Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   23   24   25   26   27   28   29   30   ...   69

“Yaxşı, get, hər şey yaxşı olacaq. Səni Londonda bir nəfər 
qarşılayacaq.  Sonra  da  nə  etmək  lazım  olduğunu  sənə  başa 
salacaqlar”. Mən hıçqıra-hıçqıra ağlayırdım. Dayı məni astaca 
qapıya tərəf itələyərək: “Get, təyyarə yola düşmək üzrədir. Tez 
ol, min təyyarəyə, Varis!” - dedi. 
Qorxudan  keyiyərək  getməyə  başladım.  Nəzarət  heyətinin 
uçuşa hazırlaşan təyyarənin ətrafında tələsə-tələsə dolandığını 
gördüm. Yüklərin yığılmasına, heyətin təyyarəni yoxlamasına, 
sonra  isə  pilləkənlərə  baxa-baxa  təyyarəyə  necə  girəcəyimi 
fikirləşdim.  Qərara  gəldim  və  pilləkənlərlə  dırmaşmağa 
başladım. Lakin ayaqqabıda gəzməyə vərdişim olmadığından 
paltarımın  uzun  ətəyinə  ilişmədən  alüminium  pillələri 
qalxmaqdan  ötrü  xeyli  əlləşməli  oldum.  İçəri  keçdim,  amma 
hara getməli olduğumu bilmirdim və əminəm ki, həmin anlarda 
ətrafdakıların  gözündə  mükəmməl  bir  axmağa  oxşayırdım. 
Sərnişinlərin  hamısı  artıq  oturmuşdu,  onların  mənə  qəribə 
baxışından  oxuya  bilirdim:  “Təyyarədə  necə  davranmalı 
olduğunu  bilməyən  bu  küt  kənd  qızı  hara  gedir,  görəsən?” 
Qapının ağzında dayanaraq boylandım və keçib ilk gördüyüm 
boş yerdə oturdum. 
Birinci dəfə idi ki, ağ adam görürdüm. Yanında oturduğum 
kişi dedi: “Bura sənin yerin deyil”. Sadəcə, zənn edirəm ki, o, 
belə dedi. Çünki ingiliscə bir kəlmə belə bilmirdim. Həyəcanla 
ona baxaraq fikirləşdim: “Ay Allah, bu adam mənə nə deyir? 
Görəsən, o niyə bu rəngdədir?” O, yenə  öz  dediyini, mən isə 
həyəcanlı  baxışımı  təkrar  etdim.  Stüardessa  yaxınlaşaraq 
biletimi əlimdən götürdü. Bu qadın tamamilə çaşbaş qaldığımı 
açıq-aşkar  görürdü.  Qolumdan  tutub  məni  əvvəl  oturduğum 
birinci  klasdakı  oturacaqdan  qaldıraraq  keçiddəki  yerimə 
downloaded from KitabYurdu.org


99 
 
apardı. Yerimə tərəf getdikcə yanından ötdüyüm adamların hər 
biri məni başdan-ayağa süzürdü. O gülümsəyərək mənə yerimi 
göstərdi.  Hamının  nəzərindən  uzaq  olmaq  üçün  cəld  yerimə 
oturub  axmaqcasına  gülümsəyərək  ona  təşəkkür  mənasında 
başımı tərpətdim. 
Bir  az  keçmiş  həmin  qadın  bir  səbət  şirniyyatla  döndü  və 
gülümsəyərək  mənə  uzatdı.  Mənsə  paltarımın  ətəyini  əlimə 
yığaraq,  meyvə  dərirmiş  kimi  o  biri  əlimlə  şirniyyatdan  əl 
dolusu götürüb ətəyimə tökdüm. O qədər aclıq çəkmişdim ki, 
fürsətdən  istifadə  edib  yükümü  tutmaq  istəyirdim.  Kim  bilir, 
bir də nə vaxt yemək tapacaqdım? Əlimi ikinci dəfə uzadanda 
stüardessa səbəti məndən uzaqlaşdırdı, o uzaqlaşdıqca mən də 
onun  arxasınca  uzanaraq  səbəti  tutmağa  çalışırdım.  Onun 
üzündəki  ifadə  sanki  deyirdi:  “Ay  Allah,  bununla  nə 
edəcəyəm?” 
Ətəyimdəki şirniyyatları acgözlüklə yedikcə ətrafımdakı ağ 
adamlara baxırdım. Onlar hamısı gözümə soyuqlamış və xəstə 
kimi  görünürdülər.  İngilis  dilini  bilsəydim,  onlara  deyərdim: 
“Sizə  günəş  lazımdır”.  Fikirləşdim  ki,  yəqin,  bu,  müvəqqəti 
problemdir. Onlar həmişə belə görünə bilməzlər, elə deyilmi?! 
Yəqin,  bu  adamlara  uzun  müddətdir  gün  dəyməyib,  ona  görə 
belə  ağarıblar.  Sonra  qərara  gəldim  ki,  imkan  tapan  kimi 
onlardan  birinə  toxunub  yoxlayacağam.  Fikirləşdim  ki,  bəlkə 
ağ rəngləri silinib gedəcək və altdan qara rəngli dəri görünəcək. 
Təyyarədə  təxminən  doqquz-on  saat  oturduqdan  sonra 
işəməyim  gəldi.  Partlayırdım,  amma  bilmirdim  hara 
getməliyəm. Özümü sakitləşdirməyə çalışaraq: “Bəsdir, Varis, 
yaxşı  fikirləş,  sən  bunu tapa  bilərsən”,  -  deyirdim...  Diqqətlə 
ətrafımdakılara  baxmağa  başladım.  Onlar  bir-bir  durur  və 
downloaded from KitabYurdu.org


hamısı  da  eyni  qapıya  yaxınlaşırdı.  Deməli,  oradır.  Ayağa 
qalxdım  və  içəridəki  adam  çıxan  kimi  qapıya  yaxınlaşdım. 
İçəriyə girib qapını bağladım və ətrafa göz gəzdirdim. Tualeti 
düz  tapmışdım,  amma  indi  mənə  lazım  olan  yeri  tapa 
bilmirdim.  Əlüzyuyana  baxdım,  amma  onun  ola  biləcəyini 
fikirləşmədim.  Sonra  oturacağı  yoxladım,  iylədim  və  iyindən 
hiss  etdim  ki,  deyəsən,  lazımi  yeri,  axır  ki,  tapmışam. 
Sevinərək oturdum və - oxxay! 
Rahatlanaraq  ayağa  qalxdım  və  gördüm  ki,  sidiyim  orada 
qalıb. Bəs indi nə etməliyəm? İstəmirdim məndən sonra kimsə 
gəlib onu orada görsün. Amma nə edim ki, o, orada qalmasın? 
Mən  ingiliscə  danışa,  nə  də  oxuya  bilmədiyimdən  bir 
düymənin  üstündə yazılmış “suyu burax” yazısı mənə heç  nə 
demirdi. Hətta əgər sözü başa düşmüş olsaydım belə, ömrümdə 
heç vaxt tualetə su buraxmağın necə olduğunu görməmişdim. 
Otaqdakı  hər  çıxıntını,  hər  dəstəyi,  hər  mismarı  yoxlayaraq 
fikirləşirdim  ki,  bəlkə  bunlardan  hansısa  mənim  sidiyimi 
aparacaq. Dönə- dönə “suyu burax” düyməsinə baxaraq mənə 
lazım  olan  düymənin  məhz  o  olduğunu  fikirləşirdim.  Amma 
qorxurdum  ki,  birdən  o  düyməni  bassam,  təyyarə  partlayar. 
Moqadişuda  buna  bənzər  söhbətlər  eşitmişdim.  Daimi  siyasi 
qarşıdurmalar olduğundan camaat həmişə düyməyə basmaqla 
partlayışlar 
törətməkdən  danışırdı.  Qorxurdum  ki,  bu  düyməyə  basaraq 
təyyarəni  partladar  və  hamının  ölümünə  səbəb  ola  bilərəm. 
Bəlkə  elə  o  düymənin  üstünə  yazılıb  ki,  “Toxunma!  Təyyarə 
partlayar”.  Fikirləşdim  ki,  yaxşısı  budur,  bir  sidiyə  görə  bu 
riskə  getməyim.  Qapını  döyürdülər,  amma  yenə  də  öz 
“məhsulumu”  beləcə  qoyub  çıxmaq  istəmirdim,  çünki  dəqiq 
downloaded from KitabYurdu.org


101 
 
biləcəkdilər ki, bu, mənim işimdir. 
Plastik  stəkanı  görüb  ürəkləndim  və  onu  su  dolduraraq 
tualetə tökməyə başladım. Fikirləşdim ki, əgər sidiyin rəngini 
su ilə aparsam, məndən sonra girəcək adam unitazın, sadəcə, su 
ilə dolu olduğunu zənn edər. Dayanmadan stəkana su doldurub 
unitaza tökürdüm. Adamlar indi qapını tək döymürdülər, həm 
də  qışqırırdılar.  Mən  hətta  onlara  “Bir  dəqiqə...”  də  deyə 
bilmirdim.  Beləcə,  sakitcə  stəkanla  unitaza  su  tökərək  işimə 
davam edirdim. Su artıq unitazın oturacağına kimi dolmuşdu. 
Bir  damcı  da  artıq  töksəydim,  daşacaqdı.  Amma  heç  olmasa 
onun  içindəki  indi  adi  suya  oxşayırdı.  Özümü  qaydaya  salıb 
qapını açdım. Hələ yaxşı ki, ağır işimi görmədiyimə şükür edib 
başımı  yerə  dikərək  növbəyə  durmuş  adamlann  arasından 
keçdim. 
Təyyarə  Heathrow  aeroportunda  eniş  edəndə  buradan 
qurtulacağım  fikrinin  verdiyi  rahatlıq  yad  ölkədə  yaşamaq 
qorxusunu üstələdi. Ən azı, orada məni xalam gözləyəcəkdi və 
buna  görə  şükür  edirdim.  Təyyarə  aşağıya  düşdükcə 
pəncərədən görünən ağ köpüyə bənzər səma boz rəngə çalmağa 
başladı. Başqa sərnişinlər ayağa qalxanda mən də durdum və 
hara  gedəcəyimi,  nə  edəcəyimi  bilmədən  özümü  təyyarədən 
düşən  adamların  arasına  saldım.  Bu  izdihamın  içi  ilə  bir 
pilləkənə çatanacan getdim. Amma burada bir problem var idi, 
bu  pilləkən  hərəkətli  idi!  Sakitcə  dayanıb  pilləkənə  baxmağa 
başladım. Ətrafımdakı adamlar hər iki tərəfimdən keçərək bir- 
bir  pilləkənə  keçir  və  rahatlıqla  yuxan  qalxırdılar.  Onlara 
baxaraq mən də irəli getdim və eskalatora mindim. Lakin təzə 
səndəllərimdən  biri  ayağımdan  çıxaraq  aşağıda  qaldı. 
“Ayaqqabım! Ayaqqabım!” deyərək Somali dilində qışqırdım 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə