Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   33   34   35   36   37   38   39   40   ...   69

- Yaxşı,  bəlkə  yanmştat  işləyəsən,  qalan  vaxt  da  məktəbə 
gedəsən?  Nə  iş  olacağından  narahat  olma  -  ingilis  dilini 
öyrənənədək nə iş olur-olsun. 

Mənə kömək edərsən? 

Əlbəttə, edərəm. 
YMCA-da ev tutmağa çalışdım, lakin yer yox idi, əvəzində 
uzun  bir  gözləmə  siyahısı  var  idi.  Ucuz  və  ünsiyyət  qurmaq 
üçün  əlverişli  yer  olduğundan  bütün  cavanlar  orada  qalmaq 
istəyirdi. 
Üstəlik 
binanın  idman  mərkəzi,  olimpiya 
standartından böyük hovuzu var idi. Adımı siyahıya yazdırdım, 
lakin  yazıq  Halvunun  otağında  bu  qədər  qala  bilməzdim. 
YMCA  ilə  üzbəüz  YWCA8  yerləşirdi.  Burada  daha  çox  orta 
yaşlılar  yaşayırdı  və  bir  az  darıxdırıcı  idi.  Lakin  müvəqqəti 
olaraq orada bir otaq tutdum və iş tapmaq qərarına gəldim. Bir 
gün rəfiqəm mənə ağıllı bir təklif etdi: 

Bəlkə orada işləyəsən? 

Harada? Haranı nəzərdə tutursan? 

Bax, orada. McDonald’s da, - deyə barmağı ilə göstərdi. 
- Orada işləyə bilmərəm. Adamlara necə qulluq edəcəyəm? 
Yadından  çıxartma,  mən  ingiliscə  nə  danışa,  nə  də  oxuya 
bilirəm. Həm də işləmək üçün icazəm də yoxdur. 
Lakin  Halvu  çox  şey  bilirdi,  onun  məsləhətinə  qulaq  asıb 
gizlincə mətbəxdə təmizlikçi işi üçün müraciət etdim. 
“McDonald’s”da işə başlayandan sonra onun haqlı olduğunu 
anladım. Oradakı çətin işə görə maaşımın az olması isə yalnız 
qanunsuz  olaraq  işlədiyim  üçün  idi.  İşinə  həvəslə  yanaşanda 
rəhbərlik qanunsuz işçi olduğuna belə fikir vermir. 
Qulluqçuluqda  öyrəndiklərim  “McDonald’s  ”da  işimə 
yaradı: qabları yuyurdum, qrilləri təmizləyirdim, piştaxtalann, 
downloaded from KitabYurdu.org


139 
 
sobaların  üstünü,  döşəməni  silir,  hər  yerə  yayılmış  burqer 
yağını təmizləməyə çalışırdım. Axşam evə qayıdanda yanmış 
yağ  iyi  verirdim.  Mətbəxdə  işçi  az  idi,  lakin  şikayət  etməyə 
cəsarətim  çatmırdı.  Əsas  o  idi  ki,  özümə  çatacaq  qədər  pul 
qazana bilirdim. İş tapdığıma görə hədsiz xoşbəxt idim və əmin 
idim ki, orada çox qalmayacağam. Bu müddət ərzində isə sağ 
qalmaq üçün nə iş olsaydı, işləməyə hazır idim. 
İngilis  dilimi  inkişaf  etdirmək  istəyirdim.  İşdən  sonra 
xaricilər  üçün  təşkil  edilən  pulsuz  dil  məktəbinə  getməyə 
başladım.  Həyatımda  ilk  dəfə  idi,  günüm  yalnız  işləməklə 
keçmirdi. Halvu bəzən məni özü ilə gecə klublarına aparırdı. O 
danışırdı, gülürdü və o qədər şən idi ki, hər kəs onun ətrafında 
olmağa  çalışırdı.  Bir  gecə  biz  yenə  getdik  və  saatlarla  rəqs 
etdik. 
Qəfildən  başımı  qaldıranda  oğlanlarla  əhatə  olunduğumuzu 
gördüm. “Lənət olsun! - rəfiqəmə pıçıldadım, - bu oğlanların 
bizdən xoşu gəlir?” 
O gülərək dedi: “Hə, onlann bizdən çox xoşu gəlir”. Onun 
belə  deməyi  məni  bir  az  da  həyəcanlandırdı.  Onları  başdan- 
ayağa  süzərkən  anladım  ki,  o,  haqlıdır.  Heç  vaxt  sevgilim 
olmamışdı,  xalam  oğlu  Hacıdan  başqa,  heç  bir  oğlanın  da 
diqqətini  cəlb  etməmişdim.  Hacı  da  heç  vaxt  mənə  sevgi  ilə 
bağlı  sözlər  deməmişdi.  Ötən dörd  il ərzində özümü  “Xanım 
Heç Kim” - qulluqçu hesab etmişdim. İndisə ətrafımızda çoxlu 
oğlan  toplaşıb  və  bizimlə  rəqs  etmək  istəyirdilər.  Öz-özümə 
fikirləşdim ki, Varis, deyəsən, dövranın yetişib! 
Nə  qədər  qəribə  olsa  da,  ətrafımda  mənə  maraq  göstərən 
oğlanlar  ağdərili  idi,  mənimsə  həmişə  qaradərili  kişilərdən 
xoşum gəlirdi. Afrikanın sərt tərbiyə üsulu ilə böyüdülməyimə 
downloaded from KitabYurdu.org


baxmayaraq,  fərq  qoymadan  ağ,  qara,  qadın,  kişi  -  hər  kəslə 
söhbət  edirdim.  Anladım  ki,  sərbəst  olmaq  istəyirəmsə, 
düşdüyüm  bu  “yeni  dünya”nm  səhra  həyatımda  öyrəndiyim 
bacarıqlarından fərqli olan sağqalma şərtlərini öyrənməliyəm. 
Burada  ən  çox  ehtiyac  duyduğum  isə  ingilis  dili  və  müxtəlif 
adamlarla  ünsiyyət  qurmaq  bacarığı  idi.  Dəvələr,  keçilər 
haqqında bildiklərində Londonda yaşaya bilməzdim. 
Ertəsi gün Halvu gecə klubunda öyrəndiklərimi daha ərtaflı 
təlimatlarla  tamamladı.  Axşam  gördüyümüz  adamların 
xarakterləri,  həvəsləri,  maraqları  barədə  danışdı,  ayrı-ayn 
insanların  təbiəti  haqda  möhtəşəm  bir  izahat  verdi.  O,  seks 
haqda  danışdı,  oğlanları  ən  çox  nəyin  maraqlandırdığını, 
nələrdə  diqqətli  olmağın  lazımlılığım  və  bizim  kimi  Afrika 
qadınlarının  “ehtiyatında  olan”  xüsusi  problemini  yada  saldı. 
Ömrümdə  heç  vaxt  heç  kim  mənimlə  bu  mövzularda 
danışmamışdı.  “Onlarla  söhbət  et,  rəqs  elə,  gül,  amma  sonra 
evə gəl, Varis. Heç vaxt onlara səninlə seks haqda danışmağa 
imkan  vermə.  Onlar  bilmirlər  ki,  sən  ingilis  qadınlarından 
fərqlisən, onlar başa düşmürlər ki, sən sünnət olunmuşan”. 
YMCA-da ev üçün bir neçə ay gözlədikdən sonra bir qadının 
öz otağını bölüşmək istədiyini öyrəndim. O, tələbə idi və otağı 
təkbaşına tutmağa pulu yox idi. Əla fürsət idi, çünki məndə də 
pul baxımdan eyni vəziyyət idi və otaq ikimizin 
yaşaması üçün kifayət qədər geniş idi. Halvu çox yaxşı dost idi, 
amma yaşadığım yerdə gənclər çox olduğundan özümə başqa 
dostlar  da  tapmışdım.  Hələ  də  məktəbə  gedir,  ingilis  dilini 
öyrənir  və  eyni  vaxtda  da  “McDonald’s”da  işləyirdim. 
Həyatım  öz  sakit  və  rahat  axarı  ilə  gedirdi,  onun  birdən-birə 
dəyişə biləcəyi ilə bağlı heç bir fikrim yox idi. 
downloaded from KitabYurdu.org


141 
 
Bir  gün  günorta  “McDonald’s  ”dakı  iş  günümün  sonunda 
üst-başım  yenə  də  yağ  içində  evə  gedəndə  nədənsə  həmişəki 
kimi  arxa  qapıdan  yox,  müştərilərin  yeməklərini  sifariş 
etdikləri  piştaxtanın  yanından  keçib  getmək  qərarına  gəldim. 
Kilsə məktəbinin qarşısında mənə öz vizit kartını verən o kişi 
də  öz  qızı  ilə  biq  makını  (Big  Mac)  gözləyən  müştərilərin 
arasında idi. Onlann yanından ötərkən salamlaşdım. 
- Salam,  sənsən?!  Necəsən?  -  Aydın  idi  ki,  o,  mənimlə 
burada rastlaşacağını ağlına belə gətirmirdi. 
- Yaxşıyam,  yaxşıyam.  -  Üzümü  Sofinin  dostuna  tutub 
ingilis  dilimi  göstərməkdən  həzz  alaraq:  -  Sən  necəsən?  - 
soruşdum. 
Atası cavab verdi: 

O, yaxşıdır. 
- O necə də tez böyüyür, eləmi? Yaxşı, mən tələsirəm. Sağ 
olun. 

Gözlə, sən harada yaşayırsan? 
Gülümsəyərək:  “Sağ  olun...”  -  dedim  və  uzaqlaşdım.  O 
adama  hələ  də  etibar  etmədiyim  üçün  onunla  danışmaq 
istəmirdim,  həm  də  yenə  də  arxamca  gələ  biləcəyini 
fikirləşirdim. 
Evə  çatanda  bu sirli  adam  haqqında  bildiklərimi  çoxbilmiş 
Halvuya  danışmaq  qərarına  gəldim.  Siyirmədən  pasportumu 
götürdüm,  xalamgilin  bağında  basdırarkən arasına  qoyduğum 
Malkolm Feyrçayldın vizit kartını cibimə qoydum. 
Aşağıya,  Halvunun  otağına  endim  və  kartı  ona  göstərərək 
dedim: 
- Məni  başa sal. Çoxdandır ki, bu kart  məndədir. Bu adam 
kimdir?  Bilirəm  ki,  o,  moda  fotoqrafıdır,  amma  bunun  nə 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə