Dövlət rüsumu haqqında


Maddə 31. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri



Yüklə 331,11 Kb.
səhifə5/5
tarix30.12.2017
ölçüsü331,11 Kb.
#18602
1   2   3   4   5

Maddə 31. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

31.1. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərə görə:




31.1.1. tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi

60 manat

31.1.2. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizası

30 manat

31.1.3. yenidənqurulma və yenidən planlaşdırılma işlərinə icazənin verilməsi

50 manat

31.1.4. inşaat pasportunun verilməsi

50 manat

31.1.5. inşaat pasportunun dublikatının verilməsi

10 manat

31.2. Mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə:




31.2.1. Bakı şəhəri üzrə

60 manat

31.2.2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə

20 manat

31.2.3. digər regionlar

10 manat

31.3. Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi:

31.3.1. Bakı şəhəri üzrə

70 manat

31.3.2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə

50 manat

31.3.3. digər regionlar

35 manat

Maddə 32. Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması

15 manat

Maddə 33. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı

100 manat».

Maddə 34. Yekun müddəalar

28.1. Bu Qanunun 4.2-ci maddəsi 2003-cü il yanvarın 1-dək qüvvədə qalır.

28.2. Bu Qanun qüvvəyə mindiyi gündən aşağıdakı qanunlar qüvvədən düşmüş hesab edilir:

28.2.1. «Dövlət rüsumu haqqında» 1995-ci il 24 mart tarixli Azərbaycan Respublikasının Qanunu;

28.2.2. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 6, maddə 414).

28.2.3. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 10) aşağıdakı dəyişikliklər edilsin:

28.2.3.1. 30-cu maddəyə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:



  • ikinci hissə aşağıdakı redaksiyada verilsin: «Dövlət rüsumunun dərəcələri qanunla müəyyən edilir»;

  • üçüncü hissə çıxarılsın;

  • dördüncü hissədən «Bu Qanunun 1 saylı Əlavəsində müəyyən edilmiş» sözləri çıxarılsın;

28.2.3.2. 31-ci maddə çıxarılsın.

Maddə 35. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2002-ci il yanvarın 1-dən qüvvəyə minir.



Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 4 dekabr 2001-ci il

223-IIQ



«Azərbaycan» qəzetində dərc edilmişdir (28 dekabr 2001-ci il, № 297) («VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2001-ci il, № 12, maddə 740) («VneshExpertService» LLC).

22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli; 24 dekabr 2002-ci il tarixli 409-IIQD; 27 iyun 2003-cü il tarixli 494-IIQD nömrəli; 7 noyabr 2003-cü il tarixli, 512-IIQD nömrəli; 5 dekabr 2003-cü il tarixli, 540-IIQD nömrəli; 3 dekabr 2004-cü il tarixli, 793-IIQD nömrəli; 15 aprel 2005-ci il tarixli, 885-IIQD nömrəli; 10 iyun 2005-ci il tarixli, 925-IIQD nömrəli; 1 sentyabr 2005-ci il tarixli, 979-IIQD nömrəli; 30 sentyabr 2005-ci il tarixli, 1021-IIQD nömrəli; 21 oktyabr 2005-ci il tarixli, 1030-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 79-IIIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 82-IIIQD nömrəli; 12 may 2006-cı il tarixli, 110-IIIQD nömrəli; 28 noyabr 2006-cı il tarixli, 180-IIIQD nömrəli; 19 dekabr 2006-cı il  tarixli, 203-IIIQD nömrəli; 1 fevral 2007-ci il tarixli, 234-IIIQD nömrəli; 30 noyabr 2007-ci il tarixli, 489-IIIQD nömrəli; 1 fevral 2008-ci il tarixli, 542-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 618-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli; 28 oktyabr 2008-ci il tarixli, 708-IIIQD nömrəli; 2 dekabr 2008-ci il tarixli, 727-IIIQD nömrəli; 30 dekabr 2008-ci il tarixli, 757-IIIQD nömrəli; 2 fevral 2009-cu il tarixli, 764-IIIQD nömrəli; 30 iyun 2009-cu il tarixli, 858-IIIQD nömrəli; 20 oktyabr 2009-cu il tarixli, 889-IIIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 972-IIIQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə («VneshExpertService» LLC).

© VneshExpertService LLC
Yüklə 331,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə