Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   2   3   4   5   6   7   8   9   ...   69

Bu 
kabusabənzər 
səfərə 
atamdan  qaçdığım  üçün 
başlamışdım.  Atam  məni  qoca  bir  kişiyə  ərə  verməyə 
hazırlaşdığını  elan  edəndə,  mən  Somali  səhrasında  köçəri 
tayfadan olan ailəmlə yaşayan təqribən on üç yaşlı bir qız idim. 
Yubanmadan  hərəkətə  keçməli  idim.  Yoxsa  bir  gün  qəfildən 
təzə ərim peyda olar və məni aparmağa gələrdi. Anama dedim 
ki, qaçmaq istəyirəm. Planım Somalinin paytaxtı Moqadişuda 
yaşayan xalamı tapmaq idi. Əlbəttə ki, nə Moqadişuda, nə də 
başqa bir şəhərdə heç vaxt olmamışdım. Xalamı da ömrümdə 
görməmişdim.  Lakin  bir  uşaq  nikbinliyi  ilə  inanırdım  ki,  hər 
şey uğurla öz yolunda gedəcək. 
Atam və ailəmizin digər üzvləri yuxuda olan vaxt anam məni 
oyatdı və dedi: “Dur get”. Nəsə götürmək üçün ətrafa göz 
gəzdirdim, amma heç nə yox idi, nə bir şüşə su, nə bir qab süd, 
nə də yeyiləcək bir şey. Beləcə, bircə şərfə bürünərək ayaqyalın 
səhranın qaranlığına qaçdım. 
Moqadişunun  hansı  tərəfdə  yerləşdiyini  belə  bilmirdim, 
eləcə qaçırdım. Qaranlıqda heç nə görünmürdü. Köklərə ilişib 
büdrəyirdim  deyə  əvvəl  asta  qaçırdım.  Afrikada  hər  yer  ilan 
olduğundan  və  mən  də  ilanlardan  çox  qorxduğumdan 
tapdadığım  hər  kökü  yatmış  kobra  hesab  edirdim.  Nəhayət, 
oturmaq  qərarına  gəldim.  Dan  yerinin  tədricən  sökülməsini 
seyr edirdim. Günəş üfüqdə görünməzdən əvvəl ürkmüş ceyran 
kimi yerimdən götürüldüm. Dayanmadan saatlarla qaçdım... 
Günorta  səhranın  dərinliklərində  xəyallara  dalaraq  qızılı 
qumla  yeriyirdim.  Mən  hansı  cəhənnəmə  gedirəm,  görəsən? 
Hətta  hansı  istiqamətə  üz  tutduğumu  belə  bilmirdim.  Göz 
işlədikcə  uzanan  ucsuz-bucaqsız  səhrada  arabir  görünən 
akasiyadan,  tikanlı  kollardan  başqa,  heç  nə  gözə  dəymirdi, 
downloaded from KitabYurdu.org



 
kilometrlərlə  uzağı  görə  bilirdim.  Ac,  susuz  və  yorğun  idim, 
yavaşıdım  və  yeriməyə  başladım.  Çaşbaş  halda,  yeni 
həyatımda 
məni  nələr  gözlədiyini  fikirləşə-fikirləşə  ətrafda  dolaşdım. 
Görəsən, bundan sonra başıma nə gələcək? 
Bunu düşünürdüm ki, qulağıma səs gəldi: “V-a-r-i-s... V-a- 
r-i-s...”  Çağıran  atam  idi!  Ətrafa  boylandım,  lakin  heç  kimi 
görmürdüm. Bəlkə də çox fikirləşdiyimdən məni qara basırdı. 
Yenə  də  “V-a-r-i-s...  V-a-r-i-s”  nidaları  əks-səda  verirdi.  Səs 
çox yalvancı idi, amma mən yenə də qorxurdum. Tuta bilsəydi, 
heç  şübhəsiz,  məni  geri  -  evimizə  aparacaq,  o  kişi  ilə 
evlənməyə  məcbur  edəcək,  üstəlik  döyəcəkdi  də!  Yox,  məni 
qara basmırdı, atam idi və o, getdikcə yaxınlaşırdı. İndi daha 
qətiyyətlə,  bacardıqca  sürətlə  qaçmağa  başladım.  Evdən 
saatlarca  əvvəl  çıxsam  da,  Papa  məni  haqlaya  bilmişdi. 
Sonradan başa düşdüm ki, o, qum üstündə qalmış ayaq izlərimi 
təqib etməklə mənə çata bilib. 
Məni tuta bilmək üçün atamın çox yaşlı, özümünsə cavan və 
daha sürətli olduğunu fikirləşmişdim. Əslində, o, mənim uşaq 
xəyalımda  yaşlı  idi,  amma  indi  gülə-gülə  xatırlayıram  ki,  o 
vaxtlar atam cəmi otuz yaşlarında olardı. Bizim nə maşınımız, 
nə də başqa bir nəqliyyatımız olmadığından hər yerə qaçırdıq, 
buna  görə  də  hamımız  inanılmaz  dərəcədə yaxşı  qaçışçı  idik. 
Heyvanların  arxasınca  gedərkən,  su  tapmağa  yollanarkən, 
qaranlıq düşməmiş evə sağ-salamat çatmaq üçün qaçarkən mən 
həmişə hamıdan sürətli idim. 
Bir az keçdi. Atamın məni çağırdığını artıq eşitmirdim. Bir 
balaca yavaşıdım. Fikirləşirdim ki, qaçmağa davam etsəm
Papa  yorulacaq  və  evə  qayıdacaq.  Amma  çevrilib  geriyə 
downloaded from KitabYurdu.org


baxanda onun düz arxamdakı qum təpəsinin üstü ilə gəldiyini 
gördüm.  O  da  məni  görmüşdü.  Qorxaraq  bir  az  da  möhkəm 
qaçmağa davam etdim. Biz sanki qum dalğalarının üzərindəki 
sörfmqçilər  idik  -  mən  bir  təpəyə  qalxanda  o,  arxamdakı 
təpədən düşürdü. Daha bir təpə keçdim, indi o, məndən bir təpə 
arxada  qalmışdı.  Beləcə,  biz  dayanmadan  saatlarla  qaçdıq, 
qaçdıq  və  nəhayət,  Papanın  xeyli  müddətdir  gözdən  itdiyini 
anladım. Artıq məni çağırmırdı da... 
Ürəyim  yerindən  çıxırdı.  Nəhayət,  dayandım,  bir  kolun 
arxasında  daldalanaraq  ətrafı  yoxladım.  O  görünmürdü. 
Diqqətlə  qulaq  asdım.  Sakitlikdir.  İri,  yastı  bir  daş  gördüm. 
Dincəlmək  üçün  dayandım.  Dünən  gecə  etdiyim  səhvdən 
nəticə 
çıxartdım. Bu dəfə yolumu yerin daha bərk olduğu daşlıqdan 
salmışdım  və  istiqamətimi  tez-tez  dəyişirdim  ki,  o,  ayaq 
izlərimi təqib edərək arxamca gələ bilməsin. 
Artıq  günəş  qüruba  enirdi.  Düşündüm  ki,  Papa  qaranlıq 
düşüncəyədək evə çatmaq üçün geri qayıdıb. Lakin yenə də o, 
hava  qaralmamış  evə  çata  bilməyəcəkdi.  O,  qaranlıqda 
ailəmizin  gecənin  sakitliyində  əks-səda  verən  səslərinə, 
uşaqların  qışqırıqlarına,  gülüşlərinə,  keçilərin  mələşməsinə, 
dəvələrin  nəriltisinə  qulaq  verə-verə  özünə  yol  tapıb  evə 
qayıtmalı  olacaqdı.  Külək  səsləri  səhrada  çox-çox  uzaqlara 
apardığından  gecələr  itəndə  səslərdən  mayak  kimi  istifadə 
edirdik. 
Daşlıqda  bir  az  getdikdən  sonra  istiqamətimi  dəyişdim. 
Moqadişunun  hansı  tərəfdə  olduğunu  bilmədiyimdən  hansı 
səmti seçməyimin elə də fərqi yox idi. Qaş qaralınca qaçdım, 
bir  azdan  elə  zülmət  qaranlıq  idi  ki,  artıq  heç  nə  görə 
downloaded from KitabYurdu.org



 
bilmirdim. Acından ölürdüm, tək fikirləşdiyim şey yemək idi. 
Ayaqlarım  qanamışdı,  dincəlmək  üçün  bir  ağacın  altında 
oturdum və yuxuya getdim. 
Səhər  üzümü  yandıran  günəş  məni  yuxudan  oyatdı. 
Gözlərimi  açanda  başımın  üstündə  göylərə  ucalmış  evkalipt 
ağacının yarpaqlarını gördüm. Yavaş-yavaş harada olduğumu, 
yaşamaqda  olduğum  gerçəkliyi  dərk  etməyə  başladım.  İlahi, 
mən lap təkəm, indi nə edəcəyəm? 
Ayağa qalxdım və qaçmağa davam etdim; günlərlə qaçdım, 
amma qaçdığım neçə gün olardı - onu bilmirəm. Tək bildiyim o 
idi ki, “vaxt” yoxdur, var olan yalnız aclıq, susuzluq, qorxu və 
ağrıdır.  Qaranlıq  düşəndə  dayanıb  yorğunluğumu  çıxarır, 
gündüzlər  gedə  bildiyim  qədər  gedir,  günortanın  qızmarında 
bir ağac tapıb kölgəsinə sığmır və yuxumu alırdım. 
Oyanarkən  qarşımda  şir  gördüyüm  məqam  bu  siesta 
vaxtlarının  birinə  təsadüf  edirdi.  Artıq  azad  olmaq,  qaçıb 
getmək  yox,  evə  -  Mamanın  yanma  qayıtmaq  istəyirdim. 
Yeməkdən  də,  sudan  da  çox  arzuladığım  anam  idi.  Hərçənd 
səhrada bir-iki gün ac-susuz qalmaq bizimçün adi bir şey idi, 
bilirdim ki, belə davam etsə, sağ qala bilməyəcəyəm. O qədər 
taqətdən  düşmüşdüm  ki,  zorla  yeriyirdim,  cadar-cadar  olmuş 
ayaqlarım elə ağrıyırdı ki, hər atdığım addım bir əzab idi. Şir 
qabağımda  oturub  dodaqlarını  yalayanda  mən  artıq  təslim 
olmuşdum,  çəkdiyim  acılardan  xilas  olmaq  üçün  məni 
parçalamasım rahatlıqla qəbul etməyə hazır idim. 
Lakin  şir  tək-tək  görünən  sümüklərimi,  çüxura  düşmüş 
yanaqlarımı, ağara qalmış gözlərimi görüb bəlkə də fikrindən 
vaz  keçdi.  Bilmirəm  onun  zavallı  cüssəməmi  yazığı  gəldi, 
yoxsa bu, sadəcə, ölçülüb-biçilmiş, praqmatik bir qərar idi ki, 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə