Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   61   62   63   64   65   66   67   68   69

bilmək üçün nəsə edə bilərəm. 
“Qadın  sünnəti  faciəsi”  sərlövhəli  müsahibəm  işıq  üzü 
görəndə  münasibət  dramatik  oldu.  Laura  alqışalayiq  bir  iş 
görmüşdü və belə bir məqaləni dərc etməklə “Marie Claire” də 
cəsarətli  addım  atmışdı.  Jurnala  və  Equality  Now  qadın 
hüquqlarının müdafiəsi təşkilatına bundan sonra çoxlu dəstək 
məktubları  gəldi.  Bu  hüznlü  hekayəmi  danışarkən  Lauranın 
dəhşətə gəldiyi kimi, oxucular da dəhşətə gəlmişdilər: 
“Marie Claire”in mart sayında qadın sünnəti haqqında dərc 
edilmiş  məqaləni  oxuduğum  vaxtdan  bir  ay  keçməsinə 
baxmayaraq, hələ də bunu ağlımdan çıxara bilmirəm. Hələ də 
inana bilmirəm ki, qadın, yaxud kişi olsun, fərq etməz, Allahın 
kişinin həyat yoldaşı və dayağı kimi yaratdığı qadına qarşı belə 
bir  qeyri-insani  və  qəddar  münasibəti  qəbul  edə  və  ya  unuda 
bilər. Bibliyada deyilir ki, kişilər qadınlarını sevməlidirlər. 
Hətta  Allahın  mövcud  olmadığı  hesab  edilən  cəmiyyətlərdə 
belə  qadının  ağrımasına,  zədələnməsinə  və  hətta  ölümünə 
səbəb  olan  hərəkətlər  yolverilməz  hesab  edilir.  İnsan  öz 
qadınma, qızma, bacısına qarşı belə zülm edilməsinə necə yol 
verə  bilər?  Sözsüz  ki,  bununla  öz  qadınlarma  necə  bir  zərbə 
vurduqlarını anlamamış deyillər! 
Bu vəhşiliyin qarşını almaqda Allah özü bizə kömək olsun. 
Məqaləni  oxuduğum  gündən  bəri  hər  gün  bu  vəhşiliyi 
fikirləşərək yuxudan oyanır, bu fikirlə yuxuya gedir, bütün gün 
bunu düşünərək ağlayıram! World Vision və başqa bu kimi 
qadın  hüquqlarının  müdafiəsi  təşkilatlan  bu  insanlan 
maarifləndirə  bilərlər;  evlilik  və  fiziki  yaxınlıq  kişilər  üçün 
olduğu  kimi,  qadınlar  üçün  də  həzzverici  ola  bilər.  Çünki 
kişilər kimi, qadınlar da daha yaxşı bir səbəb üçün doğulurlar! 
downloaded from KitabYurdu.org


261 
 
Və başqa biri: 
Varis  Dirie  haqqındakı  məqalənizi yenicə  oxudum  və  hələ 
də  körpə  qızların  cinsi  orqanlannm  belə  amansızlıqla  şikəst 
edilməsinə dözməli olduqlanm bilib dərindən mütəəssir oldum. 
Bu  gün  də  belə  amansız  hərəkətlərə  yol  verildiyinə  inanmaq 
olduqca  çətindir.  Qadınların  bütün  ömürləri  boyu  bunun 
nəticəsi olan problemlərə dözməli olması ağlasığmazdır. Fərq 
etməz,  bu,  əsrlərlə  davam  edən  bir  ənənədir,  yoxsa  yox, 
qadınlara  qarşı  edilən  bu  zülmə  son  qoyulmalıdır.  Bunu  öz 
qadınma rəva görən çox yox, bircə kişinin cinsi orqanı yarılıb 
yenidən  tikilsə,  sizi  əmin  edirəm  ki,  bu  ənənəyə  tezliklə  son 
verilər! Şiddətli və həmişə davam edən ağndan əziyyət çəkən 
bir qadınla necə fiziki yaxınlıq etmək olar axı?! Bu məqaləni 
oxuduqca göz yaşları içində boğuldum və indi Equality Now 
təşkilatına  necə  kömək  edə  biləcəyimi  öyrənmək  üçün 
müraciət edirəm. 
Mənə ünvanlanlanmış başqa bir məktubda deyilirdi: 
Bu  cür  faciəvi  əhvalatlar  zaman-zaman  danışılıb  və 
danışılacaq da. Amma, Varis, bir toplumun öz övladlarına qarşı 
etdiyi  bu  dəhşətli  hərəkətdən  daha  faciəvi  heç  nə  ola  bilməz. 
Müsahibəniz məni çox təsirləndirdi. Bu, tək adamın işi olmasa 
da,  belə  vəhşi  bir  ənənəyə  son  qoymaq  üçün  əlimdən  gələni 
etməyə hazıram. 
Belə dəstək məktubları aldıqdan sonra bir xeyli rahatlandım. 
Bu məktubların arasında iki dənə tənqidi məktub da var idi və 
heç şübhəsiz ki, onlar Somalidən gəlmişdi. 
Mən  isə  bu  haqda  daha  çox  müsahibə  verməklə, 
məktəblərdə,  ictimai  təşkilatlarda  və  başqa  bu  kimi  yerlərdə 
danışmaqla məsələni ictimailəşdirməyə başladım. 
downloaded from KitabYurdu.org


Sonra taleyin daha  bir  “dalğası” gəldi. Bir gün Avropadan 
Nyu-Yorka öz müdiri ilə uçan bir qrim ustası “Marie Claire”i 
açaraq mənim müsahibəmi oxuyur və yolboyu onu öz müdirinə 
məsləhət görərək: “Bunu mütləq oxumalısınız”, - deyir. Müdir 
isə  məşhur  jurnalist  və  müəllif  Barbara  Valter  imiş.  Sonralar 
Barbara mənə dedi ki, müsahibə o qədər təsirləndirici olub ki, 
onu axıra kimi oxuya bilməyib və bu mövzuya müraciət etməli 
olduğunu  fikirləşib.  Apancısı  olduğu  20/20  adlı  verilişlər 
silsiləsində  xüsusi  proqram  hazırlamaq  üçün  danışdığım  bu 
əhvalatdan  istifadə  edərək  tamaşaçılara  qadın  sünnəti  haqda 
məlumat vermək qərarına gəlib. Prodüser Ethel Bass sonradan 
mükafata layiq görülən “Şəfaverici səfər” adlı veriliş hazırladı. 
Barbara  məndən  müsahibə  götürəndə  özümü  tamamilə 
çılpaq hiss edir və ağlamaq istəyirdim. Məqalə üçün müsahibə 
vermək  bundan  daha  asan  idi,  çünki  onda  oxucu  ilə  özüm 
arasında məsafə hiss edirdim. Bundan başqa, Lauraya bu haqda 
danışanda biz, sadəcə, restoranda oturub söhbət edən iki qadın 
idik. Lakin 20/20 verilişinə çəkiliş zamanı həyatımın bu vaxta 
kimi qoruyub saxladığım gizli sirlərini açdıqca operator üzümü 
daha yaxından  çəkirdi.  Bu  vaxt sanki  kiminsə  qəlbimi  söküb 
açdığını hiss edirdim. 
“Şəfaverici səfər” verilişi 1997-ci ildə yayımlandı. Bundan 
az sonra agentliyimdən mənə zəng gəldi. Onlar Birləşmiş 
Millətlər  Təşkilatının  onlarla  əlaqə  saxladığını  dedilər. 
Birləşmiş  Millətlər  Təşkilatının  nümayəndələri  də  verilişə 
baxmış və təcili onlarla əlaqə saxlamağımı istəmişdilər. 
Hadisələr  başqa  bir  gözlənilməz  məcrada  davam  edirdi. 
Birləşmiş  Millətlər  Təşkilatının  Əhali  Fondu  məni  qadın 
sünnəti  əleyhinə  mübarizəyə  qoşulmağa  dəvət  edirdi. 
downloaded from KitabYurdu.org


263 
 
Ümumdünya  Sağlamlıq  Təşkilatı  ilə  birgə  işlədiklərindən  bu 
dəhşətli  problemin  yayılma  perspektivinin  statistikasını  tərtib 
etmişdilər. O rəqəmləri gördükdən sonra bir daha anladım ki, 
bu  yalnız  mənim  problemim  deyil.  Qadın  sünnəti,  yaxud  da 
rəsmi şəkildə adlandırıldığı kimi, qadın cinsiyyət orqanlarının 
şikəst  edilməsi  (FGM)20  Afrikanın,  əsasən,  iyirmi  səkkiz 
ölkəsində  mövcuddur.  BMT-nin  hesablamalarına  görə  130 
milyon qadın və qız bu vəhşi ənənənin qurbanıdır. Bir ildə ən 
azı iki milyon qız növbəti qurban olmaq riskini daşıyır, bu isə - 
müvafiq  olaraq  bir  gündə  altı  min  qız  deməkdir.  Sünnət 
əməliyyatı çox primitiv bir şəkildə kənddə hansısa  bir qadın, 
yaxud  mamaça  tərəfindən  heç  bir  keyləşdiricidən  istifadə 
edilmədən həyata keçirilir. Əllərinə hansı kəsici alət keçirsə: 
ülgüc,  bıçaq,  şüşə  sınığı,  iti  daş,  bəzi  bölgələrdə  hətta  həmin 
nahiyəni dişləyib qopararaq - qızları sünnət edirlər. Bu proses 
coğrafi  bölgələrdən  və  ənənələrdən  asılı  olaraq,  daha  sərt 
şəkildə həyata keçirilir. Ən yüngülvarı zədə qızları ömür boyu 
seks  həzzindən  məhrum  etmək  üçün  klitorun  üst  hissəsinin 
kəsilməsidir. Ən pis hesab ediləni isə Somali qadınlarının 8o%- 
i üzərində həyata keçirilən infibulyasiyadırstı. Mən də məhz bu 
növ  sünnətə  məruz  qalmışam.  İnfibulyasiyanın  dərhal  üzə 
çıxan fəsadlarına ağn şoku, infeksiya, sidik kanalı və ya anusun 
zədələnməsi,  yara  əmələ  gəlməsi,  tetanus,  sidik  kisəsi 
infeksiyası,  HİV,  hepatit  B  və  qan  zəhərlənməsi  daxildir. 
Uzunmüddətli  fəsadlarına  isə  sonsuzluq,  uşaqlıq  yolunda 
əmələ  gələn  kistalar  və  fırlar,  ağrılı  neyroma22,  getdikcə 
çətinləşən 
sidiyəçıxma, 
ağrılı 
menstruasiya, 
aybaşı 
qanaxmalarının  qann  boşluğuna  yığılması,  cinsi  soyuqluq, 
depressiya və ölümə səbəb ola biləcək xroniki və təkrarən baş 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə