Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   2   3   4   5   6   7   8   9   10   ...   69

istisinə toplaşıb söhbət edər, gülüşərdik. 
Həmin  gecələr  Somali  ilə  bağlı  ən  şirin  xatirələrimdir,  hər 
kəs  tox  və  kefi  kök  olarkən  atamın,  anamın,  bacılarımın  və 
qardaşlarımın yanında olmaq çox gözəl hiss idi. Biz həmişə şən 
və  nikbin  olmağa  çalışırdıq.  Heç  birimiz  şikayətlənmir, 
sızıldamır, demirdik ki, ey, gəlin ölüm haqda danışaq. Orada 
həyat  olduqca  çətin  idi,  bütün  gücümüzü  yaşamaq  uğranda 
mübarizəyə sərf etməli idik, bədbin olmaq bizi taqətdən salar, 
qüvvəmizi tükədərdi. 
Ətrafdakı 
bütün 
kəndlərdən 
uzaqda 
olmağımıza 
baxmayaraq,  qardaşlanm  və  bacılarında  oynadığım  üçün  heç 
vaxt  özümü  tək  hiss  etmirdim.  Ortancıl  uşaq  idim:  məndən 
böyük bir qardaşım, iki bacım və bir neçə kiçik bacı-qardaşım 
var idi. Biz həmişə dayanmadan bir-birimizin arxasınca düşür, 
meymun  kimi  ağaclara  dırmaşır,  barmağımızla  qumda  xətlər 
çəkir, balaca daşlar toplayır, yeri qazaraq mankala adlı Afrika 
oyunu  oynayırdıq.  Hətta  cək2  oyununa  oxşayan  bir  oyun  da 
uydurmuşduq, amma müasir oyundakı metal hissələr və rezin 
topun  əvəzinə  biz  kiçik  daşlarla  oynayırdıq:  bir  daşı  havaya 
atır,  digər  daşları  həmin  vaxtda  götürürdük.  Oynamağı  çox 
yaxşı bacardığımdan bu, mənim sevimli oyunum idi və həmişə 
kiçik qardaşım Əlini oynamağa razı salmağa çalışırdım. 
Vəhşi  təbiətin  qoynunda  onun  mənzərələrini  görərək, 
səslərini  və  qoxularını  duyaraq  azad  və  xoşbəxt  uşaq  olmaq 
bizə  tamamilə  başqa  bir  zövq  verirdi.  Ətrafda  yatan  şir 
dəstəsinin  ayaqlarını  yuxarı  qaldıraraq,  bellərini  quma  sürtüb 
günəşin  altında  necə  fırlandıqlarını,  mınldadıqlanm  seyr 
edirdik.  Bala  şirlər  də  eynilə  bizim  kimi  bir-birilərinin 
arxasınca  gəzir  və  oynaşırdılar.  Zürafələrin,  zebralann, 
downloaded from KitabYurdu.org


25 
 
tülkülərin böyrü ilə qaçırdıq. Əslində, fil nəslindən sayılsa da, 
dovşan  boyda  olan  çölsiçanı  daha  çox  xoşumuza  gəlirdi.  Biz 
sakitcə  onlann  yuvalarının  yanında  dayanıb  balaca  üzlərinin 
görünməsini səbirlə gözləyir, çölə çıxan kimi qumda dallannca 
qaçırdıq. 
Bir  dəfə  dəvəquşu  yumurtası  tapdım.  Dəvəquşu  cücəsinin 
yumurtadan  çıxmağına  baxmaq  və  sonra  da  onu  ev  heyvanı 
kimi  saxlamaq  üçün  yumurtanı  götürmək  qərarına  gəldim. 
Yumurta boulinq topu boyda olardı. Yumurtanı qumun içində 
düzəldilmiş  yuvadan  götürüb  apanrdım  ki,  ana  dəvəquşunun 
arxamca  gəldiyini  gördüm.  Məni  qovmağa  başladı  -  inanın 
mənə,  dəvəquşular  olduqca  sürətlidirlər,  saatda  qırx  milş 
qaçmağı  bacanrlar!  Quş  tezliklə  mənə  çatdı  və  başımı 
dimdikləməyə  başladı.  Gördüm  ki,  o,  başımı  yumurta  kimi 
sındıracaq, odur ki, yumurtanı yerdə buraxıb canımı qurtarmaq 
üçün qaçmağa başladım... 
Meşəlik ərazilərə təsadüfi hallarda yaxın olurduq. Onda da 
filləri seyr etməyi xoşlayırdıq. Nəriltili səslərini uzaqdan eşidir 
və  yaxşı  görə  bilmək  üçün  ağaclara  dırmaşırdıq.  İnsanlar, 
şirlər, meymunlar kimi, fillər də dəstə ilə yaşayırlar. Aralarında 
bala fil varsa, bütün fillər - ana, xalalar, bibilər, dayılar, əmilər, 
nənə-babalar,  bacı-qardaşlar  -  onun  qayğısına  qalırlar.  Bütün 
uşaqlar  gülüşə-gülüşə  ağacların  başından  cizgi  filminə 
baxırmış kimi saatlarla fillərin dünyasına səyahət edərdik. 
Lakin ailəmlə keçirdiyim o xoş günlər tədricən yoxa çıxdı. 
Bacım  qaçdı,  qardaşım  şəhərə  məktəbə  getdi.  Həyat,  ailəm 
haqqında  acı  həqiqətləri  öyrəndim.  Quraqlıq  dövrü  başladı, 
heyvanların  qayğısına  qalmaq  getdikcə  lap  çətinləşdi.  Həyat 
daha məşəqqətli oldu. Və mən də dözümlü və mətin oldum. 
downloaded from KitabYurdu.org


Bu dözümün əsas hissəsi bacı-qardaşlarımın ölümünə şahid 
olarkən  formalaşırdı.  Əslində,  ailədə  on  iki  uşaq  idik,  amma 
indi altımız qalmışıq. Anamın doğulan kimi ölən bir cüt əkiz 
uşağı da olub. Onun altıaylıq ölən gözəl bir qızı da var idi. Uşaq 
sağlam və gümrah idi. Bir gün anam məni çağırdı: “Varis!!!” 
Onun  yanma  qaçdım  və  anamın  uşağın  yanında  dizi  üstə 
çökdüyünü gördüm. Uşaq olsam da, başa düşürdüm ki, dəhşətli 
bir şey baş verir. “Varis, qaç mənə dəvə südü gətir!” - anam 
mənə  buyurdu. Amma  mən donub-qalmışdım. “Qaç, tələs!” - 
qorxu içində gözlərimi bacıma zilləmişdim. “Sənə nə olub?” - 
anam üstümə qışqırdı. 
Nəhayət,  özümü  toplayıb  yerimdən  götürüldüm,  amma 
qayıdanda  məni  nə  gözlədiyini  artıq  başa  düşmüşdüm.  Südlə 
gələndə körpə tamamilə sakit idi, bilirdim ki, o ölüb. Bacıma 
baxanda  anam  mənə  möhkəm  bir  şillə  vurdu.  Uzun  müddət 
bacımın ölümünə görə məni günahlandırdı, hipnoz olmuş halda 
donaraq  gözlərimi  körpəyə  zilləməklə  ovsunçu  kimi  onun 
ölümünə səbəb olduğumu deyirdi. 
Məndə  belə  bir  qüvvə  yox  idi,  amma  kiçik  qardaşımda 
qeyri-adi  vergi  var  idi.  Hər  kəs  onun  adi  uşaq  olmadığını 
təsdiqləyirdi. Hələ altı yaşında onun saçı tamamilə ağarmışdı, 
buna  görə  də  biz  ona  “ağsaqqal”  deyirdik.  Olduqca  ağıllı 
olduğundan  ətrafımızda  olan  hər  kəs  gəlib  ondan  məsləhət 
alırdı.  Soruşardılar:  “Ağsaqqal  haradadır?”  Sonra  növbə  ilə 
onu  qucaqlarında  oturdar  və  suala  tutardılar:  “Bu  il  yağış 
barədə nə fikirləşirsən?” Düzünü desəm, yaşca uşaq olsa belə, 
o  özünü  uşaq  kimi  aparmırdı.  Həmişə  fikirləşir,  söhbət  edir, 
böyük və ağıllı adam kimi davranırdı. Hər kəs ona həm hörmət 
edir, həm də qorxurdu, çünki hamı bilirdi ki, o, bizlərdən biri 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə