«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə110/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   106   107   108   109   110   111   112   113   ...   122

 
241 
Azərbaycanın  doğu  bölgələrində  azər  türkcəsilə  yanaĢı  iran  dilləri 
də iĢlənir və əsasən Astaradan Quba-Xaçmaza qədər Xəzər boyunca bir 
neçə  bölgədə  əhəməni  çağından  baĢlayıb,  sasanilərin  vaxtında  güclənən 
farslaĢdırma  siyasətinin  aparılması  bölgələrin  bəzisinə  irandilli  boyların 
köçürülməsi  ilə  reallaĢmıĢdır.  Həmin  bölgələrin  yerli  və  gəlmə  əhalisi 
üçün ikidilli mühit yaranmıĢ, ayrı-ayrı çağlarda  mövcud siyasi durumdan 
asılı olaraq, gah
 
iran
 
dili , gah da azər türkcəsi üstün mövqedə olmuĢdur.
 
Bəzi yazarlarda yanlıĢ təsəvvür yaradan bu durum yanlıĢ olaraq (bilərək 
və ya bilməyərək) «türkləĢmə» və «farslaĢma» olaylarının ĢiĢirdilməsi ilə 
yozulmuĢ, bilinqvizm ilə assimilyasiya olayları fərqləndirilməmiĢdir. 
Belə ki, m.ö. I minilin baĢlarında Andiya bölgəsində bir nəfər də 
irandilli  yox  idi,  lakin  sasanilərin  vaxtında  buradakı  gilan  boyları  artıq 
irandilli oldular,
 
yaxud azər etnik coğrafiyasında önəmli yer tutan və qay-
naqlarda adı kadusi kimi xatırlanan qədim yerli xalq sonralar türkcə talış 
adını daĢısa da, onların bir hissəsi irandilli oldu. Yerli xalqın gəlmə xalqın 
dilinə kesməsini əks etdirən
 

 
farslaĢma kimi dəyərləndirilə bilən
 
bu növ 
olaylara  xeyli  nümunə  göstərmək  olar.  Lakin  azər  etnik  coğrafiyasında 
azsaylı ərəb tayfaları və sayı 4-5 mini aĢmayan bir neçə qafqazdilli boy 
istisna olmaqla, dağ yəhudilərinin, irandilli və qafqazdilli xalqların ən azı 
son minil ərzində türkləĢməsi görünməmiĢdir. Hətta bu xalqlardan bəzi-
lərinin yaĢadığı kəndin dörd tərəfdən türk kəndləri ilə əhatə olunmasına 
baxmayaraq, onlar assimilyasiya olunmamıĢlar.
139
  
TürkləĢmə prosesinə özünəməxsus baxıĢı olan akad. Z.  Bünyadov 
VIII-IX  əsrlərdə  Azərbaycanda  etnogenez  problemindən  danıĢarkən  türk 
aborigenlərin cənubdan gələn oğuz və Ģimaldan gələn qıpçaqlarla qarıĢ-
masından  bəhs  edir  və  haqlı  olaraq,  Azərbaycanda  türkləĢmə  olayını 
«elmi  sübut» kimi bayraq edənlərə iradını bildirərək  yazır:  «Bəzi tədqi-
qatçıların etdiyi kimi, türkləĢmənin XI-XII əsrlərdə baĢ verdiyini qəbul 
etmək  səhv  olardı.  Türkləri  Azərbaycan  ərazisinə  kənardan  gəlmiş 
bir ünsür hesab etmək də səhvdir, çünki onda, yerli böyük və çox yığ-
cam türk tayfa təĢəkküllərinin varlığına göz yumulur».
140
 
 
Azərbaycanın  etnik  coğrafiyasında  quzey  bölgələrin  özünəməxsus 
çalarları  vardır.  Hələ  Kür-Araz  kulturu  çağından Dağıstanla olan  əlaqə 
sonrakı  minilliklərdə  də  davam  etmiĢdir.  Azərbaycan  üzərindən  quzeyə 
                                                 
139
 Vaxtilə Ġrandan ġamaxı, Xaçmaz bölgələrinnə köçən xristian irandillilər burada türk-
ləĢmə əvəzinə, haylaĢdılar. Bu olay Meysəri, Gilvar kəndlərində son illər gerçəkləĢdi.  
140
 Бцнйадов, 1989, 171. 


 
242 
qalxan prototürk boyları müəyyən çağlarda Quzey
 
Qafqazla Azaq
 
(Azov) 
dənizi  arasında  məskən  salaraq,  burada  qafqazdilli  boylarla  təmasda  ol-
muĢlar.  Vaxtilə  Orta  Asiya,  Güney  Sibir  və  Altay  tərəflərə  getmiĢ  türk 
boylarından da bəziləri zaman-zaman doğudan gələrək Xəzərin quzeyin-
də Ġtil çayını keçib Quzey Qafqaz və Azaq yaxalarında oturmuĢlar. Tarixi 
qaynaqlarda bura gələn saqa, qamər, as, hun, avar, sabir, bulqar, barsil, 
xəzər, kuman və sair onlarla türk boyunun adı çəkilir. Beləliklə, islama-
qədər  Quzey  Qafqaz  və  daha  yuxarı  bölgələrdə  türklərin  varlığı  aĢağı-
yuxarı iki minil davam etmiĢdir. Bu bölgələr Azərbaycan etnik coğrafi-
yasından  kənarda  qalsa  da,  oradan  vaxtaĢırı  Azərbaycana  qayıdan  türk 
boyları  azər  xalqının  etnogenezində,  azər  dilinin  zənginləĢməsində  və 
təkmilləĢməsində  böyük  rol  oynamıĢlar.  Quzeydən  gələn  türk  boyları, 
əsasən oturaq olan yerli azər boylarının  yaĢamına bir  yarımköçəri dina-
mikliyi də gətirmiĢlər.
141
 
 
A.  V.  Qadlonun  tərtib 
etdiyi  bu  xəritədə  qafqazdilli 
xalqlardan  yuxarıda  yerləĢən 
türk  boylarının  oturduğu  böl-
gələr  göstərilmiĢdir.
 
Bu  türk 
boylarından
 
azər  türklərinə 
daha  yaxın  olanı  xəzərlər
 
idi.
 
Azər-xəzər  yaxınlığı  təkcə 
ərazi  baxımından  deyil,  həm 
də  soykökü  ilə  bağlır,  çünki 
eyni  adı  yalnız  dialekt  fərqi 
                                                 
141
 
Азярбайъана  гайыдан  тцрк  бойлары  яэяр  йад  мцщитя  дцшмцш  олсайдылар, 
Авропадакы  тцркляр  кими  ярийиб  эедярдиляр.  Лакин  бура  тцрк  йурду  олдуьу 
цчцн  гайыдан  тцрк  бойлары  юз  сойдашлары  иля  гайнайыб-гарышмыш,  тцрк 
дилини  дя  сахламышлар.  Йад  мцщитдя  яримянин  гаршысыны  дини  инанъ  вя 
гощум етносла ялагя ала билир. Балканда дювлят гуран, христианлашараг чохсай-
лы  йерли  слав  топлуму  ичиндя  ярийиб  дилини  итирян  Туна  булгарлары  кими, 
Авропада  сага,  ас,  етруск,  щун,  авар  бойлары  да  йад  мцщитдя  дилини  итириб 
яримишляр.  Эцней  Русийа  чюлляриня  бир-биринин  ардынъа  кючян  сага,  щун, 
хязяр,  печенег,  куман  бойлары  орада  заман-заман  яриди,  аз  бир  гисми  йящуди 
(караим) вя ислам (карачай-балкар) дининин эцъцня, чохсайлы Итил булгарлары 
(татар-башгорд)  ися  диэяр  тцрклярля  ялагяни  кясмядийи  цчцн  ассимил-
йасийадан гуртара билди.
  


 
243 
ilə (azər-xəzər) daĢıyan bu boylar protoazər çağında bir  yerdə yaĢayırdı-
lar.
 
Xəzər boyları
 
barsillərlə
 
birlikdə
 
azər türklərindən ayrılıb
 
quzeyə
 
get-
sələr də, onların Azərbaycanla əlaqəsi heç vaxt kəsilməmiĢdir. 
Doğu Avropada böyük bir regionu əhatə edən Xəzər imperiyası for-
mal olaraq, Azərbaycandakı  Alban  (Aran) dövlətilə  müttəfiq  idi,  əslində 
isə  azər  etnik  coğrafiyasının
 
Araza  qədər  olan  bölgələrinə  də  nəzarət 
edirdi, həm də çoxlu xəzər boyları Azərbaycanın quzey bölgələrində  ya-
Ģayırdı.
 
Ona  görə də bəzi ərəb qaynaqlarının  Azərbaycanı
 
«Xəzər ölkəsi» 
adlandırması gerçək durumu əks etdirirdi.
142
 
Azərbaycanın  quzeyində  yaĢayan  ayrı-ayrı  qafqazdilli  xalqlardan 
sayca daha  çox olanı ləzgilərdir.  Bir çox ləzgi kəndlərində ikidilli mühit 
bugünəcən  davam  edir.
 
Quzey  bölgələrdə  ikidilli  xalqlar  sırasında  oturaq 
anlamında tat adlanan xalq da vardır ki, bunların bir qismi bura köçürü-
lən irandilli tayfaralrla qarıĢmıĢdır. Lakin Xızı dağlılarının da tat adlandı-
rılması yanlıĢdır, çünki xızılı alimin yazdığı kimi, dağlı adını daĢıyanlar 
türkdür.
143
 
Ġbn  Fədlana  istinad  edən  Z.  V. Toğan  xəzərlərə  tabe  olan  xız 
boyundan olan birinin xəzərlərin paytaxtında müsəlmanlara baĢçılıq etdi-
yini yazır.
144
 Xızı toponimlərini tədqiq edən
 
H. F. Əhmədli də doğru olaraq 
xızılıları türksoylu sayır və onların gəlmə deyil, yerli xalq olduğunu yazır: 
«Xızı  regionuna  heç  də  nə  vaxtsa  Ġrandan  gəlməmiĢlər,  onlar  aborigen 
xalqdır, yəni bu torpağın ən qədim sakinləridir və türk dil qrupuna mən-
sub olan azər dili onların doğma dilidir».
145
 
Etnik coğrafiyanın  quzey-batı  bölgələri haqqında  ətraflı  yazılı  bəl-
gələr yalnız saqa-qamər boylarının Güney Qafqaza qayıdıĢından sonrakı 
çağlara aiddir. Ġslamaqədərki bəlgələr bu bölgələrdə saqa, qamər, gögər, 
sirak, buntürk, borçalı, kəngər, kasax, qıpçaq və sair türk boylarının ya-
Ģadığını göstərir.
 
Gürcüdilli qaynaqların  «böyük türk yurdu» anlamında 
verdiyi Didi Turkoba deyimi bu gerçək durumu əks etdirir.
146
 
                                                 
142
 Тоэан, 1981, 172. 
143
 Ağayev, 1999, 7. 
144
 Togan, 1981, 173. 
145
  Əhmədli,  2000,  15;  Bu  kitabı  nəĢr  olunandan  sonra  Hacı  Firuz  mənə  dedi  ki,  azəri 
əvəzinə azər adını iĢlətmək daha düzgündür. 
146
 XIV əsrin  sonunda Quzey Qafqazda olan  xalqları (yunan, erməni, zik, qot, tat,  rus, 
volyak,  çərkəz, lək, as, alan,  avar, qazıkumux) sadalayan  xristian  yepiskop qeyd edir  ki, 
bunların  hamısı  tatarca  (azərcə)  danıĢırdı:    «…  и  почти  все  они  говорят  на 
татарском  языке»  (Галонифонтибус,  1980,  15);  Ona  görə  də  keçən  əsrin 
əvvəlinə  qədər  Qafqaz  gimnaziyalarında  türk-azər  dilinin  tədrisi  vacib  sayılırdı 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə