Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

ikisi  birlikdə  ailədə  hamını  gözləri  yaşarmcaya  qədər 
güldürüblər, kaş mən də o vaxt onlann arasında ola biləydim. 
Bacımgilin  evindən  qaçdığım  gün  dayıdostum  Lulgilə 
getmişdim. Moqadişuya gəlişimdən bir neçə gün sonra bacımla 
onlara  qonaq  getmişdik.  Ona  görə  də  Amangildən  çıxdığım 
gün  fikirləşdim  ki,  onlarda  qala  bilərəm.  O,  Səid  dayımın 
arvadı idi. Dayım Səudiyyə Ərəbistanında yaşayıb işlədiyindən 
o,  üç  uşağı  ilə  tək  yaşayırdı.  Somalidə  iqtisadi  vəziyyət  ağır 
olduğuna  görə  dayım  Səudiyyə  Ərəbistanında  işləyir  və 
ailəsinə  dolanmaq  üçün  pul  göndərirdi.  Təəssüf  ki, 
Moqadişuda  yaşadığım  bütün  vaxt  ərzində  Səid  dayı  xaricdə 
olduğundan bizə görüşmək nəsib olmadı. 
Dayıdostumgilə  çatanda  o,  xeyli  təəccüblənsə  də,  məni 
görəndə çox məmnun oldu. “Dayıdostu, Amanla bu aralar yola 
gedə bilmirəm, olar bir müddət sizdə qalım?” 
“Bəli,  əlbəttə,  bilirsən  ki,  evdə  bir  özüm,  bir  də  uşaqlar 
qalırıq. Səid çox vaxt evdə olmur, mənimsə köməyə ehtiyacım 
var”.  Bir  az  rahatlandım.  Aman  istəməyə-istəməyə  mənə 
evində  qalmağa  icazə  versə  də,  bilirdim  ki,  bundan  heç  xoşu 
gəlmirdi. 
Onlar hələ də yeni evlənmiş sayılırdılar. Üstəlik evləri də çox 
darısqal  idi.  Həm  də  o,  evdən  qaçdığına  görə  çəkdiyi  vicdan 
əzabından qurtulmaq üçün evə qayıtmağımı istəyirdi. 
Əvvəl  Amangildə,  sonra  dayıdostugildə  qaldığım  vaxt 
ərzində  evdə  qalmağa  öyrəşmişdim.  Evin  içində  dustaq  kimi 
yaşamaq  əvvəllər  mənə  qəribə  gəlirdi.  Səma  görüntüsünün 
qarşını tavan kəsirdi, yalnız qapalı divarlar arasında gəzirdim, 
səhranın heyvan və kol qoxularını izdihamlı şəhərin çirkab və 
hiss iyləri əvəz etmişdi... Dayımgilin evi Amanın evindən geniş 
downloaded from KitabYurdu.org


87 
 
olsa  da,  mənə  yenə  də  darısqal  görünürdü.  Onun  içində 
axşamlar  evi  isti,  yağış  yağanda  isə  quru  saxlayan  primitiv 
Qərb rahatlığı var idi. Su mənimçün çox qiymətli olduğundan 
ona olan hörmətimi hələ də qoruyub saxlayırdım. Suyu həyətə 
kiçik çəlləklərə dolduraraq ulaqla gətirən satıcıdan alır, sonra 
həyətdə qoyduğumuz çəlləyə doldurardıq. Dayımın ailəsi onu 
qənaətlə  yuyunmağa,  təmizliyə,  yemək  bişirməyə,  çay 
qoymağa  istifadə  edərdi.  Dayıdostu  yeməkləri  balaca 
mətbəxdə  balon  qazı  ilə  işləyən  sobada  bişirərdi.  Elektrik 
olmadığından  axşamlar  kerosin  lampalarının  ətrafında  oturub 
söhbət edərdik. 
O yerlərin  tualeti  də  özünə  görə idi.  Yerdə  nəcisin  üfunət  iyi 
verə-verə qaldığı bir deşik olardı. Çöldəki çəlləkdən bir vedrə 
su gətirərək tualetdə yuyunardıq. 
Dayıdostumgilə  yerləşdikdən  az  sonra  başa  düşdüm  ki, 
onlarda  qalmağa  razılıq  almaqla  özümə  təkcə  yaşamaq  üçün 
yer deyil, həm də təzə “iş” tapmışdım. Bütün günü dayımın üç 
pis tərbiyə görmüş uşağına baxmalı olurdum. Bəlkə də balaca 
uşaqlara  “pis”  deməməliyəm,  amma  onların  hərəkətləri  məni 
çərlədirdi. 
Hər  səhər  dayıdostu  doqquzda  yerindən  qalxar,  səhər 
yeməyindən  dərhal  sonra  rəfiqələrini  görmək  üçün  sevinə- 
sevinə  evdən çıxardı.  Bütün  günü  o  qadınlarla usanmadan  öz 
rəfiqələri,  tanışları,  düşmənləri  və  qonşulan  haqda  qeybət 
edərdi. Nəhayət, axşam vaxtı könülsüz evə qayıdardı. O, evdə 
olmayanda  üçaylıq  körpə  acından  dayanmadan  ağlayardı. 
Çağanı qucağıma götürəndə məni əmməyə can atardı. Hər gün 
də  deyərdim:  “Dayıdostu,  Allah  xatirinə,  buna  bax,  nəsə 
etməlisən.  Uşağı  hər  dəfə  qucağıma  alanda  məni  əmmək 
downloaded from KitabYurdu.org


istəyir, 
məndə  də,  özün  bilirsən  ki,  süd  yoxdur.  Döşlərim  heç  düz- 
əməlli çıxmayıb da”. 
O, qəti vecinə almadan: “Əşi, narahat olma, ağlayanda bir az 
süd isit ver”, - deyərdi. 
Ev  təmizləməkdən,  üçaylıq  körpənin  qeydinə  qalmaqdan 
əlavə, doqquz və altıyaşlı iki uşağa da baxmalı idim. Və bu iki 
uşaq vəhşi heyvan kimi idi. Anaları onların tərbiyəsi ilə məşğul 
olmadığından qətiyyən özlərini apara bilmirdilər. Arada fürsət 
düşəndə  bir-iki  şillə  vurmaqla  onları  “ağıllandırmağa” 
çalışırdım. Amma neçə il özlərini vəhşi kimi aparan uşaqlar bir 
gecəyə mələk olası deyildilər. 
Vaxt  ötdükcə  daha  çox  əsəbiləşməyə  başlamışdım. 
Fikirləşirdim  ki,  görəsən,  hələ  nə  qədər  belə  həyata  dözməli 
olacağam?!  Daim  ümidverici  bir  həyat  axtarışında  idim  və 
sanki  məni  gözləyən  sirli  fürsəti  axtarırdım.  Hər  gün  də 
fikirləşirdim: “Görəsən, bu, nə vaxt baş verəcək? Bəlkə o gün 
bu  gündür?  Yoxsa  sabah?  Buradan  nə  vaxt  gedəcəyəm? 
Neyləyəcəyəm?”  Bunları  niyə  fikirləşirdim  -  bilmirdim. 
Məncə,  elə  durumda  hər  kəsin  daxilində  o  cür  səslər  olur. 
Keçmişi 
xatırlayanda görürəm ki, nə olacağını bilməsəm də, həyatımın 
çoxlarından tamamilə fərqli olacağına inanırdım. 
Lui  dayıdostugildə  bir  ay  qaldıqdan  sonra  vəziyyət 
dözülməz  həddə  çatdı.  Bir  gün  günortadan  sonra  dayımın 
doqquzyaşlı  qızı  yoxa  çıxdı,  dayıdostum  isə,  adəti  üzrə, 
rəfiqələri ilə qeybətə getmişdi. Əvvəl çölə çıxıb onu çağırdım. 
Cavab  verməyəndə  axtarmaq  üçün  məhəlləyə  çıxdım.  Axırda 
onu tunelin içində bir oğlanla tapdım. O, iti ağıllı və hər şeylə 
downloaded from KitabYurdu.org


89 
 
maraqlanan  uşaq  idi.  Mən  onların  yanma  çatanda  oğlanın 
bədəni  qızı  o  qədər  maraqlandırmışdı  ki,  o  artıq  “hərəkətə 
keçmişdi”.  Yaxınlaşıb  qolundan  yapışdım  və  özümə  tərəf 
çəkdim.  Oğlan  isə  artıq  götürülmüşdü.  Həyatımda  heç  bir 
uşaqdan bu qədər iyrənməmişdim, evə qayıdanda yolboyu onu 
çubuqla vurdum. 
Həmin axşam anası evə qayıdanda qız onu vurduğuma görə 
şikayətlənməyə  başladı.  Dayıdostu  cin  atma  minmişdi. 
Hədələyə-hədələyə  üstümə  gəldi:  “Bu  tifili  niyə  döyürsən? 
Əlini  dinc  saxla,  yoxsa  səni  elə  vuraram  ki,  yerindən  dura 
bilməzsən!” 
“İnan mənə, onu niyə döydüyümü bilməsən, daha yaxşı olar. 
Çünki  inanmıram  ki,  nə  gördüyümü  biləndə  xoşuna  gəlsin. 
Mənim  gördüyümü  sən  görsəydin,  onu  qızlıqdan  silərdin.  Bu 
uşaq heyvan kimi özbaşına böyüyüb”. Bu izahımın aramızdakı 
söhbətə zərrə qədər də təsiri olmadı. On yaşdan kiçik uşaqlarını 
on  üç  yaşlı  bir  qızın  öhdəsinə  buraxan  bu  qadın  birdən-birə 
uşaqları ilə maraqlanmağa başlamışdı. Dayıdostum yumruğunu 
yelləyə-yelləyə  üstümə  gələrək  onun  “mələyini”  vurduğum 
üçün  məni  döyməklə  hədələyirdi.  Lakin  artıq  cana 
doymuşdum,  tək  ondan  yox,  bütün  dünyadan...  Qışqıraraq: 
“Bura  bax,  mənə  barmağını  da  vurmayacaqsan!  Əlin  dəysə, 
başında bir tük qoymaram!” - dedim. Bununla da söhbət bitdi, 
amma  bu  hadisədən  sonra  mən  artıq  orada  qala  bilməzdim. 
Lakin bu dəfə hara gedəcəkdim? 
Şahru  xalagilin  qapısını  ilk  dəfə  döyəndə  öz-özümə 
fikirləşirdim ki, görəsən, bu dəfə səni nələr gözləyir, Varis... 
Qapı  açılanda  utana-utana  salamlaşdım.  Şahru  xalanın  beş 
uşağı var idi. Hiss edirdim ki, bu fakt o ailədə mənə xoşbəxtlik 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə