Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   41   42   43   44   45   46   47   48   ...   69


Sən nə danışırsan? 

Mən qanamışam, Mama, mən öləcəyəm! 
O, diqqətlə üzümə baxıb dedi: 

Yox, ölməyəcəksən. Qorxma. Bu, aybaşıdır. 
Aybaşı haqda heç vaxt heç nə eşitməmişdim, bu barədə heç 
bir məlumatım yox idi. 

Mənə izah edə bilərsən? Bu nə deməkdir? 
- Anam danışdıqca qarnımı tutaraq ağrıdan qovrulurdum. - Bəs 
ağrını  kəsmək  üçün  nə  edə  bilərəm?  Bilirsən  axı,  ağrıdan 
ölürəm. 
- Varis, ağrını kəsə bilmək üçün heç nə edə bilməzsən. 
Çalış fikir vermə. Qurtarana kimi gözləməli olacaqsan. 
Amma  mən dözməyə hələ hazır deyildim. Ağrını azaltmaq 
üçün  bir  yol  tapmağa  çalışırdım.  Səhraya  qayıtdım,  ağacın 
altında  balaca  bir  quyu  qazdım.  Bu  işlə  başımı  qatdığımdan 
ağrını  bir  az  unutdum.  Quyu  içində  otura  biləcəyim 
böyüklükdə  olana  qədər  qazdım.  Sonra  quyuda  oturub  qumla 
üstümü örtdüm. Qumun altı buz torbası kimi sərin olduğundan 
günün isti vaxtını orada keçirdim. 
Quyuya  girməklə ağrını  sakitləşdirmək metodundan  hər ay 
istifadə  edirdim.  Nə  qədər  qəribə  olsa  da,  sonralar  bacım 
Amanın  da  eyni  şeyi  etdiyini  öyrəndim.  Lakin  bu 
“sakitləşdirici”nin bir çatışmazlığı var idi. Bir gün atam gəlib 
məni  ağacın  altında  yan  basdırılmış  gördü.  Uzaqdan  baxanda 
belimdən  kəsilmiş  və  qumun  üstünə  qoyulmuş  kimi 
görünürdüm.  “Bu  nə  qələtdir  eləyirsən?”  -  dedi.  Onun  səsini 
eşidib  tez  quyudan  çıxmaq  istədim,  lakin  ayaqlarımın  üstünə 
torpağı  əllərimlə  bərk-bərk  basdığımdan  tərpənə  bilmədim. 
Əllərimlə  yerdən  möhkəm  yapışaraq  çıxmağa  çalışdım.  Papa 
downloaded from KitabYurdu.org


171 
 
isə 
dəlicəsinə  gülməyə  başladı.  Bunu  niyə  etdiyimi  deməyə 
utandım.  Ondan  sonra  atam  həmişə  zarafat  edirdi:  “Özünü  - 
diri-diri basdırmaq istəyirsənsə, bunu əməlli-başlı elə. Bu nədi, 
işi  yanmçıq  niyə  edirsən  ki?”  Bir  gün  o,  anamdan  bu  qəribə 
vərdiş  barədə  soruşdu.  O,  mənim  yuva  qazan  heyvanlar  - 
köstəbək kimi niyə tunel qazdığımın səbəbini bilmək istəyirdi. 
Mama izah etdi. 
Amma  anamın  dediyi  kimi,  ağnm  heç  nə  kəsə  bilmirdi.  O 
vaxt  səbəbini  başa  düşməsəm  də,  indi  bilirdim  ki,  menstrual 
axıntı sidiyim kimi bədənimdə toplanıb qalır. Qan dayanmadan 
günlərlə axdığından, daha doğrusu, axmağa çalışdığından ağrı 
xüsusilə kəskin və dözülməz olurdu. Qan damcı-damcı axdığı 
üçün aybaşılarım ən azı on gün çəkirdi. 
Məhəmməd dayıgildə yaşadığım vaxtda ağrılarım dözülməz 
həddə çatmışdı. Bir gün səhər tezdən, adəti üzrə, səhər yeməyi 
hazırlayırdım.  Yeməyi  mətbəxdən  yemək  otağına  aparanda 
huşumu  itirdim  və  qablar  əlimdə  yıxıldım.  Məhəmməd  dayı 
qaçaraq  məni  özümə  gətirmək  üçün  üzümü  şillələdi.  O  vaxt 
özümü başqa bir aləmdə hiss edirdim, huşum 
özümə  gələndə  onun  Məryəm  xalanı  çağırdığını  eşitdim: 
“Məryəm! Məryəm, o özündən getdi”. 
Özümə gəldikdən sonra Məryəm xala məndən nə olduğunu 
soruşdu. Mən isə aybaşı olduğumu dedim. “Yaxşı, belə olmaz, 
səni həkimə aparmaq lazımdır. Günorta həkimimlə görüş təyin 
edərəm”, - dedi. 
Xalamın  həkiminə dedim ki, aybaşılarım dözülməz  olur, o 
vaxt  çatanda  ağrıdan  öləcəyimi  fikirləşirəm.  Ağrı  məni  iflic 
edir,  nə  edəcəyimi  bilmirəm.  “Mənə  kömək  edə  bilərsiniz? 
downloaded from KitabYurdu.org


Lütfən,  bir  çarə  deyin,  artıq  dözə  bilmirəm”,  -  dedim.  Lakin 
sünnət  olunduğum barədə ona heç nə  demədim. Bu mövzuda 
danışmağa  necə  başlayacağımı  belə  bilmirdim.  O  vaxt  hələ 
azyaşlı  idim  və  fiziki  vəziyyətimlə  bağlı  narahatlıqlarım 
məlumatsızlığım,  çaşqınlığım  və  utancaqlığımla  qarışmışdı. 
Bütün 
qızların 
mənim 
kimi 
sünnət 
olunduğunu 
fikirləşdiyimdən  bunun  ağnnın  əsl  səbəbi  ola  biləcəyini  zənn 
etmirdim.  Anam  da  ağrının  qeyri-adi  olduğunu  fikirləşmirdi, 
çünki onun tanıdığı bütün qadınlar sünnət olunmuşdular və 
hamı  bu  əzabı çəkirdi.  Bu,  qadınlığın  sanki  bir  boyunduruğu 
idi. 
Həkim  məni  müayinə  etmədiyindən  sirrimi  də  bilmədi  və 
dedi:  “Ağrını  kəsmək  üçün  sənə  verə  biləcəyim  tək  dərman 
kontraseptiv  həblərdir.  Bu,  aybaşını,  beləliklə,  ağrını  da 
kəsəcək . 
Şükürlər olsun! Dərman xoşlamasam da, atmağa başladım. 
Xalam qızı Bəsmadan eşitdim ki, onlar zərərlidir, lakin bir ayın 
içində  ağn  və  qanaxma  dayandı.  Dərmanlar  bədənimi  hamilə 
olduğumla  aldatdığından  hamiləliyə  xas  başqa  gözləmədiyim 
şeylər  də  baş  verirdi.  Döşlərim  böyüdü,  yanlarım  genişləndi, 
çəkim  artdı,  üzüm  kökəldi.  Bədənimdə  baş  verən  bu  kəskin 
dəyişikliklər qeyri-təbii və qəribə idi. Buna görə də dərmanları 
atmaqdansa, ağn ilə mübarizə aparmaq qəranna gəldim. Və bu 
dəfə əvvəlkindən də şiddətli ağnlarla... 
Sonra başqa bir həkimə getməli oldum. Bu həkim də əvvəlki 
həmkarı  kimi  mənə  kontraseptivlər  qəbul  etməyi  məsləhət 
gördü.  Ona  əvvəllər  o  həbləri  qəbul  etdiyimi,  lakin  əlavə 
təsirlərini xoşlamadığımı izah etdim. Dərman atmadığım 
vaxtlarda  isə  hər  ayın  bir  neçə  günü  yatıb  qaldığımı  və 
downloaded from KitabYurdu.org


173 
 
inanılmaz əzablar çəkdiyimi dedim və kontraseptiv həblərdən 
başqa nə təklif edə biləcəyini soruşdum. Həkim dedi: “Yaxşı, 
sən  nə  gözləyirsən?  Qadınlar  kontraseptiv  qəbul  edəndə 
aybaşıdan  kəsilirlər.  Aybaşı  olanda  isə  ağrıyırlar.  Bax  seçim 
sənindir”.  Üçüncü  həkim  də  eyni  məsləhəti  təkrar  edəndə 
anladım  ki,  həkimləri  tez-tez  dəyişməkdənsə,  başqa  bir  həll 
yolu tapmalıyam. 
Xalama  dedim:  “Bəlkə  mən  xüsusi  ixtisaslı  bir  həkimin 
yanma getməliyəm?” 
O,  kəskin  nəzərlərlə  üzümə  baxdı  və  əsəbi  bir  tərzdə  dedi: 
“Yox! Yeri gəlmişkən, bu həkimlərə nə demək fikrindəsən?” 
“Heç nə. Sadəcə, ağndan xilas olmaq istəyirəm, vəssalam”, - 
dedim. Onun cavabmdakı  kəskin iradın səbəbini  isə, təbii ki, 
bilirdim: sünnət - Afrika adətlərinin ayrılmaz hissəsi. Bunu isə 
ağdərili adamlarla müzakirə etmək qəbulolunmazdır. 
Artıq  başa  düşmüşdüm  ki,  ya  həkimlərə  bu  barədə 
danışmalıyam,  ya  da  şikəst  kimi  ayın  üçdəbir  hissəsini  əzab 
içində  keçirməliyəm.  Bu  addımın  ailəmin  də  qəbul 
etməyəcəyini 
bilirdim.  Növbəti  qəranm  belə  idi:  xəlvətcə  həkimə  getməli, 
sünnət  olunduğumu  ona  deməliyəm...  Bəlkə  də  həkimlər 
bundan sonra dərdimə əlac edə bilərlər. 
İlk  getdiyimi  -  həkim  Makreni  seçdim.  Onun  daha  böyük 
xəstəxanada  işlədiyini  və  əgər  əməliyyata  ehtiyac  yaranarsa, 
lazımi  ləvazimatlarının  da  olacağını  fikirləşdim.  Vaxt  təyin 
etmək üçün zəng vurdum və əzab içində daha bir ay gözləməli 
oldum.  Həmin  vaxt  çatanda  xalama  evdə  olmayacağım  üçün 
bəhanə  tapıb  dedim  və  həkimin  yanma  getdim.  Söhbətə  necə 
başlayacağımı bilmədən: “Keçən dəfə sizə demədiyim bir şey 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə