Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   12   13   14   15   16   17   18   19   ...   69

qaranlıqdan,  şirlərdən,  ilanlardan  qorxmurdum.  O  qadın 
qıçlarımın  arasını  tikərkən  ağndan  özümdən  gedəndən  sonra 
artıq məni heç nə qorxuda bilməzdi. Sadəcə, ölü kimi qorxuya 
laqeyd,  ağndan  halsızlaşmış,  yaşayacağıma,  yoxsa  öləcəyimə 
etinasız  halda  daş  kimi  bərk  yerdə  uzanmışdım.  Mən 
qaranlıqda  tək-tənha  tərpənməz  qalarkən  başqalarının  tonqal 
ətrafına toplaşaraq deyib-gülmələri də vecimə deyildi. 
Günlər keçirdi, mənsə hələ də alaçığımda uzanıb qalmışdım. 
Yarama  infeksiya  düşdüyündən  qızdırmam  qalxmışdı, 
halsızlaşmışdım, tez-tez özümdən gedirdim. İşəmək ağrısından 
qorxduğumdan  anam  “Qızım,  işəməsən,  öləcəksən!”  deyənə 
kimi özümü zorla sıxıb saxlayırdım. İşəmək istəyəndə yanımda 
heç  kim  olmurdusa,  əlimlə  yeri  qazır,  bir  tərəfim  üstə  oyuğa 
tərəf çevrilir, gözlədiyim yandırıcı ağrıya hazırlaşırdım. 
Lakin yarama düşən infeksiya elə şiddətlənmişdi ki, bir müddət 
qətiyyən işəyə bilmədim. Növbəti iki həftə anam yemək və su 
gətirirdi, qalan vaxt isə qıçlarım bir-birinə sannmış vəziyyətdə 
tək-tənha  qalırdım. Qızdırmalı, bezmiş və süst  halda yaramın 
sağalmasını gözləyirdim. Bütün bu vaxt ərzində öz-özümə sual 
verirdim:  “Niyə?  Bütün  bunlar  axı  nəyə  lazımdır?”  O  yaşda 
cinsi əlaqə haqqında heç nə başa düşmürdüm. Tək bildiyim o 
idi  ki,  anamın  izni  ilə  məni  kəsib-tökmüşdülər,  amma  niyə? 
Bunu başa düşə bilmirdim. 
Nəhayət  ki,  bir  gün  Mama  gəldi  və  qıçlarım  hələ  də  bir- 
birinə  sarınmış  vəziyyətdə  ayaqlanmı  sürüyə-sürüyə  evə 
getdik.  Evə  qayıtdığım  birinci  axşam  atam  soruşdu:  “Özünü 
necə hiss edirsən?” Məncə, o, qadınlıq hissini nəzərdə tuturdu, 
amma  mənim tək fikirləşdiyim şey qıçlarımın arasındakı ağrı 
idi.  Cəmi  beş  yaşım  var  idi,  sadəcə,  gülümsədim  və  heç  nə 
downloaded from KitabYurdu.org


57 
 
demədim. Qadınlıq haqqında nə bilirdim ki?! Hərçənd bunu o 
vaxt hələ başa düşmürdüm, amma, əslində, Afrika qadını, onun 
uşaq kimi gücsüz və itaətkar bir halda min bir əziyyət içində 
sakitcə yaşaması barədə çox şey bilirdim. 
Yaramın  sağalması  üçün  qıçlarım  bir  aydan  çox  bir-birinə 
sarınmış  qaldı.  Anam  daim  tullanmamaq,  qaçmamaq  barədə 
mənə xəbərdarlıq edirdi, ona görə də ayaqlarımı sürüyə-sürüyə 
ehtiyatla gəzirdim. Həmişə enerjili və bəbir kimi qaçağan, ora- 
bura  dırmaşan,  hərəkətli  olduğumu  nəzərə  alsaq,  sakitcə  bir 
tərəfdə  oturub  bacı-qardaşlarımın  ətrafda  necə  oynadığını 
görmək mənimçün başqa bir əzab idi. Lakin başıma gələnləri 
təkrar  yaşamaqdan  elə  qorxurdum  ki,  demək  olar,  hərəkət 
etmirdim.  Hər  həftə  anam  sağalıb-sağalmadığımı  yoxlayırdı. 
Qıçıma dolanmış əsgini açanda ilk dəfə özümə baxa bildim və 
orada ortasında zəncirbəndə bənzər bir çapıq olan sığallı dəri 
yamaq gördüm. Və o zəncirbənd bağlı idi! Vaginam keçilməz 
bir qala kimi elə hörülmüşdü ki, heç bir kişi toy gecəmə qədər 
onu deşib keçə bilməzdi, o vaxt çatanda isə gələcək ərim onu 
ya bıçaqla kəsməli, ya da zorla özünə bir yol açmalı idi. 
Gəzməyə başlayan kimi bir niyyətim var idi. O qoca arvadın 
üzərimdə  qəssablıq  etdiyi  həmin  gündən  bəri  səhranın 
ortasında təkbaşıma yatıb qaldığım həftələr ərzində bu barədə 
fikirləşirdim. Fikrim sünnət olunduğum o daşın yanma 
qayıtmaq və kəsilmiş cinsi orqanlarımı tapmaq idi. Lakin yox 
idi  -  şübhəsiz,  Afrikanın  təbii  təmizləyiciləri  olan  kaftarlar, 
yaxud da quzğunlar yemişdi. Onların işi sərt səhra həyatının acı 
həqiqətləri olan iylənmiş ətləri, cəmdəkləri təmizləməkdir. 
Sünnət  edilməklə  çox  əziyyət  çəksəm  də,  əslində,  bəxtim 
gətirmişdi.  Başqa  qızlarda  tez-tez  rast  gəlindiyi  kimi  hər  şey 
downloaded from KitabYurdu.org


daha betər ola bilərdi. Biz Somalidə həmişə köç etdiyimizdən 
müxtəlif  ailələrlə  rastlaşırdıq.  Mən  də  onların  qızları  ilə 
oynayırdım. Həmin ailələrlə yenidən rastlaşanda bəzən qızları 
daha gözə dəymirdi. Heç kim onların yoxolma səbəbi haqqında 
həqiqəti  demir,  ümumiyyətlə,  onlar  barədə  danışmırdılar. 
Sonradan  bildim  ki,  o  qızlar  sünnətin  nəticəsi  olaraq  - 
qanaxmadan, ağn şokundan, infeksiyadan, yaxud da tetanusdan 
həyatlarını  itirirdilər.  Əməliyyatın  baş  tutduğu  şəraiti  nəzərə 
alsaq,  bu,  o  qədər  də  təəccüblü  deyildi.  Təəccüblü 
bəzilərimizin sağ qalmasıdır. 
Bacım  Halemonu  çətinliklə  xatırlayıram.  Təxminən  üç 
yaşım olanda onun aramızda olduğu yadımdadır, lakin sonra o 
yoxa çıxdı. Ona nə olduğunu bilmədim. Sonradan öyrəndim ki, 
“böyük vaxtı” çatanda qoca qaraçı arvad onu da sünnət edib, 
amma bacım qanaxmadan ölüb. 
Təxminən on yaşım olanda kiçik əmim qızının başına gələn 
bədbəxt hadisəni eşitdim. Onu altı yaşı olanda sünnət ediblər. 
Onun  qardaşı  bizdə  qalmağa  gələndə  baş  verənləri  danışdı: 
“Bir  qadın  gəlib  bacımı  kəsdi,  sonra  onu  sağalması  üçün  bir 
alaçığa  qoydular.  Lakin  onun  “zadı”  -  o,  belə  adlandırırdı  - 
şişməyə başladı. Onun alaçığından gələn üfunət iyi dözülməz 
idi”. O, bu hadisəni danışanda, əslində, inana bilmirdim. Niyə 
ondan  belə  üfunət  iyi  gəlməli  idi?!  Axı  nə  Amandan,  nə  də 
məndən  belə  iy  gəlmirdi!  Onun  həqiqəti  dediyini  indi  başa 
düşürəm:  əməliyyat  natəmiz  şəraitdə  həyata  keçirildiyindən, 
qızları  kolluqdaca  kəsdiklərindən  onun  yarasına  infeksiya 
düşübmüş.  Üfunət  iyi  isə  çürümənin  əlamətidir.  Bir  səhər 
anası,  adəti  üzrə,  gecəni  alaçıqda  tək  qalan  qızından  xəbər 
bilməyə  gələndə  onu  göyərmiş  vəziyyətdə,  ölü  tapıb.  Lakin 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə