Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   4   5   6   7   8   9   10   11   ...   69

27 
 
deyil. Ağsaqqal yaşca cavan olsa da, bütün ömrünü yaşayıbmış 
kimi vəfat etdi. Səbəbini heç kim bilmədi, amma hər kəs onun 
ölümünə belə məna verirdi: “O, bu dünyanın adamı deyildi”. 
Hər  bir  böyük  ailədə  olduğu  kimi  hərəmizin  özünəməxsus 
bir xarakteri var idi. Mən üsyankar idim, bu adı mənə tamamilə 
məntiqi və ədalətli görünən, lakin valideynlərimə, xüsusilə də 
atama  görə  tamamilə  haqsız  olduğum  hadisələrdən  sonra 
vermişdilər. Bir gün kiçik qardaşım Əli və mən ağacın altında 
oturub  dəvə  südündə  bişmiş  ağ  düyü  yeyirdik.  Əli  özünkünü 
acgözlüklə  yedi,  mənsə  bu,  bizimçün  az  tapılan  yemək 
olduğundan  yavaş-yavaş  yeməyə  çalışırdım.  Bunu  hər  gün 
yemədiyimizdən öz payımı həmişə dəyərləndirir və hər qaşığı 
xüsusi  bir  ləzzətlə,  həzlə  yeyirdim.  Kasamda  lap  az  düyü  və 
süd qalanda belə yenə də az-az yeyirdim. Birdən Əli qaşığını 
mənim  kasama  saldı  və  son  tikəmi  axırıncı  düyüsünə  kimi 
götürdü. 
Heç  fikirləşmədən  qisas  almaq  üçün  qabağımdakı  bıçağı 
götürdüm  və  düz  Əlinin  buduna  sapladım.  O,  fəryad  qoparsa 
da,  bıçağı  çıxartdı  və  düz  mənim  batırdığım  yerdən  qıçıma 
batırdı.  Hər  ikimiz  qıçımız  yaralı  oturmuşduq,  amma  birinci 
mən  vurmuşdum  deyə  günah  mənim  üstümdə  qaldı.  İndi 
ikimizdə də həmin gündən qalma çapıq yeri var. 
İlk  üsyankar  davranışım  bir  cüt  ayaqqabı  istədiyimə  görə 
olmuşdu. Bütün həyatım boyu ayaqqabıdan korluq çəkmişdim. 
İndi model olsam da, elə də çox paltarım yoxdur - ancaq bir-iki 
cins, bir-iki köynək. Amma bir dolab dolusu, hətta çoxusu ilə 
geyinməyə  uyğun  gələn  paltarlarım  olmasa  da,  hündürdaban 
ayaqqabılarım, çəkmələrim, səndəllərim, idman ayaqqabılarım 
var.  Uşaq  vaxtı  ayaqqabımın  olmasını  həddən  artıq  çox 
downloaded from KitabYurdu.org


istəyirdim,  lakin  ailəmizdəki  uşaqlann  heç  paltarlan  belə  yox 
idi  və  sözsüz  ki,  ayaqqabı  ala  bilmək  üçün  pulumuz  da. 
Anamın geydiyi səndəl kimi dəri səndəl geyinmək mənim də 
arzum idi. Bir cüt rahat ayaqqabı geyinib sürümü ilanlardan və 
əqrəblərdən  qorxmadan,  ayağıma  daş,  ya  da  tikan  batacağım 
fikirləşmədən  otlamağa  aparmağı  elə  arzulayırdım  ki... 
Ayaqlarım  həmişə  zədələnir,  göyərirdi.  Ayaqlanmda  hələ  də 
qara çapıqlar var. Bir dəfə dabanıma batmış tikanla bütün günü 
gəzməli  olmuşdum.  Bəzən  də  tikan  sınıb  ayağımda  qalırdı. 
Səhranın  ortasında  yaralarımızı  sağaldacaq  nə  həkim,  nə  də 
dərman  var  idi.  Bununla  belə,  heyvanlarımızın  qayğısına 
qalmaq üçün yenə də gəzməyə məcbur idik. Heç kim “mən edə 
bilmirəm”  demirdi.  Axsaya-axsaya  da  olsa,  gündəlik 
işlərimizlə məşğul olurduq. 
Əmilərimin biri çox varlı idi. Əhməd əmi Qalkayo şəhərində 
yaşayırdı,  biz  isə  onun  dəvələrinə,  elə  o  biri  heyvanlarına  da 
baxırdıq.  Həmişə  keçiləri yaxşı otarıb  sulamağa,  onları  vəhşi 
heyvanlardan  qorumağa  çalışdığıma  görə  -  bir  sözlə,  işimə 
həvəslə  yanaşırdım  deyə  məni  çox  istəyirdi.  Bir  gün  (onda 
yeddi yaşım olardı) Əhməd əmi bizə gəlmişdi. Ona: “Bax mənə 
ayaqqabı almağını istəyirəm”, - dedim. O, mənə baxıb güldü: 
“Hə,  hə,  yaxşı,  sənə  ayaqqabı  alaram”.  Başa  düşürdüm  ki, 
balaca bir qızın nəsə istəməyi, özü də ayaqqabı kimi dəbli bir 
şey istəməyi qəribə olduğundan o çox təəccüblənmişdi. 
Növbəti  dəfə  atam  onu  görməyə  gedəndə  məni  də  özü  ilə 
apardı.  Həmin  gün  ilk  dəfə  ayaqqabım  olacağı  gün  idi  deyə 
həddən  çox  həyəcanlı  idim.  İlk  fürsətdə  ondan  soruşdum: 
“Ayaqqabılarımı  gətirmisən?”  O:  “Hə,  budur”,  -  deyərək 
bağlamanı  mənə  uzatdı.  Ayaqqabılan  əlimə  alıb  gözdən 
downloaded from KitabYurdu.org


29 
 
keçirdim. Bu, bir cüt rezin şəpik idi. Anamınkı kimi dəri səndəl 
deyildi,  sadəcə,  sarı  rəngli,  ucuz,  rezin  şəpik  idi.  Gözlərimə 
inana  bilmirdim.  “Budur  mənim  ayaqqabılarım?!”  -  deyə 
ağlaya-ağlaya şəpikləri onun üstünə tulladım. Şəpiklər əmimin 
üzünə  dəyəndə  atam  məyus  olduğunu  göstərməyə  çalışsa  da, 
bu  dəfə  özünü  saxlaya  bilmədi  və  şaqqanaq  çəkərək  güldü. 
Əmim  atama:  “İnana  bilmirəm.  Sən  bu  uşağı  necə  tərbiyə 
edirsən?” - dedi. 
O  qədər  məyus  və  dilxor  olmuşdum  ki,  onun  üstünə 
atılmağa, onunla dalaşmağa başlamışdım. “Bu zibildən ötrü nə 
qədər işləmişəm!” - deyə qışqırırdım. “Bu qədər vaxt səninçün 
işləmişəm, budur əvəzi? Mənə bir cüt ucuz rezin şəpik düşür? 
Bundansa  ayaqyalın  gəzərəm  -  bu  zibili  geyinməkdənsə, 
ayaqlarım qanayınca ayaqyalın gəzəcəyəm!” - deyib hədiyyəni 
üstünə atdım. Əhməd əmi, sadəcə, üzümə baxdı, sonra üzünü 
göyə  tutub  “Aman  Allah!”  dedi.  Köks  ötürərək  şəpikləri 
götürüb özü ilə evlərinə apardı. 
Lakin  ayaqqabı  istəyimdən  belə  asanlıqla  vaz  keçmək 
fikrində  deyildim.  O  gündən  bəri  Qalkayoya  gedən 
qohumlanmızdan, dostlarımızdan, hətta yaxşı tanımadığım 
adamlardan  belə  əmimə  xəbər  göndərirdim:  “Varis  ayaqqabı 
istəyir!”  Lakin  bir  cüt  ayaqqabıya  sahib  olmaq  arzum 
gerçəkləşənə qədər bir neçə il gözləməli oldum. Amma bu vaxt 
ərzində  hələ  də  minlərlə  mil  ayaqyalın  yeriyərək  Əhməd 
əminin keçilərinə baxır və ailəmə heyvanlara baxmaqda kömək 
edirdim. 
Əhməd  əmi  ilə  ayaqqabı  söhbətindən  bir  neçə  il  öncə, 
təxminən dörd yaşımda balaca qız olanda bir gün bir qonağımız 
gəldi.  Bu  kişi  atamın  yaxın  dostu  Quban  idi  və  bizə  tez-tez 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə