"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 446,02 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix26.11.2017
ölçüsü446,02 Kb.
#12692
1   2   3   4   5   6   7   8   9   ...   15

 

Texnologiyaları İnstitutunda informatika kurslarında iştirak etmək üçün  Magistratura 



və doktorantura şöbəsinə məktub almaq üçün müraciət etməlidirlər. 

3.

 



İmtahanlar ildə iki dəfə – yaz (aprel-may) və payız (noyabr-dekabr) sessiyalarında 1 

fəndən artıq olmamaq şərti ilə keçirilir.  

4.

 

Doktorluq  imtahanlarının  nəticəsi  rektorun  imzası  ilə  vəsiqə  şəklində  tədqiqatçıya 



verilir. 

 

11.



 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə 

təhsil almaq hüququ 

 

11.1.



 

Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  doktoranturada  və  dissertantlıq  yolu  ilə 

təhsili  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun 

olaraq  hüquqi  və  fiziki  şəxslərin  birbaşa  bağladıqları  müqavilələr  əsasında  həyata 

keçirilir. 

11.2.


 

Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  doktoranturada  və  dissertantlıq  yolu  ilə 

təhsili ödənişli əsaslarla aparılır. İllik təhsil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq 

ali təhsil müəssisələrinin və elmi təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən 

edilir.  Müstəsna  hallarda  ali  təhsil  müəssisələri  və  elmi  təşkilatlar  tabe  olduqları 

qurumların razılığı əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər. 

11.3.

 

Xarici  dövlətlərdə  təhsil  almış  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  üçün  ali  təhsil 



haqqında  diplomun  notarial  qaydada  təsdiq  edilmiş  surəti  və  diplomun  tanınması 

haqqında şəhadətnamə təqdim edilməlidir. 

11.4.

 

Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  ali  təhsil  müəssisələrində  və  elmi 



təşkilatlarda  doktoranturaya  qəbulu  və  dissertant  təhkim  olunması,  eyni  zamanda  təhsili 

bu Qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 

  

12.

 

Dissertasiya şuraları 

 

12.1.



 

Dissertasiya  şuraları  elmin,  texnikanın,  təhsilin,  mədəniyyətin  və  incəsənətin  müxtəlif 

sahələrində öz elmi nailiyyətləri ilə tanınmış və görkəmli alimləri olan dövlət elmi (elmi-

tədqiqat, elmi-istehsalat) müəssisələrində (birliklərdə, təşkilatlarda) və ali məktəblərində 

onların  vəsatətləri  əsasında  yaradılır.  Həmin  qurumlar  dissertasiya  şuralarının  işinin 

təşkili  və  müdafiələrin  keçirilməsi  üçün  zəruri  şərait  yaradır  və  onları  lazımi  vəsaitlərlə 

təmin edirlər. 

12.2.


 

Dissertasiya şuralarının tərkibinə fəal elmi və ya elmi-pedaqoji iş aparan, elmi kadrların 

hazırlanmasında fəal iştirak edən nüfuzlu alimlər daxil edilirlər. 

12.3.


 

Dissertasiya şuralarının fəaliyyət müddəti üç ildir. 

12.4.

 

Dissertasiya  şuraları  bir  qayda  olaraq  bir  neçə  (dörddən  çox  olmamaqla)  ixtisas  üzrə 



namizədlik və doktorluq dissertasiyalarını müdafiəyə qəbul edirlər. 

12.5.


 

Dissertasiyaların müdafiəsi və attestasiya məsələləri ilə bağlı sənədlərin tərtibi, həmçinin 

dissertasiyaların  baxılması  və  müdafiəsi  ilə  əlaqədar  xərclərin  ödənilməsi  dissertasiya 

şuralarının fəaliyyət göstərdiyi qurumlar tərəfindən həyata keçirilir. 

12.6.

 

Dissertasiya şurası nəzdində fəaliyyət göstərdiyi qurumun möhüründən istifadə edir. 



12.7.

 

Dissertasiya  şuralarının  fəaliyyətinə  nəzarət  Ali  Attestasiya  Komissiyası  tərəfindən 



aparılır. 

 

13.



 

Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdİm edilmiş dissertasiyalara dair 

tələblər 

 

13.1.



 

Fəlsəfə  doktoru  elmi  dərəcəsini  almaq  üçün  təqdim  edilmiş  dissertasiya  iddiaçının 

müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir: 



 

13.1.1.



 

dissertasiyada  müvafiq  elm  sahəsi  üçün  böyük  əhəmiyyət  kəsb  edən  hər  hansı 

məsələnin yeni həlli təklif olunur

13.1.2.


 

böyük  tətbiqi  əhəmiyyəti  olan  iqtisadi,  texniki  və  texnoloji  işləmələrin 

təkmilləşdirilmiş elmi şərhi verilir. 

13.2.


 

Fəlsəfə  doktoru  elmi  dərəcəsinin  iddiaçıları  Komissiya  tərəfindən  müəyyən  edilmiş 

qaydada ixtisas fənnindən namizədlik imtahanları verməlidirlər. 

İxtisas  sahəsini  dəyişmiş  iddiaçılar  əlavə  olaraq  yeni  seçdiyi  sahənin  ümumelmi 

əsaslarından namizədlik imtahanı verirlər.  

Namizədlik imtahanları verildiyi tarixdən altı il ərzində etibarlı sayılır. 

İxtisas  fənni  üzrə  namizədlik  imtahanı  dissertasiyanın  müdafiəsi  keçiriləcəyi  təşkilatda 

verilir. 

Namizədlik  imtahanlarının  keçirilməsi  ilə  bağlı  xərcləri  nəzdində  imtahan  komissiyası 

yaradılan müəssisə (birlik, təşkilat) ödəyir. 

Namizədlik  imtahanlarının  proqramı  və  imtahanların  aparılma  qaydası  Komissiya 

tərəfindən təsdiq edilir. 

13.3.

 

Elmi  dərəcənin  iddiaçıları  dissertasiyanı  xüsusi  hazırlanmış  əlyazması  şəklində  təqdim 



edirlər. 

13.4.


 

Dissertasiya  müəllifin  təkbaşma  yazdığı  və  açıq  müdafiə  üçün  irəli  sürdüyü  elmi 

müddəaların və nəticələrin məcmusunu əhatə edən elmi işdir. Dissertasiya daxili vəhdətə 

malik olmalı, müəllifin elmə şəxsən verdiyi töhfəni əks etdirməlidir. 

Müəllif tərəfindən təklif olunmuş  yeni  nəticələr  ciddi əsaslandırılmalı, mövcud faktlarla 

və  elmi  baxışlarla  müqayisədə  tənqidi  qiymətləndirilməlidir.  Tətbiqi  əhəmiyyətə  malik 

dissertasiyada  müəllif  tərəfindən  alınmış  elmi  nəticələrin  praktikada  tətbiqi  barədə 

məlumat,  nəzəri  əhəmiyyətə  malik  olan  dissertasiyalarda  isə  elmi  nəticələrin  tətbiqi  ilə 

əlaqədar tövsiyələr verilməlidir. 

Dissertasiya Komissiya tərəfindən müəyyən edilmiş qaydalara uyğun tərtib edilir. 

13.5.

 

Dissertasiyaların  mövzuları  müəssisələrin  (birliklərin,  təşkilatların)  və  ali  məktəblərin 



fakültələrinin  elmi  (elmi-texniki)  şuralarında  hər  bir  iddiaçı  üçün  ayrılıqda  təsdiq 

olunmalıdır. 

13.6.

 

Dissertasiyaların əsas elmi nəticələri elmi nəşrlərdə dərc olunmalıdır. 



Azərbaycan  Respublikasının  müvafiq  elmi  nəşrlərinin  siyahısı  Komissiya  tərəfindən 

təsdiq edilir. 

Dissertasiyanın  əsas  elmi  nəticələri  xarici  ölkələrin  elmi  jurnal  və  nəşrlərində  də  dərc 

edilə  bilər.  Xarici  ölkələrin  elmi  jurnal  və  nəşrlərində  xarici  dildə  dərc  edilmiş 

dissertasiyanın  əsas elmi  nəticələrinin Azərbaycan dilində qısa xülasəsi müdafiə zamanı 

Komissiyaya təqdim edilməlidir. 

Dissertasiyaların  elmi  nəticələrinin  elmi  nəşrlərdə  dərc  olunması  ilə  bağlı  tələblər 

Komissiya tərəfindən müəyyən edilir. 

13.7.

 

İddiaçıların  fəlsəfə  doktoru  dissertasiyalarının  nəticələrinə  dair  ən  azı  beş,  o  cümlədən 



xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda bir məqaləsi dərc edilməlidir. 

Dissertasiyanın  əsas  elmi  nəticələrini  əks  etdirən  dərc  olunmuş  işlərə  ixtiralar  haqqında 

müəlliflik  şəhadətnamələri,  sənaye  nümunələri  və  patentlər,  ümumrespublika  və 

beynəlxalq konfrans və simpoziumların nəticələri üzrə dərc olunmuş məruzə və tezislər, 

elektron elmi nəşrlər də aiddir. 

Ümumrespublika konfrans və simpoziumlarının nəticələri  üzrə dərc olunmuş  məruzə və 

tezislərə, habelə elektron nəşrlərə dair tələblər Komissiya tərəfindən müəyyən edilir. 

13.8.


 

Dissertasiyanın  yazılışı  zamanı  iddiaçı  iqtibas  etdiyi  materialların  mənbələrinə  və 

müəlliflərinə istinad etməlidir. 

Kollektiv müəlliflərə mənsub olan elmi ideya və işləmələrdən istifadə edilirsə, iddiaçı bu 

barədə dissertasiyada qeyd etməlidir. 



Yüklə 446,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə