Frankiyə nəinki evin icarə haqqını vermirdim, hətta o, mənim
yeməyimi də alırdı. Bundan əlavə, gündəlik xərclərim üçün
başqa dostlarımdan borc alırdım, amma bu vəziyyət çox davam
edə bilməzdi. Bütün pulları pasport ümidi ilə özünü
immiqrasiya vəkili kimi təqdim edən o fırıldaqçıya vermişdim.
Pasportsuz isə işləyə bilmirdim. İtirəsi daha nəyim var idi ki?
Ehtiyatlı olmasam, uzaqbaşı bir-iki diş... Mübarizə aparmaq
üçün isə çox da dişbatmaz görünməyən o avaralardan daha
bacarıqlı olmalıydım.
Ertəsi gün günorta vaxtı yenə kişinin evinə getdim və qapıda
dayanmayım deyə sakitcə evin ətrafına dolanmağa başladım.
Yaxınlıqda balaca bir park tapıb skamyada oturdum, bir az
keçmiş 0‘Sullivan özü yavaş-yavaş parka tərəf gəldi. Nədənsə
bu dəfə o, yaxşı əhvali-ruhiyyədə idi və məni - görməyinə
sevindi. Onu ofisə getmək üçün dilə tutmağa heç ehtiyac
qalmadı.
-
Mənə pul verəcəksən, eləmi? Sonra da içməyə gedəcəyik,
hə?
Mən başımla təsdiqlədim.
- İşimizi qurtarar-qurtarmaz bara gedəcəyik, hansı içkidən
desən, istədiyin qədər alacağam. Amma əvvəlcə immiqrasiya
rəsmiləri ilə normal danışmalısan. Onlar çox alçaq adamlardır
da, bilirsən. Sonra səni bara aparacağam...
İmmiqrasiya rəsmisi O’Sullivana kinayə ilə baxaraq
soruşdu:
-
Budur sizin əriniz?
-
Bəli.
- Yaxşı, xanım O’Sullivan, gəlin oyun oynamayaq. Həqiqəti
deyin.
downloaded from KitabYurdu.org
191
Bu işin sonu olmayacağım anlayaraq dərindən köks ötürdüm
və bütün bildiklərimi onlara açıb danışdım. Düşdüyüm bu
axmaq vəziyyəti başdan axıracan - modellik işim, Harold Viler,
saxta evliliyim haqqında hər şeyi danışdım. Harold Viler onları
daha çox maraqlandırdı, mən isə onun ünvanı da daxil olmaqla
nə bilirdimsə, onlara danışdım. “Araşdırmamızı bitirdikdən
sonra bir neçə gün ərzində sizinlə əlaqə saxlayacağıq”, -
dedilər. Vəssalam, bizə getməyə icazə verdilər.
Küçəyə çıxan kimi O’Sullivan bara getməyə tələsdi.
- Sən pul istəmişdin, elə deyilmi? Al... - Çantamdan axınncı
pulumu, iyirmi funtu çıxarıb ona uzatdım. - İndi isə rədd ol
gözümün qabağından. Sənə daha dözə bilmirəm.
O, verdiyim pulu əlində yelləyərək dedi:
-
Elə bu? Elə bu qədər verəcəksən?
Mənsə ondan ayrılıb küçə ilə üzüaşağı düşməyə başladım.
- Qəhbə! - küçənin ortasında çömbələrək var gücü ilə
qışqırırdı, - pozğun! Qəhbə!
Yanımdan keçənlər mənə baxır, bəlkə də fikirləşirdilər ki,
qəhbəyəmsə, mən niyə ona pul verirəm?!
Bir neçə gündən sonra immiqrasiya xidmətindən zəng vurub
məni ofisə çağırdılar. Bildirdilər ki, Harold Vileri axtarıblar,
lakin hələlik çox şey öyrənə bilməyiblər. Katibəsi Vilerin
Hindistana getdiyini və qayıdacağı vaxtı bilmədiyini deyib.
Lakin onlar mənə ikiaylıq müvəqqəti pasport verdilər.
Bu, son yaşadığım qarmaqarışıq vəziyyətlərdən sonra ilk
fasiləm idi və bu iki ayda əlimdən gələni etməli idim.
Keçmiş İtaliya müstəmləkəsində yaşadığımdan italyan dilini
az-maz bilirdim və buna görə də birinci İtaliyaya səfər etməyə
qərar verdim. Düzdür, italyan dilində bildiyim sözlərin çoxu
downloaded from KitabYurdu.org
anamdan eşitdiyim söyüşlər və lənətlər idi, amma bəlkə onlar
da karıma gələ bilərdi. Milana getdim. Orada bir neçə dəfə
podiuma çıxdım. Geyim nümayişləri zamanı Culiya adlı bir
modellə tanış oldum. O, ucaboylu, gözəl bədənli, çiyinlərinə
kimi düşən san saçlı gözəl bir qız idi və alt paltarlarını nümayiş
etdirirdi. Biz Milanda əla vaxt keçirdik və nümayişlər
bitdikdən sonra birlikdə Parisə gedib bəxtimizi orada da
sınamağa qərar verdik.
Bu iki ay heç vaxt olmadığım yerlərə getdim, yeni adamlarla
tanış oldum, fərqli təamlar daddım - bir sözlə, inanılmaz
dərəcədə möhtəşəm keçdi. Doğrudur, Avropa turumdan elə bir
ciddi məbləğ qazanmadım, amma, hər halda, ehtiyaclarımı
təmin edə bilirdim. Parisdəki nümayişlər başa çatdıqdan sonra
Culiya ilə birlikdə Londona qayıtdıq.
Nyu-Yorkdan Londona yeni, istedadlı model tapmaq üçün
gəlmiş bir agentlə görüşdüm. O, məni Amerikaya getməyə və
orada daha çox təklif ala biləcəyimə inandırdı. Əlbəttə, Nyu-
Yorkun bütün model biznesində, xüsusən də qaradərili
modellər üçün ən gəlirli bazar olduğunu bilirdim. Agentliyim
hazırlıqlara başladı, mən isə viza üçün müraciət etdim.
Amerika səfirliyi sənədlərimi yoxlayaraq dərhal Britaniya
hökuməti ilə əlaqə saxladı. Bu söhbətin yekunu olaraq mənə bir
məktub göndərildi. Məktubda otuz gün ərzində İngiltərədən
Somaliyə deportasiya olunacağım yazılmışdı. Göz yaşlan
içində Uelsdə qardaşı ilə yaşayan rəfiqəm Culiyaya zəng
vurdum.
- İşə düşmüşəm, çox pis bir işə... Hər şey bitir. Somaliyə
qayıtmalı olacağam.
- Nə danışırsan, Varis, ola bilməz! Bura bax, bəlkə bir neçə
downloaded from KitabYurdu.org
193
günlüyə bura gəlib bir az dincələsən? Qatarla gələ bilərsən.
Londondan çox da uzaqda deyil, həm də səfalı yerdir. Şəhərdən
kənarda olmaq sənə yaxşı təsir edər, bəlkə bir yol tapa bildik.
Culiya məni stansiyada qarşıladı və biz yamyaşıl xalı kimi
görünən sahələrdən keçərək onlann evinə getdik. Zalda
oturmuşduq. Qardaşı Nigel də yanımıza gəldi. O, solğun dərili,
qabaq dişləri və barmaqlannm ucu tütündən saralmış, uzun
qırmızı saçı olan bəstəboy bir oğlan idi. Nigel gözlədiyimdən
daha qoca görünürdü, təxminən əlli yaşlarında... O, bizə çay
gətirdi və mən qorxulu bir yuxuya bənzər pasport
problemimdən
danışarkən siqareti siqaretə calayaraq
yanımızda oturub qulaq asırdı.
Qollarını qoynunda çarpazlayıb stula söykənərək oturan
Nigel gözlənilmədən dedi:
-
Narahat olma, sənə kömək edəcəyəm.
Cəmi yanm saat deyil ki, tanıdığım bu oğlanın belə deməyi
məni hədsiz təəccübləndirdi.
-
Bunu necə edəcəksən? Mənə necə kömək edə biləcəksən?
-
Səninlə evlənəcəyəm.
Başımı yellədərək dedim:
- Yox, yox, belə işdən başım yetərincə çəkib. Bütün bu
problemləri də elə evlilik söhbətinə görə yaşayıram. Bir də belə
qələt eləmərəm, elə cəncəl işlərə qol qoymaram. Daha bəsdir.
Afrikaya qayıtmaq, ailəmin yanında olmaq, xoşbəxt yaşamaq
istəyirəm. Orada hər şeyə bələdəm, amma bu axmaq ölkədə heç
nədən başım çıxmır. Burada hər şey qarmaqarışıqdır, evə
qayıdacağam.
Nigel cəld ayağa qalxdı və yuxarı qaçaraq təxminən bir il
qabaq, hələ Culiyanı tanımadığım vaxtlar nəşr olunmuş, üz
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |