"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 446,02 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix26.11.2017
ölçüsü446,02 Kb.
#12692
1   2   3   4   5   6   7   8   9   ...   15

 

Əlavə 2 ........................................................................................................................ 



Əlavə 3 ........................................................................................................................ 

Əlavə 4 ........................................................................................................................ 

Əlavə 5 ........................................................................................................................ 

30 


32 

34 


35 

 

Doktorantlar və dissertantlar üçün yol xəritəsi ........................................................... 



36 

 

 



 

FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ MƏRHƏLƏLI 



FƏALIYYƏTLƏR 

  

 

1.



 

Ümumi müddəalar 

 

1.1.



 

Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması 

ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi 

dərəcələrin  (elm  sahələri  göstərilməklə,  fəlsəfə  doktoru  və  elmlər  doktoru)  verilməsi  ilə 

başa çatır. 

1.2.


 

Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. 

1.3.

 

Doktoranturada  təhsilalma  əyani  (istehsalatdan  ayrılmaqla)  və  qiyabi  (istehsalatdan 



ayrılmamaqla) formalar üzrə həyata keçirilir. 

1.4.


 

Doktorantura  təhsilini  həyata  keçirən  ali  təhsil  müəssisələri  və  elmi  təşkilatlar  elmi  və 

elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. 

1.5.


 

Fəlsəfə  doktoru  proqramı  üzrə  doktoranturada  əyani  təhsil  müddəti  3  il,  qiyabi  4  il, 

dissertantlıq yolu ilə 4 ildir. 

1.6.


 

Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. 

1.7.

 

Doktoranturada və dissertantlıq yolu ilə təhsilini başa çatdırmış məzunlara təhsil aldıqları 



müəssisənin müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqə verilir. 

 

2.

 

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura 

 

2.1.



 

Fəlsəfə  doktoru  proqramı  üzrə  doktoranturaya  ali  təhsili  olan  (ali  təhsil  pilləsinin 

magistratura  səviyyəsini  bitirən,  yaxud  təhsili  ona  bərabər  tutulan  Azərbaycan 

Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. 

2.2.

 

Doktoranturanın  (keçmiş  aspiranturanın)  tam  kursunu  bitirən  şəxs  eyni  ixtisas  üzrə 



təkrarən doktoranturaya qəbul oluna bilməz. 

2.3.


 

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir: 

 

ərizə  (doktoranturanın  fəaliyyət  göstərdiyi  müəssisənin  və  yaxud  təşkilatın  rəhbərinin 



adına);  

 



kadrların şəxsi-qeydiyyat vərəqi;  

 



tərcümeyi-hal; 

 



2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); 

 



iş yerindən xasiyyətnamə

 



iş stajı olanlar üçün əmək kitabçasından çıxarış; 

 



çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat

 



ali  təhsil  müəssisəsini  bitirmək  haqqında  diplomun  müvafiq  qaydada  təsdiq  edilmiş 

surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil 

haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);  

 



şəxsiyyəti təsdiq edən sənədin surəti. 

 

3.

 

Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura 

 

3.1.



 

Dissertantlıq  yolu  ilə  yüksəkixtisaslı  elmi  və  elmi-pedaqoji  kadrların  hazırlanması  ali 

təhsil  müəssisələrində,  elmi  və  digər  təşkilatlarda  çalışan  mütəxəssislərin  istehsalatdan 

ayrılmamaqla, elmi dərəcənin alınması üçün təhkim olunmaqla, dissertasiya işinin yerinə 

yetirilməsini təmin edir. 

3.2.


 

Dissertantlıq  yolu  ilə  “Fəlsəfə  doktoru”  elmi  dərəcəsi  almaq  hüququna  ali  təhsilli  (ali 

təhsil  pilləsinin  magistratura  səviyyəsini  bitirən,  yaxud  təhsili  ona  bərabər  tutulan, 



 

müvafiq  tədqiqat  sahəsində  müəyyən  müvəffəqiyyətləri  olan  ali  təhsil  müəssisələrinin, 



elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər. 

3.3.


 

Dissertantlıq  yolu  ilə  təhsil  müddətini  başa  vuran  şəxslər  eyni  ixtisas  üzrə  təkrar 

dissertant olmaq hüququna malik deyillər. 

3.4.


 

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji 

iş stajına malik olmalıdırlar. 

3.5.


 

Fəlsəfə doktoru hazırlığı üzrə dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər 

təqdim edilir: 

 



ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və  yaxud təşkilatın rəhbərinin 

adına);  

 

kadrların şəxsi-qeydiyyat vərəqi;  



 

tərcümeyi-hal; 



 

2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); 



 

iş yerindən xasiyyətnamə; 



 

əmək kitabçasından çıxarış; 



 

çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat; 



 

ali  təhsil  müəssisəsini  bitirmək  haqqında  diplomun  müvafiq  qaydada  təsdiq  edilmiş 



surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil 

haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);  

 

şəxsiyyəti təsdiq edən sənədin surəti. 



 

Qeyd: 1. Dissertanturaya 2 illik staja malik olan şəxslər qəbul oluna bilərlər. 

2. İddiaçılar dissertanturaya müsahibə yolu ilə qəbul olunurlar.

 

 

 



4.

 

Sənədlərin qəbulu 

 

4.1.



 

Sənədlərin  qəbulu  forması,  qaydaları,  qəbul  planı  və  imtahanların  keçirilmə  müddəti 

haqqında  kütləvi  informasiya  vasitələrində  qəbulu  həyata  keçirən  müəssisə  tərəfindən 

müvafiq elan verilir. 

4.2.

 

Sənədlərin  qəbulu  üçün  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali  təhsil  müəssisəsinin  və 



elmi təşkilatın rəhbərinin (və ya elmi işlər üzrə müavininin) sədrliyi ilə qəbul komissiyası 

yaradılır.  Qəbul  komissiyası  fakültə,  kafedra,  şöbə,  bölmə,  laboratoriya  rəhbərlərindən, 

aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən 

təşkil olunmalıdır. 

 

5.

 

İxtisas uyğunluğu 

 

5.1.



 

Doktoranturaya  qəbul  olmaq  istəyən  şəxslərin  ixtisas  uyğunluğu  qəbul  komissiyası 

tərəfindən müəyyən edilir. 

5.2.


 

Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir 

və  rəhbərliyi  həyata  keçirmək  barədə  razılıq  və  ya  imtina  qərarını  yazılı  surətdə  qəbul 

komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir. 

5.3.

 

Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında 



imtahanlara  buraxılmaq  haqqında  qərar  qəbul  edir  və  bu  barədə  bir  həftədən  gec 

olmayaraq  iddiaçıya  bildiriş  göndərir.  Bildiriş  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali 

təhsil müəssisəsi və elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən 

məzuniyyət almaq hüququ verir.  

 

 

 



 


Yüklə 446,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə