Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   22   23   24   25   26   27   28   29   ...   69

fikirləşdim ki, bu məhz həmin, uzun müddət gözlədiyim andır! 
Mənimçün  çox  gözəl  bir  fürsət  idi  və  mən  məhz  belə  bir 
məqamı gözləyirdim. 
Otağa girib Şahru xalamı çağırdım: 

Xala, sənə sözüm var... 
O, mənə acıqlı-acıqlı baxaraq: 

Nədi, Varis? - soruşdu. 
- Lütfən, bura gəl... - Xalam qapıdan çıxan kimi səfirin bizi 
görməyəcəyinə  əmin  olduqdan  sonra  sevincqarışıq  bir 
həyəcanla onun qolundan yapışdım. - Lütfən, yalvarıram, ona 
de ki, məni aparsın. Mən onun qulluqçusu ola bilərəm. 
Xalam  üzümə  baxdı,  bu  zaman  üzündəki  incikliyi  hiss 
etdim. Lakin güclü, iradəli uşaq olduğumdan onun mənimçün 
nələr  etdiyini  yox,  yalnız  öz  istəyimin  yerinə  yetməsini 
fikirləşirdim. 
- Sən?!  Sənin  ki  heç  nədən  başın  çıxmır.  Londonda  nə 
edəcəksən? 
- Mən təmizliklə məşğul ola bilərəm! Xala, nə olar, ona de 
məni aparsın! Mən GETMƏK istəyirəm! 

Heç  ağlım  kəsmir.  Zəhləmi  tökmə,  get  işinlə  məşğul  ol. 
Otağa qayıdıb yeznəsinin yanında oturdu. Sonra astaca 
dediyini  eşitdim:  “Bəlkə  onu  aparasan?  Bilirsən,  o  təmizlik 
işlərini çox yaxşı bacarır...” 
Xalam  məni  otağa  çağırdı,  mən  isə  həvəslə  qapıya 
yaxınlaşdım.  Əlimdə  lələkli  tozalan,  saqqız  çeynəyə-çeynəyə 
qapının ağzında dayandım. 

Mən Varisəm. Siz xalamın ərisiniz, elə deyilmi? 
Səfir qaşqabağını tökərək: 

Bəlkə ağzındakı saqqızı çıxardasan? - dedi. 
downloaded from KitabYurdu.org


95 
 
Mən  saqqızı  ağzımda  yumrulayaraq  küncə  tüpürdüm.  O, 
Şahru xalanın üzünə baxıb: 

Bu qızı deyirsən? Oy, yox, yox, - başını buladı. 
-  Mənim tayım-bərabərim yoxdur. Təmizləyə bilirəm, bişirə 
bilirəm, hətta uşaqlara da baxıram! 

Əminəm ki, dediyin kimisən. 
Üzümü xalama tutaraq: 

Ona de, - yalvardım. 

Varis, bəsdir, gedə bilərsən. 

Ona de ki, məndən yoxdur! 
- Varis! Şşş!.. - Sonra üzünü səfirə tutaraq: - Hələ uşaqdır, 
amma, həqiqətən, zəhmətkeşdir. İnan mənə, o işin öhdəsindən 
gələr... 
Məhəmməd dayı üzümə ikrahla baxaraq sakitcə oturmuşdu. 
- Yaxşı,  qulaq  as,  sabah  səni  aparacağam.  Oldumu?  Sabah 
günorta  pasportunu  da  gətirib  gələcəyəm,  sonra  Londona 
gedəcəyik. 
6 İtalyan mətbəxində xəngəli xatırladan xəmir xörəyi 
8. 
UZU LONDONA 
London!  London  haqqında  heç  nə  bilmirdim,  amma  adı 
qulağıma xoş gəlmişdi. Harada olduğunu da bilmirdim, bir onu 
bilirdim  ki,  çox  uzaqdadır.  Mənim  olmaq  istədiyim  qədər 
uzaqda... Bu sanki dualarıma verilən cavab - gerçəkləşə biləcək 
ən  şirin  xəyal  idi!  Qulaqlarıma  inanmayaraq  xalamdan 
soruşdum: “Xala, mən, doğrudan, gedirəm?” 
O,  əsəbi  tərzdə  barmağını  silkələyib:  “Kəs  səsini.  Yenə 
başlama”,  -  dedi.  Üzümdəki  həyəcanı  gördükdə  isə 
gülümsəyərək:  “Yaxşı.  Bəli,  sən,  həqiqətən  də,  gedirsən”,  - 
əlavə etdi. 
downloaded from KitabYurdu.org


Sevincimdən 
yerə-göyə 
sığmayaraq  axşam  yeməyi 
hazırlayan xalam qızı Fatimənin yanma qaçdım. 

Mən Londona gedirəm! Londona gedirəm! 
- qışqıra-qışqıra mətbəxdə oynamağa başladım. 
- Nə? London?! - O, oynayan vaxt qolumdan yapışıb izahını 
istədi. Fatimə qulaqlanna inanmayaraq: - Sən ağ 
olacaqsan... - dedi. 

Nə dedin? 

Sən ağ olacaqsan, bilirsən də... ağ. 
Onun nə danışdığını başa düşmürdüm. Həyatımda heç vaxt 
ağ  insan  görməmişdim  və  ümumiyyətlə,  belə  insanların 
varlığından  xəbərsiz  idim.  Amma  onun  iradı  məni  qətiyyən 
narahat etmədi. “Danışma, lütfən. Sadəcə, Londona sən deyil, 
mən  gedirəm  deyə  paxıllığın  tutur!”  -  əda  ilə  deyərək 
oynamağa  davam  etdim.  Sanki  yağışın  yağdığını  bayram 
edirəmmiş kimi əl çalır, atılıb-düşür, mahnı oxuyurdum: “Mən 
Londona gedirəm! Oh-eey - mən Londona gedirəm!” 
“Varis!” - Şahru xala hədələyici səslə çağırdı. 
Həmin  axşam  xalam  məni  səfərə  çıxmaq  üçün  geyindirdi. 
Bu  arada  ilk  dəfə  ayaqqabım  da  oldu  -  əla  dəri  səndəllər! 
Təyyarədə onun verdiyi uzun, əlvan rəngli, üstündən xələti da 
olan donumu geyinmişdim. Yüküm yox idi, çünki Məhəmməd 
dayı  məni  aparmağa  gələndə  əynimdəki  paltardan  başqa  heç 
nəyim yox idi. 
Evdən  çıxanda  Şahru  xalanı,  Fatiməni,  o  biri  xalam 
uşaqlarını qucaqlayıb öpdüm. Fatimə mənə qarşı çox mehriban 
olduğundan  onu  da  aparmaq  istəyirdim,  amma  bilirdim  ki, 
orada yalnız bir adama iş var idi və bu işə məni seçdikləri üçün 
çox  xoşbəxt  idim.  Məhəmməd  dayı  pasportumu  mənə  verdi, 
downloaded from KitabYurdu.org


97 
 
ona maraqla baxmağa başladım. Bu, mənim ilk rəsmi sənədim 
idi, çünki o vaxta kimi nə doğum haqqında şəhadətnaməm, nə 
də  ki  üstündə  adım  yazılan  bir  kağız  olmuşdu.  Maşına 
minərkən özümü vacib adam hiss etdim və ailəyə əl yelləyərək 
sağollaşdım. 
O  günə  kimi  səhrada  keçiləri  otararkən  arabir  başımın 
üstündən 
ötən 
təyyarələri 
görmüşdüm 
və 
onlann 
mövcudluğundan  xəbərim  var  idi.  Əlbəttə  ki,  Moqadişuda 
mindiyim  təyyarə  qədər  yaxından  görməmişdim.  Məhəmməd 
dayı ilə aeroporta getdik, təyyarəyə çıxan qapıya yaxınlaşanda 
dayandıq.  Uçuş  zolağında  Afrika  günəşinin  şəfəqləri  altında 
parlayan 
Britaniya 
təyyarəsinin 
nəhəngliyini 
görüb 
heyrətlənmişdim.  Bu  vaxt  Məhəmməd  dayının  burnunun 
altında nəsə danışdığını eşitdim: “...Məryəm xalan səni 
Londonda  gözləyir,  mən  də  bir  neçə  günə  gələcəyəm. 
Getməzdən əvvəl burada bir balaca işim var”. 
Təəccübdən  gözlərim  ona  zilləndi,  ağzım  açıq  qaldı.  O, 
təyyarə biletini ovcuma basdı. 
- Varis,  biletini,  pasportunu  itirmə!  Bunlar  çox  vacib 
sənədlərdir, muğayat ol! 
- Sən  gəlmirsən?  -  bu,  dilim  topuq  çala-çala  deyə  bildiyim 
tək kəlmə oldu. 

Yox, mən bir neçə gün də burada qalmalıyam, 
- o, hövsələsiz şəkildə cavab verdi. 
Tək  getməyə  qorxduğumdan  ağlamağa  başladım.  Artıq 
Somalidən çıxmağım qaçılmaz idi və başıma gələnlərdən sonra 
bunun  yaxşı  bir  nəticəsi  olacağına  əmin  deyildim.  Bütün 
çətinlikləri ilə Somali mənim vətənim idi, məni qarşıda nələrin 
gözlədiyi isə tamamilə sirr idi. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə