmçinin demişdir: "Əshabələrimi söyən adamları görəndə deyin ki, sizin şərinizə Allah lənət etsin!".94

Əleyhissəlam, Əbu Bəkr (Allah ondan razı olsun!) haqqında demişdir: "Öz dostluğu və malı ilə mənə ən çox xeyirxahlıq edən adamlardan biri də Əbu Bəkrdir".95

Səlləllahü əleyhi və səlləm, Ömər (Allah ondan razı olsun!) haqqında demişdir: "Allah, haqqı Ömərin dilinə və qəlbinə tutub biçmişdir".96

O, onların ikisi barədə demişdir: "Əbu Bəkr və Ömər, peyğəmbərlər və mürsəllərdən sonra, Cənnət əhlinin əvvəlkilərinin və sonrakılarının böyüklərinin iki ağasıdır".97

Əleyhissəlam, Osman (Allah ondan razı olsun!) haqqında demişdir: "Hər bir peyğəmbərin bir yoldaşı olur, mənim yoldaşım, yəni Cənnətdə yoldaşım Osman olacaq".98

Əbdülmüttəlib ibn Rəbiədən rəvayət olunur: "Bir dəfə Abbas qəzəbli halda Rəsulullah səlləllahü əleyhi və səlləmin yanına girdi. Mən də orada idim. Rəsulullah soruşdu ki, niyə qəzəblisən, o dedi: — Ey Rəsulullah, bizimlə Qüreyş camaatı arasında nə baş verib ki, onlar bir-birini görəndə üzləri gülür, bizi görəndə bunun əksi olur? Rəsulullah səlləllahü əleyhi və səlləm elə qəzəbləndi ki, üzü qızardı, sonra dedi: — Ay camaat, əmimi incidən məni incitmiş kimidir, çünki adamın əmisi onun atasının əvəzidir".99

Əleyhissəlam ona və onun oğluna xeyir-dua verib demişdir: "Ay Allah, Abbasın və onun oğlunun zahirdə və batində olan günahlarını sonuncuyadək bağışla! Ay Allah, onu və oğlunu hifz elə!".100

Əbdülmüttəlib ibn Rəbiədən daha bir rəvayət: "Mən Əleyhissəlamdan soruşdum: — Sənin üçün ən sevimli adam kimdir? Dedi: — Aişə. Dedim: — Bəs kişilərdən? Dedi: — Onun atası”.101

Səlləllahü əleyhi və səlləm, Xalid ibn Vəlid (Allah ondan razı olsun!) haqqında deyib: "Xalid Qüdrət və Cəlal sahibi Allahın qılınclarından biri, qəbilənin ən yaxşı gəncidir".102

O, Məhəmməd ibn Məsləmə haqqında demişdir ki, mən heç kəsin fitnəyə düşməsindən Məhəmməd ibn Məsləmənin fitnəyə düşəcəyi qədər qorxmuram... O, Məhəmməd ibn Məsləməyə belə xeyir-dua vermişdir: "Səni görüm fitnədən zərər çəkməyəsən".103

Səlləllahü əleyhi və səlləm, Müaviyə (Allah ondan razı olsun!) haqqında belə söyləmişdir: "Ay Allah, onu insanlara rəhbər edib, özün ona rəhbər ol, onu adamlara nümunə et".104

Əleyhissəlam, Bərra ibn Azib haqqında demişdir: "O qədər dağınıq saçını toz basmış, cındır geymiş adam var ki, Allaha and içsəydi, Allah na bəraət qazandırardı. Onlardan biri də Bərra ibn Azibdir".105

Əleyhissəlam, Abdulla ibn Ömər haqqında deyib: "Abdulla əməlisaleh adamdır".106

Bunlar və başqaları Rəsulullah səlləllahü əleyhi və səlləmin Allahın Öz Kitabında mədh etdiyi əshabələridir. Vəhylə danışan, boş yerə bir söz deməyən Peyğəmbər onları mədh etmiş, onlara həmd-səna etmiş, onların bağışlanmalarına dua etmişdir. Bu, tək-tək adamlara, yaxud bir qrup adama gələn vəhydir. Onların Allah yolunda gördükləri böyük işlərə görə onlara qarşı qəlblərində nifrət, qəzəb və həsəd gizlədən münafiq yəhudilərdən və atəşpərəstlərdən başqa Allahın məsləkində olan və Onun yolunu izləyən hər bir adam da onları mədh edir və onlara həmd-səna edir. Kafirlərin Kitaba və Sünnəyə əməl edən bu mücahidlərə, xüsusən zəfər ordularına sərkərdəlik edib qələbə döyüşçülərini hazırlayan Əbu Bəkrə, Ömərə və Osmana qarşı qəzəbinin həqiqi səbəbi bu idi. Yəhudilər müsəlmanların əlindən xüsusən ona görə yanıqlı idilər ki, müsəlmanlar Peyğəmbər əleyhissəlamın bayrağı altında onların bünövrələrini sarsıtmış, köklərini kəsmiş, rişələrini çıxarıb atmışlar. Bu onların Bəni Qeynüqa, Bəni Nəzir və Bəni Qüreyzədən olan sələflərinin Mədinədə yaşadıqları zaman olmuşdur. Kəramətli Peyğəmbər əleyhissəlamdan sonra isə Ömər Faruq (Allah ondan razı olsun!) zamanında Ömər Rəsulullah səlləllahü əleyhi və səlləmin yəhudilər haqqındakı vəsiyyətini həyata keçirərkən bu, davam etmişdir. Peyğəmbərin vəsiyyəti belə idi: "Yəhudiləri Ərəbistan yarımadasından çıxarın!".107

Ömər Ərəbistan yarımadasını onların çirkabından və hiylələrindən təmizlədi, Rəsulullah səlləllahü əleyhi və səlləmin əmrinə müvafiq olaraq, yəhudilərdən heç birinin Ərəbistan yarımadasında yaşamasına imkan vermədi.
İRANDA ŞİƏLİYİN YAYILMASININ VƏ İRANLILARIN ƏSHABƏLƏRƏ NİFRƏTİNİN SƏBƏBLƏRİ
Ömər Faruq Iranı fəth edib parçalayanda, əzəmətini qıranda, hökmranlarının mütləqiyyətini devirəndə öz imperiyalarını sevən Iran əhli Ömərdən, onun yaxın adamlarından və əsgərlərindən incik düşdülər. Fars yəhudiləri bundan fitnə toxumu səpmək üçün münbit zəmin kimi istifadə etdilər. Təsadüfən Hüseyn ibn Əli (Allah onların hər ikisindən razı olsun!) iranlı əsirlərlə birlikdə gətirilmiş Iran şahı Yəzdigərdin qızı Şəhrəbanu ilə evləndi. Yəhudilər Əmirəlmöminin və müsəlmanların xəlifəsi Osman ibn Əffana (Allah ondan razı olsun!) qarşı tədbir tökəndə Əlidən (Allah ondan razı olsun!) icazə almadan və onun xəbəri olmadan ondan bir qalxan kimi istifadə edib vilayətin və xilafətin Əliyə və onun övladlarına aid olduğunu iddia etdilər. Iran əhli Iranı fəth etmiş Ömərdən, onun yoldaşlarından, Rəsulun əshabələrindən və islam fütuhatının hüdudlarını genişləndirmiş, onların əyrilərini düzəltmiş, zülmkarlarını sürgün etmiş Osmandan intiqam almaq üçün onlarla əməkdaşlıq etdilər və bu yəhudi tayfasına, zülmkar dəstəyə kömək etməyə hazır olduqlarını bildirdilər. Xüsusilə Zeynalabidin ləqəbli Əli ibn Hüseynin və onun övladlarının damarlarında onun anası, iranlılar arasında müqəddəs sayılan sasani sülaləsindən olan Iran şahı Yəzdigərdin qızı Şəhrəbanu tərəfindən iranlı qanı axdığını biləndə onlar bu əməkdaşlığa daha ürəklə razılıq verdilər.

Buna görə də farsların əksəriyyəti əshabələri, Iranı fəth etmiş və orada atəşpərəstliyin odunu söndürmüş Öməri və Osmanı söyməklə təsəlli tapmaq üçün şiələrin sırasına daxil oldu. Elə buna görə də onlar hiyləgər yəhudilərlə ittifaqa girdilər və birləşdilər. Onların məsləkini qəbul edib yolları ilə getdilər. Budur uzun müddət Iranda yaşamış, onun tarixini ətraflı və əsaslı öyrənmiş ingilis şərqşünası aşkarca deyir: "Iranlıların ikinci raşidi xəlifə Ömərlə ədavətlərinin ən mühüm səbəblərindən biri budur ki, Ömər Əcəm ölkəsini fəth etmiş, onun şan-şövkətini sındırmışdır. Lakin onlar (yəni Iran əhli — tərc.) öz düşmənçiliklərinə din və məzhəb rəngi vermişlər. Burada həqiqətdən bir şey yoxdur".108

O, başqa bir yerdə məsələni daha da aydınlaşdırıb deyir: "Iranın və onun əhlinin Ömər ibn Xəttabla ədavəti onunla əlaqədar deyil ki, o (Ömər), Əlinin və Fatimənin hüququnu əlindən almışdır; əslində bu onunla əlaqədardır ki, o, Iranı fəth etmiş, sasanilər sülaləsini məhv etmişdir". O sonra bir iranlı şairin farsca beytlərini misal gətirir və onun farsca mətnini verir:
Beşekest Omər poşte-hezberani əcəm ra,

Bərbad fəna dad rəgü rişeyi - Cəm ra.

In ərbəde bər ğəsbi-xilafət ze Əli nist,

Ba ale-Omər kine qədim əst əcəm ra.
Yəni: Ömər yırtıcı şirlərin belini qırdı, Cəmşid (farsların ən böyük hökmdarlarından biri) sülaləsinin kökünü kəsdi.

Dava Ömərin xilafəti Əlinin əlindən almağı üstündə deyil; məsələ çox qədimdir, məsələ Iranın fəthi məsələsidir.109
O daha sonra deyir: "Iran əhli Əli ibn Hüseynin övladlarından onun anasının Iran hökmdarı Yəzdigərdin qızı olduğunu bildikləri üçün təskinlik tapır və arxayın olurdular. Onlar onun övladlarına dini hüquqla birləşmiş hökmdar hüququ aid edirdilər. Elə buradan da onların arasında siyasi bir əlaqə nəşət etmişdir. Onlar (Iran əhli) hökmdarın yalnız Səmadan, Allahdan gəldiyinə inandıqları üçün öz hökmdarlarını müqəddəs tutur, buna görə də onlara həddən ziyadə bağlanırdılar".110


VİLAYƏT VƏ VİSAYƏT
Beşincisi. Yuxarıda qeyd etdik ki, yəhudilər Islamda özlərinin sadiq oğlu Abdulla ibn Səba vasitəsilə yeni bir məzhəb yaratmaq, Islam adından, Islamla heç bir əlaqəsi olmayan yeni dini təlim quraşdırmaq üçün yeni inanclar yayırdılar. Yəhudilərin qanunlar qanununa çevirdikləri bu inancların əsasları vilayət (müqəddəslik, Allaha yaxınlıq — tərc.) və visayət (vəliəhdlik — tərc.) əqidələridir. Artıq biz şiələrin bu əqidəni car çəkən birinci adamın, özlərinin onunla və yəhudilərlə əlaqələrini inkar etsələr də, bu hiyləgər yəhudi Ibn Sövda olması haqqında mətnlərini misal gətirmişik. Onlar öz əqidələrini yalnız və yalnız onun sözləri və rəyləri üzərində bina edirlər. Elə şiələrin, yəhudilərin onlara öyrətdiyi və onlar üçün qərar verdikləri kimi, öz dinləri üçün əsas götürdükləri vilayət məsələsinə fikir verin. Onların kitabı imama göstərilmiş və onların bu məşhur mövhum imamı tərəfindən təsdiqlənmiş böyük mühəddisləri Məhəmməd ibn Yəqub Küleyni yazır: "Fəzilin dediyinə görə, Əbu Cəfər əleyhissəlam demişdir: "Islam beş şey üzərində bina olmuşdur: namaz, zəkat, oruc, həcc və vilayət. Vida həcci günü vilayətlə çağırıla bilən şey başqa bir şeylə çağırıla bilmədi".111

Fikir verin, bu tayfa müsəlmanlardan necə fərqlənir. Axı müsəlmanlar deyirlər: "Islam beş şey üzərində bina olmuşdur: birincisi Allahdan başqa ilahinin olmamasına, Məhəmmədin onun qulu və elçisi olmasına şəhadət verməkdir". Lakin onlar tövhid şəhadətini və Peyğəmbərin risalətini heç bir şey hesab etmir, vilayəti və visayəti namazdan, zəkatdan, orucdan, həccdən üstün tuturlar ki, camaatı cızılmış plan üzrə yeni dinə cəlb etsinlər.

Şiələr məsələni bundan da aydın şəkildə izah edib deyirlər: "Zürarənin dediyinə görə, Əbu Cəfər əleyhissəlam demişdir: "Islam beş şey üzərində bina olmuşdur: namaz, zəkat, həcc, oruc və vilayət". Guya Zürarə soruşmuşdur: "Bunlardan hansı daha üstündür?" O demişdir: "Vilayət".112

Onlar daha sonra orucu və həcci da atmış və demişlər: "Sadiq (Cəfər) əleyhissəlam demişdir: "Islamın dayağı üçdür: namaz, zəkat, vilayət. Onlardan heç biri o birilər olmadan doğru olmaz".113

Daha sonra hər şeyi atıb təkcə vilayəti saxlamaq yoluna düşürlər. Bu məqsədlə Əbu Abdulladan rəvayət edirlər ki, o belə deyib: "Bizim vilayətimiz Allah vilayətidir. Bu elə bir şeydir ki, onsuz heç bir peyğəmbər göndərilməmişdir".114

Onlar bununla da kifayətlənməyib habelə Həbbə Övfinin dilindən deyirlər ki, Əmirəlmöminin (Əli) demişdir: "Allah mənim vilayətimi göy və yerin əhlinə ərz etmişdir. Bunu qəbul edənlər qəbul etmiş, inkar edənlər inkar etmişlər. Yunis əleyhissəlam onu inkar etmiş, Allah da onu mənim vilayətimi qəbul edənəcən balığın qarnında həbs etmişdir".115

Guya Əbülhəsən əleyhissəlam demişdir: "Əlinin vilayəti haqqında peyğəmbərlərin bütün sühüflərində yazılmışdır və Allah Məhəmməd səlləllahü əleyhi və alihinin nübüvvəti və Əli əleyhissəlamın vəsiyyəti (iradəsi — tərc.) olmadan heç bir peyğəmbər göndərməz".116

Həmçinin Məhəmməd ibn Müslim demişdir ki, mən Əbu Cəfərin belə dediyini eşitmişəm: "Allah peyğəmbərlərlə Əlinin vilayətini tanımaq haqqında əhd-peyman bağlamış və Əlinin vilayətini tanımağı onların boynuna qoymuşdur".117

Qümmi Allah-təalanın "O zaman ki Allah peyğəmbərlərlə əhd-peyman bağladı" kəlamının altında Əbu Abdullanın belə dediyini rəvayət edir: "Allah Adəm övladından olan peyğəmbərləri ona görə göndərir ki, onlar dünyaya qayıdıb Əmirəlmömininə (Əliyə) arxa olsunlar. Bu Onun belə bir kəlamından bilinir: “...ona — yəni Rəsulullaha — inansınlar, ona — yəni Əmirəlmömininə — kömək etsinlər deyə...”.118

Bir yəhudilərə baxın ki, müsəlmanların əqidələrini şil-küt etmək üçün gözə görünmədən onların arasına yol necə tapmış, su kimi sızıb özlərinə yer etmişlər.

Nəhayət, Növbəxti və Kəşşinin dediklərinə qayıdaq. Növbəxti deyir: "O (yəni Abdulla ibn Səba), Əli əleyhissəlamın imamətinin fərz olmasını açıq deyən birinci adamdır".119

Kəşşi isə deyir: "O (ibn Səba), Əlinin imamətinin fərz olmasını deməsi ilə tanınmış birinci adamdır".120


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə