Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   11   12   13   14   15   16   17   18   ...   69

53 
 
bilmərəm, burada təkəm. Ona görə də yaxşı qız olmağa çalış. 
Mamanın qoçaq qızı ol ki, hər şey də tez qurtarsın”. Qıçlarımın 
arasından  baxdım.  Qaraçı  qadın  hazırlaşırdı.  O  da  qoca 
somalili arvadlara oxşayırdı, başına rəngbərəng şərf dolamışdı, 
əlvan  rəngli  pambıq  don  geyinmişdi,  əskik  olan  tək  şey 
üzündəki təbəssüm idi. O, buz kimi donuq baxışları ilə üzümə 
zəhmli-zəhmli baxdı 
və  xurcununu  eşələdi.  Məni  nə  ilə  kəsəcəyini  bilmək 
istədiyimdən  gözlərimi  ondan  çəkmirdim.  Böyük  bir  bıçaq 
çıxaracağını gözləsəm də, o, xurcunundan balaca pambıq torba 
çıxartdı.  Uzun  barmaqlarını  torbanın  içinə  salıb  ortadan 
bölünmüş  bir  ülgüc  götürdü.  O  tərəf-bu  tərəfə  çevirərək  onu 
nəzərdən keçirdi. Artıq günəş çıxmaq üzrə idi, xırdalıqları görə 
bilməsəm  də,  hava  rəngləri  seçə  biləcəyim  qədər  işıqlı  idi. 
Amma ülgücün üstündə quruyub qalmış qanı görə bilmişdim. 
Qadın onun üstünə tüpürərək paltarına sildi. O, bunları edərkən 
anam şərflə gözlərimi bağladı və artıq heç nə görə bilmədim. 
Növbəti hiss etdiyim şey ətimin, cinsi orqanlarımın kəsildiyi 
oldu. Küt ülgücün mişar kimi dərimə sürtünərək çıxardığı səsi 
eşitdim. O vaxtları xatırlayarkən, həqiqətən də, inana bilmirəm 
ki,  bütün  bunlar  mənim  başıma  gəlib.  Elə  bilirəm  ki,  başqa 
adam  haqqında  danışıram.  Bunun  necə  hiss  olduğunu  izah 
etmək üçün yer üzündə ona bənzər ikinci dəhşətli hiss yoxdur. 
Sanki qıçını, qolunu kəsirdilər, amma nəzərə almaq lazımdır ki, 
kəsilən yer bədənin ən həssas 
hissəsidir.  Bununla  belə,  yerinidən  zərrə  qədər  də  olsun 
tərpənmirdim. Amanın qaçmağını yadıma salır və dərk edirdim 
ki, bundan qurtuluş yoxdur. Həm də anamın da mənimlə fəxr 
etməsini istəyirdim. Sadəcə, daşdan yonulmuş bir heykəl kimi 
downloaded from KitabYurdu.org


oturub  “nə  qədər  çox  tərpənsən,  ağrısı  da  bir  o  qədər  çox 
olacaq”  deyə  özümü  saxlayırdım.  Bədbəxtlikdən,  qıçlarım 
nəzarətimdən çıxaraq əsməyə, titrəməyə başladı. Hər şeyin tez 
bitməsi  üçün  Allaha  dua  etməyə  başladım.  Tezliklə  bu  baş 
verdi, çünki artıq özümdən getmişdim... 
Ayılanda fikirləşmişdim ki, artıq hər şey bitib, sən demə, ən 
əziyyətli  hissə  hələ  qabaqda  imiş.  Gözlərimi  örtən  şərf 
açılmışdı deyə Cəllad arvadın qabağında qalaqlanmış akasiya 
tikanlarını görə bilirdim. O, bu tikanlarla dərimdə deşiklər açır, 
sonra qalın ağ sapı açdığı deşiklərdən keçirərərək məni tikirdi. 
Qıçlarım tamamilə keyləşmişdi, amma onların arasındakı ağrı 
o  qədər  dözülməz  idi  ki,  ölmək  istəyirdim.  Bir  azdan  özümü 
ayaqlarım yerdən üzülmüş, havada hiss etdim, sanki artıq ağrı 
da geridə, yerdə qalmışdı. Yazıq anamın hələ də məni qolları 
arasında saxladığını, o qadmmsa qıçlarımın arasını tikdiyini 
artıq göylərdən seyr edirdim. Bu zaman özümü tamamilə sakit, 
rahat və qorxusuz hiss edirdim. 
Tək bunları xatırlaya bilirəm. Gözlərimi açanda artıq qaraçı 
qadın  getmişdi.  Yerimi  də  dəyişmişdilər,  bayaqkı  daşın 
yaxınlığında  qumun  üstündə  uzanmışdım.  Hərəkət  etməyim 
deyə qıçlanmı bir yerdə topuqlarımdan çanağıma kimi ensiz bir 
əsgi ilə sarımışdılar. Anamı görmək üçün ətrafa göz gəzdirdim, 
lakin  o  da  yox  idi.  Beləcə,  tək-tənha  nə  baş  verəcəyini 
gözləyərək  orada  uzanıb  qalmışdım.  Başımı  yana  çevirəndə 
üstündə  uzandığım  daşı  gördüm,  elə  bil  üstünü  qanla 
sulamışdılar,  sanki  üstündə  heyvan  kəsmişdilər.  Ətimin 
parçaları  da  onun  üstünə  atılmışdı,  indi  də  qızmar  günəşin 
altında quruyurdu. 
Düz  günün  altında  uzanmışdım.  Yaxınlıqda  heç  bir  kölgə 
downloaded from KitabYurdu.org


55 
 
olmadığından  bacımla  anam  gələnədək  günəşin  istisi  üzümü 
yandırırdı. Onlar balaca bir alaçıq düzəldənədək məni bir kolun 
kölgəsinə  sürüyüb  apardılar.  Bu,  adət  idi.  Özümü  yaxşı  hiss 
edincəyədək növbəti bir neçə həftədə dincəlmək və sağalmaq 
üçün ağacın altında kiçik bir alaçıq qurdular. İşlərini qurtarar- 
qurtarmaz məni içəri keçirdilər. 
İşəyənə  qədər  fikirləşirdim  ki,  əzab-əziyyət  bitib.  Yalnız 
bundan  sonra  anamın  çox  su  və  ya  süd  içməməklə  bağlı 
məsləhətini  başa  düşdüm.  Saatlarla  gözlədikdən  sonra  artıq 
dözə bilmirdim, işəmək istəyirdim. Qıçlarım bağlı olduğundan 
tərpənə bilmirdim, anam da xəbərdarlıq etmişdi ki, gəzməyim. 
Yaramı  açsaydım,  təzədən  tikmək  lazım  gələcəkdi.  Bu  isə 
mənim istədiyim ən son şey idi! 
“Mən  işəməliyəm”,  -  bacıma  dedim.  Sifətindəki  ifadədən 
anladım ki, bu heç də ürəkaçan xəbər olmadı. Yanıma gəldi və 
qumda kiçik bir çala qazdı. “İşində ol”. 
Birinci  damcı  gələndə  elə  ağndı  ki,  elə  bil  dərimi  sirkə 
aşındınrdı. Qaraçı qadın məni tikəndə orada sidikçün və aybaşı 
qanının  axması  üçün  kibritin  başı  boyda  balaca  bir  deşik 
saxlamışdı. Bu “dahiyanə strategiya” evlənənə qədər heç kimlə 
cinsi  əlaqədə  ola  bilməməyimi  təmin  etməyə  hesablanıbmış. 
Bu  həm  də  gələcək  ərimə  bakirə  qızla  evləndiyinə  zəmanət 
verəcəkdi.  Qanlı  yarama  toplanmış  sidik  damcı-damcı 
töküləndə ağrıdan hönkürüb ağlamağa başladım. Heç Cəllad 
arvad  məni  kəsəndə  qışqırmamışdım,  ağlamamışdım.  Amma 
indi o qədər pis yandırırdı ki, qətiyyən dözə bilmirdim. 
Axşam  düşəndə  Amanla  anam  ailəmizin  yanma,  evə 
qayıtdılar,  mənsə  alaçıqda  tək  qaldım.  Səhranın  ortasında 
ayaqlarım  bir-birinə  sarıqlı,  köməksiz  halda  uzansam  da, 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə