"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 446,02 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix26.11.2017
ölçüsü446,02 Kb.
#12692
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

18 

 

onun  ardı  bərabərlik  (=)  və  ya  plyus  (+),  minus  (-),  vurma  (x),  bölmə  (:) 



işarələrindən sonra yeni sətrə keçirilə bilər.  

 

16.7.



 

Biblioqrafik istinadlar 

16.7.1.


 

Dissertasiyanın  mətnində  istinad  olunmuş  mənbələr  ədəbiyyat  siyahısında  əlifba 

sırası  ilə  yazılmalı  və  nömrələnməlidir.  İstinad  olunmuş  mənbənin  ədəbiyyat 

siyahısındakı  nömrəsi  mətndəki  istinaddan  sonra  kvadrat  və  ya  adi  mötərizədə 

göstərilir. Məsələn: [115] və ya (115). 

16.7.2.


 

Dissertasiyanın  mətnində  böyük  həcmli  kitab(lar)ın  müxtəlif  səhifələrinə  bir  neçə 

dəfə  istinad  olunduğu  halda  ədəbiyyat  siyahısında  bu  mənbə  yalnız  bir  dəfə 

göstərilir, lakin mətndəki istinaddan sonra əsərin siyahıdakı nömrəsi, cild(çoxcildli 

əsərlər  üçün)  və  müvafiq  səhifə(lər)  göstərilir.  Məsələn:  [39,  250-252],  [153,  s. 

2,106]  və  mətnin  digər  bir  yerində  [39,156],  [153,  c.1,  86-91]  və  s.  

Mətnin altında sətiraltı istinadlar məqsədəuyğun deyildir.  

 

16.8.



 

Üz vərəqi 

Üz  vərəqi  dissertasiyanın  birinci  səhifəsidir,  nömrələnmir  və  “Dissertasiya  şuraları 

haqqında” əsasnamədəki əlavə 1.5-ə uyğun olaraq tərtib edilir (Bax: Əlavə 5).  

 

16.9.



 

Mündəricat 

Mündəricatda  bütün  fəsillər,  yarımfəsillərin  və  bəndlərin  başlıqlarının  dissertasiyanın 

hansı səhifəsindən başlandığı göstərilir.  

 

16.10.



 

 Şərti işarələr, simvollar, vahidlər və terminlər siyahısı 

16.10.1.

 

Əgər dissertasiyada spesifik terminologiya, həmçinin geniş  yayılmamış ixtisarlar, 



yeni simvollar, işarələr və s. istifadə edilirsə, onların siyahısı “İxtisarların siyahısı” 

başlığı altında ayrıca vərəqdə dissertasiyanın əvvəlində verilməlidir. 

16.10.2.

 

Siyahı sütun şəkildə yazılır, sütunun sol tərəfində (əlifba sırası ilə) ixtisarlar, sağ 



tərəfində isə onun dəqiq açılışı verilir. 

16.10.3.


 

Əgər  dissertasiyada  xüsusi  terminlər,  ixtisarlar,  simvollar,  işarələr  üç  dəfədən  az 

təkrar edilirsə, onda siyahı tərtib edilmir, bunların açılışı isə mətndə onların birinci 

dəfə adı çəkilən kimi verilir.  

 

16.11.


 

 İstifadə edilmiş ədəbiyyat 

16.11.1.


 

Dissertasiya  işində  istifadə  edilmiş  mənbələr  çap  olunduqları  dillərdə  (əvvəlcə 

Azərbaycan,  sonra  türk,  rus,  ingilis,  fransız,  ərəb  və  s.)  əlifba  sırası  ilə,  ardıcıl 

nömrələnərək siyahıda göstərilir. 

16.11.2.

 

İstifadə  edilmiş  ədəbiyyat  siyahısında  son  5-10  ilin  ədəbiyyatına  üstünlük 



verilməlidir. 

16.11.3.


 

Dissertasiyada  istifadə  olunan  mənbələrin  biblioqrafik  təsvirində  aşağıdakı  şərti 

işarələrdən istifadə edilir: 

. nöqtə 


, vergül 

: iki nöqtə 

/ çəpəki xətt 

// qoşa çəpəki xətt 

( ), [] mötərizə 

16.11.4.


 

İstinad  olunan  mənbənin  biblioqrafik  təsviri  onun  növündən  asılı  olaraq 

verilməlidir.  Siyahıya  daxil  olan  mənbələr  haqqında  məlumat  aşağıdakı  kimi 

göstərilir. 




19 

 

16.11.5.



 

Kitabların (monoqrafiyaların, dərsliklərin və s.) biblioqrafik təsviri müəllifin və ya 

kitabın  adı  ilə  tərtib  edilir,  müəlliflər  dörd  nəfərədək  olduqda  müəllifin  və  ya 

müəlliflərin  soyadı  və  inisialları  ilə  verilir.  Məsələn:  Qeybullayev  Q.Ə. 

Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994, 284 s. 

Мамедов  М.Г.,  Кребс  Р.И.  Иммуноферментный  анализ:  теория  и  практика. 

М.: Кристалл, 1999, 109 с. 

Прихожан А.М. Психологический справочник, или как обрести уверенность 

в себе: Кн. Для учащихся. М.: Просвещение, 1994, 191 с. 

Fremel H. History of agriculture development in Europe. Berlin: Springer Verlaq, 

2000, 242 p. 

Müəllifi  göstərilməyən  və  ya  dörddən  çox  müəllifi  olan  kitablar  (kollektiv 

monoqrafiyalar  və  ya  dərsliklər)  kitabın  adı  ilə  verilir.  Məsələn:  Kriminalistika: 

Ali  məktəblər  üçün  dərslik  /  K.Q.  Sarıcalinskayanın  redaktəsi  ilə.  Bakı:  Hüquq 

ədəbiyyatı, 1999, 715 s. 

Умственное  воспитание  дошкольника  /  Под  ред.  Поддьякова.  М.: 

Педагогика, 1972, 288 с. 

Оперативно-розыскная  деятельность:  Учебник  /  Под  ред.  К.К.  Горяинова, 

В.С. Овчинского, А.Ю. Шумилова. М.: Инфра-М, 2001, 794 с. 

Çoxcildli  nəşrə  aşağıdakı  kimi  istinad  edilir: Azərbaycan  tarixi:  7  cilddə,  IV  c., 

Bakı: Elm, 2000, 456 s. 

Годфура Ж. Что такое психология: В 2-х т. Т.1, М.: Мир, 1992, 496 с.  

16.11.6.

 

Məqalələrin  biblioqrafik  təsviri  iki  hissədən  ibarət  olur.  1.  Məqalə  haqqında 



məlumat;  2.  Məqalənin  dərc  edildiyi  nəşr  orqanı  haqqında  məlumat.  Bu  hissələr 

bir-birindən  qoşa  çəpəki  xətlə  -“//”  ayrılır  ki,  ondan  əvvəl  və  sonra  bir  interval 

qoyulur.  

Dördədək müəllifi olan məqalələrdə müəlliflərin hamısının soyadları və inisialları 

verilir.  Azərbaycan  və  rus  dilində  olan  istinadlarda  müəlliflərin  hər  iki  inisialı, 

Qərbi  Avropa  dillərində  olan  mənbələrdə  isə  adlarının  yalnız  birinci  hərfi 

göstərilir. Məsələn: 

Vəlixanlı  N.M.  X  əsrin  ikinci  yarısı-XI  əsrdə  Azərbaycan  feodal  dövlətlərinin 

qarşılıqlı  münasibətləri  və  bir  daha  “Naxçıvanşahlıq”  haqqında  //  AMEA-nın 

Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası, 2001, №3, s. 120-129. 

Baxşəliyeva  V.B.,  Qədirzadə Q.Y.  Gəmiqaya  rəsmlərində Ön  Asiya motivlərinin 

izləri // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, 2002, №9, s. 37-40. 

Rəhmani  S.Ə.,  Əhmədov  M.A.,  Həmişəyev  U.Ş.,  Babaşova  N.M.  Plazmoferez 

zamanı  hemoreoloji  göstəricilərin  dinamikası  //  Azərbaycan  Tibb  Jurnalı,  1993, 

№9-10, s. 30-33. 

Краснопольский  В.И.,  Буянова  С.Н.,  Иоселиани  М.Н.,  Петрова  В.Д. 

Диагностика  и  выбор  хирургической  коррекции  недержания  мочи  при 

пролапсе гениталий у женщин // Акушерство и гинекология, 2000, №1, с.29-

32.  

Liang C., Kriman S. An JR-spectroscopic studi of the effect of imozing irradiation 



on the struciture of polyutadilne (akrilonitrill) // Polym. Sci., 1999, v. 31, No 123, 

p. 51-60. 

Dörddən  çox  müəllifi  olan  məqalələrdə  ilk  üç  müəllifin  soyadları  və  inisialları, 

sonra isə aşağıdakılar ixtisarlardan biri verilir: 

- “və b.” - Azərbaycan dilində olan nəşrlərdə

- “и др.” - rus dilində olan nəşrlərdə; 

- “et al” - Qərbi Avropa dillərində olan nəşrlərdə. Məsələn: 

Məmmədov  F.X.,  Mahmudov  T.Q.,  Sadıxova  Z.İ.  və  b.  Armourianum  növü  və 

onun seleksiya əhəmiyyəti // Azərbaycan Aqrar elmi, 2003, №1-3, s. 78. 



Yüklə 446,02 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə