Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   56   57   58   59   60   61   62   63   ...   69

“Davam  edin...  siz  işinizdə  olun...  mən  qayıdacağam...”  - 
dedim. Qaçdıqca qaçdım, sonra yerə toxunaraq ovcumun içinə 
torpaq  yığdım,  barmaqlarımın  arasında  ovxaladım.  Ağaclara 
toxundum. Quru və tozlu idi, amma bilirdim ki, tezliklə yağış 
mövsümü  başlayacaq  və  ağaclar  çiçəkləyəcək.  Havanı 
ciyərlərimə  çəkdim,  ondan  uşaqlıq  xatirələrimin  qoxusu 
gəlirdi,  doğma  hesab  etdiyim  bu  səhra  bitkiləri,  bu  qırmızı 
qumdan  illərlə  ayrı  qalmışdım.  İlahi,  bura  mənim  doğma 
yurdumdur.  Vətənimdə yenidən olmaq  sevincindən  ağlamağa 
başladım. Bir ağacın altında oturdum. Aid olduğum torpaqlara 
yenidən qayıtdığım və həm də çox darıxdığım üçün eyni anda 
sevinc və 
kədərqarışıq  bir  hiss  keçirirdim.  Ətrafa  göz  gəzdirərək 
vətənimdən uzaqda necə yaşaya bildiyimi anlamağa çalışdım. 
Bu  sanki  indiyədək  açmağa  cəsarət  etmədiyim  bir  qapını 
aralamaq və orada unutduğum ən əziz əşyamı tapmağa bənzər 
bir  hiss  idi.  Mən  kəndə  qayıdanda  hamı  ətrafıma  toplaşaraq 
əlimi sıxır və “Xoş gəldin, bacı” deyirdilər. 
Məlum  oldu  ki,  heç  də  hər  şey  gözlədiyimiz  kimi  deyil. 
Anam olduğunu iddia edən o qadın anam deyildi və ailəmi necə 
tapmaq lazım olduğunu da heç kim bilmirdi. BBC-nin çəkiliş 
heyəti  ikinci  dəfə  ora  qayıtmaq  üçün  kifayət  qədər  büdcələri 
olmadığından ümidsiz vəziyyətdə idi. Qerri isə israrlı idi: “Bu 
hissə  olmadan  mümkün  deyil.  Yanmçıq  filmin  mənası  da 
olmayacaq. Boş yerə əziyyət çəkmiş olacağıq”. 
Kəndi  ələk-vələk  etdik.  Hamıdan  ailəm  haqqında  nəsə 
eşitdiklərini  və  ya  hər  hansı  bir  məlumatları  olub-olmadığmı 
soruşurduq. Orada hansı səbəbdən olduğumuz tezliklə hamıya 
bəlli oldu. Buna görə də hamı bizə kömək etməyə çalışırdı. Bir 
downloaded from KitabYurdu.org


229 
 
gün axşamtərəfi orta yaşlı bir kişi mənə yaxınlaşıb dedi: 
- Məni xatırlayırsan? 
-Yox. 
-  Mən  İsmayılam.  Atanla  eyni  tayfadanam,  onun  yaxın 
dostuyam. 
Sonradan  onun  kim  olduğunu  xatırladım  və  balaca  uşaq 
olandan  bəri  onu  görməsəm  də,  tanımadığıma  görə  utandım. 
“Deyəsən,  ailənin  harada  olduğunu  bilirəm,  ananı  da  tapa 
bilərəm, amma yanacaq almaq üçün mənə bir az pul lazımdır”. 
O dəqiqə fikirləşdim: “Yox. Bu adama necə etibar edə bilərəm? 
Bu  adamların  hamısımı  bizə  kələk  gəlmək  istəyir?  Ona  pul 
versəm,  götürüb  aradan  çıxacaq  və  bir  daha  gözə 
görünməyəcək”.  O  davam  etdi:  “Maşınım  oradadır,  amma  o 
qədər də...” 
İsmayıl öz pikapım göstərdi, belə bir maşına ancaq Afrikada, 
ya  da  Amerikanın  zibilliklərində  rast  gəlmək  olardı.  Sərnişin 
oturan  tərəfdə  şüşə  çat-çat  idi,  sürücü  tərəfdə  isə  şüşə 
ümumiyyətlə yox idi. Bu o demək idi ki, maşını sürdükcə qum 
və milçək onun üz-gözünə dolacaqdı. Təkərlər yolsuz yerlərlə 
sürülməkdən cırılmışdı, deşik-deşik idi. Maşının kuzovunu isə 
sanki kimsə çəkiclə döyəcləmişdi. Başımı yellədib dedim: 

Bir dəqiqə gözləyin, onlarla danışmalıyam. 
-  Qerrini  tapdım.  -  O  kişi  ailəmin  yerini  bilir.  Lakin  onlan 
axtarmaq üçün yanacağa pul lazımdır. 

Yaxşı, biz ona necə inana bilərik? 
- Haqlısan, amma bəxtimizi bir də sınayaq. Başqa yolumuz 
yoxdur. 
Onlar razılaşdılar və ona bir az pul verdilər. Kişi maşınına 
mindi  və  arxasında  toz  dumanı  buraxaraq  dərhal  yola  düşdü. 
downloaded from KitabYurdu.org


Qerrinin üzündəki ümidsizlik ifadəsi sanki deyirdi: “Bu pul da 
belə getdi”. 
Əlimi kürəyinə qoyub təsəlli verdim: “Narahat olma, anamı 
tapacağıq. Söz verirəm. Üç günə tapacağıq”. Peyğəmbərliyim 
çəkiliş heyətini bir balaca rahatlatdı. Təyyarə bizim dalımızca 
səkkiz  gündən  sonra  gələcəkdi.  Cəmi  səkkiz  gün...  Pilotlara 
deyə  bilməzdik  ki,  “Hə,  bir  də  gəlməli  olacaqsınız,  biz  hələ 
hazır  deyilik”.  Əddis-Əbəbədən  Londona  biletimiz  də  artıq 
alınmışdı,  getməyə  məcbur  idik  və  bu,  son  olacaqdı.  Ya 
Mamalı, ya da Mamasız! 
Kəndlilərlə alaçıqda qalır, onlarla birlikdə yeyir, vaxtımı pis 
keçirmirdim.  Amma  bunu  ingilislər  barədə  deyə  bilmərəm. 
Onlar  yatmaq  üçün  pəncərəsiz  bir  ev  tapıb  bütün  günlərini 
səyyar yataq kisələrinin üstündə keçirirdilər. Özləri ilə kitablar 
və  fanar  gətirmişdilər,  lakin  gecələr  ağcaqanadların  əlindən 
yata  bilmirdilər.  Yedikləri  isə  ancaq  konservləşdirilmiş  lobya 
idi.  Yeməyə  başqa  heç  nələri  olmadığından  lobyadan  artıq 
iyrənirdilər. 
Bir  gün  günorta  somalili  bir  kişi  onlara  qonaqlıq  vermək 
qəranna gəldi və gözəl bir çəpiş tutub gətirdi. Onlar isə keçini 
tumarlamağa  başladılar.  Bir  az  keçmiş  kişi  keçini  dərisi 
soyulmuş halda gətirərək fəxrlə dedi: “Bu da sizin naharınız!” 
Onlar  şoka  düşdülər,  lakin  heç  nə  demədilər.  Qazan  tapdım, 
ocaq  qalayaraq  keçini  düyü  ilə  bişirdim.  Somalili  getdikdən 
sonra ingilislər dedilər: 

Elə bilirsən biz bunu yeyə biləcəyik? 

Əlbəttə, yeyəcəksiniz. Niyə də yox? 

Oh, Varis, qətiyyən. 

Yaxşı, onda niyə onu kəsməyə aparanda dillənmədiniz? 
downloaded from KitabYurdu.org


231 
 
Dedilər  ki,  bu,  kobudluq  olardı,  çünki  kişi  qonaqpərvərlik 
etmək istəyirdi. Lakin o heyvanı tumarlayıb əzizlədikdən sonra 
onu yeyə bilmərik. Onlar yeməyə toxunmadılar. 
Anamı  tapmaq  üçün  qoyduğum  üçgünlük  müddət  heç  bir 
ipucu  olmadan  keçib-  getdi.  Qerri  getdikcə  daha  çox  narahat 
olmağa  başlamışdı.  Onları  anamın  gələcəyinə  inandırmağa 
çalışdım,  lakin  mənim,  sadəcə,  boş  xəyallar  qurduğumu 
fikirləşirdilər.  “Baxın,  anam  sabah  axşam  saat  altıya  qədər 
burada  olacaq”.  Bu  inamın  məndə  haradan  olduğunu 
bilmirdim, amma nədənsə belə olacağına əmin idim... 
Qerri  və  heyəti  məni  əvvəlki  proqnozuma  görə  cırnatmağa 
başladılar:  “Nə?  Düz  deyirsən?  Haradan  bilirsən?  Bəs  necə, 
Varis  bilir!  O,  hər  şeyi  əvvəlcədən  hiss  edir!  Yağışın 
yağacağını təxmin etdiyi kimi!” Onlar mənə gülürdülər, çünki 
havanın qoxusundan yağışın yağacağını təxmin etmişdim. 
- Yağış yağdı axı, yağmadı ki? 
- Eh, Varis, sadəcə, bəxtin gətirdi. 
- Bunun  bəxtlə  heç  bir  əlaqəsi  yoxdur.  Mən  öz 
yurdumdayam və bura aid olan şeylərdən başım çıxır. Biz 
burada  instinktlərimizlə  sağ  qalmağı  bacanrıq,  əzizlərim.  - 
Onlar  bir-birilərinə  baxmağa  başladılar.  -  Yaxşı.  İnanmırsız 
inanmayın. Sabah saat altıda görəcəksiniz. 
Ertəsi gün oturub yaşlı bir qadınla söhbət edirdim. Altıya on 
dəqiqə qalmış Qerri qaça-qaça yanıma gəldi. 

Buna inanmayacaqsan! 

Nəyə? 
- Anan  -  məncə,  anan  buradadır.  -  Yerimdən  qalxıb 
gülümsədim. - Amma əmin deyilik. O kişi yanında bir qadınla 
qayıdıb və deyir ki, qadın sənin anandır. Gəl bax. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə