Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   61   62   63   64   65   66   67   68   69

vaxtlarda 
öləcəyimi 
düşündüyüm  dözülməz  ağrılara 
baxmayaraq,  işləməyə  çalışdığım  və  “McDonald’s”da 
döşəmələri  sildiyim,  düz-əməlli  işəyə  bilmək  üçün 
vaginamdakı  kobud  tikişləri  əməliyyat  etdirdiyim,  hamilə 
vəziyyətdə metro 
ilə  Harlemə  gedib  pilləkənləri  dırmaşaraq  bazarlıq  etdiyim, 
doğuş  otağında  üç  gün  doğum  sancılan  çəkərək  həkimlərin 
qarşısında öləcəyimi düşündüyüm vaxtlar yadıma düşür... 
Reallıq  odur  ki,  mən  bəxti  gətirmiş  insanam.  Bəs  aybaşı 
ağrılan  ilə  güclə  ayaqda  qalmağa  çalışaraq  öz  keçilərini 
sulamaq üçün millərlə yol getməyə məcbur olan səhra qızları 
necə olsun? Bəs hər doğuşdan sonra vaginası əri üçün dar olsun 
deyə yenidən paltar kimi tikilən qadınlar? Yaxud doqquzaylıq 
hamilə ikən evdə acından ölən digər on bir övladı üçün səhrada 
yemək  axtarışına  çıxan  analar  necə?  Bəs  ilk  övladının 
doğuşuna  hazırlaşan  vaginası  sıx  tikilmiş  qadının  sonrakı 
vəziyyəti? 
Anam kimi tək-tənha səhraya çəkilib yanında heç kim olmadan 
doğan qadınların aqibəti necə? Təəssüf ki, son sualın cavabını 
bilirəm...  Çoxları  qanaxmadan  həyatını  itirir,  işdir,  bəxtləri 
gətirsə, onların cəsədlərini kaftarlardan və leşyeyən quşlardan 
qabaq ərləri tapır... 
Yaşa dolduqca və dünyagörüşüm artdıqca başa düşdüm ki, 
mən tək deyiləm. Sünnət olunduqdan sonra dözməli olduğum 
problemlər dünyada mənim kimi milyonlarla qıza, qadına da 
əziyyət  verir.  Cahil  bir  ayin  səbəbindən  Afrika  qitəsində 
yaşayan  qadınların  əksəriyyəti  həyatları  boyu  ağrı  çəkməyə 
məhkum olur. Anam kimi səhrada yaşayan köməksiz və pulsuz 
qadınlara  bəs  kim  kömək  etməlidir?  Səsini  belə  çıxara 
downloaded from KitabYurdu.org


257 
 
bilməyən çarəsiz  balaca  qızların  dadma  kimsə  çatmalıdır axı. 
Mən də həyatıma köçəri kimi başladığıma görə fikirləşdim ki, 
onlara kömək etmək mənim insanlıq borcumdur. 
Adi bir şansdan sonra həyatımın necə bu qədər dəyişdiyini 
heç  vaxt  izah  edə  bilmirəm.  Lakin,  düzünə  qalsa,  adi  şans 
anlayışına o qədər də inanmıram, çünki həyatımıza bundan da 
güclü  təsir  edən  bir  amil  var.  Evimizdən  qaçarkən  səhrada 
şirdən məni Allah qorudu, o vaxtdan bəri fikirləşdim ki, onun 
məni  sağ  saxlamaqda  başqa  bir  planı  var.  Əgər  bunun  bir 
səbəbi var idisə, bəs o səbəb nə idi? 
Bir  müddət  əvvəl  “Marie  Claire”  moda  dərgisinin  yazan 
məndən  müsahibə  götürmək  üçün  görüş  təyin  etmişdi. 
Görüşdən  əvvəl  ona  nədən  danışmaq  istədiyimi  bir  xeyli 
düşündüm.  Yazıçı  Laura  Ziv  ilə  görüşəndə  ona  baxan  kimi 
mənə xoş təsir bağışladı. Dedim: “Bilirsiniz, sizin mənimlə 
hansı  mövzuda  danışmaq  istədiyinizi  bilmirəm,  lakin 
modelliyə aid mövzuda müsahibələrim milyon dəfələrlə olub. 
Deyəcəklərimi  çap  edəcəyinizə  söz  versəniz,  sizə  həqiqi  bir 
həyat hekayəsi danışmaq istərdim”. 
O: “Doğrudan? Əlimdən gələni etməyə hazıram”, - dedi və 
səsyazanı  işə  saldı.  Ona  uşaq  olarkən  sünnət  olunmağımdan 
danışdım. Qəfildən, müsahibənin ortasında o, ağlamağa başladı 
və səsyazanı söndürdü. 

Sizə nə oldu? 
- Bu,  dəhşətdir...  tükürpərdicidir.  Hələ  bu  gün  də  belə 
şeylərin baş verdiyi ağlıma gəlməzdi. 
- Məsələ  də  elə  bundadır  ki,  Qərbdə  yaşayanlar  bundan 
xəbərsizdirlər. Əminsiniz ki, bu müsahibəni qadınlardan başqa 
heç kimin oxumadığı parlaq və möhtəşəm dərginizdə çap edə 
downloaded from KitabYurdu.org


biləcəksiniz? 
- Əlimdən  gələni edəcəyimə  söz  verirəm.  Amma  son  qərar 
baş redaktordan asılıdır. 
Ertəsi gün müsahibədən sonra danışdıqlarıma görə utandım 
və heyrətə gəldim. İndi hər kəs başıma gələnlərdən 
xəbərdar olacaqdı. Hətta ən yaxın dostlanm belə balaca olarkən 
başıma  gələn  bu  tükürpərdici  hadisəni  bilmirdilər.  Somalidə 
çox məxfi bir ayin olduğu üçün bu, heç vaxt haqqında danışa 
bilməyəcəyim  bir  mövzu  olmalı  idi.  Amma  bu  haqda  indi 
milyonlarla tanımadığım adama danışmış olacaqdım. Lakin... 
nəhayət, qərar verdim: qoy olsun! Əgər lazımdırsa, buna görə 
ləyaqətimi  belə  itirməyə  hazıram.  Belə  də  etdim.  Sanki 
paltarlarımı 
soyunduğum 
kimi, 
ləyaqət 
haqqında 
düşüncələrimi  də  bir  kənara  qoydum.  Lakin  eyni  zamanda 
başqa  somalililərin  buna  münasibəti  də  məni  narahat  edirdi, 
onların  nə  deyəcəklərini  təsəvvür  edirdim:  “Bizim  qədim 
ənənənimizi tənqid etməyə necə cəsarət etmisən?!” Efiopiyada 
ailəmə  necə  rişxənd  edəcəklərini  təsəvvürümə  gətirirdim: 
“Qızınız  Qərbdə  yaşadığına  görə  özünü  çoxbilmiş  hesab 
edir?!” Çox götür-qoy etdikdən sonra başa düşdüm ki, iki əsas 
səbəbə görə sünnət olunmağım haqda danışmalı idim. Əwəla, 
bu, məni çox narahat edirdi. Bundan başqa, başıma gətirilən o 
işin əziyyətini hələ də çəkirdim. Ömrüm boyu heç vaxt seksdən 
həzz  ala  bilməyəcəkdim.  Bunu  yoluna  qoymaq  üçün  heç  bir 
çarə 
olmadığına  görə  özümü  yarımçıq,  şikəst  hesab  edirəm.  Dana 
ilə  görüşəndə,  nəhayət  ki,  ilk  dəfə  bir  kişiyə  vuruldum  və 
onunla  seks  həzzi  yaşamaq  istədim.  Əgər  bu  gün  məndən 
soruşsanız ki, “Seksdən həzz ala bilirsən?” cavabım, əlbəttə ki, 
downloaded from KitabYurdu.org


259 
 
“yox” olacaq. Dananı çox sevdiyim üçün ona fiziki cəhətdən 
yaxın olmaqdan, sadəcə, mənəvi həzz alıram. 
Bütün  ömrüm  boyu  sünnət  olunmağımın  səbəbini  bilməyə 
çalışmışam.  Bəlkə  də  əgər  tutarlı  bir  səbəb  tapa  bilsəydim, 
bunu qəbul edə bilərdim. Lakin belə bir səbəb yox idi. Nə qədər 
baş  sındırsam  da,  cavab  tapa  bilmədiyimdən  bir  o  qədər 
əsəbiləşirdim. Həyatım boyu bunu bir sirr olaraq saxlamışdım, 
amma  artıq  bu  sirri  bölüşməyə  ehtiyac  duyurdum.  Ətrafımda 
ailəmdən - anamdan və ya bacımdan - heç kim olmadığından 
bu  dərdimi  kiminləsə  bölüşə  bilmirdim.  “Qurban”  sözünə 
nifrət  edirəm,  çünki  bu  söz  acizliyi  bildirir.  Amma  o  qaraçı 
qadın  kəsib-tökəndə  mən  məhz  qurban  idim.  Kifayət  qədər 
yaşa dolmuş bir qadın olaraq artıq qurban deyildim və hərəkətə 
keçə  bilərdim.  “Marie  Claire”  dərgisinə  müsahibə  verməklə, 
əslində, bu əzablı ənənəni davam etdirənlərə bunun necə hiss 
olduğunu, 
ən azı, “qurban”lardan biri olmuş qadının dilindən çatdırmaq 
istəyirdim. Çünki bu iyrənc və tükürpərdici ənənənin mövcud 
olduğu ölkələrdəki qadınların çoxu susmağa məcbur edilir. 
Mənə elə gəlirdi ki, küçədə yanımdan ötən adamlar sirrimi 
bildikdən  sonra  mənə  birtəhər  baxacaqlar.  Fikirləşdim  ki,  nə 
olur-olsun,  vecimə  də  almayacağam.  Çünki  o  müsahibəni 
verməkdə ikinci səbəbim insanları  hələ indiyəcən də  mövcud 
olan  bu  ənənədən  xəbərdar  etmək  idi.  Bunu  artıq  özüm  üçün 
deyil,  bütün  dünyada  bu  dəhşətli  əzabı  yaşamaqda  olan  və 
yaşayacaq balaca qızlar üçün edirəm. Yüzlərlə, minlərlə deyil, 
milyonlarla qız bu əzablan yaşayır və çox vaxt da bu, onlann 
ölümünə  səbəb  olur.  Yaşadıqlanmı  silmək  çox  gecdir,  çünki 
artıq  şikəst  edilmişəm,  lakin  bəlkə  də  kimisə  bundan  qoruya 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə