Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   58   59   60   61   62   63   64   65   ...   69

mənə  ailəm  və  evimiz  bahasına  başa  gəlmişdi.  Atamın 
xoşniyyətli  olduğunu  anlamışdım,  lakin  o,  mənə  dəhşətli  bir 
seçim vermişdi: ya o qoca kişi ilə evlənib bütün həyatımı puç 
etməli  idim,  ya  da  sevdiyim  hər  kəsdən,  bildiyim  hər  şeydən 
imtina  edib  qaçmalıydım.  Azadlığım  üçün  çox  şeyi  qurban 
verməyə məcbur olmuşdum. Və indi fikirləşirəm ki, heç vaxt 
öz övladımı belə ağrılı bir qərarla üz-üzə qoymaram. 
- Mama,  mən  niyə  mütləq  ərə  getməliyəm  axı?  Buna 
məcburam? Məni bacarıqlı, azad və güclü görmək istəmirsən? 
Başa düşün, ərə getməmişəmsə, deməli, hələ uyğun adama rast 
gəlməmişəm. Ona rast gələndə vaxtı da çatacaq. 

Axı mən nəvə istəyirəm. 
Qardaşım, əmim oğlu da söhbətə qoşulub üstümə düşdülər: 
- Yaşın  keçib.  Kimdir  səninlə  evlənmək  istəyən?  Çox 
yaşlanmısan. 
Sanki iyirmi səkkiz yaşlı qadınla evlənmək çox dəhşətli bir 
şey imiş. Əlimi qaldıraraq dedim: 
- Kim  məcbur  nəsə  eləmək  istəyər?  Bax  siz  niyə 
evlənirsiniz?  -  Barmağımı  Əliyə,  əmim  oğluna  tuşladım.  - 
Mərc gələrəm ki, sizi kimsə buna məcbur edib. 

Yox, yox, - hər ikisi etiraz elədi. 
- Ona  görə  ki  siz  oğlansınız.  Lakin  qız  olduğuma  görə 
mənim  “yox”  deməyə  ixtiyarım  yoxdur.  Mən  siz  dediyiniz 
vaxtda,  sizin  dediyiniz  adamla  evlənməliyəm.  Bu  nə 
axmaqlıqdır? Bu, kimin ağlına gəlib? 

Kəs səsini, Varis, - qardaşım boğuq səslə dedi. 

Sən də kəs! 
Getməyə  iki  günümüz  qalanda  Qerri  dedi  ki,  filmin 
çəkilişlərinə  davam  etməliyik.  O,  anamla  məni  bir  neçə  dəfə 
downloaded from KitabYurdu.org


237 
 
lentə  aldı.  Lakin  anam  əvvəllər  heç  vaxt  kamera  görmədiyi 
üçün ondan heç xoşu gəlmirdi. O deyirdi: “O zəhriman üzümə 
tuşlama.  Onu  görmək  istəmirəm”.  Operatoru  söyürdü  də. 
“Varis,  ona  de  bu  zibili  üzümdən  çəksin”.  Anamı 
sakitləşdirməyə çalışırdım, o isə soruşurdu: 

O, mənə baxır, yoxsa sənə? 

Hər ikimizə. 
- Ona  de  ki,  mən  ona  baxmaq  istəmirəm!  Ümid  edirəm  nə 
dediyimi eşitmir, düzdür? 
Çəkiliş prosesini ona izah etməyə çalışdım, amma  bilirdim 
ki, mənasızdır. Gülə-gülə dedim: 
- Hə, Mama, o, dediklərinin hamısını eşidir. 
Operator nəyə güldüyümüzü soruşdu. Mənsə cavab verdim: 
“İşlərimizin mənasızlığına...” 
Çəkiliş heyəti növbəti gün məni səhrada tək-tənha gəzərkən 
lentə  aldı.  Quyuda  öz  dəvəsini  sulayan  balaca  bir  oğlana  rast 
gəldim və ondan dəvəsini sulamaq üçün icazə istədim. Çəkiliş 
üçün  vedrəni  dolduraraq  heyvanın  ağzına  yaxınlaşdırdım. 
Bütün bunlan edərkən isə göz yaşlarıma hakim ola bilmirdim. 
Yola  düşməzdən  bir  gün  əvvəl  kənddəki  qadınlardan  biri 
barmaqlanmı  xına  ilə  bəzədi.  Əllərimi  kamera  qarşısında 
saxladım.  Barmaqlarımın  ucu  sanki  inək  peyininə  batıb 
çıxmışdı,  amma  özümü  kraliça  hesab  edirdim!  Xmayaxma 
gəlinlər  üçün  nəzərdə  tutulan  qədim  ənənələrimizdən  biridir. 
Həmin  axşam  kəndlilər  və  biz  hamımız  oynayaraq,  oxuyaraq 
çox gözəl vaxt keçirdik. Bu, mənə uşaq vaxtı yağışdan sonrakı 
şənlikləri  xatırladırdı  -  dünyalara  sığmayan  azadlığımı  və 
sevincimi... 
Ertəsi gün səhər təyyarə bizi aparmağa gəlməzdən qabaq dan 
downloaded from KitabYurdu.org


yeri söküləndə yerimdən qalxdım, anamla səhər yeməyi 
yedik.  Ondan  soruşdum  ki,  mənimlə  İngiltərəyə,  ya  da 
Amerikaya getmək istəyirmi. 
-  Bəs mən orada nə edəcəyəm? 
- Mən  də  istəyirəm  heç  nə  etməyəsən.  Çox  işləmisən,  indi 
ayaqlarını uzadıb istirahət etmək vaxtıdır. 
- Yox,  bunu  edə  bilmərəm.  Əwəla,  atan  getdikcə  yaşlanır, 
ona  lazımam,  onun  yanında  olmalıyam.  İkincisi,  uşaqlann 
qayğısına qalmalıyam. 
- Uşaqlar deyəndə kimi nəzərdə tutursan? Biz hamımız artıq 
böyümüşük! 
- Yaxşı,  atanın  uşaqlan.  Onun  evləndiyi  o  qızın  adı 
yadındadır? 
-  Hə-ə. 
- Onun  beş  uşağı  oldu.  Lakin  dözə  bilmədi.  Zənnimcə,  ya 
bizim sərt həyat tərzimizə uyğunlaşa bilmədi, ya da atanla yola 
getmədi. Axırda baş götürüb qaçdı, yoxa çıxdı. 
- Mama... bunu necə bacarırsan?! Uşağa baxmaq üçün yaşın 
çoxdan  keçib!  Bu  yaşda  balaca  uşaqların  dalınca  necə 
düşürsən, bu qədər çox işləmək olmaz!!! 
- Atan  da  yaşlanır,  mənə  ehtiyacı  var.  Bundan  başqa,  mən 
bikar  qala  bilmərəm.  Otursam,  qocalacağam.  İşsiz  mənə 
çətindir.  Həmişə  hərəkətdə  olmalıyam.  Yox.  Mənimçün  nəsə 
etmək istəyirsənsə, mənə Afrikada, Somalidə gücdən düşəndə 
gedə  biləcəyim  bir  ev  al.  Bura  mənim  vətənimdir,  bələd 
olduğum yeganə yerdir. 
Onunla qucaqlaşdım. 
- Səni lap çox sevirəm, Mama! Tezliklə səni aparmaq üçün 
qayıdacağam... səninçün qayıdacağam... 
downloaded from KitabYurdu.org


239 
 
O gülümsədi və əl yellədi. 
Təyyarəyə  minəndə  çox  kövrəldim.  Anamı  yenidən  görə 
biləcəyimi,  bunun  bir  də  nə  vaxt  olacağını  bilmirdim. 
Pəncərədən  ağlaya-ağlaya  uzaqlaşdığımız  kəndə,  səhraya 
baxarkən heyət filmin son kadrlarını çəkirdi. 
15 
Soul  Train  -  Amerikada  musiqili  şou.  Televiziya 
tarixində ilk ən uzun ömürlü proqram. 
16 
Ucqar yerlərə, nəqliyyat üçün əlverişli şərit olmayan 
əvvəlcədən təyin edilməmiş sərnişinlərlə uçuş edirlər. 
16. 
BÖYÜK ALMA 
1995-ci  ilin  yazında  BBC-nin  “Köçəri  Nyu-Yorkda”  adlı 
sənədli  filminin  çəkilişləri  başa  çatdı.  Mən  isə  neçə  illər 
keçməsinə baxmayaraq, öz evim olmadığı üçün, həqiqətən də, 
hələ köçəri idim. Demək olar ki, həmişə işimlə əlaqədar olaraq, 
Nyu-Yorka,  Londona,  Parisə,  Milana  getməli  olurdum. 
Dostlarımın evlərində, ya da hotellərdə qalırdım. Öz əşyalarım 
isə - cəmi  bir  neçə şəkil, kitablar və CD-lər  -  Uelsdə Nigelin 
evində idi. 
İşimin  çox  hissəsi  Nyu-Yorkda  olduğundan  çox  vaxt  orada 
qalırdım. Axır ki, Sohoda bir mənzil kirayələdim. Daha sonra 
ora  yaxın  başqa  bir  yerdə,  daha  sonra  isə  Qərbi  Brodveydə 
qaldım.  Amma  bu  evlərin  heç  biri  xoşuma  gəlmirdi. 
Brodveydəki evim sanki dəlixana idi, orada qalmaq əsəblərimi 
oynadırdı.  Yoldan  keçən  maşınlar  elə  bil  evimin  içindən 
keçirdi. Qaldığım evin yaxınlığında yanğınsöndürən stansiyası 
var idi, bütün gecəni siqnal səsləri altında keçirməli olurdum. 
Doyunca 
istirahət  edə  bilmirdim  deyə  on  aydan  sonra  yenə  əvvəlki 
köçəri həyatıma qayıtdım. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə