Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   10   11   12   13   14   15   16   17   ...   69

49 
 
gizlənə  anamın  qadınlarla  necə  görüşdüyünü  izlədim.  Sonra 
qaraçı  gəldi.  O,  bizlərdə  xüsusi  sanbala  malik  hesab  edilirdi, 
tək  ona  görə  yox  ki  xüsusi  bacarığı  var  idi,  o  həm  də 
sünnətlərdən  əməlli-başlı  pul  qazanırdı.  Bu  prosedura  ailənin 
ən  böyük  xərclərindən  biri  olsa  da,  yaxşı  bir  sərmayə  hesab 
edilir,  çünki  sünnət  edilməyən  qızların  “evlilik  bazarına” 
yolları bağlıdır. 
Qızlar kəsilməmiş cinsiyyət orqanları ilə ərə getməyə yaramır, 
heç  bir  kişinin  evlənmək  istəmədiyi  murdar  bir  fahişə  hesab 
edilirlər. Beləliklə, qaraçı qadın bizim cəmiyyətin çox vacib bir 
üzvüdür. Çoxları onu qaraçı, mənsə neçə-neçə balaca qız onun 
əllərində can verdiyindən “Cəllad arvad” adlandırıram. 
Ağacın  arxasında  gizlənib  baxarkən  bacımın  yerdə 
oturduğunu  gördüm.  Sonra  anam  və  onun  rəfiqəsi  Amanın 
çiyinlərindən  tutub  onu  yerə  uzatdılar.  Qaraçı  qadın  bacımın 
qıçlarının  arasında  nəsə  etməyə  başladı  və  mən  qəfildən 
Amanın üzünü necə dəhşətli ağrı hissinin bürüdüyünü gördüm. 
Bacım  cüssəli,  böyük  və  çox  qüvvətli  bir  qız  idi.  Birdən  o, 
ayağını  qaldırıb  qaraçı  qadının  sinəsinə  təpiklə  vuraraq  onu 
arxası  üstə  yerə  sərdi.  Sonra  da  onu  tutanlardan  canını 
qurtararaq  ayağa  qalxdı.  Gözlərimin  qarşısında  dəhşətli  bir 
mənzərə var idi - Aman qaçdıqca qıçlarının arasından axan qan 
qumda iz buraxırdı. Qadınların hamısı onun dalınca qaçmağa 
başladı, amma Aman xeyli uzaqda idi, bir qədər sonra o əldən 
düşərək üzü üstə yerə sərildi. Qadınlar çatıb onu elə yıxıldığı 
yerdəcə arxası üstə çevirdilər və işlərinə davam etdilər. 
Ürəyim  bulanırdı.  Bu  dəhşətə  daha  baxa  bilmədiyimdən  evə 
tərəf qaçdım. 
İndi artıq, həqiqətən də, heç vaxt bilməyi arzulamadığım bir 
downloaded from KitabYurdu.org


şey  bilirdim.  Nələr  olduğunu  o  qədər  də  dərk  eləməmişdim, 
amma  özümün  də  bütün  bunlardan  keçəcəyimi  fikirləşəndə 
dəhşətə  gəlirdim.  Anamdan  bu  barədə  heç  nə  soruşa 
bilməzdim, çünki onun hər şeyə şahid olduğumdan xəbəri yox 
idi.  Aman  sağalmcaya  qədər  onu  başqa  uşaqlardan  ayrı 
saxlayırdılar. İki gün sonra ona su apardım və dizi üstə yanında 
oturaraq  pıçıltı  ilə  soruşdum:  “Bu  necə  hiss  idi?”  “Oy,  çox 
dəhşətli...”  -  deyə  başladı.  Deyəsən,  mənə  həqiqəti  demək 
istəyirdi,  lakin  sonradan  fikirləşdi  ki,  mən  hələ  sünnət 
olunmamışam, həqiqəti bilsəm, o vaxtın çatmasını səbirsizliklə 
gözləmək  əvəzinə,  bundan  qorxardım,  ona  görə  də  sözünü 
yarımçıq  kəsdi.  “Sənin  də  vaxtına  az  qalıb,  onsuz  da  sən  də 
tezliklə sünnət olunacaqsan”, - onun dediyi bircə bu oldu. 
O  vaxtdan  bəri  qadın  olmaq  üçün  keçməli  olduğum  o 
ayindən  qorxmağa  başladım.  Zamanla  bacımın  üzündə 
gördüyüm o ağn-acı dolu ifadəni yadımdan çıxarmağa və o 
dəhşətli  anlan  unutmağa  çalışırdım.  Nəhayət,  yenə  də 
axmaqcasına  özümü  inandırdım  ki,  mən  də  qadın  olmaq  və 
böyük bacılarıma qoşulmaq istəyirəm. 
Atamın dostu və onun ailəsi, demək olar ki, həmişə bizimlə 
birlikdə köç edirdilər. O, deyingən adam idi və kiçik bacımla 
mən onu təngə gətirəndə milçəkləri qovurmuş kimi əli ilə bizi 
uzaqlaşdınr  və  “Məndən  uzaq  olun,  balaca  çirkin  qızlar, 
natəmiz qızlar. Hələ heç sünnət də olunmamısmız!” - deyərək 
bizi cırnadırdı. Bu sözləri elə bir tərzdə deyirdi ki, sanki sünnət 
olunmamağımız bizi o qədər iyrənc edib ki, bizi görməyə zorla 
dözür.  Bu  təhqirlər  məni  elə  əsəbiləşdirmişdi  ki,  onun  boş 
çənəsini yummaq üçün bir yol tapacağıma and içdim. 
Bu  kişinin  Camah  adlı  yeniyetmə  bir  oğlu  var  idi.  Camah 
downloaded from KitabYurdu.org


51 
 
mənə  etinasız  yanaşsa  da,  mən  ona  vurulmuşdum.  Oğlamnsa 
Amandan xoşu gəlirdi. Vaxt ötdükcə fikirləşdim ki, onun mənə 
yox,  Amana  maraq  göstərməsinin  səbəbi  bacımın  sünnət  - 
olunaraq  məndən  üstün  olmasıdır.  Bəlkə  Camah  da  öz  atası 
kimi sünnət olunmamış natəmiz qızlarla oturub-durmaq, əlaqə 
saxlamaq istəmir. Təxminən beş yaşım olanda anamın yanma 
getdim və onun zəhləsini tökməyə başladım: “Mama, o qadını 
mənimçün  tap.  Nə  olar...  Bunu  nə  vaxt  edəcəksiniz?” 
Fikirləşirdim  ki,  bu  sirli  şey  nədirsə,  onu  tezliklə  mən  də 
yaşamalıyam.  Bəxtimdən,  qaraçı  qadın  iki-üç  günə  yenidən 
göründü... 
Bir  axşam  anam  mənə  dedi:  “Yeri  gəlmişkən,  atan  qaraçı 
qadınla  görüşə  bilib.  Onu  gözləyirik,  bir-iki  günə  burada 
olacaq”. 
Sünnətdən sonra çox işəməyim deyə anam bir gecə əvvəldən 
mənə çox süd, ya da su içməməyi tapşırdı. Onun nəyi nəzərdə 
tutduğunu anlamasam  da,  sual  vermədim  və  sadəcə,  razılıqla 
başımı  yellədim.  Çox  gərgin  olsam  da,  bu  məsələni  həll 
etməkdə  fikrim  qəti  idi.  Həmin  axşam  ailəmiz  mənə  görə 
xüsusi  əl-ayağa  düşmüşdü  və  hətta  mənə  daha  çox  yemək 
verdilər. Bu, böyük bacılarıma qarşı məndə həsəd doğuran və 
əvvəllər də şahidi olduğum bir ənənə idi. Yatmağa getməzdən 
qabaq anam dedi: “Səhər, vaxtı çatanda səni oyadacağam”. O 
qadının  nə  vaxt  gələcəyini  Mamanın  necə  təyin  etdiyini 
bilmirdim,  amma  o,  bundan  həmişə  xəbərdar  olurdu.  Anam, 
sadəcə, hisslərinə 
etibar edərək kiminsə yaxınlaşdığını, yaxud da vaxtın hansısa 
bir şey üçün uyğun olduğunu hiss edirdi. 
Səhər Mama məni oyadanadək yerimdə həyəcanla gözlədim. 
downloaded from KitabYurdu.org


Birdən  gördüm  ki,  anam  başımın  üstündə  dayanıb.  Hələ 
qaranlıq  idi,  dan  yeri  təzəcə  ağarmağa  başlamışdı.  O,  mənə 
barmağı  ilə  sakit  olmağı  işarə  etdi  və  əlimdən  tutdu.  Balaca 
yorğanımı  götürərək  keyiyibmiş  kimi,  ayaqlarım  bir-birinə 
dolaşa-dolaşa onun arxasınca yeridim. Qızları niyə belə erkən 
apardıqlarının  səbəbini  indi  dərk  edirəm.  Hamı  yuxuda  olan 
vaxt  kəsmək  istəyirlər  ki,  heç  kim  onların  çığırtısını  eşidə 
bilməsin.  Tərəddüd  içində  olsam  da,  sadəcə,  mənə  deyiləni 
edirdim. Biz alaçığımızdan çıxıb kolluğa tərəf getdik. “Burada 
gözləyəcəyik”,  -  Mama  dedi  və  biz  soyuq  qumun  üstündə 
oturduq.  Hava  işıqlanırdı,  artıq  çətinliklə  də  olsa,  ətrafı  seçə 
bilirdim.  Tezliklə  qaraçı  qadının  səndəllərinin  səsini  eşitdim. 
Anam qadını adı ilə çağıraraq soruşdu: “Sənsən?” 
“Hə, buradayam”, - hələ heç kimi görə bilməsəm də, onun 
səsi  gəldi.  Necə  yaxınlaşdı,  bilmədim,  bir  onu  gördüm  ki, 
yanımda dayanıb. “Otur orada”, - deyə o, hamar bir daşı 
göstərdi.  Heç  bir  başqa  söhbət  olmadan,  salamsız-kalamsız... 
“Necəsiniz?”  soruşmadan,  “İndi  edəcəyim  şey  çox  ağrılı 
olacaq, amma sən ürəkli qız olmalısan” demədən Cəllad arvad 
dərhal işə başladı. 
Mama  qoca ağacın kökündən azca qopartdı, daşın üstündə 
yerimi  rahatladı,  sonra  arxamda  oturaraq  başımı  geriyə  - 
sinəsinə tərəf çəkdi və bədənimi ayaqlan arasına aldı. Mən də 
qollanmı onun budlanna doladım. Qopartdığı kökü dişlərimin 
arasına qoyub dedi: “Bunu dişlə!” 
Amanın  üzündə  gördüyüm  və  çətinliklə  unuda  bildiyim  o 
əzablı  ifadə  birdən  yenə  yadıma  düşdü.  Ağzımda  tutduğum 
kökü  çıxartmadan  mızıldandım:  “Ağndacaq,  hə?”  Mama 
əyilərək  qulağıma  pıçıldadı:  “Bilirsən  ki,  səni  saxlaya 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə