Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   61   62   63   64   65   66   67   68   69

ağlamağına  dəymir.  Dana  ilə  Nyu-Yorka  gedən  ilk  reyslə 
evimizə qayıtdıq. 
İndi, o günləri yadıma saldıqca sonradan mənə qarşı eşşəklik 
etməyinə  baxmayaraq,  ona  minnətdaram.  Britaniyada  tək  və 
köməksiz  olduğum  zaman  mənə  görə  nələrə  getdiyini  və 
nələrin bahasına mənə kömək etdiyini unuda bilmərəm. 
Səkkizaylıq hamilə olanda bir afrikalı fotoqraf bu vəziyyətdə 
şəkillərimi  çəkmək  istədi.  O,  İspaniyada  işləyirdi  və  xahiş 
edirdi ki, ora gəlim. Onda artıq özümü yaxşı hiss edirdim 
və  səyahət  etməkdən  qorxmurdum.  Lakin  bilirdim  ki,  altı 
aydan sonra uçmağa icazə verilmir. Əynimə boş olan bir sviter 
geyindim və təyyarəyə mindim. O, “Marie Claire”i7 üçün bir 
neçə möhtəşəm şəkil çəkdi. 
Hamiləliyimin  son  vaxtlarında  bir  dəfə  də  uçmalı  oldum. 
Doğuşdan  iyirmi  gün  əvvəl  mənə  kömək  etmələri  üçün 
Nebraskaya,  Dananın  ailəsinin  yanma  uçdum.  Dananın  isə 
klubda çıxışı olmalı idi. Buna görə də o, növbəti həftə gəlməyi 
planlaşdırırdı.  Ora  çatdıqdan  bir  neçə  gün  sonra  bir  səhər 
oyananda  mədəmdə  ağrı  hiss  etdim  və  axşam  nə  yediyimi 
xatırlamağa, bunun nədən ola biləcəyini fikirləşməyə çalışdım. 
Ağrı  bütün  günü  davam  etdi,  amma  heç  kimə  heç  nə 
bildirmədim.  Sabahısı  gün  isə  mədəmdəki  ağrı  daha  da 
kəskinləşdi.  Fikirləşdim  ki,  bəlkə  də  heç  mədə  ağrısı  deyil, 
doğum sancısıdır. 
Dananın anası işdə idi. Ona zəng vurdum. 
- Qarnımda qəribə ağn var. Dünəndən başlayıb, bütün gecəni 
də davam edib. Nə yediyimi bilmirəm, amma ağrı keçmir. 

Varis, Allah xatirinə! Sənin sancıların başlayıb! 
Doğrudan?! Uşağım dünyaya gələcəkdi deyə özümü hədsiz 
downloaded from KitabYurdu.org


253 
 
xoşbəxt hiss edirdim. Nyu-Yorka, Danaya zəng vurub dedim: 
- Məncə, uşağımız doğulur! 
- Yox,  yox!  Mən  ora  çatanacan  olmasın!  QOYMA 
DOĞULSUN! Gəlirəm, elə bu dəqiqə təyyarəyə minirəm. 
- Sən gəl qoyma görüm, necə qoymursan! Məndən asılı deyil 
ki! Axmaq kişilər! 
Amma  ilk  övladımızın  doğumunda  Dananın  yanımda 
olmasını  istəyirdim.  O,  yanımda  olub  bu  sevinci  mənimlə 
bərabər  yaşamasaydı,  məyus  olardım.  Dananın  anası  ilə 
danışdıqdan  sonra  o,  xəstəxanaya  zəng  vurmuşdu. 
Xəstəxanadan  zəng  vurub  dedilər  ki,  uşağın  tez  doğulmasım 
istəyirsənsə,  gəzməlisən.  Mənsə  Dana  gələnəcən  uşağın 
doğulmasım istəmirdim deyə fikirləşdim ki, əksini etməliyəm, 
beləcə, tərpənmədən yerimə uzandım. 
Dana  növbəti  gün  axşamadək  gəlmədi.  Artıq  üç  gün  idi 
sancılarım  davam  edirdi.  Atası  onu  aeroportdan  götürməyə 
gedəndə mən ağrıdan qışqırırdım. 
“Say,  Varis,  başla  saymağa!”  -  Dananın  anası  qışqırırdı. 
Fikirləşdik ki, artıq xəstəxanaya getmək vaxtıdır, lakin maşın 
Dananın  atasında  olduğu  üçün  gedə  bilmirdik.  Onlar  evə 
çatanda içəri keçməyə macal vermədən Dananın anası qışqırdı: 
“Maşına qayıt, xəstəxanaya gedirik!” 
Saat  onda  xəstəxanaya  çatdıq,  ertəsi  gün  saat  on  olmuşdu, 
amma  mən  hələ  sancı  çəkirdim.  “Ağacdan  başıaşağı  sallanıb 
yellənmək  istəyirəm!”  -  deyərək  ağrını  azaltmaq  üçün 
çığırırdım.  Bilirdim  ki,  heyvanlarda  da  bu  instinkt  var, 
meymunların  instinkti  kimi.  Onlar  da  doğana  qədər  hərəkət 
edir, oturur, özlərini yırğalayır, doğumu yataraq gözləmirlər. O 
vaxtdan  bəri  Dana  mənə  meymun  deyir  və  bəzən  qalın  səslə 
downloaded from KitabYurdu.org


qışqırır: “Ağacdan başıaşağı sallanıb yellənmək istəyirəm!” 
Biz doğum otağında olarkən gələcək ata özünü məşqçi kimi 
apanrdı:  “Nəfəs  al,  əzizim,  nəfəs  al”.  “Rədd  ol!  Rədd  ol 
buradan! Səni öldürəcəyəm, əclaf! Alçaq!” - dedim. Ay Allah, 
onu  öldürmək  istəyirdim.  Ölmək,  amma  ölməzdən  əvvəl  onu 
öldürdüyümə əmin olmaq istəyirdim! 
Nəhayət,  günorta  vaxtı,  həmin  an  yetişdi.  Londondakı  o 
həkimə hədsiz minnətdaram. Çünki tikili vəziyyətdə necə doğa 
biləcəyimi  hətta  təsəvvür  belə  edə  bilmirəm.  Doqquz  ay 
gözlədikdən  və  üç  gün  sancıdan  əziyyət  çəkdikdən  sonra 
oğlum artıq  qucağımda  idi. Bu qədər uzun  bir vaxtdan  sonra 
onu  -  balaca  körpəmi  görməyimə  çox  şad  idim. O,  ipək  kimi 
qarasaçlı, bapbalaca ağızlı, barmaqları və ayaqları uzun, gözəl 
bir körpə idi. Onun boyu iyirmi düyüm, çəkisi isə cəmi altı funt 
on  üç  unsiyaıŞ  idi.  Oğlum  doqquz  ay  qaranlıqda  qaldıqdan 
sonra, yəqin, fikirləşirdi ki, elə bu? Bu nə işıqdır? İşıqlı dünya 
dedikləri budur? 
Uşaq  doğulan  kimi  onu  təmizləmədən  sinəmin  üstünə 
qoymalarını  xahiş  etdim.  Belə  də  etdilər.  Körpəni  qucağıma 
alan  kimi  dərhal  ağnm  unutdum.  Bütün  analann  dediyi  sözü 
yadıma  saldım:  övladını  qucağına  götürən  kimi  ağrını 
unudursan. O anda heç bir ağrı hiss etmir, yalnız sevinc hissi 
keçirirsən. 
Uşağa  Aleke  adını  verdim.  Somali  dilində  “güclü  aslan” 
deməkdir. Lakin onda o, balaca ağzı, yumru yanaqları, parlaq 
saçı ilə aslandansa daha çox balaca qara Kupidəig bənzəyirdi. 
Geniş  və  düz  alnı  eynilə  mənimkinə  oxşayırdı.  Onunla 
danışanda  oxumağa  hazırlaşan  quşlar  kimi  dodaqlarını 
büzürdü. Doğulduğu andan ətrafına sakit və diqqətlə baxır, hər 
downloaded from KitabYurdu.org


255 
 
şeylə maraqlanır, balaca dünyasını kəşf edirdi. 
Balaca  qız  olanda  heyvanları  otlamağa  apardığım  vaxt 
axşamın  çatmağını  və  Mamanın  qucağında  yatmağı  elə 
səbirsizliklə  gözləyirdim  ki...  O,  saçımı  sığalladıqca  özümü 
rahat  və  təhlükəsiz  hiss  edirdim.  İndi  Alekeni  o  cür 
sığallayıram, o da bunu çox sevir. Əlim başına dəyən kimi o, 
dərhal yuxuya gedir. 
Oğlumun  doğulduğu  andan  həyatım  dəyişdi.  Onun  mənə 
bəxş  etdiyi  xoşbəxtlik  hədsizdir.  Əvvəllər  şikayət  etdiyim  və 
narahat olduğum bütün mənasız söhbətlərə artıq həyatımda yer 
yoxdur. Başa düşdüm ki, onlann hamısı boş şey imiş. Oğluma 
həyat vermək mənə həyatı, həyatın mənasını anlatdı. 
171937-ci ildən bəri nəşr edilən aylıq moda jurnalı 
18 1 ounce (unsiya) = 28 qram 
19 Yunan mifologiyasında erotik sevgi və istək Allahı, ilahə 
Veneranın oğlu. 
17. 
SƏFİR 
Bizim  mədəniyyətimizdə  qadın  ana  olmaqla  başqa  bir  insana 
həyat  verdiyinə  görə  xüsusi  bir  hörmət  qazanır.  Aleke 
doğulanda mən də artıq yaşa dolmuş bir qadın - Mama oldum. 
Beş  yaşımda  sünnət  olunmaqla  vaxtsız  başlanan  qadınlığa 
keçid  müddətim  otuz  yaşında  ana  olmağımla  başa  çatmışdı. 
Eyni  zamanda  indi  anama  olan  hörmətim  dəfələrlə  artmışdı. 
Somali  qadınlarının,  sadəcə,  qadın  doğulduqlanna  görə  necə 
əziyyət  çəkdiyini  və  iradə  nümayiş  etdirməli  olduğunu 
anlamağa başlamışdım. Qərbdə yaşayan qadın kimi sağ qalmaq 
xatirinə  qarşımdakı  öhdəlikləri  yerinə  yetirmək  üçün  bütün 
varlığımla  mübarizə  apanrdım,  hətta  bəzən  bacarmayacağımı 
fikirləşsəm  belə.  O  günləri  xatırlayarkən  aybaşı  olduğum 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə