Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

narahatlığım o idi ki, pasportumda Londonda doğulan Merlin 
Monro idim, amma ingiliscə güclə bir-iki kəlmə bilirdim. Məni 
soyuq  tər  seli  basır,  qulağımda  bu  sözlər  əks-səda  verirdi: 
“Mən batdım... Hər şey bitdi... Mən batdım... Hər şey bitdi...” 
Çəkiliş  heyətindəkilərin  hamısı  oyuna  qoşulmuşdu:  “Ey, 
sənin  əsl  adm  nədir?  Sən,  doğrudan,  haradansan?  Siz 
Londonun ortasında doğulan, amma ingiliscə danışa bilməyən 
adam  görmüsünüz?!”  Onlar  məni  özümdən  çıxarmaq  üçün 
əsəblərimlə oynayırdılar. Əclaf Cefri, nəhayət ki, pasportumu 
qaytardı.  Cərgənin  axırma  keçib  mənim  növbəm  çatanadək 
hamının keçib getməsini gözlədim. 
- Növbəti! 
Hər kəs gömrük nəzarətindən keçsə də, heç kim getməmişdi 
- əslində isə, belə uzun səfərdən sonra onlar maşınlara minib öz 
işlərinin dalınca tələsirlər. Yox. Onlar 
gömrük  nəzarətinin  yaxınlığında  toplaşıb  oradan  necə 
keçəcəyimi görmək üçün gözləyirdilər. 
Özünü  itirmə,  Varis.  Bacaracaqsan.  Yaxınlaşdım  və 
gözqamaşdırıcı bir təbəssümlə pasportumu gömrük rəsmisinə 
uzatdım. “Salam!” dedim və sakitcə dayandım. Bilirdim ki, bir 
söz  də  artıq  desəm,  ingilis  dilimin  necə  bərbad  olduğunu 
görəcəklər. 

Gözəl gündür, elə deyilmi? 

Mmm, - başımla təsdiqlədim. 
O, pasportumu qaytardı və əli ilə getməyimi işarə etdi. Bütün 
heyət  təəccüb  içində  mənə  baxırdı.  Yerə  oturmaq,  dərindən 
nəfəs  almaq,  rahatlaşmaq  istəyirdim,  lakin  onların  yanından 
sürətlə  ötüb-keçdim.  Bilirdim  ki,  aeroportdan  çıxanadək  hələ 
də təhlükəli yerdəyəm. Dayanma, Varis. Heathrowdan salamat 
downloaded from KitabYurdu.org


167 
 
qurtulmağa çalış. 
9 Guinness - Tünd rəngli məşhur irland pivəsi 
ıo Londonun ən böyük aeroportu 
12. 
HƏKİMLƏR 
Bir  gün  günorta  hovuzda  üzürdüm.  Qurtardıqdan  sonra 
paltarlarımı 
geyinib 
yuxarıya 
qalxmaq 
istəyəndə 
yeməkxanadan  kiminsə  məni  çağırdığını  eşitdim.  Binamızda 
yaşayan Vilyam idi. Əli ilə işarə edərək məni çağırdı: “Varis, 
gəl otur. Nəsə yemək istəyirsən?” 
Vilyam  pendirli  sendviç  yeyirdi.  “Hə,  mən  də  ondan 
istəyirəm”, - dedim. İngilis dilim zəif olsa da, onun nə dediyini 
başa düşə bilirdim. Yemək yeyərkən o, kinoya getməyi istəyib- 
istəmədiyimi  soruşdu.  O,  birinci  dəfə  deyildi  bunu  məndən 
soruşurdu. Vilyam ağdərili, yaraşıqlı və suyuşirin oğlan idi. O 
danışarkən  diqqətlə  qulaq  asmaq  əvəzinə,  dodaqlarının 
hərəkətini izləyir, fikrimdə onun dediklərini təxmin edirdim: 
Onunla kinoya getmək. 
Əgər o, mənim haqqımda bilsəydi... 
Birdən o, sevgilim olsa, nələr ola bilər. 
Bu çox gözəl olar. 
Kimsə məni sevəcək. 
Kiminləsə vaxt keçirəcəyəm. 
Amma kinoya getsəm... 
O öpüşmək istəyəcək. 
Sonra mənimlə yatmaq istəyəcək. 
Əgər razılaşsam... 
O, başqa qızlar kimi olmadığımı biləcək. 
Axı mən şikəstəm... 
Yox, əgər razılaşmasam... 
downloaded from KitabYurdu.org


Onun acığı tutacaq və biz dalaşacağıq. 
Getmə. 
Buna görə ürək ağrıtmağına dəymir. 
“Yox” de! 
O,  sünnət  olunduğumu  bilsəydi,  imtina  etməyimin  onunla 
heç bir əlaqəsi olmadığını başa düşərdi. 
Gülümsədim və başımı yellədərək:  “Yox,  təşəkkür edirəm. 
İşim  çoxdur”,  -  dedim.  Bilirdim  ki,  o  inciyəcək.  İncidi  də... 
Mənsə  çiyinlərimi  çəkərək  hər  ikimizin  əvəzinə  fikirləşdim. 
Əlimdən heç nə gəlmirdi. 
Bu  problem  YMCA-da  qalmağa  başladıqdan  sonra  peyda 
oldu.  Ailəmlə  yaşayarkən  heç  vaxt  ətrafımda  tanımadığım 
oğlanlar olmazdı. Valideynlərimin, Şahru xalanın, Məhəmməd 
dayının  yanma  gələn  adam  adətlərimizi  bildiyindən  ya 
görüşməyə  cəhd  etmir,  ya  da  böyüklərlə  danışardı.  Lakin 
xalamgilin  evindən  çıxdıqdan  sonra  tək  yaşadığımdan  birinci 
dəfə idi ki, bu cür vəziyyətin öhdəsindən özüm gəlməli idim. 
Bizim  binada  çoxlu  cavan,  subay  oğlan  var  idi.  Halvu  ilə 
klublara gedəndə, həmçinin model işində də daha çox oğlanla 
tanış olmuşdum. 
Lakin  onların  heç  biri  məni  maraqlandırmırdı.  Hansısa  bir 
oğlanla seks ağlıma da gəlmirdi, amma, təəssüf ki, bu, onlann 
niyyətində  var  idi.  Həmişə  fikirləşirdim  ki,  görəsən,  sünnət 
edilməsəydim, həyatım necə olardı? Oğlanlardan xoşum gəlir, 
çox  hissiyyatlı  və  sevməyi  bacaran  insanam.  Atamdan 
qaçdığım artıq altı il idi, təklik mənimçün çox çətin olmuşdu və 
ən  əsası,  ailəm  üçün  darıxmışdım.  Bir  gün  ərə  gedəcəyimə, 
özümün də ailəm olacağına ümid edirdim. Amma nə qədər ki 
şikəst və tikilmiş idim, özümü oğlanlardan təcrid etmişdim, heç 
downloaded from KitabYurdu.org


169 
 
bir əlaqə 
barədə fikirləşə bilməzdim. Vaginama vurulmuş tikişlər sanki 
kişilərin  fiziki  və  mənəvi  mənada  mənə  daxil  olmasının 
qabağını kəsmişdi. 
Kiminləsə  əlaqə  qurmaq  istəyimin  qarşısını  alan  ikinci 
problem  isə  başqa  qadınlardan,  xüsusilə  ingilis  qadınlarından 
fərqli  olduğumu  düşünməyim  idi.  Londona  gəldikdən  sonra 
mənə  olunanın  bütün  qızlara  edilmədiyi  fikri  məni  rahat 
buraxmırdı.  Məhəmməd  dayının  evində  yaşayanda  vanna 
otağında  bəzən  başqa  qızlarla  bərabər  olurduq.  Onların  necə 
tez, sürətli axınla işədiyini görüb təəccüblənirdim, mən isə ən 
tezi on dəqiqəyə qurtarırdım. Sünnətdən sonra orada balaca bir 
deşik saxlamışdılar, ona görə də damcı-damcı işəməli olurdum. 
“Varis, sən niyə elə işəyirsən? Sənə nə olub?” - soruşardılar. 
Mənsə,  sadəcə,  gülərək  onlara  sünnət  olunduğumu  demək 
istəmir  və fikirləşirdim ki, Somaliyə qayıtdıqdan sonra onları 
da sünnət edəcəklər. 
Lakin  aybaşılarım  heç  də  gülməli  keçmirdi.  Lap 
başlanğıcdan, on bir-on iki yaşım olandan bəri onlar qorxunc 
bir yuxuya bənzəyirdi. İlk aybaşım keçilərimi otarmağa 
apardığım isti bir gündə olmuşdu. Dözülməz isti idi, mən isə 
bir  ağacın  altında  halsız  oturmuşdum.  Mədəm  ağrıdığından 
daha da narahat idim. Bu nə ağrıdır? Bəlkə hamiləyəm? Bəlkə 
uşağım olacaq? Amma  heç bir kişi  ilə bir yerdə olmamışam, 
bu, necə ola bilər ki? Ağn getdikcə artırdı. Bir azdan işəməyə 
gedəndə qan gördüm, çox qorxdum, elə bildim ölürəm. 
Heyvanları  otluqda  qoyub  evə  qaçdım,  hönkürüb  ağlaya- 
ağlaya anamın yanma getdim. 

Mən ölürəm! Mama, mən ölürəm! 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə