«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə107/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   103   104   105   106   107   108   109   110   ...   122

 
232 
Arxeoloji,  antropoloji,  onomastik  və  qlottogenez  bəlgələrinə  görə 
m. ö. IV minilin ortalarında prototürk boylarının Ön Asiyadan doğu və 
quzey  yöndə  ilk  böyük  köçü  prototürk  dilinin  parçalanmasına  səbəb  ol-
muĢ, m. ö. II minilin ortalarında baĢ verən ikinci böyük köç isə burada 
prototürk  dövrünün  sona  çatması  ilə  nəticələnmiĢdir.
 
Ġlkin  Atayurddan 
dıĢarıya olan bu böyük miqrasiyalar Azərbaycanda qalan protoazər boyla-
rının sayca azalmasına səbəb olsa da,
 
bəzi türk boylarının sonrakı qayıtma-
ları bu boĢluğu doldurmuĢdur. Vaxtilə prototürk Atayurdunun bir parçası 
olmuĢ Azərbaycanda qalan prototürk boyları artıq m. ö. II minilin ortala-
rından sonra protoazər boyları kimi formalaĢma mərhələsini yaĢamıĢlar.  
Son tunc çağında protoazər boylarının bir neçə lokal arxeoloji kul-
turu  görünür  ki,  bu  da  ayrı-ayrı  dialektlərin  mövcud  olmasından  xəbər 
verir.  Belə  ki,  Kür  çayının  sağ  yaxaları  ilə  Gəncə-Qarabağ  bölgələrini 
əhatə  edən  Xocalı-Gədəbəy  kulturu,  ġəki-Zaqatala  zonasında  Qayakənd 
kulturu, Dərbəndlə Astara arasında ġamaxı-Muğan və Xəzərboyu bölgə-
lərdə görünən Talış-Muğan kulturu, həmçinin Ordubad,
 
Təbriz və
 
Ġrəvan 
bölgələrini əhatə edən və boyalı qabları ilə seçilən Naxçıvan kulturu ilə 
ayrılan bu dörd zona sonrakı azər dialektlərinin sınırları ilə uyğunluq təĢ-
kil  edir.  Beləliklə,  ayrı-ayrı  bölgələrdə  Kür-Araz  kulturunun  daĢıyıcıları 
olan prototürklərdən qalma dörd dialekt üzrə formalaĢan protoazər xal-
qının dili artıq m. ö. I minilin ortalarında (saqa boylarının qayıdıĢından 
sonra)  azər  dili  kimi  bütöv  etnik  coğrafiyanı  əhatə  edirdi.  Saqa-qamər 
boylarının  Ön  Asiyaya  qayıdıĢı  bu  etnik  coğrafiyanın  batı  sınırlarını 
Ərzurum  bölgəsinəcən  geniĢləndirdi.  Azər  türkləri  üçün  Atayurd  olan 
Azərbaycanın  Ġslamaqədərki  etnik  coğrafiyası  son  2500  ildə  azacıq 
dəyiĢmələrə  məruz  qalsa  da,  bütövlükdə  XX  əsrin  ortalarına  qədər  əsas 
özəlliyini saxlamıĢdır.
117
 
 
Azərbaycanın siyasi və etnik sınırları müəyyən çağlarda bir-birinə 
yaxınlaĢsa  da,  Ġslamaqədər  heç  vaxt  üst-üstə  düĢməmiĢdir.
 
Bu  regionda 
qurulan  istər  türk  və  ya  qeyri-türk  dövlətlərin  sınırları  azər  türklərinin 
etnik  coğrafiyasını  tam  əhatə  etməmiĢ,  yalnız  bu  coğrafiyanın  müəyyən 
                                                 
117
  Son  minildə  xanlıqlar  çağına  və  Türkmənçay  müqaviləsinə  qədər  (Güney  Azərbay-
canda hakimiyəti 1925-də ələ alan pəhləvilərə qədər) Azərbaycan ya bütövlükdə, ya da 
bəzi bölgələr üzrə müxtəlif türk-azər boylarının hakimiyəti altında olmuĢdur: 995-1231 
(xarəzm türkləri, qaraxanlı, səlcuq, atabəylər, eldənizlər); 916-1090 (salar//kəngər «müsa-
firid»);  951-1174  (Ģəddad  «Ģadlar»);  1256-1353  (ilxanlar);  1314-1393  (muzaffarid); 
1336-1432  (cəlairlər);  1379-1506  (teymurilər);  1380-1468  (qaraqoyunlu);  1378-1508 
(ağqoyunlu); 1501-1732 (səfəvi); 1736-1795 (əfĢar); 1779-1225 (qacar). 


 
233 
bölgələri bu və digər dövlətin sınırları içində olmuĢdur. Mada, Əhəməni 
və Part imperiyaları çağında, həmçinin sonrakı Səlcuqlular və baĢqa türk 
dövlətləri çağında isə daha böyük dövlət sınırları azər türklərinin etnik 
coğrafiyasını da içinə almıĢdır, yəni bu halda da etnik və siyası sınırların 
üst-üstə düĢmə olayı yoxdur.
  118
 
 Azər türkləri yalnız islamı qəbul edəndən 
sonra, özəlliklə Azərbaycan Atabəyləri çağında etnik sınırlar siyasi sınır-
lara  çox  yaxın  olmuĢdur.  Ona  görə  də  Azərbaycan  türklərinin  minillər 
boyu dəyiĢməz qalan  etnik  coğrafiyası  ilə onların  zaman-zaman  dəyiĢən 
siyasi coğrafiyasını bir-birindən fərqləndirmək lazımdır.  
Azərbaycan  türklərinin  25  əsr  boyu  davam  edən  etnik  coğrafiyası 
yalnız  keçən  əsrin  ortalarından  Ermənistan,  Dağıstan,  Mosul-Ərbil  və 
sair bölgələrdə gözlərimiz qarĢısında baĢ verən demoqrafik dəyiĢmələrə 
uğramıĢdır. Beləliklə, «9 Bitik» boyu iĢlətdiyimiz Azərbaycan sözü azər 
türkcəsilə  danıĢan  əhalinin  minillərlə  davam  edən  etnik  coğrafiyasına 
aid olub, bu sınırları əhatə edir: 
 
 
 
 
 
 
 
 
 
 
BaĢqa türk xalqlarının siyasi və etnik coğrafiyası problemləri möv-
zumuzdan kənarda qalsa da, qeyd edək ki, əksər  türk xalqlarının  II  Ata-
yurdda azər türkləri kimi analoji tarixi yaĢaması Ģübhəsizdir. Qədim türk 
dilləri  üzrə  tanınmıĢ  tədqiqatçı  S.Y.  Malov  yazırdı  ki,  bizə  məlum  olan 
                                                 
118
 M.ö. VII əsrin sonuna doğru Saqa və Mana dövlətləri çağında güney bölgələr Mana 
elinə,  Urmu  gölündən  Borçalıya  qədər  Saqa  elinə,  Anadolunun  doğu  bölgələri  Qamər 
bəyliyinə tabe idi. Bu çağda yalnız Mosul-Kərkük bölgələri asurların, Van gölünün ya-
xasında kiçik bir ərazi isə urartuların əlində idi. Beləliklə, azər türklərinin etnik coğra-
fiyası bu çağda türklərin siyasi coğrafiyası ilə nisbətən əhatə olunsa da, bunlar ayrı-ayrı 
siyasi qurumlar olduğundan yenə də siyasi və etnik sınırlar üst-üstə düĢmürdü. 


 
234 
çağdaĢ türk dilləri, onların bugünkü dil quruluĢu m.s.
 
V yüzildəki durumu 
əks etdirir, həmin çağlarda türk xalqlarının  yayıldığı coğrafiyada azacıq 
fərqlərlə bugün də türklər yaĢayır
.
119
 
Azərbaycan türklərinin etnik 
coğrafiyasının xronologiyasını iz-
ləmək  üçün  prototürk  çağına  qa-
yıtmaq lazım gəlir. Belə ki, proto-
türk  Atayurdunun  böyük  bir  his-
səsində  ortaya  çıxan  belə  etnik 
coğrafiya  regionun  qədim  etnik 
demoqrafiyası ilə də sıx bağlıdır. 
Rus  tarixçisi  R.  A.  Raqozina  ya-
zırdı: «Əgər qədim klassik yazar-
ların qeyd etdiyi əski rəvayətlərə 
inansaq, bütöv batı Asiya, o cüm-
lədən Kiçik Asiya ən qədim çağ-
lardan baĢlayaraq, əsrlər boyunca 
turanlılar yerləĢən ərazilər idi
 

 
müasir
 
elm  bu  rəvayətləri  təkzib 
etməyə bəhanə tapa bilmir».
120
 
Akademik N.Y. Marr da bu fikirdədir, lakin 
o, «turanlı» əvəzinə «türklər» deyimini iĢlədir və tanınmıĢ rus türkoloqu 
A.N. Samoyloviç də bu fikrə
 
haqq qazandırır
.
121
 
Ön Asiyada etnik durumun balansı m.ö. IV əsrin ortalarından sonra 
xeyli dəyiĢdi. Belə ki, Ġkiçayarasının güneyinə daha öncə sumerlərin gəlib 
yerləĢməsi, IV minilin ortalarında prototürk və protodravidlərin buradan 
böyük kütlələrlə miqrasiya  etməsi  və sonrakı  minilliklər boyu  Ərəbistan 
yaylasından Ġkiçayarasına sami boylarının vaxtaĢırı axını, hetlərin, qafqaz-
dilli və irandilli boyların bura köç etməsi artıq m.ö. I minilin baĢlarında 
Ön Asiyanın etnik durumunda yeni mənzərə yaratsa da, həmin minilliyin 
ortalarına  qədər  azər  türklərinin  etnik  coğrafiyasının  iç  bölgələrinə  hələ 
yad ünsürlərin sızması çox az idi. Yalnız quzey-batı, batı və güney-batı 
bölgələrdə  qafqazdilli  və  sami  boyları  yerləĢmiĢdi.  Bu  barədə  I  Bitikdə 
qonĢu  xalqlar  və  dövlətlərlə  əlaqələrdən  danıĢarkən  və  yuxarıda  Atayurd 
                                                 
119
 Малов, 1952, 135-136. 
120
 Рагозина, 228. 
121
 Самойлович, 1935, 119. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə