Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

- İndi yox, sabah, - pıçıldadım, - səhər gün çıxmamış məni 
oyadarsan. 
Yaxşı başa düşürdüm ki, onun köməyinə ehtiyacım var. Bu, 
səhər  durmaq  üçün  zəngli  saatı  qurmağa  bənzəmirdi,  uzun 
yolçuluğa çıxmazdan  əvvəl  mənə istirahət lazım idi. Həm də 
atam oyanmazdan əvvəl yola düşməli idim. 
- Yox. Bu, olduqca təhlükəlidir, - deyə o, başını yellədi. 
- Lütfən!  Mama,  ona  ərə  gedə  bilmərəm,  onun  arvadı  ola 
bilmərəm. Lütfən, lütfən. Sənin xətrinə qayıdacağam. Bilirsən 
ki, dedimsə, edəcəyəm. 
- Get yat! 
Üzündəki  ciddi  ifadə,  gözlərindəki  baxış  mənə  söhbətin 
bağlandığını  deyirdi.  Gözlərini  alovun  dilimlərinə  dikmiş 
yorğun  anamdan  ayrıldım  və  bacı-qardaşlanmm  qollarının, 
qıçlarının  arasından  keçərək  isinmək  üçün  onların  arasına 
girdim. 
Yatdığım  vaxt  anamın  astaca  qoluma  toxunduğunu  hiss 
etdim.  O,  dizi  üstə  çöküb  yanımda  dayanmışdı.  “İndi  get”. 
Dərhal  oyandım,  edəcəyim  hərəkətin  həyəcanı  məni  bürüdü. 
Atamın həmişəki kimi ailəni qorumaq üçün yatdığı yerə 
boylandım. Onun bərk yuxuladığma əmin olaraq, ehtiyatla isti 
bədənlərin arasından sürünüb çıxdım. 
Əsə-əsə anamla alaçıqdan uzaqlaşdım. 

Mama, məni oyatdığın üçün təşəkkür edirəm. 
Onu  uzun  müddət  bir  də  görməyəcəyimdən  qaranlıqda 
üzünü görməyə, cizgilərini yadda saxlamağa çalışırdım. Güclü 
olmağa  söz  vermişdim,  lakin  göz  yaşlanma  hakim  ola 
bilmirdim, onu bərk-bərk qucaqladım. 
- Get, o oyanmadan get, - ahəstə tonla qulağıma dedi. Onun 
downloaded from KitabYurdu.org


71 
 
qollannm mənə daha çox sıxıldığını hiss etdim. - Narahat olma, 
inşallah,  hər  şey  yaxşı  olacaq.  Sadəcə,  çalış  ehtiyatlı  olasan. 
Diqqətli ol! - Məni buraxdı. - Varis, və... lütf ən, başqa bir şey... 
məni unutma. 
- Heç  vaxt,  Mama...  -  Ondan  aralanıb  səhranın  qaranlığına 
qaçdım. 
6. 
YOLDA 
Biz  bir  neçə  kilometr  getmişdik  ki,  səliqəli  geyimli  o  kişi 
“Mersedes”ini  yolun  kənarında  saxladı  və  dedi:  “Təəssüf  ki, 
mən  bura  qədər  gəlməliyəm.  Səni  burada  düşürəcəyəm, 
buradan başqa maşın tapa biləcəksən”. 
Oh...  Əlbəttə  ki,  bu,  ürəkaçan  xəbər  deyildi.  Axı  atamdan 
qaçaraq  evimizi tərk  edəndən,  səhrada  günlərlə ac  qaldıqdan, 
sarban  tərəfindən  döyüldükdən,  şirlə  qarşılaşdıqdan,  yük 
maşmmdakı  adam  hücum  etdikdən  sonra  bu  adamın  qarşıma 
çıxması ilə bəxtim ilk dəfə üzümə gülmüşdü. 
“Uğurlar. Yolun açıq olsun!” - maşının açıq pəncərəsindən 
ağ dişlərini göstərib gülümsəyərək əl etdi. Mən də könülsüzcə 
tozlu yolun kənarında, günün altında dayanaraq ona əl etdim. 
Qorabişirən istidə maşının sürətlə ötüb getməsinə baxdım və nə 
vaxtsa  Moqadişuya  gedib  çıxa  biləyəcəyimi  fikirləşərək 
yoluma davam etdim. 
Həmin  gün  qısa  məsafəyə  olsa  da,  bir  neçə  dəfə  maşınla 
getdim, ara vaxtlarda isə yoluma piyada davam edirdim. Günəş 
batana  yaxın  başqa  bir  yük  maşını  yolun  kənarında  saxladı. 
Qorxudan  yerimdə  donub-qaldım.  Maşının  qırmızı  işıqlarına 
baxa-baxa əvvəlki yük maşınında başıma gələnləri xatırladım. 
Duruxub  qaldığımdan  sürücü  dönüb  mənə  tərəf  baxdı.  Cəld 
hərəkət  etməsəydim,  sürüb  gedəcəkdi,  ona  görə  də  kabinəyə 
downloaded from KitabYurdu.org


minməyə tələsdim. Sürücü qapını içəridən açdı. Maşın böyük 
bir  “TIR”  olduğundan  minməkdə çətinlik  çəkirdim.  Soruşdu: 
“Hara gedirsən? Mən ancaq Qalkayoya kimi gedəcəyəm”. 
“Qalkayo”  sözünü  eşidəndə  ağlıma  yaxşı  bir  fikir  gəldi. 
Şəhərə  bu  qədər  yaxın  olduğumu  bilmirdim.  Mənim  o  varlı 
əmim  Qalkayoda  yaşayırdı.  Bütün  Somalidə  gəzib  Moqadişu 
axtarmaqdansa, Əhməd əmigildə qala bilərəm. Onunla hələ də 
haqq-hesabımız  olduğu  ağlımda  qalmışdı,  çünki  onun 
heyvanlarına baxmağın müqabilində istədiyim ayaqqabını hələ 
də almamışdı. Qeyri-ixtiyari o gecə əmimin dəbdəbəli evində 
doyunca yemək yediyimi və yatdığımı xəyalıma gətirdim. “Hə, 
mən də elə ora gedirəm, - fikrimi bəyənərək gülümsədim, - 
mən  də  Qalkayoya  gedirəm”.  Maşının  yük  yeri  ərzaqla  dolu 
idi:  düyü  kisələri,  şəkər  tozu,  qarğıdalı  kisələri...  Onları 
görəndə ac olduğum yadıma düşdü. 
Sürücünün qırx yaşı olardı, özündənrazı adam idi. Hər dəfə 
təzə  söhbətə  başlamaq  istəyirdi,  mənsə  inanılmaz  dərəcədə 
qorxsam da, özümü mehriban aparmağa çalışırdım. Ona qarşı 
istəkli  olduğumu  fikirləşməsi  ən  son  arzuladığım  şey  idi. 
Pəncərədən  çölə  baxa-baxa  əmimin  şəhərin  hansı  tərəfində 
yaşadığını bilmədən onu tapmaq üçün planlar qururdum. 
Lakin sürücünün bu sözü diqqətimi çəkdi: 
- Sən evdən qaçırsan, elə deyilmi? 
Təəccüblə dedim: 
- Niyə belə deyirsən? 

Sadəcə, bilirəm ki, elədir. Səni evinizə qaytaracağam. 
- NƏ?  YOX!  Lütfən,  lütfən...  Mən  getməliyəm.  Məni 
aparmağını  istəyirəm...  Məni  Qalkayoya  apar.  Əmimgilə 
getməliyəm. O, məni gözləyir. 
downloaded from KitabYurdu.org


73 
 
Üzündəki ifadədən başa düşdüm ki, mənə inanmadı, amma 
öz yoluna davam edirdi. Bu dəfə başqa bir fikir məni 
yormağa başladı - sürücüyə məni harada düşürtməsini deyim? 
Əmimin  məni  gözlədiyini  demişdim.  Bundan  sonra  ünvanı 
bilmədiyimi  etiraf  edə  bilməzdim.  Biz  şəhərə  daxil  olanda 
ətrafa  boylanaraq  binalara,  izdihamlı  küçələrə,  maşınlara 
baxdıqca fikirləşirdim ki, bura təsəvvür etdiyimdən də böyük 
yerdir və dərhal da anladım ki, burada əmimi tapmaq çox çətin 
olacaq. 
Kabinədə  oturaraq  yuxandan  həyəcanla  Qalkayonun 
qarmaqarışıqlığına  baxırdım.  Şəhər  böyük  xaosu  xatırladırdı, 
mən  isə  iki  fikir  arasında  qalaraq  həm  maşından  düşmək 
istəmir, həm də məni evimizə qaytaracağını deyən bu adamdan 
tezliklə  qurtulmaq  istəyirdim.  O,  maşını  bazarın  qabağında 
saxlayanda  ərzaq  dolu  piştaxtaları  görüb  düşmək  qəranna 
gəldim.  “Ey,  dostum,  mən  burada  düşürəm.  Əmim  orada 
yaşayır”, - deyə aşağıya gedən küçəni barmağımla göstərərək 
o,  məni  saxlamamış  maşından  yerə  tullandım.  “Gətirdiyinə 
görə təşəkkür edirəm!” - qapını örtərək onunla sağollaşdım. 
Bazarın içi ilə heyrətlə yeriyirdim. Həyatımda heç vaxt bu 
qədər ərzaq görməmişdim. Onlann necə qəşəng göründüklərini 
indiyədək xatırlayıram. Qalaq-qalaq kartoflar, dağ kimi 
yığılmış  qarğıdalı,  makaronlar...  Yarəbbi,  necə  də  rəngarəng 
idi!  Qablar  ağzınacan  sapsarı  bananla,  yaşıl,  sarı  yemişlə, 
qıpqırmızı  pomidorla  dolu  idi.  Elə  o  vaxtdan  sulu,  dəymiş 
pomidorları  sevməyə  başladım  və  hələ  də  ondan  heç  vaxt 
doymuram.  Gözümü  ləziz  nemətlərdən  çəkə  bilmirdim, 
ətrafımdan  keçən  adamlarsa  məni  süzüb  yollarına  davam 
edirdilər.  Piştaxtanın  arxasında  dayanan  qadın  qaşqabağını 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə