«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə111/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   107   108   109   110   111   112   113   114   ...   122

 
244 
Azər  türklərinin  etnik  coğrafiyasında  batı  bölgələrin  əhatə  dairəsi 
zaman-zaman daralsa da, keçən əsrin sonlarına qədər Ermənistanda yaĢa-
yan  azərlər  Qars-Ġqdır  bölgələri  ilə  Azərbaycan  arasında  körpü  kimi 
qalmıĢdı, lakin son deportasiya (1988) bu körpünü də aradan götürdü. Fə-
rat çayının yuxarı axarında tarixi Ərmən bölgəsinə hay tayfalarının gəliĢi 
və zaman-zaman, özəlliklə m.ö. I əsrdə onların indiki Ermənistan sınırına 
yaxın bölgələrə sızması  azər etnik  coğrafiyasının batı bölgələrində  artıq 
baĢqa dilli bir etnosun ortaya çıxmasına səbəb olurdu. Bu gəlmə hayların 
bir qismi indiki Ermənistana, bir qismi də Gürcüstan sınırlarına yaxın böl-
gələrdə  yerləĢərək  yerli  feodallara  nökərçilik  edib,  əkin-biçin  iĢləri  ilə 
məĢğul  olurdular.  Əsrlərlə  davam  edən  belə  yaĢam  tərzinə  görə  kürdlər 
bugünəcən onlara hay və ya erməni yox, filə (fəhlə) deyir. Xilafət çağında 
isə artıq hay-ermən boyları Güney Qafqaz və Arazboyu bölgələrdə ayrı-
ayrı kiçik koloniyalar Ģəklində yerləĢmiĢdi. 
Güney  Azərbaycanın  etnik  demoqrafiyası  m.  ö.  III-I  minillərə  aid 
yazılı qaynaqlarda adı keçən türk boyları ilə daha rahat bərpa olunur. Belə 
ki, bu qaynaqlarda su, subar, sabir,
 
qut (quti), uti, az, azər,
 
kəngər,
 
gedar,
 
qarqar, turuk (türk), urum,
 
alban,
 
aran

arman (ermən),
 
saqa,
 
soğan, şat, 
zəngi,
 
şatır,
 
şadılı,
 
kuman, bartı (parth),
 
kars (qorus), bars, börü,
 
qapan,
 
qızıl,
 
polad  və  sair  türk  boylarının  adı  qeyd  olunmuĢdur  (qaynaqlar  III 
Bitikdə  verilir).  Adı  çəkilən  boylarının  böyük  bir  qismi  sonralar  Quzey 
Azərbaycanda da görünür. Sonrakı Mana dövlətinin ərazisində m. ö. III-
II minillərdə etnik dəyiĢmə olmadığını söyləyən  Ġ. M. Dyakonovun fikri 
 
Güney  Azərbaycanda  tədqiq  olunmuĢ  arxeoloji,  antropoloji  bəlgələrlə 
təsdiq olunur.
147
 
  
Tarixboyu türklərin yaĢadığı azər etnik coğrafiyasının Təbriz,
 
Ġrəvan 
və Qarabağ kimi mərkəzi bölgələrinə kənar etnoslardan sasani çağında 
yalnız fars və hay tayfaları sıza bilmiĢlər. Bura köçən asurların sayı isə 
görünməz dərəcədə azdır. Azər dilinin aparıcı dialekti də mərkəzi bölgə-
lərdə formalaĢmıĢdır. Yeri gəlmiĢkən qeyd edək ki, elmi ədəbiyatda rast 
gəldiyimiz alban dili, aran dili, kaspi dili kimi deyimlər yanlıĢ təsəvvür 
yaradan  və  gerçək  durumu  əks  etdirməyən ifadələrdir.  Belə  ki, ayrı-ayrı 
                                                                                                                        
(Калмыков,  1974,  17-18);  Qafqaz  caniĢini  1855-də  yazırdı  ki,  «gürcü  dili 
yalnız Tiflis və Kutais quberniyasının müəyyən yerlərində çinovniklər üçün əlveriĢli ola 
bilər, tatar (azər) dili isə bütöv Qafqaz ölkəsində yararlıdır» (Акты, т. XI, 1988, 720). 
147
  Дьяконов,  1956,  138;  Rathbun,  1964;  Muscarella,  1971;  Гашгай,  1993,  45; 
Алиев, 1960, 169 (3-cü qeyd). 


 
245 
boy adları ilə qeyd olunan ayrıca bayat dili, avşar dili, qaraqoyunlu dili, 
kəngər  dili  olmadığı  kimi,  sadaladığımız  dillər  də  olmamıĢdır,  sadəcə, 
Azərbaycandakı bu türk boyları ümumi türk dilinin azər dialektində (daha 
doğrusu, azər dialektlərində) danıĢmıĢlar və daxili dialekt və Ģivə (ləhcə) 
fərqləri o qədər də böyük olmayan baĢqa çağdaĢ türk xalqlarından fərqli 
olaraq, bugün  də  azər  dilinin dörd  əsas  dialekti, hər dialektə  yaxın  Ģivə-
ləri və dialektlərarası keçid Ģivələri vardır.
 
Ġslamöncəsi dönəmlərdə, özəl-
liklə protoazər çağında bu dialektlərin arasındakı fərqlər daha çox idi.   
Azər-türk dili Qafqaz və Ġranda  yaĢayan baĢqa dilli xalqların ortaq 
ünsiyət vasitəsi kimi ikinci dili olmuĢdur. Bu dilin regionda uluslararası 
ünsiyət  dili  olduğunu  bura  gələn  səyyahların  əksəriyəti  yazmıĢdır.  Belə 
ikidilli  durum  (bilinqvizm)  çox da  uzaq  olmayan  tarixdə  rusların  Qafqaza 
gəliĢinə qədər daha geniĢ coğrafiyada
 
davam
 
etmiĢdir.
 
XV əsrdə Hindis-
tana  qədər  gedib  çıxan  Afanasi  Nikitin  öz  yazısında  kaçma,  yaxşı,  yük, 
yatır,  yatmadım,  ulu  kurban  baqram  kimi  ifadələrlə  yanaĢı,  azər  dilində 
bütöv cümlələr də iĢlətmiĢdiр 
148
 
 
Ġslamaqədərki  çağlarda  Azərbaycan  bölgələrinə
 
nə  vaxt
 
gəlməsin-
dən
 
asılı olmayaraq

azər xalqının mədəniyət və kultur tarixi dairəsindən 
kənarda qalmayan baĢqa dilli xalqların, azər türklərilə qaynayıb-qarıĢan, 
qohumlaĢan və
 
azər xalqının yaranmasında iĢtirak edən boylar bütövlük-
də Azər etnik coğrafiyasına daxil olduğundan Ġslamdan sonrakı çağlarda 
«Azər xalqı» və «azər dili» deyimlərinin daha geniĢ tutumu vardır. Lakin 
Stalinin  göstəriĢi  ilə  1936-dan  ortaya  çıxan  «Azərbaycan  dili»  deyimi 
Azərbaycanın yerli xalqlarından talıĢ, udi, kürd və min illərlə Azərbaycan-
da  yaĢayan ləzgi, saxur,
 
avar, xınalıq,
 
haput, tat, qırız, budux  kimi  onlarla 
baĢqa xalqların dilini düzgün ifadə etmədiyi kimi, 50 milyonluq Azərbay-
can türklərinin də dilini (türk, azər) ehtiva etmir. 
«Azərbaycan xalqı», «Azərbaycan dili» deyimləri özündə azərbay-
canlı vətəndaĢları ehtiva edən və dövlətçilik baxımından bugün iĢlənməsi 
                                                 
148 
 
Хожение за три моря, 1986; Muradxan Cahangirov arxiv sənədlərində Dağıs-
tan-Quzey Qafqaz xalqlarının rəsmi yazıĢmalarının çox vaxt azər dilində olduğunu orta-
ya  çıxarmıĢdır  (Ъащанэиров,  1978,  30-35);  Qafqazda  olmuĢ  A.  A.  Bestujyev-
Marlinski, M. Y. Lermontov və baĢqaları qeyd etmiĢlər ki, Avropada fransız dilini bil-
mək nə qədər vacibdirsə, Asiyanı baĢdan-baĢa gəzmək üçün də tatar (azər) dilini bilmək 
o  qədər  zəruridir  (Марлинский,  1847,  114;  Лермонтов,  523-524); 
Fransız  səyyah  Baltasar  de  Lauziere  1683-də  Azərbaycanı  gəzəndən  sonra  ġamaxıda 
latın qrafikası ilə çox dəyərli  bir kitab olan azər dilinin  «Söz türki» adlı qramatikasını 
yazmıĢdır.
 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə