Döş qəfəsində ağrının differensial diaqnostika üzrə klinik protokol



Yüklə 244,86 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix29.05.2018
ölçüsü244,86 Kb.
#46567
1   2   3   4   5   6   7   8   9

 21

 

simptomlar nəfəsalma və fiziki gərginlik zamanı artır; 



 

qorxu hissi, soyuq tərlə müşayiət olunur. 



Fizikal müayinə: 

 



gərgin PT-də sianoz, taxikardiya, arterial hipotenziya 

 



dərialtı emfizema, travma əlamətləri (hematoma, sınmış 

qabırğanın krepitasiyası) 

 

döş  qəfəsinin asimmetriyası, zədələnmiş  tərəfin tənəffüsdə geri 



qalması 

 



perkutor olaraq zədələnmiş nahiyədə timpanik səs 

 



auskultasiyada tənəffüsün zəifləməsi 

Rentgenoqrafiyada xarakter dəyişikliklər aşkar olunur. 

İlk yardım: 

Gərgin pnevmotoraks təxirəsalınmaz müalicə  tələb edir. 

Çətinləşmiş  tənəffüs olduqda istənilən iynə ilə (venanın punksiyası 

üçün kanyula) torakosentez aparıla bilər.  



 

Pnevmoniya 

Kəskin polietioloji xəstəlikdir,  əksərən soyuqdəymədən sonra 

kəskin şəkildə başlayır. 

 

Ağrı  zədələnmiş  ağ ciyər tərəfdə lokalizasiya edir, tənəffüs 



aktı ilə əlaqədardır 

 

Üşütmə, yüksək hərarət, öskürəklə müşayiət edilir 



Fizikal müayinə: 

 



Zədələnmiş ağ ciyərin tənəffüsdə geri qalması 

 



Zədələnmə üzərində  səs titrəməsinin artması, perkutor səsin 

kütləşməsi, auskultasiyada bronxial tənəffüs fonunda krepitasiya

kiçik qovuqcuqlu yaş xırıltılar 

Laborator-instrumental müayinələr: 

 



İltihabi proses üçün səciyyəvi laborator göstəricilər (neytrofil 

leykositoz, EÇS və C-reaktiv zülalın artması); 

 

Rentgenoloji müayinədə iltihabı infiltrat əlamətləri 



 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 22

Qeyd edilməlidir ki, qızdırma, perkussiyada kütləşmənin 

tapılması pnevmoniyanın olması haqda fikir yürütməyə imkan 

verirsə  də, bunların olmaması diaqnozu inkar etmir. Ağ ciyərlərin 

xronik obstruktiv xəstəliyi və xronik bronxitin ən azı 4 kəskinləşməsi 

olan xəstələrdə döş qəfəsində ağrının bronxitin təkrari kəskinləşməsi 

və ya pnevmoniya ilə əlaqədar olması ehtimalının daha çox olmasına 

baxmayaraq, həmin xəstələrdə həmçinin ÜİX riski yüksək ola bilər.  

İri miqyaslı  tədqiqatın nəticələrinə  əsasən hazırlanmış  Diehr 

diaqnostik qaydasına görə (1984) yeddi klinik tapıntı pnevmoniyanı 

ehtimal etməyə imkan verir (A)

7

 (Cədvəl 2). 



 

Cədvəl 2. Kəskin öskürəyi olan yaşlı insanlarda     

pnevmoniyanın diaqnostikası üçün Diehr  qaydası 

Əlamətlər Ballar 

Rinorreya -2 

Boğaz ağrısı -1 

Mialgiya 1 

Gecə tərləmələri 1 

Tənəffüs tezliyi 1 dəqiqədə      

25-dən artıqdır 

Bədən hərarəti 37,8



0

C-dən 


çoxdur 



Balların cəmi Pnevmoniya 



ehtimalı (%) 

-3 


-2 

-1 




≥4 


0.0 

0,7 


1,6 

2,2 


8,8 

10,3 


25,0 

29,4 


 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 23

Pnevmomediastenum 

Divararalığında havanın toplanması, burada yerləşən hər hansı 

havalı orqanın cırılması nəticəsində meydana çıxır: Valsava sınağı və 

normal tənəffüsün digər pozulmaları (qışqırma, funksional ağ ciyər 

sınaqları, doğuş, qusma, defekasiya, nəfəs alətlərində ifa etmək), 

tənəffüs yollarının obstruksiyası (bronxial astma, ağ ciyərlərin xronik 

obstruktiv xəstəliyi, şişlər), dekompressiya (uçuşlar və s.), döş qəfəsi 

daxili təzyiqin xarici amillərin təsiri ilə yüksəlməsi (ağ ciyərlərin 

süni ventilyasiyası, oksigenoterapiya, avtomobil travmaları), qida 

borusunun zədələnməsi (məs, fibroezafaqoqastroduodenoskopiyanın 

ağırlaşması kimi). 

 

Ağrının xüsusiyyətləri: 

 

Döş sümüyü arxasında dözülməz ağrılar 



 

Tənəffüs aktı  və  bədənin vəziyyətinin dəyişməsi ilə 

əlaqədardır 

 

Kürəyə, çiyinə, qola irradiasiya edir 



 

Disfagiya, səsin dəyişməsi (nazal, “tın-tın” səs)  

 

Təngnəfəsliklə müşayiət olunur 



 

Fizikal müayinə: 

 



Döş  qəfəsinin yuxarı yarısında və boyunda dərialtı krepitasiya 

(dərialtı emfizema) 

 

Ürək nahiyəsində auskultasiyada ürəkdöyünmə ilə üst-üstə düşən 



xışıltı (Hamman simptomu) 

 



Hərarətin yüksəlməsi 

 

Rentgenoloji müayinədə yan proyeksiyada pnevmomediastenum. 

 

 

İlk yardım: 



 Səbəb aradan qaldırılmalıdır. Dərialtı toxumaya keçmiş qazın bir 

neçə gün ərzində rezorbsiyası baş verir. ASV zamanı meydana 

çıxmış pnevmomediastenum nəticəsində  gərgin PT əmələ  gələ bilər 

ki, bu da təxirəsalınmaz yardım tələb edir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


Yüklə 244,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə