Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   14   15   16   17   18   19   20   21   ...   69

isə məndədir!” 
Mənsə soruşardım: “Papa, bəs açarı hara qoymusan?” 
O, dəli kimi gülər və deyərdi: “Tullamışam”. 
Mən  isə  qışqırardım:  “Bəs  biz  necə  çıxacağıq?”  Sonra 
hamımız gülüşərdik. “Yox, əzizim. Mən sizə hazır olduğunuzu 
deyənəcən çıxmayacaqsınız!” 
Bu zarafatı böyük bacım Amandan  balaca bacılarıma  kimi 
hamı eşitmişdi. Amma bu, əslində, zarafat deyildi. Atamın 
icazəsi  olmadan  qızlara  yaxın  durmaq  olmazdı.  Onun  bizi 
arzulanmayan  adamlardan  qorumağının  arxasında  başqa 
məsələ  dururdu,  sünnətin  haqqında  bir  kəlmə  də  olsun 
danışılmasa da, hamı bilirdi ki, bakirə qızlar Afrikanın evlilik 
bazannda yaxşı satışa gedən məhsul hesab edilir. Atam gözəl 
bakirə qızları üçün yüksək məbləğ gözləyirdi. Amma qızlardan 
hər hansı birinin başqa kişi ilə bakirəliyini pozduğu üzə çıxsa, 
həmin  qızın  bazar  dəyəri  ölərdi.  Mən  balaca  olanda  ağlım 
kəsmədiyindən heç vaxt evlilik və seks haqda fikirləşmirdim, 
belə söhbət məni heç maraqlandırmırdı da! 
Rəfiqəm  Şükrinin  toy  xəbərini  eşidənədək  bu,  belə  idi.  O 
xəbərdən  bir  neçə  gün  sonra  axşam  atam  evə  gəlib  məni 
çağırdı: 

Ey, Varis, haradasan? 

Buradayam, Papa... 

Bura gəl, - o, yumşaq bir tonla çağırdı. 
Adətən,  o  çox  sərt  və  əsəbi  olardı.  Bildim  ki,  nəsə  olub. 
Fikirləşdim  ki,  yəqin,  onunçün  nəsə  etməyimi  istəyir, 
heyvanlara  baxmaqmı,  su  gətirməkmi,  yeməyə  nəsə 
axtarmaqmı və başqa bu kimi işlər... Ona görə olduğum yerdə 
dayandım  və  onun  mənimçün  nə  planladığını  tapmağa 
downloaded from KitabYurdu.org


63 
 
çalışaraq  ehmallıca  üzünə  baxdım.  “Gəl,  gəl,  bura  gəl”,  - 
səbirsizcəsinə dedi. 
Bir neçə addım yaxınlaşaraq heç nə demədən şübhə ilə onun 
gözünün  içinə  baxdım.  Papa  qolumdan  tutub  məni  dizinin 
üstündə otuzdurdu. “Bilirsən... - o başladı, - ...mənimçün yaxşı 
qız olmusan”. Başa düşdüm ki, nəsə ciddi bir şey olub. 
- Sən,  həqiqətən,  çox  yaxşı  qız  olmusan,  oğlan  kimi  qız 
olmusan, sanki mənə oğul olmusan. - Bu, onun dediyi ən yaxşı 
tərif idi. 
“Hmmm”,  doğrusu,  bu  qədər  tərifi  nədən  ötrü  eşitdiyimə 
təəccüblənmişdim. 
- Həmişə  mənə  oğul  kimi  olmusan,  kişi  kimi  işləmisən, 
mal-qaraya yaxşı  baxmısan. İstəyirəm biləsən ki, səndən ötrü 
çox darıxacağam. 
Atam  bunu  deyəndə  fikirləşdim  ki,  o,  bacım  Aman  kimi, 
mənim  də  qaçacağımdan  qorxur.  Atam  onu  ərə  vermək 
istəyəndə  o  qaçmışdı.  Deyəsən,  indi  qorxurdu  ki,  bütün  işi 
onun 
və Mamanın öhdəsinə buraxıb mən də qaçaram. Məndən belə 
şübhələndiyinə  görə  özümü  günahkar  hiss  etdim. 
Qəhərləndiyimdən onu qucaqladım. 

Ah, ata, mən heç yerə getməyəcəyəm! 
O, məni özündən araladı və üzümə baxaraq sakit bir tərzdə 
dedi: 

Gedəcəksən, qızım. 
- Hara  gedirəm?  Səni,  Mamanı  qoyub  heç  yerə  gedən 
deyiləm! 

Gedəcəksən, Varis. Səninçün ər tapmışam. 
- Yox,  Papa,  yox!  -  Qucağından  tullanaraq  ayağa  qalxdım. 
downloaded from KitabYurdu.org


O,  məni  tutmağa  çalışdı,  qollanmdan  yapışdı.  -  Mən  buradan 
getmək  istəmirəm.  Evimizdən  getmək  istəmirəm.  Mama  ilə, 
səninlə qalmaq istəyirəm! 
- Sakit ol, sakit ol, hər şey yaxşı olacaq. Sənə çox yaxşı ər 
tapmışam. 

Kimdir? - bu dəfə maraqla soruşdum. 

Onunla görüşəcəksən. 
Özümü  saxlaya  bilmədim,  gözlərim  yaşla  doldu.  Ondan 
canımı qurtarmağa, qışqırmağa başladım: 

Mən ərə getmək istəmirəm! 
- Yaxşı,  Varis,  bax...  -  Papa  əyilib  yerdən  bir  daş  götürdü, 
əllərini  arxasına  apardı,  sonra  yumruqlarını  mənə  uzadaraq 
daşı tapmağımı istədi. - Ya sağ, ya da sol əlimi seç. Daş olan 
əlimi  düz  tapa  bilsən,  mən  nə  desəm,  onu  da  edəcəksən  və 
ömrün  boyu  xoşbəxt  olacaqsan. Yox,  işdir,  səhv  tapsan,  səni 
övladlıqdan siləcəyəm, həyatın acılarla dolu olacaq. 
Birdən  səhv  əli  seçsəm,  nələr  olacağını  fikirləşə-fikirləşə 
gözlərimi ona zillədim. Görəsən, ölərəm? Sol əlinə toxundum. 
Əli boş idi. Kefsiz halda mızıldandım: 

Yəqin, sənin bayaq dediyini etməli olmayacağam. 

Biz bir də cəhd edə bilərik. 
- Yox,  -  deyə  başımı  yellədim,  -  yox,  Papa.  Mən  ərə 
getməyəcəyəm. 
Atam qışqırdı: 
- Dedim  ki,  o,  yaxşı  adamdır.  Mənə  güvənməlisən,  mən 
görən kimi adamı tanıyıram. Və sənə nə deyirəmsə, onu da 
etməlisən! 
Çarəsiz,  qorxmuş,  çiyinlərim  sallanmış  halda  yerimdə 
dayanıb başımı yellədim. 
downloaded from KitabYurdu.org


65 
 
O, əlində gizlətdiyi daşı qaranlığa tullayıb üstümə qışqırdı: 

Onda bütün ömrün boyu bədbəxt olacaqsan! 

Buna mən dözməliyəm, elə deyil? - dedim. 
Atama  heç  kim  cavab  qaytarmazdı,  buna  görə  o,  üzümə 
möhkəm bir şillə vurdu. İndi başa düşürəm ki, məni tezliklə ərə 
verməkdə  ənənədən  başqa  da  səbəbi  var  idi  -  bu  cür 
davranışıma  görə  məndən  nə  qədər  tez  canını  qurtarsa,  bir  o 
qədər  yaxşı  idi!  Onun  nəzərində  üsyankar,  qorxusuz, 
tərbiyəsiz, dikbaş idim. Hələ qiymətimi itirməmiş atam mənə 
tezliklə  ər  tapmalı  idi,  çünki  heç  bir  afrikalı  kişiyə  qadını 
meydan oxuya bilməz. 
Ertəsi  gün,  adəti  üzrə,  səhər  yerimdən  qalxıb  heyvanları 
otarmağa  apardım.  Onların  otlamağım  seyr  edə-edə  bu  yeni 
evlilik  söhbəti  haqda  fikirləşirdim.  Atam  evdə  qalmağıma 
icazə  versin  deyə  plan  qurmağa  çalışdım.  Lakin  ürəyimdə 
bilirdim ki, bu, baş tutan deyil. Ərə gedəcəyim adamın kim ola 
biləcəyini 
fikirləşdim.  Bu  vaxta  kimi  romantik  uşaqlıq  marağım  yalnız 
atamın dostunun oğlu Camaha qarşı olmuşdu. Ailələrimiz tez- 
tez  birgə  köç  etdiyindən  onu  çox  görmüşdüm.  Camah  yaşca 
məndən  xeyli  böyük  idi.  Onun  çox  yaraşıqlı  olduğunu 
fikirləşirdim. O, hələ evlənməmişdi.  Atam onu öz  oğlu qədər 
çox  istəyirdi  və  onun  öz  atası  üçün  yaxşı  oğul  olduğunu 
düşünürdü.  Camah  bacım  Amana  elə  vurulmuşdu  ki,  məni 
görmürdü. Mən onunçün balaca bir uşaq, Amansa arzuolunan 
bir qadın idi. Amana Camahm ondan xoşu gəldiyini deyəndə 
əlini  yellədərək  “Sus!”  dedi.  O,  köçərilik  həyatının 
çətinliklərini  gördüyündən  və  atam  kimisinə  ərə  getmək 
istəmədiyindən  Camahm  üzünə  də  baxmırdı.  Həmişə  şəhərə 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə