göndəriblər.
Sanki bu görkəmdə başqa adam olacaqlarını hesab
edəcəkdim!
- Buyurun, keçin içəri. Çay istəyirsiniz, yoxsa qəhvə?
Əyləşin, gedim onu çağırım.
Onlar zalda Nigelin rahat stullarında oturdular.
- Əzizim, - mehriban səslə çağırdım, - aşağı gəl.
Qonaqlarımız var.
O, yarıyuxulu, saçları dağınıq halda gəldi.
- Salam, - Nigel onların görkəmindən kim olduqlarını dərhal
başa düşdü. - Sizə nə lazım idi?
- Sizə bir neçə sualımız var. Əwəla, sizin və arvadınızın bir
yerdə yaşadığına əmin olmaq istəyirik. Siz bir yerdə
yaşayırsınız?
Nigelin üzündəki ifadədən başa düşdüm ki, maraqlı söhbət
gedəcək, divara söykənib onlara baxmağa başladım. O,
etinasızcasına soruşdu:
-
Sizcə, oxşamır?
Qəfil qonaqlar diqqətlə evə göz gəzdirdilər.
- Mmm. Cənab, sizə inanırıq, amma yenə də evə baxış
keçirməliyik.
Nigelin rəngi qaraldı, sanki üzünə bulud çökdü.
- Bura baxın, evimi yoxlamayacaqsınız. Sizin kim
olduğunuz vecimə də deyil. O, mənim arvadımdır və
gördüyünüz kimi, biz birlikdə yaşayırıq. Siz xəbərdarlıq
etmədən gəlmisiniz və başa düşürsünüz ki, xüsusi olaraq sizi
qarşılamaq üçün geyinib hazırlaşmamışıq! İndisə çıxın gedin
buradan!
-
Cənab Riçards, əsəbiləşməyin, biz qanunla...
downloaded from KitabYurdu.org
199
- Mənim əsəblərimlə oynamayın!!! Durun gedin, nə qədər ki
bacarırsınız, qaçın canınızı qurtarın!
Lakin onlar çıxıb getmək əvəzinə, təəccübdən donaraq
yerlərinə yapışıb qalmışdılar.
- Çıxın, cəhənnəm olun mənim evimdən! Əgər bir də
buralara gəlsəniz, ya da mənə zəng etsəniz, silahımı götürüb
sizi vuracağam. Onun üçün ölümə belə hazıram, - barmağı ilə
məni göstərərək dedi.
Başımı yellədərək öz-özümə fikirləşdim: “Bu oğlan
axmaqdır.O, həqiqətən də, mənə vurulub. Əcəb işə düşdüm.
İndi burada neyləyəcəyəm? Afrikaya qayıtmalı idim, ən
salamatı bu olardı”. Orada bir neçə ay da qaldıqdan sonra
Nigelə dedim:
- Nigel, niyə özünə fikir vermirsən? Səliqəli bir ayaqqabı al,
özünə bir sevgili tap... Sənə kömək edərəm.
O isə cavabında dedi:
- Sevgili? Mənə sevgili lazım deyil. Allah xatirinə, mənim
arvadım var, sevgili nəyimə lazımdır?
O, belə deyəndə dəli olurdum.
- Get o andıra qalmışım unitaza sal və suyu burax! Ay adam,
ayıl və çıx həyatımdan! Səni sevmirəm! Biz razılığa gəlib
evlənmişik. Mənə kömək etmək istəyirdin, mən də razılaşdım.
Sənin arvadın deyiləm. Səni xoşbəxt etmək üçün yalandan səni
sevdiyimi göstərə bilmərəm.
Nigellə razılığa gəlsək də, o, razılaşmanı pozub öz
xəyallarına qapılmışdı. Evimizə bizi yoxlamağa gələn
rəsmilərin üstünə qışqıranda da o, tam səmimi idi. Onun
dilindən çıxan
hər kəlmə doğru idi. Ondan asılı olduğuma görə vəziyyət daha
downloaded from KitabYurdu.org
çətin idi. Dostum kimi xətrini çox istəyirdim, o, dar ayaqda
mənə kömək etmişdi. Lakin onu sevmirdim, sevimli arvadı və
şəxsi əşyasıyammış kimi özünü aparanda isə onu, həqiqətən,
öldürmək istəyirdim. Başa düşdüm ki, ondan bacardığım qədər
canımı tez qurtarmalıyam.
Lakin pasport dilemması uzandıqca uzanırdı. Nigel ondan
asılı olduğumu başa düşür, üstünlük hissi onu daha çox
tələbkar edirdi. O, harada olduğumu, nə etdiyimi, kiminlə
olduğumu nəzarətdə saxlayırdı. Davamlı olaraq onu sevməyim
üçün yalvanrdı, amma o nə qədər çox yalvarırdısa, ondan bir o
qədər zəhləm gedirdi. Bəzən Londondan iş təklifləri alırdım,
yaxud da dostlarında görüşürdüm. Əsəblərimi korlamamaq
üçün hər fürsətdə Nigeldən uzaq qalmağa çalışırdım.
Dəli olduğunu zənn etdiyim biri ilə yaşadıqca əsəblərim
korlanırdı. Pasportumu - azadlıq vəsiqəmi gözləməkdən o
qədər bezmişdim ki, bir gün Londona gedəndə özümü qatarın
altına atmaq istəmişdim. Qatar yaxınlaşarkən onun səsini
eşitdikcə, saçlarımı dağıdan küləyini hiss etdikcə tonlarla
ağırlıqda olan bu metalın sümüklərimi əzərkən nələr hiss
edəcəyimi fikirləşirdim. Bütün narahatlıqlarıma və qayğılarıma
son qoymaq naminə özümü bunu etməyə məcbur hiss eləsəm
də, öz-özümdən soruşurdum: “O adama görə özümə niyə qəsd
etməliyəm ki?!”
Beləliklə, təxminən bir ildən çox gözlədikdən sonra pasport
ala bildim. Bir gün Nigel immiqrasiya xidmətinə getdi və
ağlasığmaz bir hay-küy salaraq onları mənə müvəqqəti pasport
verməyə məcbur elədi. “Arvadım beynəlxalq səviyyədə
tanınan modeldir, ən azı, ona müvəqqəti pasport verməlisiniz
ki, karyerası ilə məşğul ola bilsin”. O, modellik şəkillərim olan
downloaded from KitabYurdu.org
201
portfeli masanın üstünə çırparaq: “Mən bu zibilə qalmış
Britaniyanın vətəndaşıyam, sizin onunla belə rəftarınızdan
sonra dəhşətə gəlirəm, utanıram belə bir ölkədə yaşadığıma!
Tələb edirəm, elə bu dəqiqə hər şeyi yoluna qoymalısınız! Elə
bu dəqiqə!” - dedi. Onun bu “ziyarətindən” çox keçmədi,
köhnə Somali pasportumu məndən alıb əvəzində müvəqqəti
pasport verdilər. Bu pasportla ölkədən çıxa bilərdim, lakin
vaxtaşın yenilənməli idi. İçindəki möhürdə bu sözlər
yazılmışdı:
“Somalidən başqa hər yerə getmək üçün etibarlıdır”. Bu sözləri
oxumaq təsəwürəsığmaz dərəcədə kədərli idi. Somalidə
müharibə idi, İngiltərə isə onun himayəsinə keçdiyim üçün öz
vətəndaşına müharibə gedən bir ölkəyə girməyi qadağan
etmişdi. Hər bir Britaniya vətəndaşı kimi hökumət mənə görə
də məsuliyyət daşıyırdı. “Somalidən başqa hər yerə getmək
üçün etibarlıdır” sözlərini oxuduqca öz-özümə pıçıldadım:
“İlahi, gör mən neyləyirəm? Hətta öz vətənimə belə gedə
bilmirəm. İndi tamamilə yad olmuşam”.
Əgər kimsə mənə seçim imkanı versəydi, deyərdim ki,
Somali pasportumu geri qaytarın. Lakin bunu mənimlə heç kim
müzakirə etməmişdi. Artıq geriyə yol yox idi. Yalnız bir yolum
qalırdı - irəli! Amerikaya getmək istəyirdim. Viza almaq üçün
sənədlərimi verdim. Və Nyu-Yorka bilet aldım, əlbəttə ki, tək
gedirdim.
ıı Christmas Eve - Miladdan əvvəlki axşam - 24 dekabr.
12 Britaniyada ən böyük tirajla - təxminən bir milyon nüsxə
çap olunan bazar günü qəzeti.
14- BOYUK SƏHNƏ
Nigel mənimlə Nyu-Yorka getmək istəyirdi, əl çəkmirdi. Heç
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |