Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   61   62   63   64   65   66   67   68   69

verən çanaq orqanları və sidik sistemi infeksiyalan daxildir. 
Hər il iki milyon balaca qızın eynilə mənim kimi bu prosesi 
yaşadığını təsəvvür edəndə ürəyim parça-parça olur. Həm də 
anlayıram ki, bu zülm hər gün davam etdikcə öz sağlamlığına 
yenidən  qovuşa  bilməyən  mənim  kimi  acıqlı  qadınlar  ordusu 
yetişdirilir. 
Təəssüf  ki,  azalmaq  əvəzinə,  sünnət  olunan  qızların  sayı 
durmadan  artır.  ABŞ-a  və  Avropaya  köçmüş  afrikalılar  bu 
qəddar  ənənəni  özləri  ilə  birlikdə  aparırlar.  Xəstəliklərə 
Nəzarət və Qarşısının Alınması Təşkilatı Nyu-Yorkda yaşayan 
iyirmi  yeddi  min  qadının  bu  proseduradan  keçdiyini  və  ya 
keçəcəyini  hesablayıb.  Bunu  nəzərə  alaraq  ABŞ-ın  bir  çox 
ştatında  qadın  sünnəti  qanunla  qadağan  edilib.  Qanunverici 
komissiyanın üzvləri risk altında olan uşaqları qorumaq üçün 
başqa,  daha  sərt  bir  qanuna  ehtiyac  hiss  edir,  çünki  ailələr 
qızlarını sünnət etdirməyi özlərinin “dini hüquqları” olduğunu 
iddia edir. Çox vaxt Qərbdə yaşayan Afrika toplumlan qaraçı 
qadın  kimi  sünnət  edən  qadınları  Afrikadan  Amerikaya 
gətirmək üçün pul yığırlar. O qadın da bir neçə qızı birdəfəyə 
sünnət  edir.  Bu  mümkün  olmadıqda  ailələr  təşəbbüsü  öz 
əllərinə  alır;  Nyu-  Yorkda  bir  ata  qızının  çığırtısını  heç  kim 
eşidə bilməsin deyə 
musiqi  mərkəzinin  səsini  axıradək  qaldırmış,  steyk  bıçağı  ilə 
qızının cinsi orqanlarını kəsmişdi... 
BMT-nin Xüsusi Səfir olmaq təklifini çox böyük bir fəxrlə 
qəbul  etdim  və  onların  bu  mübarizəsinə  qoşuldum.  BMT-nin 
Əhali Fondunun icraçı direktoru, həkim Nafis Sadik kimi bir 
qadınla işləmək mənim üçün çox böyük bir şərəf olacaqdı. O, 
1994-cü  ildə  Qahirədə  keçirilən  Əhali  və  İnkişaf  üzrə 
downloaded from KitabYurdu.org


265 
 
Beynəlxalq  Konfransda  FGM  məsələsini  qaldıraraq  onun 
əleyhinə  mübarizə  aparan  ilk  qadınlardan  biridir.  Tezliklə 
Afrikaya  səfər  edib  orada  öz  başıma  gələnləri  danışaraq 
BMT-nin bu missiyasına dəstək olacaqdım. 
4 min ildən artıqdır Afrikada qadın sünnəti ənənəsi yaşayır. 
Bəziləri  hesab  edirlər  ki,  bunu  Quran  tələb  edir.  Lakin  bu, 
doğru  deyil,  nə  Quran,  nə  də  İncil  Allaha  xoş  getsin  deyə 
qadınları  kəsməyi  buyurmur.  Bu,  sadəcə  olaraq,  cahil  və 
xudbin  kişilərin  istəyi  ilə  önə  çəkilir  və  tələb  edilir.  Bunu 
etməklə kişilər qadınların cinsi istəklərinə sahibliyi öz əllərinə 
aldıqlarına əmin olurlar. Məhz bu cahil kişilər sünnət olunmuş 
qadınlar  tələb  edirlər.  Sünnət  olunmayan  qız  isə  murdar, 
şəhvətli və əxlaqsız 
hesab  edilir.  Mənim  boya-başa  çatdığım  köçəri  toplumunda 
ərsiz  qadına yer yoxdur, buna görə də analar qızları  üçün bu 
“yaxşı  imkan”ı  yaratmaq  üçün  sünnət  etdirməyi  -  Qərbdə 
ailələrin  qızlarını  yaxşı  məktəbdə  oxutdurduqları  kimi  - 
özlərinə  borc  bilirlər.  Hər  il  milyonlarla  qızın  sünnət 
olunmağının  mövhumat  və  cahillikdən  başqa  heç  bir  səbəbi 
yoxdur. Və bu vəhşi ənənənin qarşısını almaq üçün onun ağrı, 
əziyyət  və  ölüm  kimi  fəsadlarından  daha  tutarlı  bir  dəlil  ola 
bilməz. 
BMT-nin  səfiri  kimi  işləmək  heç  vaxt  fikirləşməyə  belə 
cəsarət  etmədiyim  bir  arzumun  həyata  keçməsi  idi.  Səhrada 
yaşayarkən  həmişə  özümü  ailəmdən  və  digər  köçərilərdən 
fərqli  hesab  etsəm  də,  nə  vaxtsa  dünyanın  problemlərini  həll 
edən  təşkilatda  çalışan  səfir  olacağım  ağlıma  da  gəlməzdi. 
BMT beynəlxalq səviyyədə rahatlıq və təhlükəsizlik verməklə
analar  ailədə  nə  edirlərsə,  onu  edir.  Əvvəllər  dostlarım  mənə 
downloaded from KitabYurdu.org


Mama deyə müraciət edərdilər, bəlkə də bu, BMT-dəki gələcək 
roluma  bir  eyham  idi.  Ana  kimi  hər  kəsin  qayğısına  qalmaq 
istəyirdim deyə onlar mənə sataşırdılar. 
Dostlarımın  əksəriyyəti  Afrikada  bir  fanatik  tərəfindən 
öldürüləcəyimdən narahat olduqlarını deyirlər. Nə olur-olsun, 
bir  çox  fundamentalistin  dini  inanc  hesab  etdiyi  bu  cinayətin 
əleyhinə  danışa  bildikcə  danışacağam.  Əminəm  ki,  bu  çox 
təhlükəli işdir və qorxduğumu etiraf edirəm, illah da indi. Artıq 
qayğısını  çəkməli  olduğum  bir  övladım  var.  Lakin  inancım 
deyir  ki,  iradəli  olmalıyam,  çünki  Allahın  mənə  bu  taleyi 
seçməsinin  bir  səbəbi  var  idi.  Bu,  İlahinin  mənə  tapşırığı, 
mənimsə  missiyamdır.  İnanıram  ki,  mən  dünyaya  gəlməzdən 
çox əvvəl Allah öləcəyim günü də seçib və taleyimi dəyişmək 
mənim əlimdə deyil. 
20 
Female  Genital  Mutilation.  Bundan  sonra  FGM 
olaraq istifadə ediləcək. 
21 
İnfibulation  (ing.)  -  Xarici  və  daxili  cinsiyyət 
dodaqlarının  eyni  zamanda  klitorun  tamamilə  kəsilib 
götürülməsi. Bu üçüncü növ qadın sünnəti hesab edilir. 
22  Neyroma - Sinir toxumalarının şişləri 
ı8. VƏTƏN QAYĞILARI 
Qadın sünnətini tənqid etdiyim üçün bəzi insanlar fikirləşirlər 
ki,  mən  öz  mədəniyyətimizə  dəyər  vermirəm.  Lakin  bu, 
tamamilə  yalnış  fikirdir.  Hər  gün  Afrikadan  olduğum  üçün 
Allaha şükür edirəm. Hər gün! Somalidən olmağımla, somalili 
olmağımla  fəxr edirəm. Başqa millətlər bunu Afrika tərzində 
fikirləşmək hesab edə bilərlər - çünki bu, heç nə ilə fəxr etmək 
deməkdir. Bəlkə də bunu özündənrazılıq adlandıracaqsınız. 
Sünnət  hadisəsindən  başqa,  boya-başa  çatdığım  heç  nəyi 
downloaded from KitabYurdu.org


267 
 
dəyişmək  istəməzdim.  Nyu-Yorkda  yaşayan  hər  kəs  ailə 
dəyərlərindən danışsa da, bunu çox cüzi şəkildə hiss etmişəm. 
Bizim kimi mahnı oxuyaraq, gülərək, əl çalaraq, mehriban yola 
gedən  ailələrə  heç  rast  gəlməmişəm.  Burada  insanlar  bir- 
birilərindən  təcrid  olunublar,  bir  topluma  aid  olmaq  anlayışı 
yoxdur. 
Afrikada böyüməyin başqa bir üstünlüyü saf təbiətin, təmiz 
həyatın bir parçası olmaqdır. Təbiəti çox yaxşı anlayırdım, 
çünki ondan özümü müdafiə etmirdim və bu, həqiqi həyat idi, 
televiziyada  gördüyüm  bəzi  insanların  yaşadığı  süni, 
dəyişdirilmiş  həyat  deyildi.  Lap  başlanğıcdan  məndə  yaşama 
instinkti  var  idi,  ağrı  və  sevinc  hisslərini  eyni  zamanda 
mənimsəmişdim.  Öyrənmişdim  ki,  xoşbəxtlik  nəyəsə  sahib 
olmaq hissi deyil, çünki mənim heç vaxt heç nəyim olmamışdı, 
amma çox xoşbəxt idim. Həyatımın ən qiymətli dövrü ailəmlə 
birlikdə  olduğum  vaxtlar  idi.  Yeməyimizi  yedikdən  sonra 
ocağın başına yığılaraq söhbət etdiyimiz, ən kiçik şeylərə belə 
gülüşdüyümüz o axşamlan, yağış başlayanda təbiətin yenidən 
doğulmasım qeyd etdiyimiz o günləri tez-tez xatırlayıram. 
Somalidə yaşayarkən biz həyatımızdakı ən kiçik şeylərə də 
dəyər  verirdik.  Yağışın  yağmasını  qeyd  edirdik,  çünki  bu, 
suyumuzun  olacağı,  həyatın  yenidən  canlanacağı  demək  idi. 
Nyu-Yorkda  suya  görə  kim  narahat  olur?  Mətbəxdə  gedib 
başqa bir iş görərkən qoy o özü üçün axsın. Ehtiyacın olanda 
kranı  açırsan,  su  gəlir.  Nəyinsə olmayanda  onun  əsl  dəyərini 
bilirsən və bizim heç nəyimiz olmadığından hər şeyə çox önəm 
verirdik, dəyərləndirirdik. 
Ailəm  hər  gün  yemək  tapmaq  üçün  mübarizə  apanrdı.  Bir 
kisə  düyü  ala  bilməyimiz  bizimçün  önəmli  bir  hadisə  idi. 
downloaded from KitabYurdu.org


Amerikadakı  ərzaq  çoxluğu  və  növləri  üçüncü  dünya 
ölkələrindən  gələn  millətlər  üçün  heyrətləndirici  görünür. 
Amma amerikalıların çoxu köklükdən əziyyət çəkdikləri üçün 
yeməkdən  imtina  edir.  Dünyanın  bir  tərəfində  insanlar 
aclıqdan,  başqa  bir  tərəfində  isə  toxluqdan  əziyyət  çəkirlər, 
arıqlamaq  üçün  pul  xərcləyirlər...  Televizorda  bu  mövzuda 
reklamlara  baxanda  deyirəm:  “Arıqlamaq  istəyirsinizsə, 
Afrikaya  gedin!  Başqalarına  kömək  etməklə  çəkinizi 
azaltmağa necə baxırsınız? Özünüzü həm də gümrah və fərqli 
hiss edəcəksiniz. Sizə söz verirəm ki, geri qayıdanda nə qədər 
şey  öyrəndiyinizi  görəcəksiniz.  Zehniniz  evdən  çıxarkən 
olduğundan daha açıq olacaq”. 
Bu gün də kiçik şeylərin qədrini bilirəm. Hər gün möhtəşəm 
evləri, bəzən bir neçə evi, maşınları, qayıqları, daş- qaşları olan 
neçə  adamla  rastlaşıram.  Sanki  növbəti  dəfə  aldıqları  əşya, 
nəhayət ki, onlara xoşbəxtlik və rahatlıq nəsib edəcək. Amma 
məni xoşbəxt etmək üçün brilyant qaşlı üzüyə 
ehtiyacım yoxdur. Mənə deyirlər ki, indi istədiyin hər bir şeyi 
almağa imkanın çatır deyə belə demək sənə asan gəlir. Lakin 
mən, doğrudan da, heç nə istəmirəm. Həyatda həyatın özündən 
başqa  daha  dəyərli  olan  yeganə  nemət  sağlamlıqdır.  Lakin 
insanlar  bütün  mənasız  şeylər  üçün  narahatlıq  keçirərək  öz 
qiymətli  sağlamlıqlarını  korlayırlar  -  “Oh,  bax yenə  işıq  pulu 
gəldi,  qaz  pulu  da  gəldi,  xərclər  getdikcə  artır...  onların 
hamısını necə ödəyəcəyəm?” ABŞ dünyanın ən varlı ölkəsidir, 
lakin  yenə  də  bu  ölkənin  vətəndaşları  özlərini  kasıb  hesab 
edirlər! 
Hər kəs puldan çox vaxt çatışmazlığından şikayətlənir. Heç 
kimin  heç  nəyə  vaxtı  çatmır.  Vaxt  yoxdur.  “Yolumdan  çəkil, 
downloaded from KitabYurdu.org


269 
 
tələsirəm!” Küçələr ora-bura şütüyən adamlarla doludur, Allah 
bilir, nəyin dalınca tələsirlər. 
Hər  iki  həyatı  -  sadə  və  sürətli  həyatı  yaşadığım  üçün 
məmnunam. 
Lakin 
Afrikada 
boya-başa 
çatmasaydım, 
bilmirəm, sadə həyat tərzindən bu qədər həzz ala biləcəkdim, 
ya  yox.  Somalidəki  uşaqlığım  mənim  şəxsiyyətimi  ömürlük 
formalaşdınb,  bir  çox  insanlann  gözlərini  kor  edən  şöhrət  və 
müvəffəqiyyət kimi əhəmiyyətsiz şeylər məni qəti 
maraqlandırmır.  Məndən  tez-tez  soruşurlar  ki, məşhur  olmaq 
necə  hissdir?  Mənsə,  sadəcə,  gülürəm.  Məşhur  nə  deməkdir? 
Bunun  nə  demək  olduğunu  belə  bilmirəm.  Bildiyim  tək  şey 
afrikalı kimi düşünməyimdir və bu, heç zaman dəyişməyəcək. 
Qərbdə  yaşamağın  ən  böyük  üstünlüyü  burada  sülhün 
bərqərar olmasıdır və əminəm ki, insanların çoxu bunun necə 
böyük səadət olduğunu anlamır. Doğrudur, cinayətlər baş verir, 
lakin  bu,  müharibə  ilə  eyni  tutula  bilməz.  Burada  sığınacaq 
tapıb  övladımı  təhlükəsizlikdə  böyüdə  bildiyim  üçün  şükür 
edirəm,  çünki  1991-ci  ildə  hərbi  diktator  Siad  Barreni 
hakimiyyətdən  salmaq  üçün  qiyamlar  başladıqdan  sonra 
Somali davamlı döyüş meydanına çevrilmişdi. Rəqib tayfalar 
hakimiyyət uğrunda vuruşmağa başladıqdan bəri neçə insanın 
öz 
həyatını 
itirdiyini 
heç 
kim 
bilmir. 
İtaliyalı 
müstəmləkəçilərin  tikdiyi  ağ  binalı  gözəl  Moqadişu  viran 
edilib.  Demək  olar  ki,  hər  bir  binada  yeddi  il  aramsız  davam 
edən döyüşlərin izləri var, binalar bombalanıb, ya da ən yaxşı 
halda  gülləbaran  edilib.  Şəhərdə  artıq  əvvəlki  nizamdan 
əsər-əlamət qalmayıb: nə hakimiyyət, nə polis, nə də məktəblər 
var. 
Ailəmin  bu  müharibədən  sağ-salamat  qurtula  bilməməsi 
downloaded from KitabYurdu.org


məni çox məyus edir. Anama çox oxşayan və onun kimi məzəli 
olan  Voldab  dayım  Moqadişuda  evinin  pəncərəsindən 
baxarkən  güllələnərək  qətlə  yetirilib.  Onun  yaşadığı  bina 
darmadağın  edilib  və  pəncərədən  evə  girən  güllə  dayımın 
ölümünə səbəb olub. 
Hətta  səhra  köçəriləri  də  bu  müharibədən  əziyyət  çəkirlər. 
Qardaşım  Əli  ilə  Efiopiyada  görüşəndə  o  yaralanmışdı  və 
ölümün  pəncəsindən  çətinliklə  qurtula  bilmişdi.  Dəvələri  ilə 
səhradan  keçərkən  pusquda  dayanan  quldurlar  onu  qolundan 
yaralamışdılar.  Əli  özünü  ölülüyə  vuraraq  yerə  uzanıb, 
quldurlar isə bütün dəvələri özləri ilə aparıblar. 
Anamı  Efiopiyada  görəndə  mənə  demişdi  ki,  döyüş 
meydanında aralıqda qaldığından yaralanıb, sinəsində hələ də 
bir  güllə  daşıyır.  Bacım  onu  Səudiyyə  Ərəbistamndakı  bir 
xəstəxanaya  apanb,  lakin  əməliyyat  təhlükəli,  anam  isə  çox 
yaşlı  olduğu  üçün  əməliyyatdan  sağ  çıxma  ehtimalının  aşağı 
olduğunu bildiriblər. Amma, bununla belə, anamla görüşəndə 
o, dəvə kimi güclü görünürdü. O, həmişə olduğu kimi dəmir 
iradəli Mama idi və güllələnməyi haqqında gülməli zarafatlar 
edirdi. Ondan soruşanda ki, güllə hələ də sinəndədir, deyirdi, 
hə, hə, buradadır. Amma onu heç hiss etmirəm, yəqin, çoxdan 
əritmişəm. 
Bu  tayfa  müharibələri  sünnət  ənənəsi  kimi  kişilərin 
xudbinliyindən, 
qəzəbindən 
və 
mənəm-mənəmliyindən 
qaynaqlanır.  Bu  cür  danışmağa  nifrət  edirəm,  lakin  bu,  acı 
həqiqətdir.  Hər  iki  əməlin  kökündə  onlann  əraziyə  sahiblik, 
qadına  sahiblik  iddiaları  durur.  Bəlkə  də  onların  xayalarını 
kəssək, Somali cənnətəbənzər bir məkan olar! Kişilər sakitləşər 
və bəşəriyyətə qarşı daha həssas yanaşarlar. Testesteronun belə 
downloaded from KitabYurdu.org


271 
 
davamlı coşqunluğu olmasa, heç bir müharibə, heç bir qətl, heç 
bir zorlama və oğurluq da olmaz. Əgər onların o gizli yerlərini 
kəsib təkbaşına buraxsaq, onlar ya qanaxmadan ölər, ya da sağ 
qalarlar və bəlkə o zaman, nəhayət ki, qadınlara nə etdiklərini 
anlayarlar. 
Mənim  əsas  məramım  Afrikadakı  qadınlara  kömək 
etməkdir. Onları zəif yox, güclü görmək istəyirəm, çünki FGM 
onları fiziki və mənəvi cəhətdən çox zəiflədir. Qadınlar 
Afrikanın  bel  sütunu  olduqlarından  ailənin  əsas yükü  onların 
üzərinə  düşür.  Uşaq  vaxtı  onları  amansızca  kəsərək  ömürlük 
şikəst  etməsələr,  necə  bacarıqlı  ola  biləcəklərini  təsəvvür 
etməyə çalışıram. 
Mənə  edilənlərə  görə  hələ  də  acıqlı  olsam  belə, 
valideynlərimi  günahlandırmıram.  Anamı  və  atamı  çox 
sevirəm.  Anamın  sünnət  olunmağıma  etiraz  etməyə  hüququ 
yox  idi,  çünki  qadın  olaraq  ona  qərar  qəbul  etmək  haqqı 
verilmir. O, sadəcə, ona edilən şeyi mənə də edirdi, eynilə onun 
anasına və anasının anasına edildiyi kimi. Atam isə çəkdiyim 
əziyyətlərə tamamilə etinasız yanaşırdı, çünki bilirdi ki, Somali 
cəmiyyətində bir ata öz qızını ərə vermək istəyirsə, həmin qız 
mütləq sünnət olunmalıdır, yoxsa heç bir kişi onunla evlənməz. 
Valideynlərimin hər ikisi, sadəcə, min illərdir daşlaşmış adət- 
ənənələrin hökm sürdüyü bir yerdə boya-başa çatmaqla onun 
qurbanı  olub.  Bildiyimiz  kimi,  bu  gün  xəstəliklərdən  və 
ölümdən  peyvənd  olunmaqla  qoruna  bilirik.  Qadınlar  qızmar 
günün altında dayanan heyvan deyillər və onlann sədaqəti 
inam və sevgi ilə qazanılmalıdır, vəhşi ənənələrlə yox. Artıq bu 
əzablı qədim ənənədən qurtulmağın vaxtı çoxdan çatıb. 
Mənə  elə  gəlir  ki,  Allah  insanı  mükəmməl  bədən  quruluşu 
downloaded from KitabYurdu.org


ilə  yaradıb.  Onun  bəndəsi  isə  bütün  gücümü  əlimdən  alaraq 
məni şikəst etdi. Qadınlığım əlimdən alındı. Bunları artıq hesab 
etsəydi, Allah niyə yaradırdı ki? 
Daim  dua  edirəm  ki,  gün  gəlsin,  heç  bir  qadın  belə  ağrı 
çəkməsin və bu çox keçmişdə qalmış bir ənənə olsun. Desinlər 
ki,  “Eşitmisiniz,  qadın  sünnəti  Somalidə  qanunla  qadağan 
edilib?”  Bütün  dünyadakı  qadınlar  özlərini  təhlükəsiz  hiss 
edənədək,  tək  Somalidə  yox,  elə  başqa  ölkələrdə  də...  O  gün 
necə xoş bir gün olar! Və mən var gücümlə buna nail olmağa 
çalışıram. İnşallah, Allahın köməyi ilə o gün tez çatar. 
SON 
downloaded from KitabYurdu.org

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə