Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   21   22   23   24   25   26   27   28   ...   69

vəd etməyəcək, amma başqa seçimim də yox idi. Küçə oğrusu, 
ya da dilənçi olası deyildim ki?! Lui dayıdostugildən ayrılma 
səbəbini  izah  etmədən  bir  müddət  onlarda  qala  biləcəyimi 
soruşdum. 
“Bura  ən  yaxın  adamının  evidir”,  -  deyərək  məni 
təəccübləndirdi.  “Bizdə  qalmaq  istəyirsənsə,  buyur.  Dərdini 
danışmaq istəsən, mən buradayam”. Gözlədiyim kimi, onlara 
ev işlərində kömək etməyə başladım. Evin bütün işləri Şahru 
xalanın böyük qızı, on doqquz yaşlı Fatimənin üstünə düşürdü. 
Yazıq xalam qızı Fatimə bütün günü qul kimi işləyirdi. Hər 
gün səhər tezdən ayağa qalxır, kollecə gedir, evə birin yarısında 
qayıdıb günorta yeməyi hazırlayır, yenidən kollecə qayıdır və 
axşam saat altıda evə gəlib çatan kimi axşam yeməyinə tədarük 
görürdü.  Şam  etdikdən  sonra  qabları  yuyur,  sonra  da 
gecəyarısına kimi dərs oxuyardı. Nə səbəbdənsə anası onunla 
fərqli  davranırdı,  hər  şeyi  başqa  uşaqlardan  çox  ondan  tələb 
edirdi.  Fatimə  mənimlə  bir  rəfiqə  kimi,  çox  mehriban  rəftar 
edirdi,  o  vaxt,  həqiqətən,  dosta  ehtiyacım  var  idi.  Anasının 
onunla  rəftarı  mənə  olduqca  ədalətsiz  gəlirdi.  Buna  görə  də 
axşamlar mətbəxdə ona kömək etməyə çalışırdım. Bişirməyi 
bacarmasam  da,  onun  əlinə  baxıb  öyrənmək  istəyirdim. 
Pastanmö  dadma  ilk  dəfə  Fatimə  hazırlayanda  baxmışdım  və 
elə xoşuma gəlmişdi ki, elə bilmişdim cənnətdəyəm! 
Əsas  işim  evi  təmizləmək  idi  və  bu  günə  kimi  Şahru  xala 
deyir  ki,  onun  heç  vaxt  mənim  qədər  yaxşı  təmizləyicisi 
olmayıb.  Hər  yeri  panldayanadək  sürtüb  təmizləyirdim.  Bu, 
kifayət  qədər  çətin  iş  idi,  amma  başıma  gələn  sonuncu 
macəralardan sonra uşağa baxmaqdansa, təmizlik işlərini üstün 
tuturdum. 
downloaded from KitabYurdu.org


91 
 
Aman  kimi,  Şahru  xala  da  anamın  yanında  ona  kömək 
edəcək böyük qız qalmadığına görə narahat olmağa başlamışdı. 
Atam  ona  heyvanlara  baxmaqda  kömək  edə  bilərdi,  amma 
yeməyə,  pal-paltara,  səbət  toxumağa,  uşaqlara  baxmağa 
barmağını belə vurmazdı. Bunlar qadın işləri hesab edilirdi və 
Mamanın  problemi  idi.  Bundan  başqa,  o,  evə  başqa  arvadı 
anama  kömək  etmək  üçün  gətirməmişdimi?  Əlbəttə,  bu 
məqsədlə  gətirmişdi.  Mən  özüm  də  axırıncı  dəfə  səhərin  ala-
toranlığında  anamın  üzünü  gördüyümdən  bəri  Mamaya  görə 
narahat idim. Anamı xatırlayanda həmişə evimizdəki sonuncu 
gecədə tonqalın işığında gördüyüm yorğun üzü yadıma düşür. 
Səhra  boyunca  Moqadişu  axtarışı  ilə  qaçdıqca  da  anam 
haqqındakı  bu  fikirləri  beynimdən  çıxara  bilmirdim.  Səfərim 
də dilemmam kimi sonsuz idi. Hansını seçməli idim - anamın 
qayğısına qalmaq arzumumu, yoxsa qoca kişiyə ərə getməkdən 
canımı qurtarmağımı?! Qaranlıqda ağacın altında yıxılarkən nə 
fikirləşdiyimi  indi  də  xatırlayıram:  indi  Mamaya  kim  kömək 
edəcək? O, hamının qayğısına qalacaq, bəs onun qayğısına kim 
qalacaq? 
Evə  qayıtmağım  mümkün  deyildi.  Bu,  ən  azı,  ötən  üç  ay 
ərzində  çəkdiyim  əziyyətin  hədər  getməsi  olardı.  Evə 
qayıtsaydım, bir ay keçməz, atam yenə səhrada rastına çıxan, 
dəvəsi olan çolaqla və ya qoca axmaqla sövdələşəcək və məni 
ona ərə verəcəkdi. Mən də, beləcə, ərimin yanında qalacaq və 
yenə də anama kömək etmək üçün yanında olmayacaqdım. Bir 
gün  fikirləşdim  ki,  pul  qazanıb  ona  göndərsəm,  bu  məsələyə 
qismən də olsa, çarə tapa bilərəm. O, pulla ailənin ehtiyacı olan 
bəzi şeyləri alar və o qədər zəhmət çəkməz. 
İş tapmaq qərarına gəldim. Bütün şəhəri dolaşdım. Bir gün 
downloaded from KitabYurdu.org


xalam  məni  bazarlıq  etməyə  göndərmişdi.  Evə  qayıdarkən 
tikinti  sahəsinin  yanından  ötürdüm,  dayanıb  kərpic  daşıyan, 
palçıq qarışdıran fəhlələrə baxdım. 
Ey, sizdə iş var? - deyə soruşdum. 
Əlində kərpic tutan fəhlə dayandı və gülməyə başladı: 

Kimin üçün soruşursan? 

Özüm üçün. Mənə iş lazımdır. 
- Yox, bizdə sənin kimi bir dəri, bir sümük qızlara iş yoxdur. 
Həm  də  sən  heç  divar  hörən  bənnaya  oxşamırsan,  -  deyərək 
yenə də güldü. 

Ey, səhvin var, - onu inandırmağa çalışdım, 
-  mən  bacararam,  doğrudan  deyirəm,  belə  görünməyimə 
baxma,  güclüyəm.  -  Palçıq  qarışdıran  fəhlələri  göstərərək:  - 
Onlara  kömək  edə  bilərəm.  Onlar  kimi,  mən  də  qum  daşıya, 
palçıq qarışdıra bilərəm, - dedim. 

Yaxşı, yaxşı. Nə vaxt başlaya bilərsən? 

Sabah səhər. 

Səhər altıda burada ol, baxaq görək nə bacarırsan. 
Sevindiyimdən evə uça-uça qayıtdım. İş tapmışdım! Özüm 
pul qazana biləcəkdim! Pul yığacaq, Mamaya göndərəcəkdim. 
O elə təəccüblənəcəkdi ki... 
Evə  çatanda  bu  xəbəri  xalama  dedim.  O  inana  bilmirdi. 
“Harada  iş  tapmısan?”  O,  qızın  belə  işdə  işləmək  istədiyinə 
inana  bilmirdi.  “Düzünü  de  görüm,  o  kişilər  üçün  nə 
edəcəksən?” - soruşdu. Bundan başqa, tikinti sahibinin mənim 
kimi  ayaq  üstə  yıxılan  bir  qızı  işə  götürməsi  onu 
təəccübləndirmişdi. Lakin bunun doğru olduğunu israr etdikdə 
onun inanmaqdan başqa çarəsi qalmadı. 
Onlarda qalıb ev işlərinə kömək etmək əvəzinə, başqası üçün 
downloaded from KitabYurdu.org


93 
 
işləyəcəyimi biləndə xalam çox hirsləndi. 
- Bax, - yorğun-yorğun dedim, - anama pul göndərməliyəm. 
Bundan ötrü işləməliyəm. Bu işdə, ya başqasında, fərqi yoxdur, 
işləməliyəm. Başa düşürsən məni? 
-  Başa düşdüm. 
Ertəsi gün səhər tezdən inşaat fəhləsi kimi işə başladım. 
Bu,  dəhşətli  bir  iş  idi.  Bütün  günü  qum,  palçıq  daşıyırdım, 
əlcəklərim də olmadığından vedrənin qulpu əlimi kəsirdi. 
Ovcumun  ortası  suluqlamışdı.  İş  günümün  sonunda  suluqlar 
partladı və əllərim qanadı. Hər kəs fikirləşirdi ki, artıq davam 
etmərəm, amma işləməkdə çox qətiyyətli idim. 
Əllərimin  içi  parçalanıb  yara  oluncayadək  bir  ay  işlədim. 
İşdən  çıxanda  təxminən  60  dollara  bərabər  məbləğ  toplaya 
bilmişdim. Fəxrlə xalama dedim ki, bir az pulum var və o pulu 
anama göndərmək istəyirəm. Xalamın tezliklə ailəsi ilə bərabər 
səhraya gedəcək bir tanışı bizə gəlmişdi və pulu anama çatdıra 
biləcəyini  dedi.  Şahru  xala  da  təsdiqlədi:  “Hə,  o  adamlan 
tanıyıram, yaxşı adamlardır. Onlara etibar edə bilərsən”. 
Beləcə,  min  bir  əziyyətlə  qazandığım  60  dollanm  əlli-ayaqlı 
getdi, çünki sonradan öyrəndim ki, o adam anama bir dollar da 
verməyib!.. 
Tikintidən  ayrıldıqdan  sonra  yenə  də  xalamın  evini 
təmizləməklə məşğul idim. Çox keçmədi, bir gün, adəti üzrə, 
evi təmizlədiyim vaxtda  xalamgilə hörmətli bir qonaq  gəldi - 
Somalinin  Londondakı  səfiri.  Səfir  Məhəmməd  Çəma  Fərəh 
başqa  bir  xalam  -  Məryəm  xalanın  əri  idi.  O  biri  otağı 
təmizləyərkən səfirin Şahru xalamla söhbətini eşitdim. O, 
Moqadişuya  Londonda  dördillik  diplomatik  fəaliyyətə 
başlamazdan  əvvəl  bir  qulluqçu  tapmağa  gəlmişdi.  Dərhal 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə