Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   57   58   59   60   61   62   63   64   ...   69

Xəbər  ildınm  sürətiylə  kəndə  yayıldı.  Bu  balaca  dramımız 
burada  neçə  müddətdən  bəri  əsas  hadisə  olmuşdu.  Hər  kəs 
bilmək istəyirdi ki, o, Varisin anasıdır, yoxsa anam olduğunu 
iddia edən yalançı? Artıq hava qaralmağa başlamışdı və camaat 
elə  toplaşmışdı  ki,  çətinliklə  yeriyə  bilirdim.  Qerri  keçmək 
üçün mənə yol açmağa çalışırdı. Qarşıda o kişinin qırıq şüşəli 
maşını dayanmışdı. Maşından bir qadın düşürdü. Üzünü görə 
bilmirdim, lakin şərfini necə taxmağından deyə bilərdim ki, o, 
mənim anamdır. Üstünə qaçaraq qucaqladım. “Mama!!!” 
O  dedi:  “Ay  Allah,  bu  sınıq  maşında  iki  gündür  min  bir 
zülmlə millərlə yol gəlmişik. Elə çətinliklə gəldik ki! Elə buna 
görə?” 
Gülərək Qerriyə çevrildim: “Anamdır!” 
Qerridən xahiş etdim ki, bizi bir neçə gün yalnız buraxsınlar. 
O, ürəklə razılaşdı. Mama ilə söhbətim qəribə alınırdı, Somali 
dilim zəifləmişdi. Bundan da betəri o idi ki, bir- birimizə qarşı 
yadlaşmışdıq. Əvvəlcə gündəlik həyatdakı xırda məsələlərdən 
danışmağa başladıq. Anamı görmək sevinci aramızdakı illərin 
boşluğunu  tezliklə  doldurdu,  ona  yaxın  olmaq  məni  xeyli 
rahatlatdı. Mama və İsmayıl dayanmadan iki gün, iki gecə yol 
gəldiklərindən  o  çox  yorğun  görünürdü.  Onu  görmədiyim  bu 
ötən on beş ildə səhranın amansız həyatında xeyli qocalmışdı. 
Papa  onunla  deyildi.  Maşın  ora  çatanda  o,  su  axtarmağa 
gedibmiş. Mama dedi ki, Papa da çox yaşlanıb və gözü yaxşı 
görmədiyindən ona təcili eynək lazımdır. Mama evdən çıxanda 
atamın  getdiyi  səkkiz  gün  olubmuş  və  onun  itə  biləcəyindən 
narahat idi. Atamın görünüşünü xatırladım və onun necə 
qocaldığını təsəvvür etməyə çalışdım. Mən evdən qaçmazdan 
qabaq onsuz köç etdiyimiz vaxtlarda, hətta aysız və ən qaranlıq 
downloaded from KitabYurdu.org


233 
 
gecələrdə belə bizi necə tapa bildiyini xatırladım. 
İsmayıl  ora  çatanda  kiçik  qardaşım  Əli  də  başqa  əmi 
uşaqlanmia  anamın  yanında  olublar.  Lakin  Əli  artıq  mənim 
kiçik  qardaşım  deyildi,  o,  məndən  xeyli  hündür  bir  oğlan 
olmuşdu. Əliyə nəsə yol göstərmək istəyəndə o qışqırırdı: 
- Əl  çək  məndən!  Daha  uşaq  deyiləm.  Tezliklə  - 
evlənəcəyəm. 

Evlənəcəksən?! Neçə yaşın var ki? 

Bilmirəm. Evlənəcək qədər! 
- Vecimə də deyil! Sən hələ də mənim balaca qardaşımsan. 
Gəl  bura...  -  Onu  qucaqlayıb  başını  sığallamağa  başladım. 
Əmim  oğlu  bizə  gülürdü.  Ona  dedim:  -  Yadındadır,  sənin 
yanlarını o qədər şillələmişəm ki! - Uşaq vaxtı ailəsi ilə bizə 
gələndə ona həmişə mən baxardım. 
- Hə?  Yaxşı,  gəl  görüm  indi  necə  vuracaqsan.  -  O,  məni 
cırnadaraq ətrafımda dövrə vura-vura oynayırdı. 
- Yox, ağlına da gətirmə. Yoxsa yenə döyərəm! - Əmim oğlu 
da  tezliklə  evlənəcəkdi.  -  Ey,  toyuna  qədər  sağ  qalmaq 
istəyirsənsə, mənimlə məzələnmə! 
Gecə  Mama  Galadidəki  ailələrdən  birinin  bizə  verdiyi 
alaçıqda yatdı, mən isə köhnə vaxtlarımızda olduğu kimi Əli ilə 
çöldə. Gecənin qaranlığında orada uzananda özümü inanılmaz 
rahat  və  xoşbəxt  hiss  edirdim.  Biz  ulduzlara  baxa-baxa 
gecəyarısına kimi söhbət etdik. “Papanın balaca arvadını ağaca 
bağlamağımız  yadındadır?”  -  deyib  ikimiz  də  o  günləri 
xatırlayıb doyunca güldük. 
Əli  əvvəl  çox  utanırdı,  lakin  sonra  açılışdı:  “Bilirsən, 
səninçün,  doğrudan,  çox  darıxmışdım.  Yoxluğun  elə  uzun 
çəkdi  ki!  Sənin  artıq  bir  qadın,  mənimsə  bir  kişi  olduğumu 
downloaded from KitabYurdu.org


fikirləşmək  çox  qəribədir”.  Ailəmlə  bir  yerdə  olmaq,  öz 
dilimdə  onlarla  tanış  şeylər  haqqında  danışmaq,  gülmək, 
mübahisə etmək əvəzolunmaz bir hiss idi. 
Bütün kəndlilər bizə qarşı çox səxavətli idilər. Bizi hər gün 
günorta,  yaxud  axşam  yeməyi  üçün  evlərinə  dəvət  edirdilər. 
Hər kəs bizimlə vaxt keçirmək, haradan olduğumuzu və həyat 
hekayəmizi  bilmək  istəyirdi.  “Mütləq  mənim  uşağımla, 
nənəmlə...  görüşməlisiniz”,  -  deyib  bizi  zorla  qonaq  aparır, 
ailələrinə  təqdim  edirdilər.  Və  bunlann,  bu  dəvətlərin  heç 
birinin mənim “supermodel” olmağımla heç bir əlaqəsi yox idi. 
Onlann  bu  haqda  heç  bir  anlayışları  yox  idi,  mən,  sadəcə, 
onlardan biri - köçəri idim - və evimizə qayıtmışdım. 
Nə  qədər  izah  etsəm  də,  anam  necə  pul  qazandığımı  başa 
düşə bilmirdi. “O nədir? Bir də de görüm. Modellik nədir? Sən 
indi nə ilə məşğulsan? Dəqiq de görüm, o nə deməkdir?” - deyə 
soruşurdu.  Anama  üz  qabığında  şəklim  çap  olunmuş  “The 
Sunday Times” qəzetinin bir nüsxəsini göstərdilər. Somalililər 
üstündə Somali qadınının şəkli olan ingilis qəzetini görüb fəxr 
edir və hədsiz sevinirdilər. Mama şəklə baxaraq: “Bu, Varisdir! 
Mənim qızım!” - deyir və qəzeti bütün kəndlilərə göstərirdi. 
Mənimlə qaldığı birinci axşamdan sonra utancaqlığına qalib 
gəlib tezliklə bizə isinişməyə başladı və hətta mənə iradlar da 
tuturdu:  “Belə  bişirmə,  Varis!  Gəl  sənə  öyrədim.  Yaşadığın 
yerdə yemək-zad bişirmirsən?” 
Sonra qardaşım mənə müxtəlif suallar verməyə başladı. Mən 
isə onu cırnadırdım. 
- Əli,  sən  Allah,  danışma.  Siz  axmaq,  cahil  kolluq 
adamısınız.  Buralarda  o  qədər  yaşamısınız  ki,  nədən 
danışdığınızı belə bilmirsiniz. 
downloaded from KitabYurdu.org


235 
 
- Hə?  Sən  indi  məşhur  olmusan  deyə  evə  qayıdıb  özünü 
qərblilər  kimi  apanrsan?  Qərbdə  yaşayırsan  deyə  elə  bilirsən 
hər şeyi bilirsən? 
Biz  dayanmadan  saatlarla  mübahisə  edirdik.  Onların 
hisslərinə  toxunmaq  istəməsəm  də,  fikirləşirdim  ki,  bunu 
onlara mən də deməsəm, kim deyəcək ki? 
- Doğrudur, mən də hər şeyi bilmirəm, lakin burada kolluqda 
yaşadığım  zamanlarda  bilmədiyim  çox  şeyi  görüb 
öyrənmişəm.  Dünya  inəklərdən  və  dəvələrdən  ibarət  deyil. 
Sənə başqa şeylər haqqında da danışa bilərəm. 
-  Məsələn? 
- Məsələn,  siz  ağaclan  kəsməklə  ətraf  mühitə  ziyan 
vurursunuz. Balaca ağacları böyüməyə imkan vermədən kəsir 
və bu axmaq heyvanlar üçün ağıl düzəldirsiniz. - Yaxınlıqdakı 
keçini göstərdim. - Bu, düzgün deyil. 

Nə demək istəyirsən? 
- Biz daim ağacları kəsdiyimizə görə indi bu yerlər tamamilə 
səhraya çevrilib. 
- Bura  səhradır,  çünki  bura  yağış  yağmır,  Varis!  Yağış 
şimala yağır. Buna görə orada ağaclar da var. 
- Məhz  buna  görə  də  ora  yağış  yağır!  Yağış  yağır,  çünki 
onların  meşələri  var.  Amma  siz  hər  gün  tapdığınız  cavan 
budağı  böyüməyə  imkan  vermədən  kəsirsiniz,  ona  görə  də 
buranın nə zamansa meşə olma şansı da yoxdur. 
Onlar bilmirdilər ki, bu yorucu fikirlərə inansınlar, ya yox. 
Amma  əmin  olduqları  bir  məsələdə  onlarla  mübahisə  etmək 
istəmirdim. 
Anam  söhbətə  başladı:  “Niyə  ərə  getmirsən?”  Bu  mövzu 
neçə  illər  idi  ki,  mənimçün  hələ  də  açıq  yara  idi.  Bu  məsələ 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə