Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   30   31   32   33   34   35   36   37   ...   69


Neylədi ki? 

Üzümə toxunmağa çalışdı. Pıçıltı ilə adımı çağırdı. 

Oh, yox. Əminsən? Yuxu görmürdün ki? 
- Yaxşı  görək!  Onunla  tək  qalan  kimi  üzündəki  ifadəni, 
mənə necə baxdığını görürəm. Bilmirəm neyləyim. 
- Zibil,  ZİBİL!  Kriket  ağacını,  ya  da  süpürgəni  çarpayının 
altına  qoy.  Yox,  mətbəxdən  oxlovu  götür, yorğanının  altında 
gizlət, gecə otağına girəndə başına vur! Bir də bilirsən neylə? 
Qışqır. Var gücünlə qışqır ki, hamı eşitsin. 
Allaha çox şükür ki, bu qız mənim tərəfimdə idi. 
Bütün  günü  dua  edirdim:  “Nə  olar,  qoy  bir  daha  təkrar 
etməsin, İlahi, məni belə dəhşətli şey eləməyə məcbur etmə”. 
Evdə  qanqaralıq  yaratmaq  istəmirdim.  Özünü  təmizə 
çıxartmaq üçün valideynlərinə yalan deyəcəyindən, onlann da 
məni  evdən  qovacaqlarından  çox  qorxurdum.  Sadəcə,  bu 
hərəkətlərinə son qoymasını istəyirdim - heç bir oyununu, heç 
bir  zarafatını,  axşam  otağıma  gəlmələrini,  əllərini  üzümə 
toxundurmasını istəmirdim. Lakin hisslərim mənə dualarım işə 
yaramadığı halda “döyüşə hazır ol” deyirdi. 
Həmin axşam mətbəxdən oxlovu götürüb çarpayımın altında 
gizlətdim.  Şükrə  yuxuya  gedəndən  sonra  yanıma  qoydum  və 
əlimi çəkmədim. Əvvəlki gecə olduğu kimi Hacı evə yenə gecə 
təxminən  üçdə  gəldi,  qapının  ağzında  bir  anlıq  dayandı  və 
işığın  eynəklərində  necə  parıldadığını  gördüm.  Gözaltı 
xəlvətcə  ona  baxa-baxa  sakitcə  uzanmışdım.  İçəri  keçib 
yatağıma  yaxınlaşdı,  balışımın  üstünə  əyildi  və  qoluma 
toxunmağa başladı. Nəfəsindən elə pis viski iyi gəlirdi ki, az 
qala  qusacaqdım,  lakin  tüküm  də  tərpənmirdi,  sakitcə 
dayanmışdım. Sonra o, çarpayımın yanında dizi üstə dayanaraq 
downloaded from KitabYurdu.org


127 
 
yorğanın qırağını tapmağa çalışdı və əlini içəri salaraq qıçıma 
toxundu.  Əlini  budumdan  yuxan  sürüşdürərək  alt  paltarıma 
doğru apanrdı. 
“Eynəyini sındırmalıyam, - fikirləşdim, - bu, onun otağıma 
girdiyinə sübut olar”. Oxlovu əlimdə bərk sıxaraq var gücümlə 
üzünə vurdum. Gecənin sakitliyində əvvəlcə möhkəm tappıltı 
eşidildi.  Bu  an  qışqırmağa  başladım:  “Rədd  ol  otağımdan, 
alçaq, oğraş!” 
Şükrə  yerindən  dik  atıldı,  ağlayaraq  soruşdu:  “Nə  olub?” 
Bir-iki  saniyə  içində  evin  hər tərəfindən  ayaq  səsləri  eşidildi. 
Hacının 
eynəyini 
sındırdığımdan 
öz 
otağına 
iməkləyə-iməkləyə qayıtmalı olmuş və elə paltardaca yatağına 
girib özünü yuxululuğa vurmuşdu! 
Bəsma  gəldi  və  işığı  yandırdı.  Əlbəttə,  onun  hadisədən 
xəbəri var idi, amma özünü bilməməzliyə qoyaraq: “Burada nə 
baş verir?” - soruşdu. 
Şükrə izah etdi: “Hacı burada idi, yerdə iməkləyirdi!” 
Məryəm  xala  xələtinə  bürünərək  otağa  girdi.  Onu  görəndə 
qışqırdım:  “Xala,  o  mənim  otağıma  girmişdi!  Dünən  də 
girmişdi! Mən də onu vurdum!” Hacının eynəyinin sınıqlarını 
ona göstərdim. 
O,  ciddi  bir  səslə  dedi:  “Şşşş.  Bu  barədə  eşitmək  belə 
istəmirəm, indi yox. Hər kəs öz otağına qayıtsın. Yatın!” 
10. 
AZADLIQ 
Hacının  üzünə  oxlovla  vurduğum  o  gecədən  sonra  evdə  heç 
kim  o  hadisə  haqqında  bir  kəlmə  də  olsun  danışmadı.  Hiss 
etdiyim  böyük  bir  dəyişiklik  olmasaydı, fikirləşə bilərdim  ki, 
onun  gecələr  otağıma  girməsi,  sadəcə,  pis  yuxu  olub.  Artıq 
Hacı  ilə  dəhlizdə  üz-üzə  gələndə  o,  mənə  şorgöz-şorgöz 
downloaded from KitabYurdu.org


baxmırdı.  O  ifadə  aşkar  nifrətlə  əvəz  olunmuşdu.  Dualarım 
yerinə yetdiyi və həyatımın bu acı, iyrənc dönəmi başa çatdığı 
üçün çox xoşbəxt idim. Lakin tezliklə bu xoşbəxtlik başqa bir 
narahatlıqla əvəz olundu. 
Məhəmməd  dayı  elan  etdi  ki,  bir  neçə  həftədən  sonra  ailə 
Somaliyə  qayıdacaq.  Onun  dördillik  səfirlik  müddəti  başa 
çatmışdı  və  biz  artıq  Somaliyə  qayıtmalı  idik.  Londona 
çatdığım  ilk  gün  dörd  il  mənə  bir  ömür  qədər  uzun 
görünmüşdü, amma indi inana bilmirdim ki, artıq dörd il keçib. 
Bədbəxtlikdən,  Somaliyə  geri  dönməyə  heç  də  həvəsli 
deyildim. İngiltərə kimi varlı bir ölkədən qayıdan bütün 
afrikalılann  arzuladığı  kimi,  mən  də  evimizə  zəngin  və  uğur 
qazanmış  biri  kimi  dönmək  istəyirdim.  Somali  kimi  kasıb 
ölkələrin vətəndaşları daim ölkədən çıxmaq üçün yollar axtarır, 
pul qazanaraq ehtiyac içində olan ailələrinə kömək etmək üçün 
Səudiyyə  Ərəbistanı,  Avropa,  Amerika  kimi  yerlərə  pənah 
apanrlar. 
Dörd il xaricdə yaşadıqdan sonra evə dönürdüm, amma heç 
nə ilə! Evə qayıdanda nə deyəcəyəm? Anama deyəcəyəm ki, bu 
illər  ərzində  vur-tut  pasta  bişirməyi  öyrənmişəm?!  Dəvələrin 
yanma qayıtdıqdan sonra, çətin ki, bir də pasta görəm. Yoxsa 
atama 
tualeti 
necə 
sürtüb 
təmizləməyi 
öyrəndiyimi 
danışacağam?!  Atam  soruşacaq  ki,  nəə,  tualet  nədir?  Amma 
onun başa düşə biləcəyi universal bir söz var - pul. O pul ki, 
ailəmin ən xırda ehtiyacları üçün belə heç vaxt olmayıb. 
Xalamla əri Somaliyə qayıtmağa hazırlaşanda lap cüzi olan 
maaşımdan  çətinliklə  qəpik-quruş  toplaya  bilmişdim.  Arzum 
isə  anama  bir  ev  -  sağ  qalmaq  üçün  köç  etmədən  və  çox 
işləmədən, daimi yaşaya biləcəyi bir yer - almaqdan ötrü lazımi 
downloaded from KitabYurdu.org


129 
 
qədər pul toplamaq idi. Bu, əslində, o qədər də əlçatmaz arzu 
deyildi,  çünki  mübadilə  məzənnəsi  ilə  cəmi  bir  neçə  min 
dollara Somalidə ev almaq mümkün idi. Bu məqsədimə çatmaq 
üçün  İngiltərədə  qalıb  pul  yığmaq  istəyirdim.  Çünki  bilirdim 
ki,  getsəydim,  bir  də  heç  vaxt  qayıda  bilməyəcəkdim.  Bunu 
necə edəcəyimi bilməsəm də, içimdə dərin bir inam hissi var idi 
ki,  xalamın  ailəsində  qul  kimi  işləməkdən  canımı  qurtara 
bilsəm,  hər  şey  yolunda  gedəcək.  Deyəndə  ki,  qalmaq 
istəyirəm,  qətiyyən  razılaşmadılar.  Xalam  acıqlanaraq  dedi: 
“Burada  qalıb  nə  qələt  eləyəcəksən?  On  səkkiz  yaşlı  bir  qız 
evsiz, pulsuz, işsiz, iş icazəsi olmadan, ingilis dilini bilmədən 
nə edə bilər? Lap gülməlidi! Yox, bizimlə gedirsən!” 
Yola düşəcəyimiz gün bəlli idi. Həmin vaxtdan xeyli əvvəl 
Məhəmməd  dayı  hamımıza  iki  şeyi  yaddan  çıxartmamağı 
tapşırmışdı:  yola  düşəcəyimiz  günü  və  pasportlarımızın 
qaydasında  olduğuna  əminlik.  Mən  də  onun  tapşırığına  əməl 
etdim  -  cəld  pasportumu  mətbəxə  aparıb  plastik  torbaya 
qoydum, ağzını yaxşıca bağladım və bağda basdırdım. 
Moqadişuya  yola  düşəcəyimiz  son  gecə  pasportumu  tapa 
bilmədiyimi elan etdim. Planım çox sadə idi. Pasportum 
olmasaydı,  məni  apara  bilməyəcəkdilər.  Məhəmməd  dayı 
şübhələnərək soruşmağa başladı: “Varis, pasportun harada ola 
bilər? Səncə, axırıncı dəfə onu hara qoymusan?” O, təbii ki, bu 
sualların  cavabını  bilirdi,  çünki  Londonda  olduğum  dörd  il 
ərzində az hallarda evdən çıxmışdım. 
Üzümdə ciddi bir ifadə ilə dedim: “Bilmirəm - bəlkə də evi 
təmizləyərkən  təsadüfən  tullamışam”.  O,  hələ  də  səfir  idi  və 
istəsəydi,  mənə  kömək  edə  bilərdi.  Hələ  də  ümid  edirdim  ki, 
qalmağı  necə  çox  istədiyimi  başa  düşəcək  və  məni  zorla 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə