Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   15   16   17   18   19   20   21   22   ...   69

getmək  və  varlı  bir  adamın  arvadı  olmaq  barədə  danışırdı. 
Atam onu öz köçəri dostlarından birinə ərə vermək istəyəndə o, 
xəyallarını gerçəkləşdirmək üçün şəhərə qaçdı. Ondan bir daha 
xəbərimiz olmadı. 
Bütün  günü  heyvanların  otlamağım  seyr  edə-edə  atamla 
anam bir yerdə yaşadığı kimi özümü Camahla yanaşı təsəvvür 
edərək inanmağa çalışırdım ki, evlilik elə də qorxulu deyil. 
Günəş qürub edəndə sürünü qaytarıb evə döndüm. Kiçik bacım 
məni  görcək  üstümə  qaçıb  xəbər  verdi:  “Papanın  yanında 
kimsə var, məncə, onlar səni gözləyirlər”. Bacım mənə olan bu 
maraqdan  şübhələnmişdi  və  bəlkə  də  fikirləşirdi  ki,  o, 
diqqətdən  kənarda  qalıb.  Lakin  mən  atamın  sanki  razılığımı 
alıbmış kimi öz bildiyini etməsindən dəhşətə gəldim. 

Onlar haradadırlar? 
Bacım  barmağı  ilə  göstərdi,  mən  isə  tamam  başqa  tərəfə 
getdim. 

Varis, səni gözləyirlər! - o qışqırdı. 

Kəs səsini! Rədd ol başımdan! 
Sürünü ağıla salıb sağmağa başladım. İşimi yarılamışdım ki, 
atamın  məni  çağırdığını  eşitdim.  “Bəli,  Papa,  gəlirəm”. 
Duruxub qaldım, amma ləngiməyin mənası yox idi. Camahm 
üzünü  təsəvvürümdə  canlandıraraq  bir  balaca  ümidləndim  ki, 
bəlkə də atamın yanındakı odur. Gözlərimi yumub onlar tərəfə 
getməyə  başladım.  “Nə  olar,  Camah  olsun...”  -  ürəyimdə 
yalvara-yalvara onlara yaxınlaşırdım. Camah evdən ayrılıb yad 
bir  kişi  ilə  yaşamaq  kimi  bu  xoşagəlməz  durumda  mənim 
fikirlərimin yeganə xilaskarına çevrilmişdi. 
Nəhayət,  gözlərimi  açıb  qıpqırmızı  olmuş  səmaya  baxdım, 
günəş  üfüqdə  gözdən  itirdi.  Və  qarşımda  iki  kişinin  siluetini 
downloaded from KitabYurdu.org


67 
 
gördüm. Atam dedi: “Hə, axır ki, gəldin. Gəl bura, qızım. Bu 
cənab...” - daha nə dediyini eşitmədim. Dərhal əlində tutduğu 
əsaya  söykənib  oturmuş  kişiyə  baxdım.  Ən  azı  altmış  yaşı 
olardı, uzun ağ saqqalı var idi. 
“Varis, - nəhayət, atamın mənimlə danışdığını başa düşdüm, 
- cənab Qalul ilə salamlaş”. 
Özümü  güc-bəla  ilə  toplayaraq  soyuq  bir  tərzdə  dedim: 
“Salam”.  Hörmətlə yanaşmalı  idim,  amma  həvəsli  olduğumu 
göstərməyə  məcbur  deyildim.  Qoca  axmaq  bütün  ağırlığını 
söykəndiyi  əsaya  salaraq  oturduğu  yerdəcə  üzümə  baxaraq 
irişirdi,  lakin  cavab  vermədi.  Ola  bilsin,  o  ürkə-ürkə  üzünə 
baxan  evlənəcəyi  bu  qıza  nə  deməli  olduğunu  bilmirdi. 
Gözlərimdəki ifadəni görməsinlər deyə başımı aşağı dikdim. 
“Varis, əzizim, utanma”, - Papa dedi. Başımı qaldırıb atamın 
üzünə baxanda o, gözlərimdəki ifadəni sanki oxudu və 
başa düşdü ki, gələcək ərimi qorxudub qaçırmayım deyə məni 
geri  göndərmək  lazımdır.  “Yaxşı,  get  işlərini  qurtar”.  Sonra 
üzünü  cənab  Qalula  tutub  izah  etdi:  “Başıaşağı,  utancaq 
qızdır”. Artıq orada bir saniyə də qalmadım və ildırım sürətiylə 
keçilərimin yanma qayıtdım. 
Bütün  axşamı  Qalulla  evlənsəm,  həyatımın  necə  olacağını 
götür-qoy 
etdim. 
Valideynlərimdən 
heç  vaxt  ayrı 
qalmamışdım.  Onlarsız,  tanımadığım  bir  kişi  ilə  necə 
yaşayacağımı  təsəvvür  etməyə  çalışdım.  Nə  yaxşı  ki,  o  qoca 
kaftarla seks haqqında fikirləşib iztirablanmı artırmırdım. Belə 
az yaşımda bu haqda nəsə bilmək üçün hələ çox sadəlövh idim. 
Bu evlilik dilemmasını başımdan çıxartmaq istəyərkən üstəlik 
kiçik qardaşımı da əzişdirməli oldum. 
Səhər tezdən atam məni çağırdı: 
downloaded from KitabYurdu.org



Dünən axşamkı adamın kim olduğunu bildin? 

Təxmin edirəm. 

O, sənin gələcək ərindir. 

Amma, Papa, axı o çox qocadır?! 
Atamın məni düşünmədən belə bir qoca kişiyə ərə vermək 
istədiyinə hələ də inana bilmirdim. 
- O  ən  yaxşısıdır,  əzizim!  Başqa  qadınların  dalınca 
getməyəcək,  evə  başqa  arvad  gətirməyəcək,  orada-burada 
qalmayacaq. O, səni heç vaxt tərk etməyəcək, nazını çəkəcək. 
Bundan  əlavə,  -  Papa  irişərək  davam  etdi,  -  heç  bilirsən,  o, 
səninçün nə qədər ödəyir? 

Nə qədər? 
- BEŞ dəvə! O, mənə BEŞ dəvə verir. Səninlə fəxr edirəm. - 
Papa qolumu sığalladı. 
Üzümü  kənara  çevirib  səhranı  yuxudan  oyadan  səhər 
günəşinin qızılı şəfəqlərinə baxdım. Gözlərimi yumaraq onun 
istiliyini üzümdə hiss etdim. Fikrim yata bilmədiyim dünənki 
axşama qayıtdı. Ailəmin əhatəsində uzanaraq rahatlıq tapmaq 
əvəzinə, ulduzlara baxa-baxa bir qərara gəlmişdim. Bilirdim ki, 
o  qoca  kişi  ilə  evlənməyə  etiraz  etməklə  vəziyyəti  dəyişə 
bilməyəcəyəm.  Atam,  sadəcə,  başqa  birini,  yenə  başqa  birini 
tapacaq,  çünki  məndən  canını  qurtarmaq  istəyirdi.  Başımı 
yellədərək dedim: “Yaxşı, amma indi heyvanları otarmağa 
aparmalıyam”. Papa razılıqla mənə baxdı, mənsə onun fikrini 
oxuya bildim: “Eh, onu yola gətirmək mən düşündüyümdən də 
rahat oldu”. 
Oturub  keçilərin  oynaşmasını  seyr  etdikcə  fikirləşirdim  ki, 
axınncı dəfədir atamın keçilərinə baxıram. Özümü o qoca kişi 
ilə səhranın başqa bir tərəfində yaşayan təsəvvür etdim - bütün 
downloaded from KitabYurdu.org


69 
 
işləri  mən  görürdüm,  o  isə  əlində  əsa  gəzirdi.  Onun 
ürəktutmasından sonra tək necə yaşadığımı, ən yaxşı halda isə
o öldükdən sonra beş-altı uşağı təkbaşıma necə böyütdüyümü 
təsəvvür  etdim.  Çünki  Somalidə  dul  qalmış  qadınlar  yenidən 
ərə getmirlər. Qərara gəldim ki, bu, mənim həyatım ola bilməz. 
Həmin axşam evə qayıdanda anam nə olduğunu soruşdu. Dilim 
topuq çala-çala soruşdum: 

O kişini görmüsən? 
Hansı kişi haqda danışdığımı soruşmağa ehtiyac yox idi. 

Hə, o gün görmüşdüm. 
Atam eşidə bilməyəcəyi əsəbi bir pıçıltı ilə dedim: 

Mama, mən o kişiyə ərə getmək istəmirəm! 
O, çiyinlərini çəkdi. 
- Qızım,  bilirsən  ki,  bu,  mənim  əlimdə  deyil.  Mən 
nəkarəyəm ki?! Atanın qərarıdır. 
Bilirdim ki, kişi sabah, ya da birigün dəvələrini gətirib atama 
verəcək, məni aparacaq. Qərara gəldim ki, nə qədər gec deyil, 
evdən qaçmalıyam. 
Həmin  axşam  hamı  yuxuya  getdikdən  sonra  atamın  tanış 
xorultusuna  qulaq  asırdım.  Sonra  ayağa  qalxdım  və  hələ  də 
tonqalın yanında oturan anamın yanma gedib pıçıltı ilə dedim: 
- Mama,  mən  o  kişiyə  ərə  gedə  bilmərəm  -  mən  qaçmaq 
istəyirəm. 

Şşşş, sakit! Hara, balam? Hara gedəcəksən? 

Moqadişudakı xalamı tapacağam. 

Sən bilirsən, o, haradadır? Mən bilmirəm. 

Narahat olma, mən taparam. 
- Yaxşı, indi qaranlıqdır, - sanki başıma gələnlərin qabağını 
alacaqmış kimi o, səbəb gətirdi. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə