Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   18   19   20   21   22   23   24   25   ...   69

ayrılmışdılar. Mən evdə qalan uşaqlar arasında ən böyüyü, ən 
dözümlüsü,  kiçiklərdən  isə  daha  etibarlı  idim.  “Yox,  sən 
evinizə qayıtmalısan. Bütün o işləri görməkdə anana və atana 
kim kömək edəcək? Burada qalıb nə edəcəksən? Evdə oturub 
qalacaqsan?”  Təəssüf  ki,  onun  bütün  bu  suallarına  veriləcək 
cavabım yox idi. Bilirdim ki, Papanın məni ağsaqqallı qoca ilə 
evləndirmək istədiyinə görə evdən qaçdığımı deməyin heç bir 
mənası  yox  idi.  Əmim  üzümə  dəliyəmmiş  kimi  baxacaq  və 
deyəcəkdi: “Hə, nə olsun? Varis, sən ərə getməlisən. O dəvələr 
atana lazımdı”. 
...Ailəmin  dediyi  kimi  etmək  istəmədiyimi,  valideynlərimi 
çox  sevdiyimi,  lakin  onların  istədiyi  şeyi  edə  bilməyəcəyimi 
əmimə  izah  etməyin  heç  bir  mənası  yox  idi.  Nə  istədiyimə 
əmin olmasam da, başqa həyata ümid edirdim. 
...Bir  neçə  gündən  sonra  öyrəndim  ki,  əmim  atama  xəbər 
göndərib və atam artıq yoldadır... 
Əmimin iki oğlu məktəbdən tətilə buraxılanda bizə gələr və 
tətil ərzində bizdə qalardılar deyə onlan yaxşı tanıyırdım. Onlar 
heyvanlara baxmaqda bizə kömək edər və bizə Somali dilində 
müxtəlif  sözlər  öyrədərdilər.  O  vaxt  şəhərdə  məktəbə  gedən 
uşaqların  tətildə  səhraya  gələrək  öz  öyrəndiklərini  köçəri 
uşaqlarına  öyrətməsi  bir  ənənə  halını  almışdı.  Onlarla 
Qalkayoda  qalanda  mənə  böyük  bacım  Amanın  harada 
yaşadığını  bildiklərini  dedilər.  Bacım  evdən  qaçandan  sonra 
Moqadişuya  gəlmiş  və  orada  ərə  getmişdi.  Ondan  heç 
xəbərimiz 
yox  idi,  hətta  ölübmü,  ya  sağdırmı  -  bunu  da  bilmirdik.  Ona 
görə  də  bu  xəbəri  eşidəndə  sevincimin  hədd-hüdudu  yox  idi. 
Əmimin  bu  xəbəri  valideynlərimə  dediyini  anladım,  amma 
downloaded from KitabYurdu.org


79 
 
Amanın  adının  çəkilməsi  ailəmizdə  qadağan  olunduğundan 
evdə onun barəsində heç bir söhbət olmamışdı. 
Eşidəndə ki, atam məni aparmağa gəlir, plan qurduq. Əmim 
oğlanları  paytaxta  çatandan  sonra  bacımı  necə  tapacağımı 
mənə  başa  saldılar  və  səhər  bir  az  pul  verib  məni  şəhərdən 
çıxan  yola  tərəf  ötürdülər.  “Yolun  açıq  olsun,  Varis!” 
barmaqları  ilə  göstərərək  dedilər,  -  Moqadişuya  gedən  yol 
budur”. 
“Söz  verin  ki,  hara  getdiyimi  heç  kimə  deməyəcəksiniz. 
Yadınızdan  çıxmasın,  atam  bura  çatıb  məni  soruşanda  hara 
getdiyimi  bilmirsiniz.  Məni  axırıncı  dəfə  bu  səhər  evdə 
görmüsünüz,  oldu?”  Onlar  təsdiq  əlaməti  olaraq  başlarını 
yellədilər və mən yola çıxanda əl edərək sağollaşdılar. 
Moqadişu  yolçuluğu  dözülməz  dərəcədə  ləng  keçirdi.  O, 
günlərlə çəkdi, amma pulum var idi deyə, ən azı, yol boyunca 
nəsə alıb yeyə bilirdim. Təsadüfi hallarda kimsə maşın 
saxlayırdı,  qalan  vaxtlarda  isə  millərlə  yolu  piyada  getməli 
olurdum.  Bu  qədər  ləng  getməyimdən  usanaraq,  axırda 
təxminən  qırx  adamı  bir  dəfəyə  daşıyan  Afrika  yük  taksisinə 
minməli  oldum.  Taksi  kimi  işləyən  bu  cür  yük  maşınlarına 
Afrikanın hər yerində rast gəlmək olur. Bu maşınlar yüklərini - 
düyü və şəkər tozu kisələrini boşaldıb geri qayıdanda boş yük 
yerində sərnişinləri daşıyırdılar. Yük yerinin kənarları taxta ilə 
çərçivəyə  alınır.  İçəridə  oturan,  yaxud  dayanan  adamlar 
manejdəki  balaca  uşaqlar  kimi  görünürlər.  Taksi  uşaqlarla, 
yüklə, ev əşyaları, mebel, keçilər, qəfəsə salınmış toyuqla dolu 
olur və sürücü bacardığı qədər çox sərnişin götürməyə çalışır. 
Amma  son  başıma  gələnlərdən  sonra  tanımadığım  adamlarla 
təkbətək qalmaqdansa, belə basırıqda getməyi üstün tuturdum. 
downloaded from KitabYurdu.org


Sürücü  şəhərin  girişində  adamların  toplaşaraq  heyvanları 
suladığı  quyunun  yanında  bizi  düşürtdü.  Ovuclayıb  bir  az  su 
içdim,  sonra  sərinləmək  üçün  üzümü  də  yudum.  Ətrafdakı 
yolların  çoxluğundan  çaşıb-qalmışdım,  Moqadişu  yeddi  yüz 
min əhalisi ilə Somalinin ən böyük şəhəridir! Öz dəvələri ilə 
dayanmış iki köçəriyə yaxınlaşaraq soruşdum: “Bilmirsiniz, bu 
yollardan hansı paytaxta gedir?” 
“Odur, bax...” - kişilərdən biri barmağı ilə işarə etdi. Onun 
göstərdiyi  istiqamətə,  şəhərin  içinə  doğru  getməyə  başladım. 
Moqadişu Hind okeanı sahilində yerləşən bir liman şəhəridir, o 
vaxtlar,  həqiqətən,  çox  gözəl  şəhər  idi.  Yolboyu  getdikcə 
boylanaraq palma ağacları və parlaq rəngli güllərlə əhatələnmiş 
heyrətamiz  ağ  binalara  baxırdım.  Əvvəllər  Somali  İtaliyanın 
müstəmləkəsi  olduğundan  binaların  çoxunu  avropalılar  inşa 
etmişdi  ki,  bu  da  şəhərə  Aralıq  dənizi  ab-havası  verirdi. 
Yanımdan  ötən  qadınlar  sarı,  qırmızı,  mavi  rəngli 
gözqamaşdıran  şərflər  taxmışdılar.  Üzlərini  dövrəyə  almış 
uzun şərflərini çənələrinin altında tutmuşdular və dəniz küləyi 
şərflərin  uclarını  havaya  qaldırdıqca,  onlar  küçə  ilə  üzüaşağı 
getdikcə  zərif  parça  dalğalanırdı.  Bütün  üzlərini  örtən  qara 
çarşablı dindar qadınların yolu necə görə bildikləri mənə çox 
maraqlı gəlirdi. Şəhər günəşin parlaq şəfəqləri altında olduqca 
rəngarəng görünürdü. 
Yolboyu  getdikcə  rastlaşdığım  adamlardan  bəzilərini 
saxlayaraq bacımgilin yaşadığı yeri soruşurdum. Ünvanı dəqiq 
bilməsəm  də,  Qalkayoda  Əhməd  əmimi  tapdığım  üsuldan 
istifadə  edərək  onların  yaşadığı  ərazidəki  bazara  girəcək  və 
adamlardan  soruşacaqdım.  Amma  bu  dəfə  yad  adamlara 
yaxınlaşıb kömək istəyərək sadəlövhlük etməyəcəkdim. 
downloaded from KitabYurdu.org


81 
 
Onun  yaşadığı  əraziyə  çatanda  bazarı  asanlıqla  tapdım. 
Ərzaqlara baxır və axırıncı pulumla nə alacağımı fikirləşirdim. 
Nəhayət,  piştaxtanın  arxasında  oturan  iki  qadından  onların 
satdıqları süd daha ucuz olduğu üçün bir qab süd aldım. Lakin 
bir qurtum alan kimi başa düşdüm ki, onun dadı qəribədir, süd 
dadı vermir. 

Südə nəsə qatmısmız? - soruşdum. 

Heç nə! Heç nə qatmamışıq! 
- Eh,  bəsdi  görək.  Nəyi  bilməsəm  də,  südün  dadını  yaxşı 
bilirəm. Bu, süd dadı vermir. Ona su, ya başqa nəsə qatmısmız? 
Axırda boyunlarına aldılar ki, ucuz sata bilmələri üçün südə 
su qatırlar. Alıcılarsa buna o qədər də fikir vermir. Söhbət 
əsnasında paytaxta bacımı tapmağa gəldiyimi dedim və Amanı 
tanıyıb-tanımadıqlarmı soruşdum. 
“Hə,  deyirəm  axı,  nəsə  tanış  gəlirsən!”  -  qadınlardan  biri 
dedi.  Məni  gülmək  tutdu,  çünki  balaca  olanda  bizə  baxanlar 
deyərdilər ki, elə bil bir almanı yan bölüblər. Bacım hər gün bu 
bazara  gəldiyi  üçün  onu  tanıyırdılar.  Südsatan  qadın  balaca 
oğlunu  çağıraraq  bacımın  evini  mənə  göstərməsini  tapşırdı: 
“Onu Amanın evinə apar, sonra yanıma gəl!” 
Siesta vaxtı idi, günortanın istisindən qorunmaq üçün  hərə 
bir tərəfə çəkilmişdi. Biz sakit küçələrlə gedirdik. Oğlan mənə 
balaca  bir  daxmanı  göstərdi,  içəri  girdim,  bacım  yuxulu  idi. 
Qolundan silkələyərək onu oyatdım. “Sən burada nə gəzirsən?” 
-  gözlərinə  inanmayaraq,  yuxu  görürmüş  kimi  üzümə  baxdı. 
Onun  yatağında  oturub  başıma  gələnləri  danışdım  və  neçə  il 
əvvəl onun kimi, mənim də qaçmalı olduğumu dedim. On üç 
yaşımda Papanın xətrinə o qocaya ərə getmək istəməməyimi o 
da anlayardı. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə