Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   54   55   56   57   58   59   60   61   ...   69

- Təəssüf  edirəm,  amma  biz  qərar  verməliyik,  bunun  üçün 
məlumata  ehtiyacımız  var.  -  Beləcə,  Trinidadda  tanımadığım 
bir adamın evində oturub Londondakı tanımadığım bir adama 
həyat  hekayəmi  danışmağa  başladım.  -  Yaxşı,  əla.  Varis,  biz 
səninlə yenidən əlaqə saxlayacağıq. 
İki gün sonra o kişi yenə Monika xalanın evinə gəlməli oldu. 
“Varisə  zəng  var”.  Çiyinlərimi  çəkdim,  başımı  yellədim  və 
küçə  boyunca  onun  arxasınca  getdim.  BBC-dən  Qerri  idi: 
“Bəli, Varis, biz, həqiqətən də, sənin həyatın haqda sənədli film 
hazırlamaq  istəyirik.  “Həyatımın  dəyişdiyi  gün”  adlı 
yarımsaatlıq film olacaq”. 
Agentlikdən  edilən  birinci  zənglə  BBC-dən  gələn  ikinci 
zəng  arasında  bu  sənədli  film  haqqında  düşünürdüm.  “Yaxşı, 
qulaq  asm,  Qerri,  sizinlə  razılığa  gəlmək  istəyirəm.  Məni 
Somaliyə  aparıb  anamı  tapmağa  kömək  edəcəksinizsə,  bu 
filmin çəkilişinə razı olacağam”, - dedim. Vətənimə - Afrikaya 
qayıdışımın  onun  filmi  üçün  gözəl  bir  yekun  ola  biləcəyini 
fikirləşən  Qerri  təklifimlə  razılaşdı.  Qerri  Londona  qayıdan 
kimi  ona  zəng  vurmağımı  xahiş  etdi.  Oturub  bu  layihənin 
planını müzakirə edəcəkdik. 
Moqadişudan çıxdıqdan sonra BBC ilə evə qayıtmaq saysız 
pasport 
problemlərimdən, 
Somalidəki 
vətəndaş 
müharibələrindən sonra əlimə düşən ilk fürsət olacaqdı. 
Bundan  əlavə,  daim  köç  edən  ailəmin  yerini  təyin  etməyi  də 
bacarmazdım.  Hətta  Moqadişuya  uça  bilsəydim  belə,  bu, 
sadəcə,  anama  zəng  vurub  aeroportda  məni  qarşılamasını 
istəmək qədər sadə proses deyildi. BBC məni ora aparmağa söz 
verdikdən sonra daha başqa heç bir şey barədə fikirləşmirdim. 
Qerri  və  onun  köməkçisi  Kolmla  layihəni  planlaşdırmaq  və 
downloaded from KitabYurdu.org


221 
 
həyat  hekayəmi  incəliklərinə  qədər  müzakirə  etmək  üçün 
dəfələrlə görüşməli olduq. 
Çəkilişlərə  Londondan  başladıq.  Əvvəl  yaşadığım  yerlərə 
tək-tək  bir  də  qayıtdım.  Məhəmməd  dayının  evində  -  BBC 
icazə  aldıqdan  sonra  Somali  səfirinin  mənzilində,  sonra 
Malkolm  Feyrçayldın  məni  gördüyü  məktəbdə  çəkilişlər 
apardılar. Sonra 
tanımadığı  bir  qulluqçunun  şəklini  çəkməyə  onu  nə  vadar 
etməsi  barədə  müsahibə  götürdülər.  Film  üçün  Terens 
Donovanla  yenidən  çəkilişlərə  getdim.  Onlar  Londondakı 
modellik  agentliyimin  rəhbəri,  sevimli  rəfiqəm  Sarah 
Dukasdan müsahibə aldılar. 
BBC  məni  qaradərililərin  musiqisindən  bəhs  edən  Soul 
Treynıs  adlı  televiziya  proqramına  çəkərkən  layihədəki 
coşqunluq  tamamilə  dəyişdi.  Heç  vaxt  belə  bir  layihədə 
olmamışdım. Bu, tamamilə əsəbi və yorucu bir iş idi. Bundan 
əlavə,  biz  Los-  Ancelesə  çatanda  yaxşıca  soyuqladığımdan 
çətinliklə  danışırdım.  Londondan  Los-  Ancelesə  getdiyimiz 
vaxt  ərzində  yolboyu  şouya  hazırlaşmaq  üçün  burnumu 
çəkə-çəkə  ssenarini  oxuyurdumsa,  limuzində  gedərkən  artıq 
daimi  kölgəmə  çevrilmiş  BBC  heyəti  məni  filmə  çəkirdi. 
Studiyada Soul Treynin çəkiliş heyəti işləyən zaman BBC film 
heyəti  də  bu  çəkilişləri  lentə  alırdı  ki,  bu  da  stresimi  ikiqat 
artırırdı. Sənədli filmdə çəkilməsini istəmədiyim bir epizod var 
idisə,  o  da  məhz  bu  epizod  idi.  Əminəm  ki,  Soul  Treyn 
tarixində ən pis apancı mən olmuşam. Lakin Don Kornelyos və 
onun yaradıcı heyəti 
olduqca səbirli idi. Çəkilişlərə səhər saat onda başladıq və düz 
axşam  saat  doqquzacan  işləməli  olduq.  Çox  güman  ki,  bu, 
downloaded from KitabYurdu.org


onlar üçün ən uzun çəkən çəkiliş oldu. Ceyms Bond filmində 
olduğu  kimi  hələ  də  oxumaq  sandan  çətinliyim  var  idi.  Bu 
sahədə  xeyli  inkişaf  etsəm  də,  hündürdən  oxumaqda  hələ  də 
əziyyət çəkirdim. Gözqamaşdıran işıqda iki çəkiliş heyətinin, 
xeyli  rəqqasın  və  məşhur  müğənnilərin  qarşısında  dayanıb 
qeyd  vərəqlərində  yazılanlan  oxumağa  çalışmaq  mənimçün 
hazır olduğumdan daha artıq bir tələb idi. Onlar qışqırırdılar: 
“İyirmi altını götür... kəs!”, “Yetmiş altını götür... kəs!” Musiqi 
başlayır,  rəqqaslar  rəqs  edir,  heyət  çəkilişə  başlayır  və  sonra 
mən  öz  sözlərimi  deməklə  bütün  işi  korlayırdım.  “Doxsan 
altını  götür...  kəs!”  Rəqqaslar  yerində  donub-qalır,  sonra 
əllərini yanlarına salaraq mənə baxır və sanki deyirdilər: “Bu 
qancıq  kimdir,  görəsən?  Ay  Allah,  onu  haradan  tapmısınız? 
Bəsdir, evə getmək istəyirik”. Aparıcının vəzifələrindən biri də 
Donna  Sameri  qarşılamaq  idi.  O,  hər  zaman  mənim  sevimli 
müğənnim olduğu üçün onu qarşılamaq çox böyük fəxr idi. 
- Xanımlar və cənablar! Qarşılayın, qəlblərin qadını Donna 
Samer! 
-Kəs! 

İndi nə oldu? 

Onun titulunu deməyi unutdun. Qeydi oxu, Varis! 
- Oh,  lənətə  gələsən!  O  zəhriman  götürə  bilərsiniz?  Görə 
bilmirəm. Onu aşağı salmayın. İşıq düz gözümə düşür, onu düz 
saxlayın. Heç nə görə bilmirəm. 
Don Kornelyos məni kənara çəkib sakitləşdirdi: 
- Dərindən nəfəs al. Sakitləş. İndi de görüm, özünü necə hiss 
edirsən? 
Ona  izah  etdim  ki,  ssenari  ilə  işləyə  bilmirəm,  bu,  mənim 
danışıq tərzimə uyğun gəlmir. 
downloaded from KitabYurdu.org


223 
 
- Bəs  necə  etmək  istəyirsən?  İstədiyin  kimi  elə.  Necə 
bacarırsan, elə olsun. 
Onlar inanılmaz dərəcədə sakit və səbirli idilər. Don və onun 
çəkiliş heyəti mənə bütün ssenarini pozmağa icazə verdilər və 
sonra yenidən onun üzərində bir də işləməli oldular. 
Bütün bu prosesdən sonra ən yaddaqalan hissə onlarla işləmək 
və mənə imzaladığı CD-sini verən Donna Samerlə görüş oldu. 
Sonra  BBC  və  mən  Nyu-Yorka  getdik.  Onlar  Manhettenin 
küçələrində qara büsqalter və  plaşda çətirlə yağışda gəzərkən 
aparılan  çəkilişləri  lentə  aldılar.  Növbəti  axşam  Harlemdəki 
mənzilimdə  dostlarımın  əhatəsində  yemək  hazırlayarkən 
operator bir küncdə sakitcə oturub bizi çəkirdi. Həmin axşamı 
elə yaxşı vaxt keçirdik ki, orada kiminsə olduğunu heç fərq - 
etmədik. 
Növbəti  çəkilişlər  üçün  biz  Londonda  görüşəcək  və 
evimizdən qaçdığım gündən bəri ilk dəfə ailəmə qovuşmağım 
üçün  Afrikaya  uçacaqdıq.  Londonda,  Los-  Ancelesdə,  Nyu- 
Yorkda  çəkilişlər  etdiyimiz  müddətdə  BBC-nin  işçiləri 
Afrikada  xüsusi  bir  səylə  anamı  axtarırdılar.  Ailəmin  yerini 
təyin etmək üçün biz xəritələrə baxır və adətən, köç etdiyimiz 
yerləri  onlara  göstərirdim.  Sonra  onlara  bütün  tayfa  və  nəsil 
adlarımızı  deməli  oldum,  bu  isə  xüsusilə  qərblilər  üçün  çox 
çaşdıncı  idi.  Artıq  üç  ay  idi  ki,  onlar  heç  bir  nəticə  əldə  edə 
bilmədən axtarırdılar. 
Plan  belə  idi  ki,  BBC  anamı  tapanadək  mən  Nyu-Yorkda 
qalıb  işləyim,  sonra  Londona  gəlim,  bütün  çəkiliş  heyətiylə 
birlikdə  Afrikaya  uçaq  və  orada  filmin  son  hissəsini  lentə 
alsınlar. Çox keçmədi ki, Qerri zəng vurub anamı tapdıqlarını 
dedi. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə