Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   59   60   61   62   63   64   65   66   ...   69

Həmin  payız  Parisdəki  nümayişlərə  qatıldım,  amma 
Londondakı  tədbirlərə  getməmək  qəranna  gəldim  və  birbaşa 
Nyu-Yorka  qayıtdım.  İlk  dəfə  olaraq  özümə  mənzil  almağı 
qərarlaşdırdım.  Mənzil  axtardığım  müddətdə  yaxın  dostum 
Corcun evində qalırdım. Bir gün Corcun dostlarından biri olan 
Lusiyanm ad günü idi. Lusiya ad gününü şəhərdə qeyd etmək 
istəsə  də,  Corc  yorğun  və  səhər  tezdən  işə  getməli  olduğunu 
deyərək onunla getmədi. Lusiyanı ad günündə tək qoymamaq 
üçün onunla getdim. 
Biz  evdən  çıxıb  hara  gedəcəyimizi  bilmədən  yola  düşdük. 
Səkkizinci prospektə çatanda dayandım və əvvəllər yaşadığım 
evlərdən birini göstərərək dedim: 
- Mən  o  caz  klubunun  üstündəki  mənzildə  yaşamışam. 
Oradan həmişə gözəl musiqi səsləri gəlirdi, amma heç vaxt ora 
getməmişəm.  -  Orada  dayandığımız  vaxt  ərzində  də  içəridən 
musiqi səsi eşidilirdi. - Ey, gəl içəri girək! İstəmirsən? 
-  Yox. Mən Nell kafesinə getmək istəyirəm. 
- Gəl  bura  da  baxaq.  Görək  necə  yerdir?  Onların  musiqisi 
çox xoşuma gəlir, lap oynamaq istəyirəm. 
Lusiya  könülsüz  razılaşdı.  Balaca  klubun  dar  pillələri  ilə 
aşağı  düşdük  və  düz  qarşımızda  caz  qrupunu  gördük.  Düz 
onların qarşısında dayandım. İlk gördüyüm adam zərbdə çalan 
oğlan oldu. Qaranlıq otaqda fırlanan işıq onun üzünə düşürdü. 
O  çalmağa  davam  edir,  mən  isə  dayanıb  gözlərimi  ondan  - 
çəkmirdim.  Onun  bir  az  həyəcanlı  və  yetmişinci  illərin 
afrikalısım  xatırladan  görünüşü  var  idi.  Lusiya  mənə 
yaxınlaşanda  dedim:  “Yox,  yox,  getmirik.  Otur  nəsə  içək. 
Burada bir az ləngimək istəyirəm”. Qrup çox gözəl ifa edirdi, 
mən dəli kimi oynamağa başladım. Bir azdan Lusiya və oturub, 
downloaded from KitabYurdu.org


241 
 
sadəcə,  musiqi  dinləyən  adamlar  da  yerlərindən  qalxıb  bizə 
qoşuldular. 
Oynamaqdan  isinmiş  və  susamışdım.  İçki  götürüb  bir 
qadınla üzbəüzdə oturdum. 

Oh, necə gözəl ifa edirlər! Onlar kimdir, tanımırsınız? 
- Yox, 
tanımıram,  onlar  müvəqqəti  olaraq  qrup 
halındadırlar. Onlardan biri, saksafonçalan mənim ərimdir. 
-  Bəs zərbçalan kimdir? 
O gülümsədi: 
-  Bağışla, amma kim olduğunu bilmirəm. 
Bir  neçə  dəqiqədən  sonra  ifaçılar  fasilə  etdilər.  Zərbçalan 
oğlan yanımızdan ötərkən bu qadın onun qolundan tutub dedi: 
-  Bağışlayın, rəfiqəm sizinlə tanış olmaq istəyir. 
-Hə? O kimdir? 
-  Bu, - deyərək məni qabağa itələdi. 
Elə  utanmışdım  ki,  nə  deyəcəyimi  bilmirdim.  Nəhayət,  bir 
neçə dəqiqə dinməz dayandıqdan sonra dedim: 
-  Salam. - Çalış təmkinli olasan, Varis. - İfanızı və musiqini 
çox bəyəndim. 
-  Təşəkkürlər. 
-  Adınız nədir? 
-  Dana, - deyib utanaraq kənara boylandı. 
-  Oldu. 
O, sadəcə, çevrilib getdi... Lənətə gələsən! Lakin ondan belə 
asanlıqla əl çəkmək fikrində deyildim, arxasınca getdim. Gedib 
həmkarlarının yanında oturanda yaxınlaşıb mən də onun 
yanındakı  stulda  oturdum.  Zərbçalan  oğlan  çevrilib  yanında 
məni oturmuş görəndə yerindən qalxdı, mən isə onu danlamağa 
başladım: 
downloaded from KitabYurdu.org


- Mən  səninlə  danışmırdım?  Kobudluq  etdin.  Sözümü 
ağzımda qoyub getdin. 
Dana çaşqınlıqla üzümə baxdı, sonra birdən şaqqanaq çəkib 
güldü. Özünü toparlamağa çalışaraq soruşdu: 

Adın nədir? 
- Daha nə mənası var? - üzümü kənara çevirib əda ilə dedim. 
Lakin  o,  yenidən  qayıdıb  çalmağa  başlayana  qədər  biz 
oradan-buradan söhbət etdik. 

Gedirsən? Bura kiminlə gəlmişdin? 

Rəfiqəmlə. Orada adamların arasındadır. 
Növbəti fasilədə o dedi ki, bir neçə ifaları qalıb, ondan 
sonra  əgər  istəsəm,  bir  yerdə  harasa  gedə  bilərik.  O  fasilədə 
olarkən isə biz hər mövzuda söhbət edirdik. Nəhayət, dedim: 
- Bura  çox  havasızdır.  Nəfəs  ala  bilmirəm.  Çıxmaq 
istəmirsən? 

Olar. Çıxıb pilləkəndə otura bilərik. 
Pilləkənin başına çatanda o, qəfildən dayandı və dedi: 
- Sənə bir söz deyə bilərəm? İcazə verirsən səni qucaqlayım? 
Niyəsə mənə elə gəldi ki, bu ən təbii istəkdir. Ona baxdım və 
özüm onu bərk-bərk qucaqladım. Və mən artıq bilirdim ki, bu 
“o”dur!  Londona  getmək  istədiyimi,  modelliyi  başlamalı 
olduğumu hiss etdiyim kimi, bunu da hiss etdim. Əmin idim ki, 
bu  utancaq  və  həyəcanlı  afrikalı  oğlan  mənim  olacaqdı.  O 
axşam artıq gec olduğu üçün harasa gedə bilmədik, buna görə 
ona Corcun nömrəsini verdim və sabah zəngini gözləyəcəyimi 
dedim: “Səhər bir neçə görüşüm var, amma saat üçdə zəngini 
mütləq  gözləyəcəyəm.  Oldumu?”  Onun  zəng  vurub- 
vurmayacağım, sadəcə, yoxlamaq istəyirdim. 
Sonralar  mənə  dedi  ki,  həmin  axşam  evə  gedəndə  metroya 
downloaded from KitabYurdu.org


243 
 
minibmiş.  Stansiyada  gözlədiyi  vaxt  böyük  bir  reklam 
lövhəsində  ona  baxan  şəklimi  görübmüş.  Buna  əvvəllər  heç 
vaxt fikir verməyibmiş, bilmirdi ki, mən modeləm. 
Ertəsi gün dördə iyirmi dəqiqə işləmiş o, zəng vurdu. Cəld 
yerimdən qalxıb dəstəyi götürdüm. 

Gec zəng vurmusan. 

Bağışla. Axşam yeməyi üçün görüşmək istərdinmi? 
Biz balaca bir kafedə görüşdük və doyunca söhbət etdik. 
İndi  onu  tanıdıqca  görürəm  ki,  o,  tanımadığı  adamlarla  necə 
təmkinli  və  sakit  davranır.  Birdən  gülməyə  başladım.  Dana 
çaşbaş halda üzümə baxdı. 

Nəyə gülürsən? 

Dəli olduğumu fikirləşəcəksən. 

De görək. Onsuz da elə fikirləşirəm. 
- Mənim  səndən  uşağım  olacaq.  -  O,  nə  vaxtsa  doğmaq 
istədiyim  körpəmin  atası  olmaq  xəbərini  eşitməkdən  heç  də 
məmnun  görünmədi.  Gözlərini  üzümə  zilləyib  sanki  deyirdi: 
bu  qadın,  həqiqətən  də,  dəlidir.  -  Bilirəm,  sənə  qəribə  gəlir, 
sadəcə, demək istədim. Boş ver, unut getsin. 
O,  dinməzcə  gözlərini  mənə  zilləmişdi.  Aşkar  şoka 
düşmüşdü  və  bu,  qətiyyən  təəccüblü  deyildi.  Onun  hələ  heç 
soyadını belə bilmirdim. Sonralar o vaxt nə fikirləşdiyini mənə 
dedi: “Bunu bir daha görmək istəmirəm. Bu qadından tezliklə 
canımı  qurtarmalıyam.  O,  kimisə  əlinə  keçirməyə  çalışan 
həyasızın biridir”. 
Yeməkdən sonra Dana məni evə ötürdü, lakin yolboyu heç 
nə  danışmadı.  Ertəsi  gün  onunla  belə  bir  axmaq  zarafat 
etdiyimə  görə  özümə  nifrət  etdim.  Amma  o  vaxt  bu,  bölüşə 
biləcəyim  ən  təbii  söz  kimi  gəlirdi.  Sanki  “Bu  gün  yağış 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə