Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   61   62   63   64   65   66   67   68   69

yağacaq” dediyim kimi. Bir həftə ərzində mənə zəng vurmadı 
və mən buna qətiyyən təəccüblənmədim. Nəhayət, inadımdan 
əl çəkib özüm zəng etdim. O soruşdu: 

Haradasan? 

Dostumun evində. Görüşmək istəyirsən? 

Hə, əlbəttə. Gəl, bir yerdə nahar edək. 

Səni sevirəm. 

Mən də... 
Dəstəyi  çaşqınlıq  və  həyəcan  içində  yerinə  qoydum,  axı 
yaxşı  davranacağıma  söz  vermişdim,  amma  ona  sevdiyimi 
dedim!  Bu  dəfə  uşaq  və  bu  kimi  axmaq  şeylər  barədə 
danışmayacağıma söz vermişdim, əvəzində onu sevdiyimi 
dedim!  Ah,  Varis,  sənə  nə  olub?  Hansısa  oğlan  mənimlə 
maraqlananda həmişə ondan qaçır, uzaq olmağa çalışırdım. O 
axşam  Dana  ilə  rastlaşanda  əynimdə  yaşıl  köynək  var  idi, 
saçım  isə  Afro  stildə  dağınıq  idi.  Sonralar  o,  mənə  dedi  ki, 
həmin axşam o, hansı tərəfə baxıbsa, orada yaşıl köynəkli, Afro 
saçlı qız görürmüş. Ona izah etməyə çalışdım ki, əgər nəyisə 
çox arzulayıramsa, onun arxasınca gedirəm və birinci dəfə idi 
ki,  səbəbini  də  bilmədən  bir  kişini  sevirdim.  İzah  edə 
bilmədiyim  yeganə  şey  isə  özümü  onu  illərlə  tanıyırammış 
kimi hiss etməyim idi. 
Dana  ilə  nahar  vaxtı  görüşdük  və  hər  şey  barədə  doyunca 
söhbət  etdik.  İki  həftə  sonra  mən  onun  Harlemdəki  evində 
yaşayırdım. Altı aydan sonra isə evlənmək qərarına gəldik. 
Bir  ildən  çox  idi  bir  yerdə  yaşayırdıq.  Bir  gün  Dana 
gözlənilmədən dedi: “Məncə, sən hamiləsən”. “Allah xatirinə, 
nə  danışırsan!”  -  mən  etiraz  edirdim,  o  isə  sözünü  geri 
götürmürdü: “Gəl  aptekə gedək”. Biz aptekə gedib  hamiləlik 
downloaded from KitabYurdu.org


245 
 
testi aldıq. Nəticə müsbət çıxdı. Testi göstərib dedim: “Sən bu 
zibilə inanmırsan da, düzdür?!” O, qutudan başqasını çıxararaq 
ikinci  dəfə  yoxlamaq  üçün  mənə  verdi:  “Yenə  yoxla”. 
Budəfəki  də  müsbət  çıxdı.  Ürəyim  bulanmağa  başlamışdı, 
amma həmişə aybaşı vaxtı ürəyim bulanırdı deyə ağlıma başqa 
bir  şey  gəlmirdi.  Lakin  budəfəki  ürəkbulanma  fərqli  idi. 
Həmişəkindən  daha  ağrılı  və  daha  pis  idi.  Yenə  də  hamilə 
olduğum  ağlıma  gəlmirdi.  Ağn  elə  kəskin  idi  ki,  öləcəyimi 
fikirləşirdim. Həkimə getdim, vəziyyətimi izah etdim. O, qan 
analizi götürdü və cavabı üç gün həyəcanla gözləməli oldum. 
İşə  bax!  Nə  olub,  görəsən?  Yəqin,  elə  ciddi  xəstəliyim  var, 
bunu mənə demək istəmir. 
Nəhayət, bir gün evə gələndə Dana dedi: 

Həkim zəng vurmuşdu. 
Əlimi boğazıma aparıb həyəcanla soruşdum: 

İlahi, o nə dedi? 

Dedi ki, səninlə danışmaq istəyir. 

Ondan heç nə soruşmadın? 

Dedi ki, sabah səhər 11-12 arası yenə zəng vuracaq. 
Həmin axşam həyatımda ən uzun gecə oldu. Yerimdə 
uzanıb  nələr  ola  biləcəyini  fikirləşirdim.  Ertəsi  gün  telefon 
zəng 
çalanda cəld dəstəyi götürdüm. Həkim dedi: 

Sənə bir xəbərim var. Sən artıq tək deyilsən. 
Gördünmü, tək olmadığımı, şişlərlə dolu olduğumu deyir! 

Yox, ola bilməz. Siz nə demək istəyirsiniz? 

Sən hamiləsən. İkiaylıq hamilə. 
Bu  sözləri  eşidəndə  sevincimdən  ayaqlanm  yerdən  üzüldü. 
Dana  da  bu  xəbərə  çox  sevindi,  çünki  o  da  ata  olmağı 
downloaded from KitabYurdu.org


arzulayırdı. İkimiz də əmin idik ki, uşaq oğlan olacaq. Lakin 
məni  daha  çox  uşağın  sağlamlığı  maraqlandırırdı.  İkinci  dəfə 
həkimlə  görüşəndə  o,  uşağımızın  cinsini  təyin  etmişdi.  Lakin 
ondan xahiş etdim ki, bunu mənə deməsin. 

Lütfən, mənə, sadəcə, onun normal olduğunu deyin. 

Uşaq normaldır. - Bu, eşitmək istədiyim yeganə söz idi. 
Əlbəttə, Dana ilə xoşbəxt evliliyimin qarşısında böyük bir 
sədd var idi - Nigel. Dördaylıq hamilə olanda Uelsə gedib bu 
məsələni  onunla  müzakirə  edib  birdəfəlik  yoluna  qoymaq 
qəranna  gəldik.  Biz  Londona  çatanda  mənə  soyuq  olmuşdu, 
üstəlik ürəyim də bulanırdı. Biz dostumuzun evində qaldıq, bir 
neçə günə özümü yaxşı hiss etdikdən sonra Nigelə zəng 
vurdum. Lakin o da soyuqladığını deyərək görüşümüzü təxirə 
saldı. 
Nigel  sağalıb  bizimlə  görüşənəcən  bir  həftədən  çox 
gözləməli olduq. Ona zəng vurub qatarın nə vaxt olacağını və 
Dana ilə gələcəyimi dedim. 

Heç bir problem olmasını istəmirəm, eşitdin? 
- Onu görmək istəmirəm. Bax indidən deyirəm. Bu, ikimizə 
aid məsələdir. 

Nigel... 

Özün bil. Bunun ona heç bir dəxli yoxdur. 
- Bunun ona çox dəxli var, o, mənim nişanlım, evlənəcəyim 
adamdır. 

Onu görmək istəmirəm, vəssalam. 
Beləcə  Nigel  dediyindən  dönmürdü  və  mənim  Uelsə  tək 
gəlməyimi  istəyirdi.  Mən  qatardan  düşəndə  o,  dayanacağa 
söykənib  həmişəki  kimi  yenə  də  siqaret  çəkirdi.  O,  axırıncı 
dəfə  onu  gördüyümdən  də  pis  görünürdü.  Saçları  bir  az  da 
downloaded from KitabYurdu.org


247 
 
uzanmışdı, gözlərinin altı kölgələnmişdi. 
Danaya dedim: 

Bax, o, oradadır. Çalış səbirli olasan. 
Biz ona yaxınlaşdıq, ağzımı açmağa imkan vermədi: 
- Sənə  dedim  ki,  onu  görmək  istəmirəm.  Axı  bunu  dedim 
sənə. Səninlə tək görüşmək istədiyimi dedim. 
Dana çantaları səkinin üstünə qoydu və dedi: 
- Bura  bax,  onunla  belə  danışma!  Mənim  haqqımda  da 
hörmətlə  danış!  Niyə  onu  tək  görmək  istəyirsən?  Məqsədin 
nədir?  Tək  görsən  nə  olacaq  ki?  Mən  isə  onun  səninlə  tək 
görüşməyini istəmirəm. Bu dediklərini bir də təkrar etsən, səni 
təpiyimin altına salaram! 
Nigelin rəngi daha da soldu. Dedi: 

Maşında hamımıza yer yoxdur. 
- Sənin  maşınına  ehtiyacımız  yoxdur.  Biz  taksi  ilə  gələ 
bilərik. Təki bu iş bitsin. 
Nigel maşınına tərəf gedərək: 

Yox, yox. Hər şey heç də asan olmayacaq, - dedi. 
O, maşınına oturub mühərriki işə saldı və sürətlə 
yanımızdan  keçib  getdi.  Dana  ilə  mən  səkidə  dayanıb  onun 
gözdən itməyinə baxdıq. Hotel tutmaq qərarına gəldik. 
Bəxtimizdən stansiyanın düz yanında hotel var idi. O qədər də 
yaxşı deyildi, amma bu vəziyyətdə vacib deyildi. Şəhərə çıxıb 
bir  hind  kafesinə  girdik.  Yemək  sifariş  verdik,  amma  heç 
birimizin iştahası olmadığından hotelə qayıdanacan dinməzcə 
oturub yeməyə tamaşa etdik. 
Ertəsi  gün  səhər  yenə  Nigelə  zəng  vurdum:  “Əşyalarımı 
götürmək  istəyirəm.  Eşidirsən?  Bu  barədə  danışmaq 
istəmirsənsə,  unut  getsin.  Sadəcə,  əşyalarımı  mənə  ver”.  Heç 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə