Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   2   3   4   5   6   7   8   9   ...   69

qarşıladığımız  quraq  Somali  iqlimində  su  və  yem  axtarmalı 
olurduq. 
Evimiz  otlardan  hörülmüş  bir  alaçıqdan  ibarət  idi  və çadır 
kimi daşma bilirdi. Biz ağaclardan çərçivə hazırlayır, anamın 
otlardan hördüyü həsirləri əyilmiş çubuqların üstünə örtməklə 
günbəzi  təxminən  altı  futı  diametrində  olan  alaçıq  qururduq. 
Köç vaxtı çatanda alaçığımızı sökür, lap az olan əşyalarımızla 
bərabər ağacları və həsirləri də toplayıb dəvələrə yükləyirdik. 
Körpələr  və  balaca  uşaqlar  inanılmaz  dərəcədə  dözümlü  olan 
dəvələrin  belində  gedir,  qalanlarımızsa  heyvanları  növbəti 
düşərgəmizə  sürə-sürə  aparırdıq.  Su  və  otlaq  sahəsi  tapanda 
çadırımızı yenidən qururduq. 
Alaçıq  bizi  günəşdən  qorumaq  və  təzə  süd  saxlamaq  üçün 
yerlə,  körpələri  isə  sığmacaqla  təmin  edirdi.  Qalanlarımızsa 
gecələr  açıq  havada  həsirlərin  üstündə  bir-birimizə  qısılıb 
yatırdıq.  Günəş  qürub  etdikdən  sonra  səhra  soyuq  olurdu, 
bütün uşaqlara çatacaq qədər yorğanımız yox idi, paltarımız da 
az  olduğundan  isti  qala  bilmək  üçün  bir-birimizə  qısılıb 
yatırdıq. Atam isə keşikçimiz və ailəmizin müdafiəçisi kimi bir 
tərəfimizdə yatırdı. 
Dan yeri söküləndə biz də günəşlə bərabər oyanırdıq. 
Birinci  gördüyümüz  iş  mal-qara  saxladığımız  ağıllara  gedib 
heyvanları  sağmaq  olurdu.  Heyvanların  gecələr  sürüdən  ayrı 
düşüb  itməməsi  üçün  hər  dəfə  məskən  saldığımız  yerdə 
ağacdan  ağıl  qururduq.  Balalar  südün  hamısını  içib 
qurtarmasınlar deyə onları analarından ayrı ağılda saxlayırdıq. 
Mənim əsas vəzifələrimdən biri buzovlara  da süd saxlamaqla 
inəkləri  sağmaq  idi.  Sağıb  qurtardıqdan  sonra  əmsinlər  deyə 
buzovları analarının yanma buraxırdıq. 
downloaded from KitabYurdu.org


19 
 
Sonra  tərkibində  daha  çox  C  vitamini  olduğu  üçün  başqa 
heyvanların  südündən  daha  qidalı  olan  dəvə  südü  ilə  səhər 
yeməyi  yeyirdik.  Bizim  yerlərdə  məhsul  yetişdirmək  üçün 
lazımi qədər su olmadığından nə tərəvəzimiz, nə də çörəyimiz 
var idi. Bəzən biz bitki köklərini axtaran böyük və vəhşi Afrika 
- donuzlarını təqib edirdik. Onlar yeməli kökləri iyləyib tapır, 
onları dırnaqları və burunları ilə qazıb iştahayla yeyirdilər. Biz 
də  onların  tapdıqları  bu  bitkiləri  toplayıb  evə  gətirir, 
yeməyimizə əlavə edirdik. 
Biz heyvanların, sadəcə, ət üçün kəsilməsini israfçılıq hesab 
edir,  yalnız  fövqəladə  hallarda,  yaxud  toy  kimi  xüsusi 
mərasimlərdə  bunu  etməli  olurduq.  Heyvanlar  adi  günlərdə 
kəsilib yeyilmək üçün çox qiymətli idi, onları südünə görə və 
ehtiyacımız olan başqa şeylərlə dəyişdirmək üçün saxlayırdıq. 
Çox vaxt səhər və axşam yeganə yeməyimiz dəvə südü olurdu. 
Bəzən  süd  hamımıza  çatacaq  qədər  olmadığından  əvvəl 
uşaqlara  verir,  sonra  özümüz  içirdik.  Anam  heç  vaxt  hamı 
yeyib qurtarmamış dilinə bir tikə də vurmazdı. Yəqin ki, anam 
da  yeyirdi,  amma  onu  nə  vaxtsa  yeyən  gördüyümü 
xatırlamıram. Axşama heç nə yeməsəydik, bu, bizimçün böyük 
bir şey deyildi və narahat olmağa əsas yox idi. Şikayətlənməyə 
və  ya  ağlamağa  da  lüzum  yox  idi.  Körpə  uşaqlar  ağlaya 
bilərdilər,  amma  böyüklər  qaydaları  bilirdilər,  ona  görə  də, 
sadəcə,  gedib  yatırdıq.  Biz  deyib-gülməyə,  sakit  və  təmkinli 
olmağa  çalışırdıq,  fikirləşirdik  ki,  Allah  qoysa,  sabah  bir  yol 
tapanq. “İnşallah” bizim fəlsəfəmiz idi. Bilirdik ki, həyatımız 
tamamilə  təbiət  qüvvələrindən  asılıdır  və  bu  qüvvələri  Allah 
idarə edir, bizlər yox... 
Bizimçün  ən  böyük  ziyafət  -  dünyanın  başqa  yerlərində 
downloaded from KitabYurdu.org


insanlar bayramı qeyd etdikləri kimi - atam evə bir kisə düyü 
alanda  olurdu.  Onda  anamın  hördüyü  səbətdə  çalxaladığımız 
inək  südündən  alınan  yağdan  da  istifadə  edirdik.  Təsadüfi 
hallarda  keçini  Somalinin  daha  yağışlı  yerlərində  becərilən 
qarğıdalı  ilə  dəyişdirərdik.  Bu  qarğıdalını  əzərək  südə  qatıb 
sıyıq  bişirir,  yaxud  da  ocağın  üstündə  tavada  çırtladırdıq. 
Yaxınlıqda başqa ailələr də var idisə, nəyimiz olsa, onlara da 
verirdik. Bizlərdən birinin ərzağı var idisə - xurma və ya kök, 
yaxud  da  yemək  üçün  heyvan  kəsibsə,  onu  bişirir  və  yeməyi 
aramızda bölürdük. Hamımız böyük bir icmanın hissələri olsaq 
da,  çox  vaxt  bir-birimizdən  ayrı  yaşayırdıq.  Adətən, 
icmamızdan  olan  bir  neçə  ailə  birlikdə  köç  edir,  tapdığımız 
nemətləri  paylaşırdıq.  Həm  də  ki,  soyuducu  olmadığından  ət, 
eləcə də xarab olası digər qidalar vaxtında yeyilməli idi. 
Hər  səhər  yeməkdən  sonra  heyvanları  ağıldan  çıxartmaq 
lazım idi. Altı yaşımda ikən altmış-yetmiş qoyun və keçidən 
ibarət  sürünü  səhraya  otarmağa  aparmaq  mənim  öhdəmə 
düşürdü. Uzun dəyənəyimi götürür və tək-tənha, sürümə mahnı 
oxuya-oxuya səhraya üz tuturdum. Heyvanlardan biri sürüdən 
ayrı  düşərdisə,  onu  dəyənəyimlə  geri  qaytarırdım.  Ağıldan 
çıxmaq yemək vaxtının çatdığına işarə olduğundan onlar çölə 
can atırdılar. Su və yaxşı otlaq sahəsi tapmaq üçün səhər tezdən 
yola düşmək vacib idi. Hər gün başqa çobanları qabaqlayıb su - 
axtarmalı  olurdum.  Yoxsa  onlann  heyvanlarından  sonra  su, 
demək  olar,  qalmırdı.  Onsuz  da  hava  qızdıqca  yer  elə  quru 
olurdu  ki,  bütün  suyu  özünə  çəkirdi.  Həmişə  çalışırdım  ki, 
heyvanlar  içə  bildikləri  qədər  çox  içsinlər,  çünki  növbəti  su 
hövzəsi  tapmaq  bir  həftə  çəkə  bilərdi.  Bəlkə  də  lap  üç  -  kim 
bilir?  Quraqlıq  vaxtı  bəzən  bütün  heyvanların  göz  önündəcə 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə