Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ


QURANIN TƏHRİF OLUNMADIĞINA DƏLİLLƏR VƏ ŞİƏLƏRİN BU DƏLİLLƏRƏ İRADLARI



Yüklə 0,95 Mb.
səhifə7/14
tarix02.06.2018
ölçüsü0,95 Mb.
#46970
1   2   3   4   5   6   7   8   9   10   ...   14

QURANIN TƏHRİF OLUNMADIĞINA DƏLİLLƏR VƏ ŞİƏLƏRİN BU DƏLİLLƏRƏ İRADLARI
Məlumdur ki, bütün bunlar onların uydurduqları iftiradan, onların ağızlarından çıxan yalandan, ix-tira etdikləri böhtandan başqa bir şey deyil. Çünki şiələrdən başqa bütün müsəlmanlar belə etiqad edir-lər ki, Quranın bir hərfi də dəyişdirilməmiş, bir işarəsi belə düşməmişdir. Bunu inkar edən hər bir kəs səmada parlayan Günəşi görə-görə gündüz Günəş çıxmır, gecələr qaranlıq olmur deyən kimidir. Belə-sinə ancaq onu demək lazımdır ki, Qurani-kərimin hər hansı bir dəyişdirilmədən, təhrifdən, ondan nə-yinsə çıxarılmasından və ona nəyinsə artırılmasın-dan qorunması və saxlanmasını sübut edən dəlillər elə sıx və ardıcıl ağıl və düşüncə dəlilləridir ki, onların əleyhinə danışmaq belə mümkün deyil.

Üzərində heç bir toz dənəsi belə olmayan dəlil isə Sübhanəhü və Təalanın bu kəlamıdır: "Ona nə əvvəl, nə də sonra batil daxil ola bilməz". Bir də Allah-təalanın bu sözüdür: "Zikri Biz nazil etmişik, Biz də onu qoruyuruq". Bu iki ayə elə açıq-aydındır ki, onla-rın heç birində nə bir anlaşılmazlıq, nə də bir mü-rəkkəblik var. Lakin şiələri bu mətnlərə açıq-aşkar batildən ibarət şərh verib rəvayət edən görərsən.261 Budur bir şiə alimi deyir: "Quranda təhrif və nöqsan-ların olmadığını aşkara çıxaran dəlillərə gəldik-də, buna Allah-təalanın bu kəlamını misal gətirmək olar: "Ona nə əvvəl, nə də sonra batil daxil ola bil-məz”. Onların (sünnilərin — tərc.) iddialarının ək-sinə olaraq, bu və Allah-təalanın "Zikri Biz nazil etmişik, Biz də onu qoruyuruq" kəlamı bizim əlimiz-dəki Quranda dəyişikliklərin olmadığına dəlalət et-mir. Haqqında danışılan "qorunan" Quran "əl-hafi-zunə" ("qoruyanlar" - burada “qoruyuruq” kimi tərcümə olunur — tərc.) sözünün yerinə "əl-alimunə" ("bilən-lər") sözünün olduğunu ehtimal etməklə imamlardakı Qurandır. Elə deyilməmişdir ki, əlimizdəki Quran da artıq-əskiyin yol tapmadığı qorunan Qurandır. Bu ayənin tamamilə gizli olan sübutu bu Quran deyil”.262

Həmin bu sözü bir iranlı şiə alimi — Əli Əsğər Bürcərdi də şiələrin tələbi ilə şiə əqidəsinin və-zifələrini aydınlaşdırmaq məqsədilə Məhəmməd şah Qacar zamanında yazdığı kitabında təkrar edir. O de-yir: "Vacib olan odur ki, biz bəzi münafiqlərin tər-tib etdikləri Quranda təhriflərin və buraxılmış yerlərin olması ilə yanaşı, əsl Quranda heç bir dəyişiklik və təbdilin olmadığına inanmalıyıq. Əsl həqiqi Quran isə bizdə əsrin imamında — məşhur Mehdidədir (Allah onun zühurunu tezləşdirsin!)".263

Digər hindistanlı bir şiə alimi belə demişdir: "Allah Kəlamında Quranın qorunması ifadəsi Alla-hın Öz aşağıda misal gətirəcəyimiz kəlamında dediyi kimi, onun yalnız lövhi-məhfuzda qorunub saxlanma-sını nəzərdə tutur”.264

Mənbələrdə bu mənalı çoxlu mətnlərə rast gəlmək olar.

Qurani-məciddən ən aşağı səviyyədə xəbəri olan hər bir şəxs bu boş şərhlərin və zəif cavabların qənaətbəxş olmadığını bilir.

Birincisi, ona görə ki, qorunan Quranın imamda olan Quran olduğunu dedikdə bilmək lazımdır ki, imam olmadıqda dəyişiklikdən və təhrifdən qoruna bilməyən Quranın qorunmasının və saxlanmasının nə faydası var? Belə bir Quran nə möminlərə düzgün yol göstərə bilər, nə onlar üçün Allahın adının zikri ola bilər, nə də etiqadlarda, ibadətlərdə, münasibət-lərdə və digər ehkamlarda ona etimad göstərilə bi-lər. Həmçinin Quran Islamın əsası və bünövrəsi ol-duğu üçün, bu halda Islam bünövrəsiz, insanlar onları düzgün yola aparan bir şeyin olmaması üzündən məsu-liyyətdən kənar, şəriət isə əsas qanunu olmadığından təsirsiz olar; Quran Məhəmməd səlləllahü əleyhi və səlləmin peyğəmbər göndərilməsindən sonra deyil, üzə çıxmasının və zühurunun harada və nə vaxt olacağı bilinməyən Mehdinin üzə çıxmasından sonra aləmlə-rin Zikri olar.

Ikincisi, bu, Quranın lövhi-məhfuzda qorunub sax-landığını deyənlərə cavabdır.

Həmçinin belə olduqda Quranın hansı mahiyyəti qalar? Belə ki, Tövrat, Incil və başqa sühüflər də Allahın yanında, özü də lövhi-məhfuzda qorunub sax-lanır.

Üçüncüsü, bu ayə bildirir ki, hifz ancaq nazil olan-dan sonra baş verir. Belə ki, Qüdrət və Cəlal sahibi Allah demişdir: "Zikri Biz nazil etmişik, Biz də onu qoruyuruq".

Təhrifin artıq nazil olmuş şeydə olduğu, nazil olandan qabaq olmadığı aydın həqiqətdir. Lakin şiə-lər Islama, onun rəhbərlərinə və müsəlmanlara nif-rət bəslədiklərindən buna əhəmiyyət vermir, hətta ağlın rədd etdiyi və fəhmin nifrət etdiyi sözlər iş-lədirlər.

Quranda dəyişiklik və təhrifin olmadığını sübut edən Qurandan və Sünnədən gətirilmiş çoxlu ənənəvi dəlillərlə yanaşı, ağlı və şüuru olan insanı Qura-nın təhrif olunmasını deməməyə çağıran çoxlu əqli dəlillər də var. Çünki o, yazılı və şifahi şəkildə nəsildən nəsilə keçmişdir. Indiki fəsad və dinsiz-lik zamanında belə Qurani-kərimi bütünlüklə əzbər bilib öz qəlblərində daşıyan milyonlarla bəşər öv-ladı var. Ramazan ayında təravih (əlavə namazlar və ibadətlər — tərc.) zamanı Quran hafizləri və qiraət-çilərinin camaatla birgə namaz qılarkən Quranı bir kəlmədə, hərfdə, hətta bir nöqtə qədər, bir iynə ucu qədər də səhv etmədən oxuduqlarının şahidi olarsan. Əks təqdirdə, səhv edənin səhvi yubadılmadan başqası tərəfindən düzəldilir. Şatibi bu barədə demişdir: "Allah Qurani-kərim üçün o qədər hafiz yaratmışdır ki, əgər ona bir hərf belə artırılsa, bunu böyük qiraətçilərdən əlavə minlərlə balaca uşaq üzə çı-xarar”.265

Diqqətəlayiq haldır ki, Pakistanın Pəncab maha-lındakı Kəcrat və Cəhləm vilayətlərinin kəndlə-rində və şəhərlərində Quranı əzbər bilməyən bir kişi və ya qadın yoxdur. Bu vilayətlərin əhalisi qırx min nəfərdən çoxdur. Bu, indiki zamandır, bəs xeyir işlərin birbaşa şahidi olmuş o zaman necə imiş?
BƏS ONLAR BƏZƏN QURANIN TƏHRİF OLUNDUĞUNU NƏ ÜÇÜN İNKAR ETMIŞLƏR?
Bundan sonra da kimsə şiələrin Kəlami-mübində təhrif və dəyişikliklərin olduğunu fikirləşmədik-lərini deyə bilərmi? Bəli, bəzi tanınmış şiələr var ki, Quranın təhrif olunmamış, dəyişdirilməmiş və ondan heç nəyin buraxılmamış olduğuna inanırlar. Onlardan biri də onların özlərinin Səduq (doğrucul, düzgün adam — tərc.) adlandırdıqları, hicri 371-ci ildə vəfat etmiş, "Mən la yəhzüruhü əl-fəqih" kita-bının müəllifi Məhəmməd ibn Əli ibn Babveyh Qüm-midir. O, hicri-qəməri tarixinin ilk dörd əsri ər-zində şiələrdən Quranın təhrif olunmadığını de-miş ilk adamdır. Dördüncü əsrədək, hətta onun birin-ci yarısı keçib gedənədək də keçmiş şiələr ara-sında onların on iki imamı da daxil olmaqla bir nə-fərin belə Quranın təhrif olunmadığını deməsi, ya-xud buna işarə etməsi haqqında nə bir söz nəql edil-miş, nə də belə bir fikir onlara aid edilmişdir. Bunun əksinə olaraq Qurandan nəyinsə buraxılması və əskildilməsi, ona nəyinsə artırılmasının doğru ol-ması haqqında yüzlərlə açıq-aydın mətnlər var.

Görəsən, dünyada, bəli, bütün dünyada bu dedikləri-mizi qəbul etməyib öz kitablarında ilk dörd əsrdə on-lardan heç olmasa birinin Quranın təhrif olunma-dığını deməsini və bunu bildirməsini sübut edə bi-lən bir şiə alimi, ya da görkəmli bir şiə varmı? Yox, bu çağırışı qəbul edən bir nəfər belə yoxdur və olmayacaq da.266

Məqsədimiz bunu deməkdir ki, süni surətdə yara-dılmış şiə əqidələri bu iftiradan başqa heç nəyə əsaslanmırdı. Çünki yuxarıda qeyd edildiyi kimi, on-lar öz xaraba məzhəblərinin əsasını uçuran bu Qurana etiqad etməmək üçün öz zəif əqidələrinə rəvac verməyə məcburdurlar. Əks halda onların Islama zərərli to-xum kimi səpilmiş əqidələri hədər gedər.

Biz bu mövzuda ətraflı danışırıq ki, tədqiqatçı və oxucu bəzi şiələrin hicri üçüncü əsr, dördüncü əs-rin də yarısı keçəndən sonra öz proqramını dəyişmə-lərində nə sirr olduğunu bilsin. Şiələrin əvvəlki səhih hesab etdikləri, onlarda dəyişməz kimi qəbul olunan hədislərdən və rəvayətlərdən, onların təfsir-çilərinin, görkəmli adamlarının və imamlarının sözlərindən artıq bilindi ki, adamların əlində olan bu Quran artırma və əskiltmə cəhətdən salamat deyil və qorunan düzgün Quran ancaq və ancaq onların Mehdi-sində olan Qurandır. Birdən-birə hicrətin dördüncü əsrində Məhəmməd ibn Əli ibn Babveyh Qümmi adlı birisi doğulur və görür ki, şiələr Quranın (Allah tərəfindən) qorunub saxlanmadığını dediklərinə gö-rə insanlar onlara nifrət edir, onlardan uzaq dolanır və onları söyüb biabır edirlər. Çünki onların sözü doğrudursa, Islama necə əməl etmək, adamları ona necə dəvət etmək olar? Həmçinin şiə məzhəbinə necə bağ-lanıb qalmaq olar? Axı onların dediyinə görə Rəsul əleyhissəlam iki qiymətli şeyin: Quranın və Əhl əl-Beytin hörmətini saxlamağı əmr etmişdi.267 Bir halda ki, bu iki şeydən böyüyü — Quran sabit deyil, kiçiyi necə sabit ola bilər və ona necə ehtiram göstərmək olar?

O bunu görəndə belə deməyə məcbur oldu: "Biz ina-nırıq ki, Allah-təalanın öz peyğəmbəri Məhəmmədə nazil etdiyi Quran kitab kimi toplanıb adamların əlində olan Qurandır, bundan artıq heç nə deyil”. O, sözünü belə tamamlayır: "Kim Quranın bundan çox ol-duğu fikrini bizə aid edir, o, yalançıdır".268

Onun ardınca bu fikri hicri 436-cı ildə vəfat etmiş "Ələm əl-hüda" (Düzgün yolun bayrağı) ləqəbli Seyyid Mürtəza deyir. Şiə təfsirçisi Əbu Əli Tə-bərsi də bunu ondan nəql edib deyir: "Qurana nəyinsə artırılmasının batil bir fikir olduğunda hamı yek-dildir, ondan nəyinsə çatışmadığı məsələsində isə bizim əshabələrimizdən bir qismi və bir para aşağı səviyyəli avam adamlar rəvayət etmişlər ki, Quranda bir sıra dəyişikliklər və çatışmazlıqlar var. Bizim əshabələrimizin məzhəbindən bunun xilafına olan doğrudur ki, Mürtəza da bu fikrin tərəfdarıdır".269

Sonra onların ikisinin ardınca 460-cı ildə vəfat etmiş Əbu Cəfər Təbərsi özünün "ət-Tibyan" təfsi-rində demişdir: "Qurana əlavələr olunması və ondan nəyinsə çıxarılması haqqında söz-söhbət Qurana layiq olan sözlər deyil". O, sözünü belə bitirir: "Peyğəmbər səlləllahü əleyhi və alihidən heç kəsin rədd edə bil-mədiyi belə bir rəvayət söylənir: "Mən özümdən sonra sizə iki qiymətli şey qoyub gedirəm; siz nə qədər ki, onların hər ikisinin ardınca gedəcəksiniz, heç vaxt yolunuzu azmayacaqsınız. Bunlar Allahın Kitabı və mənim nəslim — Əhl əl-Beytdir..." Bu ona dəlalət edir ki, o (Quran) hər bir əsrdə mövcuddur, çünki Peyğəmbərbizə əməl olunması mümkün olmayan şeyə əməl etməyi əmr etməzdi".270

Onlardan dördüncüsü hicri 548-ci ildə vəfat etmiş, artıq "Məcmə əl-Bəyan" təfsirində sözü get-miş Əbu Əli Təbərsidir...

Dördüncü əsrdən altıncı əsrədək Quranda təhrif-lər olmadığını deyən bu şiə alimlərinin sayı cəmi dörddür, beşincisinə rast gəlmirik.

Şiə alimlərindən heç biri bu üç əsərdə bu dörd nəfərin dediklərini deyən beşinci nəfərin olduğunu sübut edə bilməz. Üç əvvəlki əsrdə də, yuxarıda qeyd etdiyimiz kimi, onlara müvafiq bir söz deyən olma-mışdır. Buna baxmayaraq, hicri 1325-ci ildə vəfat etmiş şiə alimi Mirzə Hüseyn Təqi Nuri Təbərsi de-yir: "Ikinci, Quranda dəyişiklik və çatışmazlığın olmaması, Rəsulullah səlləllahü əleyhi və alihiyə nazil olanların hamısının adamların əlində Kitab şəklində olmasıdır. Öz əqidələrində Səduq da, Seyyid Mürtəza da, bu tayfanın şeyxi Tusi də "ət-Tibyan"da ona (Mirzə Hüseyn Təqi Nuri Təbərsiyə — tərc.) əsas-lanmışlar, keçmiş alimlərdən bir nəfər də onlarla razı olmamışdır”. O, sözünü belə tamamlayır: "Onlar həm də onun adaşına — yəni Əbu Əli Təbərsiyə əsas-lanmışlar. Bu məsələdə bu dörd şeyxdən başqa heç kəs əks fikirdə olduğunu açıq-aydın bildirməmişdir".271

Bu dörd nəfər də Quranın təhrif olunduğunu inkar etməmiş, yuxarıda qeyd etdiyimiz kimi, yalnız söyənlə-rin söyüşündən qorunmaq üçün, etiraz edənlərin irad-larından can qurtarmaq üçün özlərini ona etiqad edən kimi göstərmişlər. Bu da onların öz dinləri üçün bünövrəyə çevirdikləri təqiyyə və ikiüzlülük üzərində qurulmuşdur.272 Belə olmasaydı, onlar inkar etdikləri halda şiə məzhəbinin uçub-dağılacağı, toz kimi havaya sovurulacağı bir şeyi inkar etməzdilər.

Birincisi, ona görə ki, Quranın təhrif olunduğu haqda məlumat və xəbər verən rəvayətlər, şiə mühəd-disi Seyyid Nemətulla Cəzairinin "əl-Ənvar" kita-bında dediyi və Seyyid Təqi Nurinin ondan nəql etdiyi kimi, şiələrdə ardıcıl olaraq yaranan rəvayətlərdir. Nuri deyir: "Cənab mühəddis Cəzairinin "əl-Ənvar"da dediyinin mənası budur: "Əshabələr Quranın təhrif olunduğuna açıq-aşkar dəlalət edən məşhur, həm də ardıcıl xəbərlərin doğruluğu məsələsində yekdil-dirlər".273

O yenə də Cəzairidən belə bir misal gətirir: "Buna dəlalət edən xəbərlərin sayı iki min hədisdən çoxdur. Müfid, Damad, Məclisi kimi bir qrup alim onların yayıldığını iddia etmiş, Şeyx Əbu Cəfər Tusi də "ət-Tibyan"da onların sayca çoxluğunu bildirmişdir. Həmçinin bir dəstə də onların ardıcıllığını iddia etmişdir". O sözünü belə tamamlayır: "Bil ki, bu xə-bərlər əshabələrimizin şəriət ehkamlarını isbat etmək üçün istinad etdikləri mötəbər kitablardan və Peyğəmbərin əhvalatlarından götürülmüşdür".274

Bu rəvayətləri inkar etmək imamət və xilafət məsə-ləsini Əlinin (Allah ondan razı olsun!) və ondan sonra onun övladlarının xidməti olmadan sübut edən digər rəvayətləri inkar etməyi zəruri edir. Çünki bu məsələ haqqındakı rəvayətlər yalnız Quranın təhrif olunması haqqında rəvayətlərdən ibarətdir. Bunu şiə alimi Molla Məhəmməd Baqir belə aydınlaşdırır: "Mənim bildiyimə görə bu məzmunlu xəbərlər mənaca bir-birini tamamlayır. Onların hamısını atmaq bütün xəbərlərə birbaşa istinad etməməyi vacib edir. Həm-çinin zənn edirəm ki, bu qəbildən olan xəbərlər ima-mət haqqındakı xəbərlərdən az deyil. Onlar onu (ima-məti) da xəbərlər vasitəsilə sübut etmirlərmi?".275

Ikincisi, şiə məzhəbi imamların sözləri və rəy-ləri üzərində qurulmuşdur. Biz onların rəylərini və dediklərini yuxarıda qeyd etmişik və məlum olub ki, onlar adamların əlində mövcud olun bu Quranı kamil, qorunan Quran kimi görmürlər. Burada özlərini Qura-nın təhrif olunmasını inkar edən kimi göstərən o dörd nəfər istisna təşkil edirlər. Bu dörd nəfər də “məsum” imamların bir sözünə belə istinad etməmiş və onlardan birini öz fikirlərinə dəlil gətirmə-mişlər. Quranın təhrif olunduğunu deyənlər isə öz əqidələrini on iki imamdan rəvayət olunmuş, “səhih”, “dəyişməz”, “etibarlı” hədislərlə əsaslandırmışlar.

Üçüncüsü, Quranın təhrif olunmadığını deyən o dörd nəfərdən biri də özlərindən əvvəl yaşayıb Qura-nın təhrif olunduğunu deyən və belə düşünənlərdən fərqli olaraq, on iki məsum imamın zamanını görmə-mişlər. Belə deyənlər isə imamların zamanında yaşa-mış, onlarla bir yerdə oturub-durmuş, onlarla yoldaş-lıq etmək şərəfinə nail olmuş, onların dostluğun-dan faydalanmış, onların ardınca namaz qılmış, söz-lərini eşitmiş, onlardan öyrənmiş, onlarla üzbəüz söhbət etmişlər.

Dördüncüsü, Quranın təhrif olunduğu və dəyişdi-rildiyi haqqında xəbərlərin və hədislərin rəvayət olunduğu kitablar şiələr arasında mötəbər, etibarlı kitablardır. Bu kitablardan bəziləri “məsum” imam-lara göstərilmiş və Küleyninin “əl-Kafi”si, "Təf-sir əl-Qümmi" kimi kitablar və başqaları onların razılığına nail olmuşlar.

Beşincisi, qəribədir ki, özlərini Quranın təhrif olunduğunu inkar edən kimi göstərən bu dörd nəfər də öz kitablarında imamlardan nə bu rəvayətlərin özlə-rinə, nə onların istinadlarına, nə də onların ravi-lərinə dəlalət edən hədislər və rəvayətlər verirlər.

Məsələn, elə "Quranın təhrif olunduğu sözünü bizə aid edən adam yalançıdır" deyən Ibn Babveyh Qümmi özünün "əl-Xisal" kitabında belə bir hədis rəvayət edir: "Bizə Cəssani (bənna) kimi tanınmış Məhəmməd ibn Ömər Hafiz Bağdadi bir hədis danışıb dedi: — Bizə Abdulla ibn Bişr bir hədis danışıb dedi: — Bizə Həsən ibn Zəbərqan Muradi bir hədis danışıb dedi: — Bizə Əbu Bəkr ibn Əyyaş Əcləh Əbu Zübeyrdən Cabirin belə dediyi haqqında bir hədis danışdı: "Mən Rəsulullah səlləllahü əleyhi və alihinin belə dediyini eşitmişəm: “Qiyamət günü gələndə üç şey şikayət edəcək: müshəf, məscid və mənim nəslim. Müs-həf deyəcək ki, ya Rəbb, məni yandırdılar və parça-parça etdilər..." (bu barədəki hədisdən).276

Quranın təhrif olunduğunu qəti surətdə inkar edən Əbu Əli Təbərsi öz təfsirində Quranın təhrif olun-duğunun doğruluğuna dəlalət edən hədislər rəvayət edib onlara əsaslanır. Məsələn o, ən-Nisa surəsinin təf-sirində nikah ayəsindən "ila əcəlin müsəmmən" (müəy-yən edilmiş vaxtadək) ifadəsinin buraxılmasını əha-tə edən bir rəvayətə əsaslanıb deyir: "Əshabələrin bir dəstəsindən, Əbu ibn Kəbdən, Abdulla ibn Abbas-dan, Abdulla ibn Məsuddan rəvayət olunmuşdur ki, onlar bu ayəni belə oxumuşlar: "Müəyyən olunmuş vax-tadək onlardan aldığınız faydaya görə haqlarını ve-rin". Buradan belə aydın olur ki, ayədə irəli sürülən tələb mütə (siğə) zamanı olan münasibətləri nəzərdə tutur".277

Belə şeylər onlarda çoxdur. Bu, açıq-aydın ona də-lalət edir ki, onların bəziləri Quranın təhrif olunduğunu yalnız və yalnız müsəlmanları aldatmaq üçün ikiüzlülük və təqiyyə məqsədilə inkar etmişlər. Şiə məzhəbindən məlumdur ki, onlar təqiyyəni, yəni bir şeyi yalandan göstərməyi dinin qanunlarından bi-ri hesab edirlər.278 Elə bu Ibn Babveyh Qümminin "əl-Itiqadat" risaləsində qeyd etdiyi kimi: "Təqiyyə vacib-dir, onu tərk edən namazı tərk edənlə bir səviyyə-dədir". O, sözünü belə bitirir: "Təqiyyə vacibdir, Müdafiəçi zühur edənədək onu aradan götürmək olmaz. Kim Müdafiəçi üzə çıxanadək təqiyyədən əl çəksə, o, Allah-təalanın dinindən və imamiyyə dinindən xaric olmuş, Allaha, Onun Rəsuluna və imamlarına müxalif çıxmış olur. Sadiq əleyhissəlamdan Qüdrət və Cəlal sahibi Allahın: "Innə əkrəməküm ində Allah ətqa-küm" (Allah yanında ən qiymətliniz Allahdan ən çox qorxanınızdır) kəlamı haqqında soruşmuşlar, o de-mişdir: "Əməlüküm bi-t-təqiyyə" (Təqiyyəyə ən çox əməl edəninizdir).279

Bu ancaq deyilən məqsədlə edilirdi, əks təqdirdə, necə ola bilərdi ki, onlar özləri özlərini inkar etsinlər?

Altıncısı, bu dörd nəfərin sözü düz olsaydı, Qura-nı Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) başqa heç kəsin toplamadığı, onun topladığı Quranı əshabələrə göstərməsi, onların da onu Əliyə qayta-rıb, “bizim ona ehtiyacımız yoxdur” deməsi, onun da onlara “siz bu Quranı bundan sonra mənim övladımdan olan Müdafəçi zühur etməyincə görməyəcəksiniz” de-məsi haqqındakı rəvayətlər puça çıxardı. Bu haqda “əl-Kafi”də Cabirdən Əbu Cəfər əleyhissəlamın belə deməsi haqqqında bir rəvayət var: “Varislərdən başqa heç kəs iddia edə bilməz ki, bütün Quran — onun zahiri və batini onda var".280

Həmçinin əshabələrin, xüsusilə onlardan üç xəli-fənin (Allah onların hamısından razı olsun!) Qura-na ondan olmayan şeyləri daxil etmələri və ondan bəzi şeyləri çıxarmaları haqqında yalançı şayiələr boşa çıxar, Quranı toplayıb Allahın köməyi, Onun qayğısı, mərhəməti və səxavəti sayəsində onun qorun-masına səbəb olmuş əshabələrin xidmətləri və cəhd-ləri etiraf olunardı.

Həmçinin bizə on iki imam vasitəsilə gəlib çatma-yan əqidənin qəbul olunmamasına və belə bir şeyə eti-mad olunmamasına dair etiqad da heç olardı. Doğrusu isə budur ki, əllərdə olan bu Quran Imam Osman Zün-nureynin (Allah ondan razı olsun!) müshəfindən başqa heç yerdən köçürülməmiş, Quranı toplamağa Siddiq başlamış və bu işi Zünnureyn tamamlamışdır. (Al-lah onların hər ikisindən razı olsun!).

Buna görə də bunu şiələrin əvvəlkiləri deməmiş və sonrakıları qəbul etməmiş, əksinə, onları rədd etmişlər. Budur, tanınmış şiə təfsirçisi Mühsin Kaşi özünün "əs-Safi" təfsirində Seyyid Mürtəzanın dəlillərini qeyd edəndən sonra deyir: "Mən mömin-lərdən Quranın nəqli və qorunmasına dair fərziyyə-lərin çox olduğunu deyənə belə deyirəm ki, münafiq-lərin onu dəyişməsinə, Peyğəmbərin varisinin baş-qası ilə əvəz edilməsinə, xilafətin dəyişdirilmə-sinə dair onların rəyinə və istəyinə zidd olan fər-ziyyələr də çoxdur və bunun Quranda əsası var. O, sözünün sonunda deyir: "Onun Peyğəmbərin dövründə indi olduğu şəkildə toplanıb qurtarması isə sübut olunmamışdır. Bir halda ki o, hissə-hissə nazil olurdu və Peyğəmbərin ömrünün sonunacan nazil olmaq-da davam edirdi, onda o necə toplanıb qurtarmış ola bilərdi?"281

Seyyid Mürtəzanın sözlərinə cavab olaraq Hindis-tandakı şiələrin görkəmli şəxsiyyətlərindən biri demişdir: "Haqqın dalınca gedən olanda o, daha güclü olur. Cənab Ələm əl-hüda (Mürtəza) məsum deyildi ki, ona itaət edilsin. Əgər sübut olunsa ki, o, Quranda qətiyyən çatışmazlıq olmadığını deyir, bizə onun ar-dınca getmək nəyə lazımdır? Axı belə olduqda onun bizə bir xeyri yoxdur".282

Kaşi Tusinin bir ifadəsini misal gətirəndən sonra ona cavab olaraq demişdir: "Hər bir əsrdə Qura-nın mövcudluğu haqqında kifayət qədər söz-söhbət ol-muşdur. Bəzilərinin fikrincə, o, bütünlükdə Alla-hın onu nazil etdiyi kimi kimə nazil olunubsa, onda-dır, bəzilərinin fikrincə, bizdə olan, əsaslandı-ğımız, bir şeyi onun əsasında həll edə bilmədiyimiz halda imamın etdiyi kimi etdiyimiz Qurandır".283

Yeddincisi, yuxarıda qeyd etdik ki, o dörd nəfərdən başqa şiələrin hamısı Quran haqqında bu əqidədə-dirlər ki, Quran təhrif olunub, onun bəzi yerləri dəyişdirilib. O dörd nəfər də Quranın təhrif olun-masını ancaq müəyyən məqsədlər üçün inkar etmişlər.

Bu məqsədlərdən biri tənələrin qarşısını almaq idi. Çünki onlar görürdülər ki, Islamın düşmənləri müsəlmanlara hücum edib deyəndə ki, siz nəyə dəvət edirsiniz, sizin ki dəvət edilməli bir şeyiniz yox-dur, onlar buna heç bir cavab verə bilmirdilər. Sünnə əhli də onları qınayıb deyirdilər ki, bəs "səqleyn" (iki qiymətli şey: Quran və Əhl əl-Beyt — tərc.) haq-qında hədis hara getdi? Bir halda ki böyük səql yoxdur, bu hədisin mənası nədir? Siz Islam şəriətini in-kar edəndən sonra müsəlman olduğunuzu necə iddia edirsiniz?

Onlar bu vəziyyətdən üzdə özlərini bütün imami şiələrin razılaşdığı bu əqidədən üz döndərən kimi göstərməkdən başqa çıxış yolu tapmadılar. Biz "üzdə" ona görə deyirik ki, onlar ürəklərində həmin əqidəni gizli saxlayırlar. Yoxsa onların şiə məzhəbi adlanan bu komediyanı əldə saxlamaq imkanları qalmır. Onlar bundan da öz canlarını mənanı təhrif etməklə xilas edirlər. Belə ki, Quranı ağlın qəbul etmədiyi şəkil-də rəmzlərlə şərh edirlər. Seyyid Cəzairi bunu şiə-lərin Quranın təhrif edildiyini deməkdə yekdil ol-duqlarını qeyd edəndən sonra belə etiraf etmişdir: "Bəli, bu məsələdə Mürtəza, Səduq, şeyx Təbərsi şiə-lərə müxalif çıxmış və hökm vermişlər ki, bu mə-lum müshəfin ilk səhifəsi ilə son səhifəsi ara-sında yazılanlar (Allah tərəfindən) nazil olmuş Qurandan başqa bir şey deyil və o nə təhrif olunmuş, nə də bir yeri başqa şeylə əvəz edilmişdir... Görü-nür, onlar bu sözü bir çox məqsədlərlə demişlər, bu məqsədlərdən biri də Quranı tənədən xilas etmək idi”. Sonra o aydınlaşdırır: "Necə ola bilər ki, bu məşhur adamlar öz əsərlərində Quranın başına bu işlərin gətirildiyini əhatə edən çoxlu xəbərlər rə-vayət etmişlər, Quran ayəsi də bunu təsdiq etmişdir? — "Sonra dəyişdirilib belə oldu".284

Həqiqətən də, Quran haqqında Sünnə əhli ilə guya razı olduqlarını göstərən bu adamlar öz kitablarında Quranın təhrif olunması və dəyişdirilməsinə açıq-aşkar dəlalət edən rəvayətlər misal gətirmişlər. Biz yuxarıda qeyd etdik ki, o dörd nəfərdən biri Səduq lə-qəbli Ibn Babveyh Qümmi Quranın təhrif olunduğunu "əl-Itiqadat" əsərində inkar etmiş, bunu başqa bir kitabında təsdiq etmişdir. Əbu Əli Təbərsi də onun kimi, özünü Quranın təhrif olunmadığı etiqadında olduğunu göstərir. Lakin öz təfsirində təhrifi təs-diq edən hədislərə və rəvayətlərə əsaslanır.

Tayfanın şeyxi ləqəbi ilə tanınmış şeyx Tusiyə gəlincə, şiələr özləri onun təfsiri haqqında belə demişlər: "Sonra "ət-Tibyan" kitabını diqqətlə oxu-yandan gizli deyil ki, burada onun təriqəti son dərəcə yaltaqlıq və müxaliflərin ardınca getməkdən iba-rətdir... Bu kitabın təqiyyə üsulu ilə yazıldığını Seyyid Cəlil Əli ibn Tavus "Səd əs-Səud" kitabında da qeyd etmişdir".285

Səkkizincisi, yuxarıda adları çəkilmiş dörd nə-fərin sözləri özlərindən əvvəlkilərə, yaxud onlarda məsum sayılanlara istinadən deyilməyib və beləliklə də, sonrakılar onu qəbul etməyiblər. Şiələrin gör-kəmli adamları, rəhbərləri və böyükləri isə “Quran dəyişdirilməyib və əvəz olunmayıb” deyən hər kəsin sözünü qəti şəkildə inkar edirlər. “əl-Kafi”ni şərh etmiş, hicri 1089-cu ildə vəfat etmiş Molla Xəlil Qəzvini "Quranın on yeddi min ayəsi var" hədisindən sonra deyir: "Qurandan çox şeyin buraxıldığına dəla-lət edən hədislərin sayı o qədər çoxdur ki, onları in-kar etmək mümkün deyil, ... haqqında danışılmış hə-dislərdən sonra mövcud Quranın nazil olmuş Quran olduğunu iddia etmək də asan deyil. Əbu Bəkrin, Ömə-rin və Osmanın əməlləri ilə tanış olandan sonra əshabələrin və müsəlmanların Quranın qaydaya salın-masına və qorunub saxlanmasına qayğı ilə yanaşmaları qərarına gəlmək çox zəif bir nəticə çıxarmaq deməkdir".286

Şiə təfsirçisi Kaşi öz təfsirinin müqəddimə-sində deyir: "Əhl əl-Beyt əleyhiməssəlamdan bəhs edən bu ravilərin bütün xəbər və rəvayətlərinin mənası odur ki, bizim əlimizdə olan bu Quran Məhəmməd səl-ləllahü əleyhi və alihiyə nazil olduğu kimi tam şə-kildə deyil, onun elə yerləri var ki, Allahın nazil etdiyinin əksinədir, elə yerləri var ki, təhrif olunub və dəyişdirilib. Ondan bir çox şeylər çıxarılıb ki, bunlardan bir çox yerdə Əlinin adının çıxarıldı-ğını, dəfələrlə "Ali-Mühəmməd" ifadəsinin çıxa-rılmasını və başqa halları göstərmək olar. Həm də o, Allahın razı olduğu quruluşda deyildir ki, Ibrahim də bunu deyib".287

O, başqa bir yerdə deyir: "Bizim rəhmətlik şeyxlə-rimizin bu məsələdə etiqadları isə “siqət əl-islam” (Islamın etibarı) təxəllüslü Məhəmməd ibn Yəqub Küleynidən (Qəbri nurla dolsun!) zahir olur ki, o da Quranın təhrif olunduğu və onda çatışmazlığın möv-cudluğu etiqadında olmuşdur. Çünki o özünün “əl-Kafi” kitabında bu mənalı rəvayətlər vermiş, kita-bın əvvəlində orada rəvayət etdiklərinə inandığını qeyd etməklə yanaşı, həmin rəvayətlərdəki biabır-çılıqlara etiraz etməmişdir. Onun ustadı Əli ibn Ibrahim Qümmi də elə; onun təfsiri belə rəvayətlərlə doludur, o, bu işdə xüsusi səy göstərir. Eləcə də şeyx Əhməd ibn Əbu Talib Təbərsi (Qəbri nurla dolsun!) özünün "əl-İhticac" kitabında onları təqlid etmiş-dir".288

Böyük şiə alimi Müqəddəs Ərdəbilinin bu məzmun-lu bir sözü var: "Osman (Allah razı olmuş raşidi xə-lifəsi) Abdulla ibn Məsudu ona özündəki (Abdul-ladakı — tərc.) müshəfdən imtina etməyi təklif et-dikdən və onu Zeyd ibn Sabitin özünün (Osmanın — tərc.) əmri ilə yazdığı və tərtib etdiyi müshəfi oxu-mağa məcbur etdikdən sonra öldürmüşdür. Bəziləri demişlər ki, Osman (Allah ondan razı olsun!) özünün iki katibinə - Mərvan ibn Həkəmə və Ziyad ibn Səm-rəyə əmr etmişdir ki, Abdullanın müshəfindən on-ları razı salan şeyləri köçürsünlər, onların razı-laşmadıqlarını çıxarsınlar və qalanını da məhv etsinlər".289

Onların sonuncu müctəhidi Molla Məhəmməd Baqir Məclisi öz kitabında qeyd etmişdir: "Allah Quranda ən-Nureyn ("Iki işıq") adlı surə290 nazil etmişdir, onun mətni belədir: "Bismillahir-rəhmanir-rəhim! Ey iki nura iman gətirənlər! Biz onları sizə sizi bir böyük günün əzabından çəkindirmək üçün Mənim əla-mətlərim kimi göndərdik. Bu elə iki işıqdır ki, biri o birindəndir. Mən isə hər şeyi Eşidən və Bilənəm. Kim ki Allahın və Onun peyğəmbərinin ayə-lərdəki əhdinə vəfa edir, onlar üçün Cənnət bağları var. O kəslər ki iman gətirəndən sonra öz əhdlərini və peyğəmbərlə aralarında olan bağlaşmanı pozmaqla kafir oldular, onlar Cəhənnəmə atılacaqlar. Onlar özlərinə zülm etdilər və Rəsulun vəliəhdinə asi oldu-lar, elələri Cəhənnəmin qaynar suyundan içəcəklər...” O, daha bir neçə ayəni qeyd edəndən sonra demişdir: "O əxlaqsızlar nə üçün Quranın ayələrini atmış və onu öz istədikləri kimi oxumuşlar?"291

Mirzə Məhəmməd Baqir Musəvi yazır: "Osman Ab-dulla ibn Məsudu vurub ondan onun müshəfini tələb etmişdir ki, onu da öz müshəfi kimi dəyişdirsin və hifz olunan düzgün Quran qalmasın".292

"Mürşid əl-Ənam" (Yaranmışların yol göstərəni — tərc.) ləqəbi almış Hacı Kərim xan Kirmani öz kitabında deyir: "Imam Mehdi zühur edəndən sonra Quran oxuyacaq və deyəcək: "Ey müsəlmanlar, Allaha and olsun ki, bu, Allahın Məhəmmədə nazil etdiyi həqiqi Qurandır, sonradan təhrif və təbdil olunmuşdur".293

Hindistanlı şiə müctəhidi Seyyid Dildar Əli de-yir: "Həmin xəbərlərin mənası budur ki, bizim əli-mizdə olan bu Quran ümumilikdə hərflərinin artı-rılması və əskildilməsi cəhətdən, həm də bəzi söz-lərinə görə, bəzi yerlərdə ardıcıllığına görə təh-rif olunmuşdur. Belə ki, həmin xəbərlər təqdim olun-duqca buna şübhə qalmır".294

Başqa bir şiə alimi bildirir: "Bu Quran üçüncü xəlifənin tərtib etdiyidir, ona görə də şiələrlə mübahisədə ondan istifadə etmək olmaz".295

Şiə alimi Mirzə Nuri Təbərsi bu mövzuda böyük bir kitab yazıb onu "Fəsl əl-xitab fi isbat təhrif kitab Rəbb əl-ərbab" adlandırmışdır. Biz bundan əv-vəl həmin kitabdan bir neçə ifadəni qeyd etmişik. O, başqa bir yerdə deyir: "Bu surə onlara qarşı qəzəb su-rəsi, onların kökünü çıxarıb atan surə296 və vilayət surəsi olduğu üçün onların onu Qurandan çıxarması mümkün şeydir".297

Onlardan əvvəlkilərin və sonrakıların ifadələ-rini yuxarıda qeyd etmişik, təkrar etməyin faydası yoxdur.

Bütün bunlardan məlum olur ki, şiələr keçmişdə və indi təqribən hamılıqla "məsum” imamların rəva-yətlərinə görə, özlərinin təsdiq etdikləri kimi, Quranın təhrif olunduğu, dəyişdirildiyi, bəzi yerlə-rinin buraxıldığı fikrində yekdildirlər. Budur, şiə mühəddisi Quranın çoxlu qiraətləri olduğu haqqında danışarkən deyir: "Üçüncüsü odur ki, onların ardı-cıllığının ilahi vəhydən irəli gəlməsi, onların hamısının etibarlı ruh (Cəbrayıl — tərc.) vasitə-silə nazil olması Quranda söz, mahiyyət və qrammatik cəhətdən təhriflərin olduğuna açıq-aydın dəlalət edən çox yayılmış və arası kəsilməyən xəbərlərin, - bizim əshabələrimizin onların doğruluğu məsələsində yekdil olmaları və onları təsdiq etmələrinə baxma-yaraq - sıradan çıxarılması ilə nəticələnir".298

Bu isə onların haqqında donquldandıqları, haray-həşir saldıqları şeyin həqiqi vəziyyətidir.

Görəsən, bundan sonra da bir nəfər şiələrin Qurana etiqad etdiklərini və onun birinci və sonuncu səhifələri arasında artıq-əskiyin olmadığını dedik-lərini söyləyə bilən olar?

Həmçinin onlardan o rəvayətlərin Sünnə əhli içə-risində mövcud olan bəzi az miqdarda zəif rəvayət-lərdən başqa bir şey olmadıqlarını deyib üzr istə-yənləri necə bağışlamaq olar?

Məgər bu bəzi rəvayətlər məsələsidir, yoxsa eti-qad, iman məsələsi? Əgər bəzi rəvayətlər məsələsi olsaydı, şiələrin imamlarının və böyük adamlarının Quranda təhrif və çatışmazlığın olması haqqında bə-yanatları nəyə lazım idi? Bəs əgər ikiüzlülükdən, təqiyyə xətrinə, müsəlmanları hərifləmək naminə olsa belə, təhrifin baş vermədiyini deyənləri rədd etmək nə üçündür?

Həmçinin şiələr arasında bu rəvayətlər az miq-darda və zəif olmayıb, ardı-arası kəsilmədən çoxalan və iki mindən çoxu dillərdə dolaşan, bunlardan əksə-riyyəti onların dörd hədis kitabında toplanmış rəva-yətlərdir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə