Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   32   33   34   35   36   37   38   39   ...   71

Dorian ekranı əvvəlki yerinə çəkərək portretin üzünü örtdü, gülümsədi; sonra 
yataq otağına getdi, xidmətçi burada müntəzir durmuşdu. Bir saatdan sonra o artıq 
operada idi və lord Henri arxadan onun oturduğu kresloya dirsəklənmişdi.  
 
DOQQUZUNCU FƏSİL 
 
Ertəsi gün səhər yemək vaxtı Bazil Holvard gəldi. 
– Şadam ki, sizi evdə tapdım, Dorian, – Bazil ciddiyyətlə dedi. – Ötən gün gecə 
gəlmişdim, dedilər operaya getmisiniz. Əlbəttə, mən buna inanmadım və sizin 
harada olduğunuzu bilmədiyimə təəssüf etdim. Bütün gecəni çox narahat oldum; 
hətta qorxdum ki, nəsə yeni bir bədbəxtlik də baş versin. O acı xəbəri eşidən kimi 
gərək mənə teleqram vuraydınız, çağıraydınız; mən xəbəri təsadüfən klubda 
olarkən “Qloub” axşam qəzetində oxudum. Dərhal bura gəldim və sizi evdə 
tapmadığım üçün çox mütəəssir oldum. Bu bədbəxt hadisənin mənə necə ağır 
təsir etdiyini sizə deyə bilmirəm! Bilirəm sizin üçün necə ağırdır! Bəs dünən siz 
haradaydınız? Qızın anasıgilə getdinizmi? Ona başsağlığı verdinizmi? Bir anlığa 
dünən istədim sizin dalınızca mən də ora gələm; ünvan qəzetdə var idi. Haradasa 
İsten Rouddadır, eləmi? Lakin sonra fikrimi dəyişdim. Qorxdum ki, birdən orada 
artıq adam təsiri bağışlayaram. Bu itkini, dərdi necə yüngülləşdirmək olar, aman 
Allah?! Yazıq ana! Bədbəxt qadın! Təsəvvür edirəm indi o nə çəkir! Axı onun 
bircə balası – yeganə qızıydı! Qadın nə deyirdi, hə? 
– Əzizim Bazil, mən haradan bilim? – Dorian narazı halda, bir qədər də darıxan 
adam kimi donquldandı; qızılı muncuqlarla naxışlanmış gözəl Venesiya 
bakalındakı sarımtıl şərabdan bir qurtum vurdu. – Mən operada idim. Gərək ora 
gələydiniz. Mən orada Harrinin bacısını, ledi Qvendoleni gördüm. İlk dəfəydi o 
qadını görürdüm. Biz onun lojasında oturmuşduq. Çox gözəl qadındır. Patti də əla 
oxuyurdu. Gəlin pis şeylərdən danışmayaq. Əgər onlardan danışmasaq, heç elə 
bilin ki, pis hadisələr də baş verməyib. Harrinin sözü olmasın, hadisələri 
reallaşdıran sözlərdir. Sibilin anasına gəlincə isə… O qadın tək deyil, onun bir 
oğlu da var! Deyəsən, hələ yeniyetmədir! Lakin o, aktyor deyil, dənizçidir. Ya da 
nəsə bir işlə məşğuldur. Nə isə… yaxşısı budur, özünüz barədə danışın. Nə 
üzərində işləyirsiniz? 
– Siz operaya getmişdiniz? – Holvard çox ağrılı səslə astadan təkrar etdi. – Sibil 
Veynin cənazəsi hansısa miskin bir otaqda olarkən siz də operaya getmisiniz, 
eləmi? Siz hələ başqa qadınların ilahi gözəlliyindən və Pattinin səsindən dəm 
vurursunuz? Sevdiyiniz qızın cənazəsi hələ heç qəbrə qoyulmamış siz gör nələr 
deyirsiniz? Eh, Dorian, o gözəl, zavallı qızcığazın ağ, zərif bədəninin necə 
dəhşətlərə düçar olacağı barədə bir fikirləşəydiniz! 


– Bazil, susun. Danışmayın! Mən bunu eşitmək istəmirəm! – Dorian qışqırıb 
ayağa durdu. – Bu barədə bir daha söz deməyin. Olan oldu, keçən keçdi. Hər şey 
ötüb keçmişdə qaldı. 
– Siz dünənə artıq keçmiş deyirsiniz? 
– Vaxtın bura nə dəxli var axı? Zaman dardüşüncəli adamlara lazımdır ki, hansısa 
hiss və təəssüratdan canını qurtarsın. Özünü idarə edə bilən adam üçün dərddən-
qəmdən qurtulmaq həyatın yeni ləzzətlərini duymaq qədər asan bir işdir. Mən 
sarsıntı və həyəcanlı yaşantılarımın quluna dönmək istəmirəm. Mən onlardan 
mümkün qədər ibrət götürmək və hisslərimə də hakim olmaq istəyirəm. 
– Dorian, bu dəhşətdir! Siz tamamilə dəyişmisiniz! Zahirən siz mənim studiyama 
hər gün gələn sevimli oğlan olsanız da, daxilən dəyişmisiniz! Siz mənim yanıma 
gələndə çox məsum, sevimli, dünyanın ən təmiz, pak və xeyirxah gənci idiniz, 
korlanmamışdınız! İndi isə… bilmirəm, başa düşmürəm sizə nə olub! Siz elə 
danışırsınız ki… elə bil, qəlbiniz daşdandır, sizdə heç bir mərhəmət, rəhm deyilən 
şey yoxdur! Bütün bunlar Harrinin işidir, onun təsiridir! Bəli, bəli, onun işidir, 
bilirəm. 
Oğlan qıpqırmızı qızardı və pəncərəyə sarı yeridi; bir anlıq bağçaya, günəş 
şəfəqlərinin yaladığı yaşıl otlara baxdı və nəhayət: 
– Mən Harriyə çox şeyə görə borcluyam, Bazil! – cavab verdi. – Sizdən daha çox 
ona borcluyam. Siz məndə yalnız şöhrətpərəstliyi oyatdınız. 
– Nə olar, Dorian, buna görə mən cəzamı almışam, ya da günlərin bir günü cəza 
alacağam… 
– Nə demək istədiyinizi anlamıram, Bazil, – oğlan dönüb ucadan soruşdu. – Siz 
məndən nə istəyirsiniz belə? Nə demək istəyirsiniz axı? 
– Mən portretini çəkdiyim Dorian Qreyi istəyirəm, – rəssam kədərlə cavab verdi. 
– Bazil, – oğlan rəssama sarı gedib əlini onun çiyninə qoydu. – Siz çox gec 
gəlmisiniz. Dünən mən Sibil Veynin özünə qəsd etdiyini eşidəndə… 
– Özünə qəsd edib? Allah, sən özün kömək ol! Doğru deyirsiniz? – Holvard 
dəhşət içində Doriana baxdı. 
– Əzizim, siz elə bilirdiniz bu, sadəcə, bədbəxt hadisədir? Əlbəttə, o, özünü 
öldürmüşdür! 
Rəssam əlləri ilə üzünü örtdü. 
– Bu, qorxulu bir şeydir! – o pıçıldadı və əsməyə başladı. 
– Yox, Bazil, burada qorxulu heç nə yoxdur! – Dorian Qrey cavab verdi. – Bu, 
əsrin ən böyük romantik faciələrindən biridir. Bir qayda olaraq adi aktyorlar 
bayağı həyat sürürlər. Onlar yaxşı ər, sədaqətli arvad və ya nəsə ola bilərlər, 
onların hamısı darıxdırıcı adamlardır. Başa düşürsünüz də mənim nə demək 
istədiyimi – orta zümrəyə məxsus adamları deyirəm, meşşan tipli adamlardır; 
lakin Sibil Veyn onlara bənzəmirdi. O qız həyatın ən gözəl faciəsini yaşadı! O, 
həmişə qəhrəman olaraq qalacaq! Sonuncu gecədə siz onu gördünüz, o, səhnədə 


oynadı, pis oynadı, çünki o, əsl sevginin mövcud olmasına inanmışdı, həyatdakı 
sevgiyə inanmışdı! Lakin o, həyatdakı sevginin puç olduğunu biləndə intihar etdi! 
Cülyetta kimi! Beləliklə də, o, həyatdakı Sibildən səhnədəki Sibilə döndü, bunun 
üçün öldü! O əzab çəkirdi, onun başının üstünü şəhid olmaq şöhrəti almışdı. Onun 
ölümündə faydasız əzabın pafosu var; onun ölümündə, sanki, əhəmiyyətsiz 
gözəllik var… Lakin elə bilməyin ki, mən əzab çəkmirəm. Bazil, dünən elə bir an 
oldu ki… əgər siz altının yarısında, ya da haradasa, altıya on beş dəqiqə qalmış 
gəlsəydiniz, mənim göz yaşlarımı görərdiniz. Hətta Harri də – bu xəbəri mənə 
dünən o gətirmişdi – deyə bilər ki, mən nələri yaşadım… Mən dəhşətli dərəcədə 
sarsılmışdım. Sonra bunlar ötüb-keçdi. Mən o sarsıntılı anları bir daha yaşaya 
bilmərəm ki! Onları heç kəs təkrarən yaşaya bilməz, əlbəttə, sentimental 
adamlardan başqa! Siz isə, Bazil, mənə qarşı çox ədalətsiz hərəkət edirsiniz. Siz 
bura mənə təsəlli verməyə gəlmisiniz. Təşəkkür edirəm, lütfkarsınız. Lakin 
gördünüz ki, mən artıq təskinlik tapmışam – buna görə əsəbiləşirsiniz, 
əndişələnirsiniz! Budur bax, insanın sənə təsəllisi! Mənim yadıma Harrinin 
söylədiyi bir lətifə düşür: bir filantrop həyatının iyirmi ilini ədalətsiz qanunlarla 
və sui-istifadələrlə mübarizəyə sərf edibmiş. Konkret nəyə – yadımda deyil, 
amma axırda o, öz məqsədinə nail olub. Sonra görüb ki, bütün bunlar boş bir şey 
imiş, peşman olub. O daha heç nə etməyə qadir deyilmiş və demək olar ki, 
üzüntülü, sıxıntılı bir həyat keçirərək  əsl mizantrop1 kimi ömrünü başa vurub. 
Hə, əziz dost, əgər siz də, həqiqətən, mənə təsəlli vermək istəyirsinizsə, mənə 
olmuş hadisələri unutmağı öyrədin, ya da bu hadisələrə rəssamın gözü ilə 
baxmağı! Səhv etmirəmsə, təsəlli barədə Gete yazıb; yazıb ki, biz sənətdə 
təskinlik tapırıq, eləmi? Yadımdadır ki, sizin studiyada olarkən əlimə qalın üzlü 
bir kitab keçdi, onu vərəqləyərkən bu gözəl ifadəni oxudum: consolation des 
arts.2 Düzdür, mən sizin Marlova gedəndə  haqqında danışdığınız o gənc oğlana 
bənzəmirəm. O, inamla deyirdi ki, sarı atlaz parça insana təskinlik gətirir, bütün 
həyat sarsıntılarına qarşı təskinlik vasitəsidir. Mən gözəl şeyləri xoşlayıram; 
onları ələ götürməyi, onlara toxunmağı sevirəm. Qədim zərxara, yaşıl  tunc, fil 
sümüyündən hazırlanmış məmulatlar, otaqların gözəl avadanlıqları, rahatlıq, cah-
calal, dəbdəbə – bütün bunlar adama nə qədər zövq verir! Lakin mənim üçün 
sənətkarın yaradıcı instinkti daha önəmlidir; mən onun insanda yaratdığı yeni 
cizgiləri daha qiymətli sayıram. Henrinin dediyi kimi, öz şəxsi həyatının 
tamaşaçısı olmaq o deməkdir ki, sən özünü dünyəvi iztirablardan qoruyursan. 
Bilirəm, belə bəlağətli sözlər sizi təəccübləndirir. Siz hələ də anlamamısınız ki, 
mən artıq yetişmişəm. Sizinlə tanış olanda mən məktəbli oğlan idim. İndi yekə 
kişi olmuşam. Mənim artıq yeni-yeni meyillərim, düşüncələrim, ideyalarım 
yaranıb. Dünyagörüşüm dəyişib, mən tamam başqa adam olmuşam. Lakin mən 
istəmirəm ki, buna görə siz məni sevməyəsiniz, Bazil. Siz mənim dostum olaraq 
qalmalısınız; hər zaman. Əlbəttə, mən Henrini də çox sevirəm. Amma bilirəm ki, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə