Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   61   62   63   64   65   66   67   68   69

bir razılaşma olmadı. Dana ilə başqa bir hotelə köçməli olduq, 
çünki  indi  qaldığımız  hotel  tamamilə  tutulmuşdu.  Həm  də 
Nigellə bu dartışma, Allah bilir, nə qədər çəkəcəkdi. Buna görə 
daha  rahat  bir  yerdə  qalmaq  istəyirdik.  Hotelə  yerləşdikdən 
sonra bir də zəng vurdum: “Niyə belə eşşəklik edirsən? Gör bu, 
neçə ildir davam edir? Yeddi? Səkkiz? Bəs deyil?! Gəl qurtaraq 
bu söhbəti”. “Yaxşı. Mənimlə görüşmək istəyirsənsə, görüşək. 
Amma  təkcə.  Səni  gəlib  hoteldən  götürəcəyəm, amma  o  çölə 
çıxsa, hər şey bitdi. Yanından ötüb-keçəcəyəm”, - dedi. Bu - 
qarmaqarışıq vəziyyətdə başqa çıxış yolu görmədiyimdən köks 
ötürüb razılaşdım. 
Dəstəyi  asıb  vəziyyəti  Danaya  izah  etdim:  “Lütfən,  Dana, 
icazə ver onunla tək görüşüm, bəlkə yola gətirə bildim. Mənə 
görə,  lütfən”.  “Yaxşı,  əgər  fikirləşirsənsə  ki,  bunun  köməyi 
olacaq, get. Amma sənə toxunsa, onun payını verəcəyəm. Sənə 
deyirəm, ondan heç gözüm su içmir. Bir halda ki özün getmək 
istəyirsən,  səni  saxlaya  bilmərəm”,  -  dedi.  Danaya,  lazım 
olarsa, ona zəng vuracağımı dedim. 
Nigel gəlib məni  götürdü  və kirayələdiyi bağ evinə apardı. 
İçəri keçdik, mənə çay verdi. Nigelə dedim: 
- Bax, Nigel. Mən ona ərə gedirəm, ondan hamiləyəm. Sənin 
dəyərli arvadın olduğumu unut və birgə yaşayacağımızla bağlı 
xam xəyallardan ayıl. Hər şey bitib, başa düşürsən? İndi gəl bu 
işi bitirək. Boşanmaq istəyirəm, günü bu gün, bu həftə. Və bu 
işi yoluna qoymamış Nyu-Yorka qayıdan deyiləm. 
- Mənə  borclu  olduğun  pulları  verənəcən  səndən  boşanan 
deyiləm. 
- Sənə pul borcluyam? Nə qədər? Neçə illərdir işləyib sənə 
pul verən bəs kimdir? 
downloaded from KitabYurdu.org


249 
 

O pullar yediyin yeməklərin pulu idi. 
- Hə, belə de?! Hətta burada yaşamadığım vaxtda da! Yaxşı, 
əgər  borclu  olduğumu  hesab  edirsənsə,  de  görüm,  nə  qədər 
verməliyəm? 

Ən azı qırx min funt. 
- Nə?!  Bu  qədər  pul  haradandır  məndə?  O  qədər  pulum 
yoxdur. 
- Mənə  dəxli  yoxdur,  dəxli  yoxdur,  dəxli  yoxdur.  Nə  var, 
onu da deyirəm. Mənə pul borclusan və onu verənə qədər heç 
yerə getməyəcəyəm və heç bir boşanma da olmayacaq. Borclu 
olduğun  məbləği  verməsən,  bir  də  heç  vaxt  subay  ola 
bilməyəcəksən. Mən evimi də sənə görə satdım. 
- Evi  borcunu  ödəyə  bilmədiyin  üçün  satmısan,  mən  isə  o 
pulu  ödəməkdən  təngə  gəlmişdim.  Bununçün  sən  adi  bir  iş 
tapıb işləməli idin, amma sən bunu da bacarmadın. 
- Nə? 
Nə 
iş  görəcəkdim?  Harada  işləyəcəkdim? 
“McDonald’s”da? 
- Söhbət  evi  əldə  saxlamaq  üçün  ipotekanı  ödəməkdən 
gedirdisə, niyə də yox? 

Bu, mənim bacardığım iş deyil. 

Bu vaxta kimi sən hansı işi bacarmısan ki? 

Mən ətraf mühitin mühafizəsi üzrə mütəxəssisəm! 
- Hə,  doğrudur.  Sənə  iş  də  tapdım,  amma  onlar  səni 
qovdular. Özündən başqa heç kimi günahlandıra bilməzsən və 
mən artıq bu söhbəti eşitmək belə istəmirəm. Sənə bir qəpik də 
verən deyiləm. Bilirsən nə et? O pasportunu götür dalına sox! 
Səninlə  danışmağın  heç  bir  mənası  yoxdur.  Bizimki  heç  vaxt 
gerçək  və  qanuni  evlilik  olmayıb,  çünki  biz  heç  vaxt  yaxın 
əlaqədə olmamışıq! 
downloaded from KitabYurdu.org


- Bu,  doğru  deyil.  İndiki  qanunda  bu,  belə  deyil.  Sən 
mənimlə evlisən və mən səni heç vaxt boşamayacağam, Varis. 
Sənin uşağın da ömrü boyu bic qalacaq. 
Gözlərimi  ona  zillədim.  Əgər  bu  vaxta  kimi  ona  yazığım 
gəlirdisə,  indi  o  hiss  nifrətlə  əvəz  olunmuşdu.  Düşdüyüm 
vəziyyətin  dəhşətli  kinayəsini  başa  düşürdüm.  Onunla 
evlənməyə  ona  görə  razı  olmuşdum  ki,  guya  o,  mənə  kömək 
etmək  istəyirdi,  çünki  bunu  “Allah  xatirinə”  edirdi.  Bacısı 
yaxın rəfiqəm olduğundan fikirləşirdim ki, hansısa bir problem 
yaransa, o müdaxilə edəcək. Lakin o artıq yanımızda yox idi. 
- Nigel,  sənin  razılığın  olsa  da,  olmasa  da,  mən 
boşanacağam. Artıq sənə deyiləsi sözüm yoxdur. 
O, bir dəqiqə gözünü də qırpmadan üzümə ciddi-ciddi baxdı 
və  sakitcə  dedi:  -  Yaxşı,  əgər  sən  yoxsansa,  mən  də  yoxam. 
Əvvəl səni, sonra da özümü öldürəcəyəm. 
Nə  etməli  olduğumu  fikirləşərək  yerimdə  donub-qaldım, 
sonra hədə-qorxu gəlməyə başladım: 
- Dana bura, mənim arxamca gəlir. Sənin əvəzinə olsaydım, 
buna heç cəhd də etməzdim. 
Bu dəfə lap ağ eləmişdi. Dərhal oradan getməli idim. Əyilib 
yerdən  çantamı  götürəndə  o,  arxadan  məni  itələdi.  Əvvəl 
səsgücləndiricinin  üstünə,  sonra  isə  arxası  üstə  döşəməyə 
yumalandım. Orada uzanaraq yerimdən qalxmağa qorxurdum. 
İlahi - uşağım! Uşağa bir zərər dəyə biləcəyini fikirləşib ağlımı 
itirirdim. Yavaş-yavaş ayağa qalxmağa çalışdım. 

Lənətə gələsən, sən yaxşısan? - o qışqırdı. 
- Hə, yaxşıyam, - sakitcə dedim. Onun yanma tək gəlməkdə 
necə axmaqlıq etdiyimi başa düşdüm və indi tək 
istədiyim şey oradan sağ-salamat çıxmaq idi. -Yaxşıyam, heç 
downloaded from KitabYurdu.org


251 
 
nə olmayıb. 
Mənə ayağa qalxmağa kömək etdi. Özümü heç nə olmamış 
kimi apardım, gödəkcəmi geyindim. 

Səni evə aparacağam. Get min maşına. - Yenə cini tutdu. 
O, maşını sürdükcə fikirləşirdim: “O, bu uşağa nifrət edir, 
onun ölümündən başqa heç nə onu xoşbəxt edə bilməz. Bəlkə 
maşını  qayanın  başından  uçuruma  sürəcək?”  Təhlükəsizlik 
kəmərini  bağladım.  Yolboyu  o  qışqırır,  söyür,  mənə  ağzına 
gələni deyirdi. Mənsə sakitcə əyləşib düz qabağa  baxır, onun 
vuracağından qorxub heç nə demirdim. Bu vaxt ərzində özümü 
tamamilə unudub yalnız bətnimdəki körpəni fikirləşirdim. Mən 
mübariz qız idim, hamilə olmasaydım, onun xayalarını dartıb 
yerindən qopardardım! 
Biz hotelə çatanda o, yenə qışqırdı: 
- Elə bu? Sənin üçün bu qədər yaxşılıq eləyəndən sonra heç 
nə deməyəksən?! 
Maşını saxladı, qəfildən mənə tərəf uzanaraq qapını açdı və 
məni  yerə  itələdi.  Ayağımın  biri  hələ  maşında,  bədənimsə 
yerdə 
yan uzanmış vəziyyətdə kəməri açmağa çalışırdım. Maşından 
çıxan kimi otağımıza qaçdım. 
Dana qapını açanda gözümün yaşı sel kimi axırdı. 

Nə olub? O, sənə neylədi? 
Bilirdim  ki,  həqiqəti  desəm,  Nigeli  öldürəcək,  sonra 
həbsxanaya düşəcək, mən isə övladımızı təkbaşıma böyütməli 
olacağam. Burnumu çəkə-çəkə dedim: 
- Heç  nə.  Həmişəki  kimi  yenə  eşşəklik  elədi.  Əşyalanmı 
vermədi. 
- Elə  buna  görə  ağlayırsan?  Varis,  unut  getsin,  ondan  ötrü 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə