Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   7   8   9   10   11   12   13   14   ...   69

- Mama!  -  deyə  həyəcanla  onun  üzünə  baxardım,  -  sən  nə 
danışırsan? 

İtalyanca. 
-Nə? İtalyan nə deməkdir? 
- Heç nə, öz işinlə məşğul ol! - deyə əli ilə mənə əl çəkməyi 
işarə edərdi. 
Sonralar  özüm  üçün  maşınları,  binaları  kəşf  etdiyim  kimi, 
İtaliyanın  da  alaçığımızdan  kənardakı  dünyanın  bir  hissəsi 
olduğunu  öyrəndim.  Neçə  dəfə  biz  uşaqlar  Mamadan  atamla 
evlənməyə  necə  qərar  verdiyini  soruşmuşduq:  “Sən  niyə  bu 
adama  qoşulub  gəlmisən?  Bax  gör  bacıların  və  qardaşların 
harada yaşayır - onlar səfirdirlər, sənin nəyin var?! Sən harada 
yaşayırsan?!  Niyə  bu  bacanqsıza  qoşulub  qaçmısan?”  O  da 
cavab verərdi ki, atamı çox sevdiyindən, bir yerdə ola bilmələri 
üçün onunla qaçmaq qəranna gəlib. Anam olduqca güclü, çox 
güclü qadındır. Yaşadıqlarına rəğmən onun bir dəfə də olsun 
şikayətləndiyini  eşitməmişəm.  Onun  heç  vaxt  “cana 
yığılmışam”,  yaxud  da  “artıq  bunu  etmək  istəmirəm”  dediyi 
yadıma gəlmir. Mama, adətən, sakit və dəmir kimi möhkəm idi. 
Amma  bəzən  qəribə  zarafatlan  ilə  bizi  gülməkdən  öldürərdi. 
Hədəfim nə vaxtsa onun kimi güclü bir qadın olmaqdır, yalnız 
bundan  sonra  deyə  bilərəm  ki,  həyatda  nəyəsə  nail  ola 
bilmişəm. 
Somali  əhalisinin  altmış  faizdən  çoxu  heyvan  saxlamaqla 
dolanan  köçəri  çobanlardır.  Biz  də  bu  cür  yaşayırdıq.  Atam 
vaxtaşırı kəndə alverə gedir, bir kisə düyü, paltar üçün parça, 
ya  da  yorğan  almaq  üçün  bir  heyvan  satırdı.  Bəzən  də  satlıq 
heyvanı  şəhərə  gedənlərdən  biri  ilə  göndərir,  almaq  istədiyi 
şeyləri də ona tapşırardı. 
downloaded from KitabYurdu.org


39 
 
İkinci  gəlir  yerimiz  buxurs  yığmaq  idi.  Bu,  İncildə  adı 
çəkilən,  Maqilərin  İsa  peyğəmbər  doğularkən  ona  gətirdiyi 
hədiyyələrdən  biridir.  Onun  ətri  qədim  vaxtlardan  indiyədək 
yüksək  qiymətləndirilir.  Buxur  Somalinin  şimal-şərqində 
dağlıq  ərazilərdə  yayılan  bosvelia  ağacından  əldə  edilir.  Bu, 
təxminən  beş  fut  hündürlüyündə,  budaqları  çətir  kimi  açılan 
gözəl 
ağacdır.  Mən  balta  götürər,  ağaca  elə  də  zərər  vermədən 
qabığını  bir  balaca  kəsərdim.  Gövdədən  südə  bənzər  maye 
axardı, həmin ağ maye qatılaşıb qatrana çevrilənəcən bir gün 
gözləyirdim.  Bəzən  onun  acımtıl  dadma  görə  saqqız  kimi 
çeynəyərdik.  Biz  hazır  buxur  yumrularını  səbətlərə  toplayar, 
atamsa  onlan  satmağa  aparardı.  Arabir  özümüz  də  onu 
axşamlar qaladığımız tonqalda yandırardıq. İndi də o iyi hiss 
edəndə  ötən  günlərimə,  o  axşamlara  qayıdıram.  Bəzən 
Manhettendə buxur adı ilə satılan ətirlərə rast gəlirəm. Evimizi 
xatırlamaq  üçün  alsam  da,  ətri  o  qədər  zəif  olur  ki,  səhra 
gecələrində  tonqalda  yandırdığımız  o  buxurun  iyinə  heç 
oxşamır. 
Ailəmiz qadınların  orta  hesabla  ən azı yeddi  uşaq dünyaya 
gətirdiyi tipik Somali ailəsi idi. Valideynlər qocalanda övladlar 
onların  qayğısına  qalacaqlarından  uşaqları  özlərinin  qocalan 
vaxtı  alacaqları  təqaüd  kimi  görürdülər.  Somalidə  uşaqlar 
valideynlərinə  və  nənə-babalarına  çox  böyük  hörmətlə 
yanaşdığından  onların  sözündən  heç  vaxt  çıxmırlar.  Bütün 
böyüklərinə, hətta böyük bacı-qardaşlarına da xüsusi ehtiram 
göstərməli,  onların  buyruqlarını  yerinə  yetirməlisən.  Bəzən 
həddən  artıq  biabırçı  hesab  edilən  üsyankar  davranışlarımın 
səbəblərindən biri də məhz bu idi. 
downloaded from KitabYurdu.org


Çoxuşaqlı  ailələrin  geniş  yayılmasının  səbəblərindən  biri 
doğuşa nəzarətin olmaması idi. Bundan başqa, ailədə adam nə 
qədər çox olarsa, bir o qədər də çox iş görülər və həyat da bir o 
qədər  asanlaşar.  Hətta  su  tapmaq  kimi  -  bol,  yaxud  da  yetəri 
qədər deyil, hətta azacıq da olsa, su tapa bilmək - ən sadə iş də 
xüsusi  zəhmət  tələb  edirdi.  Yaxınlığımızdakı  ərazilər 
quruyanda atam su axtarışına gedirdi. Anamın otdan hördüyü 
səbətləri  dəvələrin  belinə  şəlləyər,  su  tapanacan  günlərlə 
axtarar,  sonra  səbətləri  doldurub  yanımıza  qayıdardı.  Biz 
olduğumuz  yerdə  qalıb  onu  gözləməyə  çalışardıq,  lakin 
mal-qaranı suvarmaq üçün millərlə yol getdiyimizdən hər gün 
getdikcə daha da dözülməz olurdu. Bəzən biz onsuz köç etməli 
olurduq.  Və  o,  həmişə  yollann,  küçə  işarələrinin  və  ya 
xəritələrin köməyi olmadan bizi tapırdı. Atam uzaqdadırsa, ya 
da  kəndə  ərzaq  almağa  gedibsə,  Mama  evdə  qalıb  hər  şeyə 
nəzarət  etməli  olduğundan  uşaqlardan  biri  bu  işi  görməli 
olurdu. 
Bəzən bu iş mənim öhdəmə düşürdü. Su tapana qədər bəzən 
günlərlə  yol  gedərdim,  çünki  evə  susuz  qayıtmaq  olmazdı, 
bilirdik  ki,  evə  əliboş  qayıtmaq  bütün  ümidlərin  puç  olması 
deməkdir.  Heç  kim  “mən  bacarmıram”  bəhanəsini  qəbul 
etmirdi.  Anam  mənə  su  tapmağı  tapşırıbsa,  deməli, 
tapmalıyam.  Mən  Qərb  dünyasına  gələndən  sonra  insanların 
adi  şeylərdən  şikayətlənməsinə  məəttəl  qalmışdım.  Məsələn, 
“Başım  ağrıyır,  ona  görə  işləyə  bilmərəm”.  Onlara  demək 
istəyirdim: “Gəlin sizə daha çətin bir iş tapşırım, onda heç vaxt 
öz işinizdən şikayət etməzsiniz!” 
İşləyən adamların sayını artırmaqla işi azaltmağın bir yolu 
da  arvadların  və  uşaqlann  sayını  artırmaq  idi.  Buna  görə  də 
downloaded from KitabYurdu.org


41 
 
Afrikada çoxarvadlılıq adi haldır. Bu cəhətdən valideynlərimin 
neçə illərdir bir cütlük kimi qalması qeyri-adi sayılırdı. 
Nəhayət, on iki uşaq dünyaya gətirdikdən sonra anam bir gün 
atama  dedi:  “Mən  çox  qocalmışam...  niyə  gedib  təzə  arvad 
almırsan ki, mən də bir az dincəlim?!” Başa düşə bilmədim ki, 
o, bunu həqiqətən istəyirdi, yoxsa zarafat edirdi - çox güman 
ki,  atamın  onun  üstünə  təzə  arvad  alacağını  heç  ağlına  da 
gətirmirdi. 
Lakin  bir  gün  Papa  yoxa  çıxdı.  Əvvəlcə  onun  yenə  də  su 
axtarmağa və ya ərzaq dalınca getdiyini fikirləşdik. Bu müddət 
ərzində anam hər şeyin qayğısına özü tək qalırdı. Onun getdiyi 
artıq iki ay olduğundan fikirləşdik ki, yəqin, ölüb. Amma bir 
axşam  qəfildən  yoxa  çıxdığı  kimi,  gözlənilmədən  də  peyda 
oldu.  Biz  uşaqlar  alaçığın  qabağında  oturmuşduq.  O  var-gəl 
edə-edə  soruşdu:  “Ananız  haradadır?”  Biz  onun  hələ  də 
heyvanların  yanında  olduğunu  dedik.  Atam  irişə-irişə  dedi: 
“Yaxşı,  hamı  qulaq  assın.  Bu,  mənim  təzə  arvadımdır”.  O, 
məndən çox da böyük olmayan, təxminən on yeddi yaşlarında 
bir qızın qolundan tutub irəli çəkdi. Hamımız gözümüzü o qıza 
zilləmişdik,  nəsə  deməyə  ixtiyarımız  yox  idi,  heç  nə 
deyəcəyimizi də bilmirdik. 
Mama gələndə dəhşətli anlar idi, biz həyəcanla onun gəlişini 
gözləyirdik.  Anam  qaranlıqda  oturan  o  balaca  qızı  sezmədən 
məzəmmətlə atama baxdı və “Oh, nəhayət, görsənmək qərarına 
gəldin?” - dedi. 
Papa  ayağının  birini  götürüb  o  birini  qoya-qoya  ətrafa  göz 
gəzdirdi.  “Hə,  deməli,  belə...  Yeri  gəlmişkən,  təzə  arvadımla 
tanış ol”, - dedi və qolunu təzə gəlinin belinə doladı. Alovun 
işığında gördüyüm anamın üzündəki ifadə heç vaxt yadımdan 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə