Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

etdiyini dedi. Tələsik onu görməyə getdim. “Oh, görürəm, yeni 
seriyanın  çəkilişlərini  edirsən.  Niyə  məni  dəvət  etmədin, 
kosmetikanın  reklamında  Somali  qadınının  olmasını 
istəmədin?”  -  dedim.  O,  mənə  baxdı  və  özünü  sığortalayaraq 
mızıldandı: “Mənim büdcəmçün sən çox bahasan”. Mənsə ona 
Somali dilində: “Mən bunu sənin üçün havayı da edərdim”, - 
dedim. Gülməlidir, o, heç vaxt başa düşmədi ki, mən ona çay 
gətirən həmin o balaca qulluqçu qızam. 
Qəribə  bu  idi  ki,  mən  heç  vaxt  modellik  axtarışında 
olmamışdım, o özü məni tapmışdı. Bəlkə də buna görə idi, bu 
işə  heç  vaxt  ciddi  yanaşmırdım.  Hələ  də  modellərin  belə 
məşhur olmasının səbəbini anlamıram və buna görə də heç vaxt 
supermodel  və  ya  ulduz  olmaq  üçün  həyəcan  keçirməmişəm. 
Hər gün jurnallarda, televiziyada supermodellər haqda modaya 
aid olduqca mənasız xəbərləri izləyirəm və anlamaq istəyirəm: 
bu nəyə lazımdır? 
Bəziləri  bizə  ilahə  kimi  yanaşsa  da,  bəziləri  axmaq  hesab 
edirlər, çünki biz modelik! Sonuncu münasibəti daha çox hiss 
etmişəm.  Bu  sanki  o  deməkdir  ki,  əgər  mən  pulumu 
görünüşümlə  qazanıramsa,  deməli,  axmaq  olmalıyam.  Bəzən 
özlərindən razı halda soruşurlar: “Sən modelsən? Oh, çox pis. 
Sizin  heç  ağlınız  yoxdur.  Bacardığınız,  sadəcə,  kamera 
qarşısında dayanıb gözəl görünməkdir”. 
Hər  cür  modellə  qarşılaşmışam  və  doğrudur,  aralarında 
səfeh  modellər  də  olub.  Lakin  əksəriyyəti  ağıllı,  təcrübəli, 
kifayət qədər səyahət etmiş, savadlı və dünyagörüşlüdür. Onlar 
biznesi  necə  idarə  etməyi  yaxşı  bacarırlar  və  bu  işdə 
peşəkardırlar. O 
sözbaz  adamlar  isə  gözəlliyi  və  ağılı  bir  qadında  görməyi, 
downloaded from KitabYurdu.org


217 
 
sadəcə, qəbul edə bilmirlər. Bizi bir topa naz edən gönüqalın 
yerinə qoyub, yuxarıdan aşağı danışaraq həddimizi bildirməyə 
ehtiyac yoxdur. 
Modellik  və  reklam  işlərində  mənəviyyat  məsələsi  mənə 
həddən  artıq  anlaşılmaz  gəlir.  İnanıram  ki,  həyatda  təbiət, 
sağlamlıq, ailə və dostluq hər şeydən üstündür. Hələ də pulumu 
“bunu al, bu, gözəl  görünür”  deməklə qazanıram. Məhsulları 
təbəssümlə  satıram.  Mən  də  bütün  bunlara  tənqidi  yanaşa  və 
deyə  bilərəm  ki,  “Bunu  niyə  edirəm  ki?  Mən  dünyanı 
dağıtmağa  kömək  edirəm”.  Lakin  inanıram  ki,  bütün  karyera 
sahibləri müəyyən bir məqamda öz işləri haqqında məhz belə 
fikirləşirlər.  Gördüyüm  işdən  qazancım  isə  yaxşı  insanlarla 
tanış  olmağım,  əsrarəngiz  yerlərə  səfər  etməyim,  müxtəlif 
mədəniyyətləri  görməyim  olub.  Və  səfalət  girdabında  üzən 
daha bir somalili olmaqdansa, bunun, ümumiyyətlə, olmaması 
üçün nələrsə edə biləcək bir mövqedəyəm. 
Məşhur  və  ya  ulduz  olmaqdan  çox,  modellikdən  ona  görə 
xoşum gəlir ki, özümü dünyanın vətəndaşı hesab edir və 
planetin ən fenomenal yerlərinə səyahət edə bilirəm. Çox vaxt 
işlə bağlı səfər edəndə gözəl bir adaya gedir, fürsətdən istifadə 
edib çimərliyə çəkilir və doyunca qaçıram. Günəşin istisində, 
təbiətin  qoynunda  olmaqdan  xüsusi  zövq  alıram.  Sonra 
ağaclann altına çəkilərək sakitcə oturur və quşların nəğməsini 
dinləyirəm.  Gözlərimi  yumaraq  güllərin  ətrini  ciyərlərimə 
çəkir,  günəşin  şəfəqlərini  üzümdə  hiss  edir  və  özümü 
Afrikadayammış kimi təsəvvür edirəm. Özümü evdəymiş kimi 
hiss  etməyə  çalışaraq,  Somalidən  xatırladığım  sakitliyi  və 
rahatlığı yenidən yaşamağa çalışıram... 
13  Həyat budur! - (fransızca) 
downloaded from KitabYurdu.org


14  funt (pound) = 453 qram 
15. 
SOMALİYƏ QAYIDIŞ 
1995-ci ildə uzunmüddətli çəkilişlərdən və moda sərgilərindən 
sonra  Trinidada  dincəlməyə  getmişdim.  Karnaval  vaxtı  idi. 
Hamı karnaval geyimində rəqs edir, şənlənir və həyat eşqi ilə 
şadlıq edirdi. Orada tanıdığım bir ailənin evində qalırdım. Bir 
neçə  gündən  sonra  onlara  bir  kişi  gəldi.  Ailənin  matriarxı, 
Monika  xala  çağırdığımız yaşlı qadın  onu  qarşılamağa  çıxdı. 
Günortanın qızmar vaxtı idi, bizim oturduğumuz otaq isə sərin 
və kölgəli idi. Qapıda dayanan adamın silueti açıq qapının əks 
tərəfində  idi,  buna  görə  də  onu  görə  bilmir,  amma  səsini 
eşidirdim.  Onun  Varis  adında  bir  nəfəri  axtardığını  eşitdim. 
Sonra Monika xala məni səslədi: 

Varis, sənə zəng var. 

Zəng? Bəs telefon haradadır? 

Bu adamla getməlisən, o, səni telefon olan yerə aparacaq. 
Onun ardınca getdim. O, Monika xalagildən bir neçə qonşu 
aralıda yaşayırdı və o ərazidə telefonu olan yeganə adam idi. 
Onun evinə getdik. O, dəstəyi mənə göstərdi. 

Salam. 
Zəng Londondakı agentliyimdən idi. 
- Salam, Varis. Sənə əziyyət verdiyimizə görə üzr istəyirik, 
lakin BBC-dən bizə zəng vurmuşdular. Dedilər ki, təcili onlarla 
əlaqə  saxlamalısan.  Səninlə  sənədli  film  çəkmək  haqda 
danışmaq istəyirlər. 

Sənədli film nə barədə olacaq? 
- Supermodel  təəssüratların,  haradan  gəldiyin  və  yeni 
həyatında özünü necə hiss etdiyin barədə. 
- Elə  bu?  Allah  xatirinə,  onlar  daha  yaxşı  bir  şey  tapa 
downloaded from KitabYurdu.org


219 
 
bilmirlər? 

Bunu onlarla özün danışarsan. Onlara nə deyim? 

Bura bax, mən heç kimlə danışmaq istəmirəm. 

Amma onlar səninlə təcili danışmaqda israrlıdırlar. 
- Nə olur-olsun, deyin ki, Londona qayıdanda onlarla əlaqə 
saxlayacağam.  Buradan  Nyu-Yorka  getməliyəm,  sonra 
Londona gələcəyəm. Çatanda onlara zəng vuraram. 

Yaxşı. Belə də deyərəm. 
Lakin  ertəsi  gün  maşınla  şəhərdə  dolanıb  evə  qayıdanda 
Monika  xala  dedi  ki,  o  adamın  evinə  yenə  zəng  ediblər.  Bu 
xəbərə qətiyyən məhəl qoymadım. Növbəti gün daha bir zəng. 
Bu dəfə o kişi ilə getdim, yoxsa mənə görə onu bezdirəcəkdilər. 
Əlbəttə ki, yenə agentliyim idi. 

Bəli, yenə nə olub? 
- Varis,  yenə  BBC  zəng  vurmuşdu.  Onlar  təcili  səninlə 
danışmaq istəyirlər. Sabah eyni vaxtda sənə zəng vuracaqlar. 
- Qulaq  asm,  indi  istirahətdəyəm,  başa  düşürsünüz?  Heç 
kimlə  heç  nə  danışmayacağam.  Bura  hər  şeydən  uzaq  olmaq 
üçün  gəlmişəm.  Məni  rahat  buraxın  və  bu  yazıq  kişini  də 
bezdirməyin. 

Onlar səndən vur-tut bir neçə kəlmə soruşacaqlar. 
Köks ötürdüm: 
- Allah xatirinə, yaxşı, onlara deyin, sabah bu nömrəyə zəng 
vursunlar. 
Ertəsi  gün  BBC  film  studiyasının  rejissoru  Qerri  Pomeroy 
ilə danışdım. O, həyatımla bağlı məndən bir neçə söz soruşdu. 
Mən isə kəskin və qısa cavab verdim: 
- Əwəla, bu barədə indi danışmaq istəmirəm. Bura istirahətə 
gəlmişəm. Başa düşürsünüz? Olmazmı başqa bir vaxt danışaq? 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə