Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ


QURANI TƏHRİF EDƏN VƏ DƏYİŞDİRƏN KİMDİR?



Yüklə 0,95 Mb.
səhifə5/14
tarix02.06.2018
ölçüsü0,95 Mb.
#46970
1   2   3   4   5   6   7   8   9   ...   14

QURANI TƏHRİF EDƏN VƏ DƏYİŞDİRƏN KİMDİR?
Mən bunlardan Təbərsinin bütün şiələrin əsaslandıqları "əl-İhticac" kitabında şiələrin Quranla əlaqədar etiqadlarını və onların mühacirlərdən və ənsarlardan olan, Allahın razı olduğu və Özündən razı saldığı böyük əshabələrə qarşı bəslədikləri kini açıb göstərəcəyəm. Bu şiə mühəddisi deyir: "Əbuzər Qəffarinin söylədiyi rəvayətdə deyilir ki, Rəsulullah səlləllahü əleyhi və alihi öləndən sonra Əli Quranı topladı və mühacirlərin və ənsarların yanına gəlib topladığı Quranı, Rəsulullah səlləllahü əleyhi və alihinin vəsiyyət etdiyi kimi, onlara göstərdi. Əbu Bəkr onu açanda birinci səhifədə özlərinin biabırçılıqlarının yazıldığını gördü. Ömər sıçrayıb ayağa qalxdı və dedi: "Əli, onu buradan rədd elə, bizim ona ehtiyacımız yoxdur”. Əli əleyhissəlam onu götürüb getdi. Sonra Zeyd ibn Sabiti çağırıb gətirdilər. O, Quran oxuyan bir şəxs idi. Ömər ona dedi: "Əli bir Quran gətirmişdi, orada mühacirlərin və ənsarların pis əməlləri yazılmışdı. Biz belə qərara gəldik ki, özümüz Quran yazıb ondan mühacir-ləri və ənsarları biabır edib hörmətdən salan yerləri çıxaraq. Zeyd yazdığı Quranı onun yanına gətirdi və dedi: "Mən sizin dediklərinizi Qurandan çıxaran-dan sonra o öz yazdığı Quranı mənə göstərsə, sizin bütün etdikləriniz batil olmazmı?". Ömər dedi: "Onda nə edək?". Zeyd dedi: "Tədbir işlətməkdə siz məndən yaxşısınız". Ömər dedi: "Onu öldürüb canımızı qurtarmaqdan başqa çarəmiz qalmır". O, Əlini Xalid ibn Vəlidin əli ilə öldürmək tədbirini tökdü. Xalid isə bunu bacarmadı. Elə ki Ömər xəlifə oldu, onlar Əli əleyhissəlamdan xahiş etdilər ki, o Quranı gətirsin. Məqsədləri də o idi ki, onu öz aralarında təhrif etsinlər. Ömər dedi: "Ya Əbülhəsən! (Imam Əli nəzərdə tutulur — tərc.) Gəlsənə Əbu Bəkrə göstərdiyin Quranı gətirəsən, onun hökmləri əsasında birləşək". Əli dedi: "Artıq buna ehtiyac yoxdur, mən onu Əbu Bəkrə gətirmişdim ki, sizin əleyhinizə sübut olsun və Qiyamət günü deməyəsiniz ki, bizim bundan xəbərimiz ol-mayıb, yaxud deməyəsiniz ki, onu bizə göstərməmisən. Məndəki Quran elə bir Qurandır ki, ona mənim övladımdan olan pak adamlardan və vəliəhdlərdən başqa heç kəs toxunmamalıdır”. Ömər dedi: "Onun zühuru vaxtı məlumdurmu?". Əleyhissəlam dedi: "Bəli, o vaxt ki mənim övladlarımdan bir nəfər müdafiəçi ayağa qalxacaq və onu üzə çıxarıb adamları onunla ayağa qaldıracaq".174-175

Görəsən, insaflı adamlar harada qalıblar? Ədalətli adamlar haradadırlar? Haqqdan, doğruluqdan dəm vuranlar hara gediblər? Əgər Ömər də, şiələrin təsdiq etdikləri kimi, belə bir adam idisə, onda Rəsulullah əleyhissəlamın əshabələrindən kim etibarlı, sədaqətli, Quranı və Sünnəni qoruyan bir adam ola bilərdi?

Görəsən, bu haqda sünni ölkələrində şiələrlə yaxınlaşmağı təbliğ edənlər nə deyirlər?

Görəsən, ümmətin birliyi və ittifaqından danışan alovlu natiqlərin sözü nədir? Məgər birlik Rəsulullahın risalətinin təbliğinə məsul, onun dəvətini yayan, sözünü göylərə qaldıran, Allah yolunda mücahidlik edən və bu yol uğrunda çarpışan Ömərin və digər günahsız əshabələrin təhqir edilməsi hesabına olmalıdır?

Deyin görüm Sünnə əhli arasında Əli (Allah ondan razı olsun!) və onun övladları haqqında, ləkəsiz, əsl müsəlmanlardan ibarət millətimizin başçıları və raşidi xəlifələri Əbu Bəkr, Ömər və Osman (Allah onlardan razı olsun!) və onlara yaxınlıq edib Qiyamət gününədək onların ardınca gedənlər haqqında şiələ-rin düşündükləri kimi düşünən və pis fikirdə olan bir nəfər də olsa varmı? Belə olardısa, onda bu şüarın nə mənası olardı: "Ey müsəlmanlar! Öz aranızda çəkişməyin, məğlub olarsınız və qüvvəniz tükənər".

Olmaya, onların məqsədi budur ki, biz öz əqidələri-mizidən əl çəkək və şiə qardaşlarımızın sələflərimizin namusunu ayaq altına atdıqlarına göz yumaq, onların vurduqları, qəlblərimizi yeyən, rahatlığımızı pozan yaraları bağışlayaq?

Olmaya, bu şiələrlə Sünnə əhli arasında yaxınlığa dəvət onun üçündür ki, biz sizə ehtiram göstərək, siz bizi saymayasınız, biz sizə təzim edək, siz bizi alçal-dasınız; biz sizin haqqınızda susaq, siz bizi söyəsiniz; biz sizin sələflərinizə hörmət edək, siz bizim sələflərimizi təhqir edəsiniz; biz sizin böyüklərinizin qayğısını çəkək, siz bizim böyüklərimizə hərb elan edəsiniz; biz Əli və onun övladları haqqında danışmaqdan çəkinək, siz Əbu Bəkrə, Ömərə, Osmana və onların övladlarına söyüş yağdırasınız. Ey belə fikirləşən, sənin bu ədalətsizliyini Rəbbin bağışlasın!

Təbərsinin "əl-İhticac"da söylədiyi imamlara böhtan atan rəvayət kimi bir rəvayət də onların “Buxarisi” sayılan müəllifin “əl-Kafi”sində var. Orada Əhməd ibn Məhəmməd ibn Əbu Nəsrin dilindən deyilir: "Əbülhəsən əleyhissəlam mənə bir müshəf göstərdi və dedi ki, mən ona bağlıyam. Mən onu açdım və orada oxudum: "Allahı inkar edənlər... Mən orada Qüreyşdən yetmiş adamın öz adlarını və onların atalarının adlarını oxudum. Sonra dedi: "Bunu mənə Allah göndərib. Bacarırsan, mənə buna bənzər bir müshəf gətir".

Kəmaləddin Meysəm Bəhrani "Nəhc əl-bəlağə"nin şərhində şiələrin iki nur sahibi Osman ibn Əffa-na (Allah ondan razı olsun!) vurduqları ləkələri qeyd etmişdir. Guya "o, adamların hamısını, xüsusilə Zeyd ibn Sabitin qiraətinə cəlb edib müshəfləri yandırıb və şübhəsiz ki, nazil olmuş həqiqi Quranı yox edib".176

Seyid Nemətulla Hüseyni "əl-Ənvar" kitabında deyir: "Quranı nazil olduğu kimi Əmirəlmöminindən başqa heç kəsin tərtib etmədiyi barədə xəbərlərin sayı-hesabı yoxdur".177

Məhəmməd ibn Yəqub Küleyninin Cabir Cüfidən rəvayət etdiyi bu məşhur şiə hədisi də bu rəvayəti təsdiq etmək məqsədi güdür. Guya Cabir demişdir: "Mən Əbu Cəfər əleyhissəlamın belə dediyini eşit-mişəm: "Yalnız yalançı bütün Quranı nazil olduğu kimi topladığını iddia edə bilər; onu nazil olduğu kimi Əli ibn Əbu Talib və ondan sonrakı imamlardan başqa heç kəs toplamamış və hifz etməmişdir".178

MÜSHƏF KİMDƏDİR?
Bəs Allahın Məhəmməd səlləllahü əleyhi və səlləmə nazil etdiyi və Əli ibn Əbu Talibin topladığı və qoruyub saxladığı bu müshəf haradadır? Bu suala yenə də Küleyninin rəvayət etdiyi şiə hədisi cavab verir: "Səlim ibn Səlmə demişdir: "Bir dəfə bir nəfərin Əbu Abdulla əleyhissəlama Qurandan başqala-rının oxuduğuna bənzəməyən bəzi şeylər oxuduğunu eşitdim. Əbu Abdulla əleyhissəlam dedi: "Müdafiəçimiz zühur edənədək bu qiraətdən imtina edib sən də camaat oxuyan kimi oxu. Qiyamətdən sonra isə Qüdrət və Cəlal sahibi Allahın Kitabı Onun Özünün istədiyi kimi oxunacaq". Sonra o, Əli əleyhissəlamın yazdığı müshəfi çıxardı və dedi: "Əli əleyhissəlam onu yazıb qurtarandan sonra adamlara göstərib demişdir: "Bu, Qüdrət və Cəlal sahibi Allahın Məhəmməd səlləllahü əleyhi və alihiyə nazil etdiyi Kitabıdır. Mən onu iki lövhədən toplamışam". Camaat demişdir: "Budur, bizdə Quranın toplandığı müshəf var, bizim ona ehtiyacımız yoxdur". O demişdir: "Onda siz onu bu gündən sonra heç vaxt görməyəcəksiniz. Mənim borcum onu toplayandan sonra sizə göstərmək idi ki, oxuyasınız".179

Buna görə də şiələr inanırlar ki, onların sərdabəyə daxil olmuş məşhur Mehdisi hələ də oradadır. O ora Müshəflə birlikdə daxil olmuş və şiələrin hicri 588-ci ildə vəfat etmiş şeyxi Əbu Mənsur Əhməd ibn Əbu Talib Təbərisinin "əl-İhticac əla əhl əl-licac" kitabında qeyd etdiyi kimi, o özü bu uydurma sərdabədən çıxanda həmin müshəfi də özü ilə üzə çıxaracaq. Adı çəkilən kitabın müəllifi bu haqda öz kitabının müqəddiməsində oxucunu kitaba daxil olan rəvayətlərlə tanış edərkən deyir: "Misal gətirdiyimiz xəbərlərdən çoxunu ya onlar haqqında hamının eyni rəydə olduğunu, yaxud ağlabatan olduğunu, müxaliflər və tərəfdarlar arasında bioqrafiyalardan və kitablardan hamıya məlum olduğunu nəzərə alaraq istinadsız veririk".180

Bu kitabda oxuyuruq: "Məşhur imam Mehdi zühur edəndə onun əlində Rəsulullahın yaraq-əsləhəsi və onun qılıncı Zülfüqar olacaq. — Mən bunu başa düşmürəm ki, o, raketlər və atom bombaları əsrində bu silahla nə edəcək? Siz Allah, bilirsinizsə, mənə də deyin! — Bundan başqa onda Qiyamət gününədək onun şiəsi olmuş bütün adamların adları yazılmış bir lövhə olacaq, Camiə olacaq ki, uzunluğu yetmiş dirsək olan bir lövhədir; onda Adəm övladının möhtac olduğu hər şey yazılmışdır. Daha sonra onda Böyük Cifr və Kiçik Cifr olacaq. Bu bütün elmlərin, hətta cırmaq yerinin haqqını ödəmək qaydasının yazıldığı qoç dərisidir. Onda hətta bir parça dəri, parçanın yarısı, üçdə biri olacaq. Həmçinin onda Fatimə əleyhis-səlamın Müshəfi olacaq".181

Bu haqda əvvəldə də, onların dediklərinə görə, Əlinin "Mənim övladımdan bir müdafiəçi ayağa qalxanda" dediyi haqda danışılarkən də qeyd olunmuşdur.

Yenə də “əl-Kafi”də Küleyninin "bir neçə dostumuzun Səhl ibn Zeyddən, onun Məhəmməd ibn Süleymandan, onun özünün bəzi dostlarından, onların da Əbülhəsən əleyhissəlamdan" isnadı ilə rəvayət etdiyi bir hədis misal gətirilir. Ravi deyir ki, mən ona dedim: "Sənə fəda olum, biz Qurandan elə ayələr eşidirik ki, bizdə olan kimi deyil, biz də onları sizdən eşitdiyimiz kimi oxumağı bacarmırıq. Olmaya, biz günah işlədirik?" O dedi: "Yox, siz onları öyrəndiyiniz kimi oxuyun. Vaxt gələr, sizi öyrədəcək şəxs özü gəlib çıxar".182

Buna bənzər başqa bir rəvayəti də şiə mühəddisi Seyid Nemətulla Hüseyni Cəzairi qeyd edir. O, şiələrin böyük alimi, "əs-Safi" adı ilə tanınmış şiə təfsirinin müəllifi Mühsin Kaşinin şagirdidir. O həmin rəvayəti özünün "əl-Ənvar ən-Nemaniyyə fi bəyan mərifət nəşət əl-insaniyyə" əsərində göstərir. Bu əsərinin qaralamasını isə hicri 1089-cu ilin ramazan ayında tamamlamış və bu haqda onun müqəddiməsində demişdir: "Biz özümüzə söz vermişik ki, bu kitabda pak əleyhissəlamlardan (imamlardan — tərc.) götürdüklərimizdən başqa və rəvayətçilərin kitablarından götürülmüş və ancaq bizdə düzgün hesab edilən məlumatlardan başqa heç nə yazmayaq. Tarix kitablarına gəldikdə isə, onların əksəriyyətini kütlə yəhudi tarixlərindən köçürmüşdür. Ona görə də onlardan çoxu boş yalanlar və donuq hekayətlərdən ibarətdir".183

Şiə mühəddisi Cəzairi bu kitabında deyir: "Xəbərlərdə deyilir ki, onlar (yəni imamlar) öz şiələrinə əmr etmişlər ki, mövlamız Sahibəzzaman zühur edənədək bu mövcud olan Quranı namaz qılarkən və başqa hallarda oxusunlar və onun ehkamlarına əməl etsinlər. Bir zaman bu Quran adamların əllərindən çıxıb səma-ya qalxacaq və Əmirəlmömininin tərtib etdiyi Quran üzə çıxacaq. Onda onlar onu oxuyar və onun ehkamlarına əməl edərlər".184

Bu, şiələr arasında yayılmış elə bir əqidədir ki, az qala onların bütün sələfləri, barmaqla sayıla bilən bir neçə nəfərdən başqa, bu məsələdə həmfi-kirdirlər. O az adam da bu əqidəni yalnız aşağıda göstərəcəyimiz məqsədlərə görə inkar etmişdir.

Onların bu inkarı həm də dəlillərə və sübutlara əsaslanmır. Çünki şiə alimi Hüseyn ibn Məhəmməd Təqi Nuri Təbərsinin özünün məşhur "Fəsl əl-xitab fi isbat təhrif kitab Rəbb əl-ərbab" kitabında Seyid Nemətulla Cəzairidən misal gətirib dediyi kimi, on-lar şiələr arasında yayılmış bu xəbərləri və hədisləri inkar edə bilməzlər. Həmin misal belədir: "Bunu (yəni Hikmətli Kitabın təhrif olunmasını) sübut edən xəbərlər iki min hədisdən çoxdur. Müfid, tədqiqatçı Dəmmad, alim Məclisi kimi bir qrup və başqa-ları bu xəbərlərin çox geniş yayıldığını iddia edirlər".185

O, Cəzairidən belə bir misal da gətirir: "Dostlarımız Quranın təhrifinə açıq-aşkar sübut olan bu ardıcıl olaraq yayılmış xəbərlərin doğruluğu məsələ-sində həmfikirdirlər".186

Şiə təfsirçisi Mühsin Kaşi də buna bənzər bir fikir söyləyib deyir: "Əhl əl-Beyt əleyhiməssəlamdan bəhs edən bütün bu xəbərlərin və digər rəvayətlərin faydası odur ki, onlar bizim əlimizdə olan Quranın Məhəmməd səlləllahü əleyhi və alihiyə nazil olmuş Quranın hamısı olmadığını, habelə onda Allahın nazil etdiyinin əksinə olan, dəyişdirilmiş, təhrif olunmuş şeylərin olduğunu, ondan çox şeyin çıxarıldığını... həmçinin onun Allahın və Onun Rəsulunun razı olduğu tərtibdə olmadığını bildirirlər".187

Şiə təfsirçilərinin ən öncülü olan Əli ibn Ibrahim Qümmi (tanınmış bioqrafiya müəllifi Nəca-şi onu "hədis elmində nüfuzu sübut olunmuş etibarlı, etimad olunan, düzgün məzhəbli bir adam" ad-landırır. Bu sözlər də onun təfsiri haqqında deyil-mişdir: "Bu təfsir həqiqətən iki əleyhissəlam doğrucul adamın təfsiridir") öz təfsirinin müqəddiməsində deyir: "Quranda dəyişilmiş və dəyişdirilmiş, dəyişməz və bir-birinə bənzər yerlər... Allahın nazil etdiyinin əksinə olan yerlər, ayələr var".188

Qümminin təfsirini şərh etmiş bir şiə alimi Quranın təhrif olunduğuna dair alimlərin sözlərini qeyd edərək demişdir: "Lakin digər keçmiş və sonrakı alimlərin və mühəddislərin sözlərindən görünür ki, onlar Quranda naqislik olduğunu söyləyirlər. Belə-lərinə Küleyni, Bərqi, Əyyaşi, Nümani, Fürat ibn Ibrahim, Əhməd ibn Əbu Talib Təbərsi, Məclisi, Seyyid Cəzairi, Hürr Amili, Fütuni, Seyyid Bəhrani kimilərini misal göstərmək olar. Onlar öz məzhəblərini elə ayələr və rəvayətlərlə sübut etməyə çalışmışlar ki, onlara göz yummaq mümkün deyil".189

Bütün bunlar şiələrin məsum hesab etdikləri imamları haqqında söylənmiş, onların dediyinə görə mənsubiyyəti düzgün müəyyən edilmiş və məzmunu doğru olan, onların etibarlı hədis toplularına daxil olan, inanılan rəvayətlərin və hədislərin bəziləridir. Onların böyüklərinin bu məsələdə bəzi rəyləridir. Bu məzmunda o qədər rəvayət var ki, sayı-hesabı bilin-mir, hətta Mirzə Nuri Təbərsinin dediyinə görə bu hədis və rəvayətlərin sayı iki mindən çoxdur. Bundan sonra şübhə üçün yer qalmır ki, şiələr Allahın möminlərə onlara düzgün yolu öyrətmək və onlara öz rəhmini göstərmək, bütün adamlara fikirləşmək və düşünmək üçün xəbərdarlıq kimi nazil etdiyi Hikmətli Quranda təhriflərin olduğuna inanırlar. Allah isə Quranda demişdir: "Bu Kitab, ona şübhə yoxdur ki...",190 "ona nə əvvəl, nə də sonra batil yol tapa bilməz, o, Hikmətli və Təriflərə layiq Allahdan nazil olmuşdur",191 "Zikri Biz nazil etmişik, Biz də onu qoruyuruq",192 "Onu toplamaq və oxutdurmaq Bizim borcumuzdur. Biz onu oxuyanda sən qulaq as. Onun izahı da Bizim borcumuzdur",193 "Onun ayələri təkmilləş-dirilmiş, sonra Hikmətli və hər şeydən Xəbərdar Allah tərəfindən aydın şəkildə ifadə olunmuşdur",194 "Ey Peyğəmbər, Rəbbindən sənə nazil olanı adamlara çatdır",195 "O, qeybi açmaqda xəsis deyil",196 "Sən onu insanlara aramla oxuyasan deyə, hissə-hissə özümüzün nazil etdiyimiz Quranı göndərdik",197 "Bunda uzaqgörən adamlar üçün bir ibrət dərsi var",198 "Onlar Quran haqqında düşünməzlərmi? Yoxsa qəlblərinə qıfıl vu-rulmuşdur".199

Əzəmətli Allah nə düz demişdir: "Həqiqətən bu Quran insanları ən düz yola salır".200
TƏHRİFLƏRƏ DAİR MİSALLAR
Şiələrin etimad etdikləri kitablardan onların Qurani-mübinin təhrif olunmuş, dəyişdirilmiş ol-duğu fikrində olduqlarını sübut edəndən sonra oxucu və tədqiqatçı üçün hədis, təfsir, fiqh və əqidə sahə-sində onların özlərinin arasında mötəbər sayılan, Qurani-məcidin təhrif olunduğunu və dəyişdirildi-yini göstərən kitablardan misallar gətirək. Bu haqda rəvayətlər də onların dediyinə görə məsum imamla-rından rəvayət olunur. Onlara əməl etmək və ibadət etmək hər bir şiə üçün vacibdir. Onlar elə rəvayət-lərdir ki, onların doğruluğuna heç nə kölgə sala bilməz. Bunlardan biri də şiə Əli ibn Ibrahim Qüm-minin öz atasından, onun da Hüseyn ibn Xaliddən “Ayət əl-Kürsi” ilə əlaqədar eşitdikləri bir rəvayətdir. Orada deyilir: "Əbülhəsən Musa Rza (on iki imamdan biri) “Ayət əl-Kürsi”ni belə oxuyarmış: "Əlif, lam, mim. Allahü la ilahə illa hüvə. əl-Heyyü-l-Qəyyumü. La təxüzühü sinətün və la növmün. Ləhü ma fi-s-səmavati və ma fi-l-ərzi. Və ma beynəhüma və ma təhtə-s-səra. Alimü-l-ğeybi və-ş-şəhadəti. Ər-Rəhmanü-r-Rəhimü".201

Buradakı son sətir (“fi-l-ərzi” sözündən sonra — tərc.) Qurani-məciddə yoxdur, lakin şiələr belə iddia edirlər ki, o, “Ayət əl-Kürsi”nin bir hissəsidir.

Qümmi guya “Onu qarşıdan və arxadan izləyənlər var, onlar onu Allahın əmrindən qoruyurlar” mənası-nı verən ayəni qeyd edir və deyir: "Bu ayə Əbu Abdulla salavatullah əleyhinin yanında oxunmuş, o onu oxuyana demişdir: "Siz ərəb deyilsizmi? “Qarşıdan izlə-yənlər” demək olarmı? Izləmək arxadan olar". Həmin adam demişdir: "Sənə fəda olum, bəs necə olub ki, blə deyilib?” Imam deyib ki, ayə belə nazil olub: "Onu arxadan izləyənlər və qarşıdan gözləyən var. Onlar onu Allahın əmri ilə qoruyurlar".202

Görün onların altıncı imamı Əbu Abdulla Cəfər “Onu arxadan izləyənlər və qarşıdan gözləyən var” yerinə "Onu qarşıdan və arxadan izləyənlər var", "Allahın əmri ilə" yerinə "Allahın əmrindən" oxu-yanları necə rüsvay edir. Hətta onlara deyir: "Siz ərəb deyilsinizmi?" Bu misal olsa-olsa ona dəlalət edə bi-lər ki, Qümminin rəvayətinə görə Əbu Cəfər ərəb di-lini bilmirmiş. Bunun mənası odur ki, o özü ərəb deyil, belə ki, başa düşməyib ki, ərəblər "əl-müqib" sözünü iki mənada — “başqasının dalınca gələn" və "təkrar-təkrar gələn" mənalarında işlədirlər. "Əl-müqib” sözü burada məhz axırıncı mənada işlən-mişdir. Lübeydin dediyi kimi:


Haqqını almağa gəlib-gedənin

Əlindən köç etdi o, uzaqlara
Yəni, təkrar-təkrar gəlib-qayıdanın əlindən. Səlamə ibn Cündülün dediyi kimi:
Zərbəsi boşa çıxsa,

Başqa bir zərbə vurar.203
O, həmçinin bilməmişdir ki, "Allahın əmrindən" ifadəsindəki -dən (ərəbcə "min" ön qoşması) “ilə” mənasında işlənir və ifadə "Allahın əmri ilə” mə-nasını verir. Belə ki, "min" ön qoşması bir çox mənalarda, o cümlədən "ilə" mənasını verən "bi" ön qoşması mənasında işlənir. Ərəb dilində belə hal-lar çoxdur.

Qümmi həmçinin Allah-təalanın "Bizi Allahdan qorxanlar üçün imam et" sözünün altında qeyd edir ki, bu kəlam Əbu Abdulla əleyhissəlamın yanında "Bizi Allahdan qorxanlar üçün imam et" şəklində oxunanda o demişdir: "Belə çıxır ki, onlar Əzəmətli Allahdan xahiş etmişlər ki, O onları Allahdan qorxanların imamları etsin..." Belə olanda ondan soruşmuşlar: "Ey Rəsulullah övladı, bu necə olmalıdır?" O demişdir: "Ola bilsin ki, Allah belə nazil etmişdir: "Bizim üçün Allahdan qorxanlardan bir imam et".204 Kaşi bu rəvayəti zikr edəndən sonra əlavə etmişdir: "Toplu-larda mənaca buna yaxın şeylər var" ("Təfsir əs-Safi"), Əhməd ibn Əbu Talib Təbərsi də özünün "əl-İhticac" kitabında həmin Kaşidən nəql edir ki, zin-diqlərdən biri Əli ibn Əbu Talibdən bəzi şeylər soruşmuş və o, cavabında bəzi ayələri təfsir edərək demişdir: "Onlar Kitabda Allahın demədiklərini yaz-mışlar ki, xəlifəlik məsələsini dolaşıq salsınlar. Bundan başqa, onlar Qurana ziddiyyətli və narazılıq-lar doğuran şeylər artırmışlar". Sonra demişdir: "Sənin Allahın "Yetimlərə qarşı ədalətsizlik etmək-dən qorxsanız, qadınlardan istədiyiniz qədər nikah edin..." kəlamında aşkara çıxartdığın ziddiyyətli ifadə isə münafiqlərin Qurandakı "Yetimlərə..." və "qadınlardan... nikah edin" ifadələrinin arasındakı bütün xitablardan və hekayətlərdən çıxardıqları Quranın üçdə birindən çoxunu təşkil edən hissəsin-dən əvvəl gələn ifadədir".205

Küleyni, özünün “əl-Kafi” kitabında dediyinə görə Qüdrət və Cəlal sahibi Allahın "Kim Əlinin və ondan sonrakı imamların vilayəti məsələsində Allaha və Onun Rəsuluna itaət edərsə, böyük üstünlük qazanar" şəklində nazil olmuş kəlamını Əbu Bəsirin Əbu Abdulla əleyhissəlamdan rəvayət etdiyini qeyd edir.206

Lakin bunu hamı bilir ki, Quranda "Əlinin və on-dan sonrakı imamların vilayəti" haqqında heç nə yoxdur.

Kaşi öz təfsirində "Ey Peyğəmbər, kafirlər və münafiqlərə qarşı müqavimət göstər" ayəsinin altın-da qeyd etmişdir ki, bu ayə Əhl əl-Beytin hamısının qiraətində belədir: "Ey Peyğəmbər, kafirlərə qarşı münafiqlərin köməyi ilə müqavimət göstər".207

Bu rəvayətlər içərisində onların hamısından qəri-bə bir rəvayət var ki, onu Abdulla ibn Sinan Əbu Ab-dulla əleyhissəlamdan rəvayət edib onun belə dediyini söyləyir: "Biz hamımız: Məhəmməd, Əli, Fatimə, Hə-sən, Hüseyn və onların övladlarından olan imamlar Adəmə tapşırılmışıq, o isə bunu unudub; Allaha and olsun ki, bu ayə Məhəmməd səlləllahü əleyhi və ali-hiyə beləcə nazil olub". — Kəbənin sahibinə and olsun ki, bu, yalandır!208

Qümmi "Ən təkunə ümmətün hiyə ərba min ümmətin" (Bir ümmət digərindən üstün olsun deyə...) ayəsinin al-tında yazıb qeyd edir ki, Cəfər ibn Məhəmməd əleyhü-məssəlam qeyd edir ki, bu ayə "Ən təkunə əimmətün hiyə əzka min əimmətiküm" (Sizin imamlarınızdan da günahsız imamlar olsunlar) olmuşdur. Ona demişlər ki, ey Rəsul övladı, biz "hiyə ərba min ümmətin" oxuyu-ruq, o demişdir: "Ay yazıqlar, “ərba” nə deməkdir?" Bunu deyib əli ilə onu rədd etməyi işarə etmişdir.209

Şiələrin hədis kitablarında və digər kitabla-rında bundan başqa da çoxlu rəvayətlər var. Inşa-allah, onlardan bu qəbildən olan bəzilərini tezliklə başqa bir sərlövhə altında qeyd edəcəyik.


NƏ ÜÇÜN DEMİŞLƏR Kİ, QURAN TƏHRİF OLUNUB?
Şiələr Quranın təhrif edilmiş olduğunu müəyyən məqsədlər güdərək iddia etmişlər ki, bunlardan biri də onlar üçün
İMAMƏTİN ƏHƏMİYYƏTİDİR
Birincisi, şiələr belə fikirləşirlər ki, imamət məsələsi etiqad edilməli əsas məsələlərdəndir. Bunu inkar edənlər kafir, buna inananlar müsəlmandırlar. Bu məsələ də, Küleyinin “əl-Kafi”də Əbülhəsən Ət-tardan rəvayət etdiyinə görə, Allaha və Rəsula iman kimi məsələlərlə əlaqədardır. Guya Əbülhəsən Əttar demişdir: "Mən Əbu Abdulla əleyhissəlamın belə dediyini eşitmişəm: "Mən itaətdə vəliəhdləri (imam-ları — tərc.) peyğəmbərlərə bərabər tuturam".210

Yenə də Küleyninin Əbu Abdulla əleyhissəlamdan rə-vayət etdiyi bir rəvayət bundan daha aşkar və kəskin-dir. O deyir ki, Allah müsəlmanlara bizə itaət etməyi fərz buyurmuşdur. Insanlar bizi tanımadan heç nəyə nail ola bilməzlər. Bizi tanımaq istəməyənlər bağış-lanmazlar. Bizi tanıyan mömin, inkar edən kafir olar. Bizi tanımayan və inkar etməyən isə düzgün yola qayıdıb, Allahın onun üçün fərz buyurduğu kimi, bizə onun üçün vacib olan itaəti etməyincə yolunu azmış olar".211

O, Cabirin belə dediyini rəvayət edir: "Mən Əbu Cəfər əleyhissəlamın belə dediyini eşitmişəm: "Qüdrət və Cəlal sahibi Allahı tanıyıb ona ibadət edən şəxs odur ki, Allahı və Onun biz Əhl əl-Beytdən olan imamını tanımış olsun. Kim ki Qüdrət və Cəlal sahibi Allahı və biz Əhl əl-Beytdən olan imamı tanı-madı, deməli, Allahdan başqa birisini tanıyır və be-ləliklə, ona ibadət edir. Allaha and olsun ki, beləsi öz yolunu azmışdır".212

Onlar imaməti də namaz, zəkat, oruc və həcc kimi dinin əsas şərtlərindən ediblər. Budur, onların mühəddisi Küleyni özünün “əl-Kafi” kitabında Əbu Həmzədən Əbu Cəfər əleyhissəlamın belə dediyini rəvayət edir: "Islam beş şey üzərində bina olunmuş-dur: namaz, zəkat, oruc, həcc, vilayət. Vida həcci günü vilayətin xatirinə edilməyən güzəşt başqa şeyin xatirinə edilmədi".213

"Vilayətin xatirinə edilməyən güzəşt başqa şeyin xatirinə edilmədi" ifadəsinə baxın. Bu, o deməkdir ki, vilayət, ilk dörd şərtdən əhəmiyyətlidir. Küleyni-nin söylədiyi digər bir rəvayətdə bu məsələ aşkar bildirilir. O, Zürarədən Əbu Cəfər əleyhissəlamın belə dediyini rəvayət edir: "Islam beş şey üzərində bina olunmuşdur: namaz üzərində, zəkat üzərində, həcc üzərində, oruc üzərində və vilayət üzərində". Zürarə-nin dediyinə görə, o, Əbu Cəfərdən soruşmuşdur: “Bu şeylərdən hansı üstündür?" O cavab vermişdir: "Vila-yət üstündür".214

Insanın zehnində öz-özünə belə bir sual yaranır ki, əgər vilayət bu mərtəbədədirsə, bəs nə üçün namazın, orucun adı Quranda çəkilir, vilayətdən isə orada heç bir əsər-əlamət yoxdur? Axı vilayət yalnız Islamın rüknlərindən (özüllərindən) biri olmayıb, həm də Islamın mehvəri, "əl-Bəsair" müəllifinin rəvayət etdiyinə görə, peyğəmbərlərlə bağlanmış müqavilənin məqsədidir: "Həsən ibn Əli Nüman bizə Yəhya ibn Əbu Zəkəriyya ibn Amr Zəyyatın belə dediyi haqqında bir hədis danışmışdır: "Mən öz atamdan və Məhəmməd ibn Səmaədən onların Feyz ibn Əbu Şeybədən Məhəm-məd ibn Müslimin belə dediyini eşitdiklərini eşit-mişəm: "Mən Əbu Cəfərin belə dediyini eşitmişəm: "Allah-təbarəkə və təala peyğəmbərlərlə Əlinin vila-yəti haqqında müqavilə bağlamış və onlarla Əlinin vilayəti haqqında əhd-peyman etmişdir".215

Görəsən, necə ola bilər ki, bu bağlanmış əhd-peyman Qurani-məciddə və Fürqani-həmiddə qeyd olun-masın? Iş bununla bitmir; orada bundan da betər yalanlar var. Onların dediyinə görə vilayət yalnız pey-ğəmbərlərin əhd-peymanı və bağlaşması deyil, həm də göyə və yerə Allah əmanətidir. Bu barədə də "əl-Bəsair"də istinadla belə rəvayət olunmuşdur: "Əmir-əlmöminin demişdir: "Allah vilayətimi göyün və ye-rin əhlinə ərz etmişdir. Onu qəbul edən qəbul etmiş, inkar edən inkar etmişdir" — Nə böyük iftira! Allah bizi ondan qorusun! — "Yunis onu inkar etmiş, Allah da Yunisi mənim vilayətimi qəbul edənədək balığın qarnında həbs etmişdir".216

Guya bu elə bir əmanətdir ki, Allah-sübhanəhü və təala ona böyük əhəmiyyət vermiş və O, "əl-Bəsair"in müəllifinin rəvayət etdiyinə görə, bu əmanətsiz heç bir peyğəmbər göndərməmişdir? Bu müəllif Məhəm-məd ibn Əbdürrəhmandan Əbu Abdullanın belə dedi-yini rəvayət edir: "Bizim vilayətimiz Allah tərəfin-dən verilmiş elə bir vilayətdir ki, onsuz heç vaxt heç bir peyğəmbər göndərilməmişdir".217

Bəs bu diqqət nəyə görə idi? Əlbəttə, hər bir mö-minin, hətta mələklərin belə ona inanmasından başqa heç nəyə görə deyildi. Elə onların iddia etdikləri, dedikləri kimi də oldu və həqiqətən buna inananlar oldu. "əl-Bəsair"in müəllifi deyir: "Bizə Əhməd ibn Məhəmməd Həsən ibn Əbu Füzaldan, o da Məhəmməd ibn Fəzildən, o da Əbu Səbbah Kənanidən Əbu Cəfə-rin belə dediyini söyləmişdir: "Allaha and olsun ki, səmada yetmiş növ mələk var. Əgər bütün Yer əhalisi bir yerə yığılsa ki, onların sayı bu mələklərin bir növünün sayına çatsın, yenə də çatmaz. Həmin mələklər bizim vilayətimizə inanırlar".218

Heç ağlabatandırmı ki, belə əhəmiyyətə və hörmətə malik məqamı Allah öz Kəlamında qeyd etməsin? Xüsu-silə o halda ki, heç bir ibadət və etiqad ona inan-madan doğru olmasın. Lakin Küleyni Cəfəri-Sadiqin belə dediyini rəvayət edir: "Islamın dayaqları üçdür: namaz, zəkat və vilayət. Bunlardan hər hansı biri219 o birilər olmadan düzgün olmaz".220

O həmçinin Məhəmməd ibn Fəzldən Əbülhəsən əley-hissəlamın belə dediyini rəvayət edir ki, Əli əleyhis-səlamın vilayəti, Quranda yazılmasa da, peyğəmbər-lərin bütün sühüflərində yazılmışdır və Allah (bundan sonra) Məhəmməd səlləllahü əleyhi və alihi-nin peyğəmbərliyi və Əli əleyhissəlamın vəliəhdliyi şərti olmadan heç bir rəsul göndərməz".221

Onlar belə çətinliyə düşdüklərindən onun həllinə çalışmış və iddia etmişlər ki, Quran təhrif olun-muş, dəyişdirilmiş, ondan çoxlu ayə buraxılmış, heç də az olmayan sayda sözlər düşmüşdür. Onları Quranın mətnindən ən hörmətli əshabələr və islam ümmətinin böyük adamları Əliyə olan kinlərinə, onun övladla-rına qarşı inadlarına görə və Rəsulullah səlləllahü əleyhi və alihinin irsinin itirilib-batırılması üçün çıxarmışlar.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə