Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   17   18   19   20   21   22   23   24   ...   69

sallayaraq mənə tərəf gəldi. O əsl mama idi (Afrikada “mama” 
qadına hörmət mənasında işlənir, bu ada layiq olmaq üçün yaşa 
dolmalı,  kamil  olmalı,  həqiqətən  də,  ana  olmalısan.).  Onun 
əynindəki paltar və şərflər al-əlvan idi. O soruşdu: 

Nə istəyirsən?” 
Pomidorlan göstərərək dedim: 

Lütfən, bunlardan mənə verə bilərsiniz? 

Pulun var? 

Yox, amma çox acam... 
- Çıx  get  buradan  -  GET!  -  o,  əli  ilə  məni  piştaxtanın 
yanından uzaqlaşdıraraq qışqırdı. 
Başqa  bir  satıcının  yanma  getdim  və  yenə  başladım.  Bu 
qadın dedi: 
- Piştaxtamın  qabağında  sülənən  dilənçiləri  görən  gözüm 
yoxdur. İmkan ver, işimizlə məşğul olaq. Get buradan, haydı! 
Ona başıma gələnləri danışdım və dedim ki, Əhməd əmini 
axtarıram, onun harada yaşadığını bəlkə o bilə... Fikirləşirdim 
ki,  əmim  varlı  adam  olduğundan  qalkayolular  onu  tanıya 
bilərlər. 
- Bura  bax,  yum  ağzını.  Kolluqdan  çıxıb  gəlib  burada  belə 
qışqıra-qışqıra danışa bilməzsən. Şşşş! Bir az mərifətin olsun. 
Sakit. Camaatın içində ailə üzvlərinin adını ucadan demə! 
Gözlərimi onun üzünə zilləyərək fikirləşdim... Ay Allah, bu 
qadın nə danışır, mən bu adamlarla necə ünsiyyət quracağam?! 
Yanımızda  bir  nəfər  divara  söykənib  dayanmışdı.  Məni 
çağırdı: 

Ay qız, bura gəl. 
Həyəcan  və  həvəslə  yanma  getdim  və  düşdüyüm  bu  çətin 
vəziyyəti ona izah etməyə çalışdım. Təxminən otuz yaşlarında, 
downloaded from KitabYurdu.org


75 
 
adi  bir  Afrika  kişisi  idi,  mehriban  sifətindən  başqa  elə  bir 
xüsusi əlaməti yox idi. Kişi təmkinlə dedi: 
- Bir  az  sakit  ol.  Sənə  kömək  edə  bilərəm,  amma  gərək 
ehtiyatlı olasan. Öz tayfanın adını hər yerdə belə qışqıra-qışqıra 
demə. İndi de görüm, hansı tayfadansan? 
Ona ailəm və Əhməd əmi haqqında nə bilirdimsə, hamısını 
danışdım. 
- Oldu, məncə, onun harada yaşadığını bilirəm. Gedək, onu 
tapmaqda sənə kömək edəcəyəm. 

Oh, lütfən, lütfən. Məni ora apara bilərsiniz? 

Hə, gəl. Narahat olma, onu tapacağıq. 
Birlikdə  bazardan  uzaqlaşdıq,  kölgəli  bir  küçə  ilə  aşağıya 
doğru getdik. 
- Acsan? - Sözsüz ki, bu, gözü olan hər kəsin açıq-aşkar hiss 
edə biləcəyi bir şey idi. 

Bəli. 
- Yaxşı, bax bu, mənim evimdir. İstəyirsən gəl nəsə ye, sonra 
gedib əmini tapaq. 
Onun təklifini məmnunluqla  qəbul  etdim. Biz  içəri keçdik. 
Evdən  əvvəllər  heç  vaxt  hiss  etmədiyim  qəribə  və  xüsusi  bir 
qoxu  gəlirdi.  Məni  otuzdurdu  və  yemək  gətirdi.  Sonuncu 
tikəmi yeyib qurtaran kimi dedi: 

İstəyirsən gəl mənimlə bir az uzan, yuxunu al. 

Uzanım? 

Hə, bir az dincəl. 

Yox, lütfən, mən tezliklə əmimi tapmaq istəyirəm. 
Bilirəm, bilirəm. Amma əvvəl gəl bir az uzan. İndi siesta 
vaxtıdır. Narahat olma, sonra gedib onu birlikdə taparıq. 
Həqiqətən  də,  günorta  yuxusunun  vaxtı  idi,  amma  bu  yad 
downloaded from KitabYurdu.org


adamla yanaşı uzanmağı ağlıma da gətirmirdim. O söhbətdən 
sonra başa düşdüm ki, onun niyyəti başqadır. Amma mən, cahil 
qızcığaz, nə edəcəyimi bilmirdim. 
- Bura  bax,  qızcığaz,  -  kobud  tərzdə  dedi,  -  istəyirsənsə, 
əmini tapmağa sənə kömək edim, yaxşı olar ki, uzanıb yuxunu 
alasan. 
Bilirdim ki, Əhməd əmini tapmaq üçün o adamın köməyinə 
ehtiyacım var. O, israrla və hədələyici tərzdə təkid 
etdiyindən  qorxmağa  başladım  və  nəhayət,  ən  axmaq  səhvi 
etdim  -  onun  təklifi  ilə  razılaşdım.  Şübhəsiz,  onun  yanma 
uzandığım  vaxt  yatmaq  onun  ağlmdakı  ən  son  istək  idi.  İki 
saniyənin içində o murdar oğraş üstümə çıxmağa çalışdı. 
Ondan  canımı  qurtarmaq  istəyəndə  başımın  arxasından  bir 
şapalaq vurdu. Bir kəlmə belə demədən imkandan istifadə edib 
onun  qollarının  arasından  sivişib  otaqdan  qaçdım.  Qaçdıqca 
yatdığı yerdən onun necə çağırdığını eşidirdim. “Ey, qızcığaz, 
geri qayıt...” Sonra uzaqdan gülüş səsləri gəldi. 
Küçə  boyunca  acı-acı  ağlayaraq  bazara  tərəf,  adamların 
ətrafında  təhlükəsiz  yer  axtarmağa  getdim.  Təxminən  altmış 
yaşlannda  bir  qoca  mama  mənə  yaxınlaşdı,  qolumdan  tutub 
məni otuzdurdu. “Bala, nə olub? De görüm, niyə ağlayırsan?” 
İndicə  başıma  gələn  hadisəni  etiraf  edə  bilmirdim.  Bunu 
kiməsə  deməyə  elə  sıxılır,  elə  utanırdım  ki...  Onun  evinə 
girməklə  bütün  bunlara  şərait  yaratdığıma  görə  özümü  elə 
axmaq,  elə  ağılsız  hesab  edirdim  ki...  İçimi  çəkə-çəkə  ona 
əmimi axtardığımı, amma tapa bilmədiyimi izah etdim. 
- Əmin kimdir? Adı nədir? 

Əhməd Dirie. 
Yaşlı  mama  sümükləri  çıxmış  barmağını  küçəyə  diaqonal 
downloaded from KitabYurdu.org


77 
 
səmtdə yerləşən açıq- mavi rəngli evə uzadaraq dedi: 

Bax oradadır. Onu görürsənmi? O evdir. 
Ev düz qarşımda idi. Maşından düşüb əmimi tapmaqda mənə 
kömək etməsi üçün o əclafa yalvardığım yerdə... Sonralar başa 
düşdüm ki, o alçağa başıma gələnləri danışanda o mənim də, 
əmimin  də  kim  olduğunu  dəqiq  bilirmiş.  Arvad  məni 
ötürməyini  istəyib-istəmədiyimi  soruşdu.  Daha  heç  kimə 
inamım qalmadığından onu diqqətlə süzdüm. Amma üzündəki 
ifadədən onun əsl ana olduğunu anladım. 

Bəli, lütfən, - tərəddüdlə cavab verdim. 
Biz evə yaxınlaşdıq, qapını döydüm. Əmidostum qapını açdı 
və məni görüb təəccübləndi: 

Sən burada nə edirsən? 
Yaşlı qadın çıxıb getdi. 
Axmaqcasına cavab verdim: 

Əmidostu, mən gəlmişəm. 
- Allah  xatirinə,  de  görüm,  burada  nə  edirsən?  Evdən 
qaçmısan, düzdür?! 

Həə... 

Səni evinizə qaytaracağam! - ciddi bir tərzdə dedi. 
Əhməd əmi məni evində gördüyünə, xüsusilə də gəlib onun 
evini  tapa  bildiyimə  heyrətlənmişdi.  Yük  maşmmdakı  kişinin 
və  demək  olar  ki,  onun  qonşusu  olan  birinin  məni  zorlamaq 
istədiyini demədən başıma gələnləri danışdım. Səhranı keçərək 
gəlib  şəhərdə  onun  evini  tapmağıma  mat  qalsa  da,  qətiyyən 
məni  evində  saxlamaq  fikrində  deyildi.  Əmim  onun 
heyvanlarına  kimin  baxacağından  narahat  idi.  Axı  əvəzində 
mənə  bir  cüt  ayaqqabı  almağa  qıymadığı  o  işi  illər  idi  məhz 
mən  görürdüm!  Atamın  böyük  uşaqlan  artıq  evdən 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə